Məhkəmə qərarları › İş №e-2-2(113)-3226/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3226/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3226/2021 22.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Bakı Dövlət Sirkinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bakı Dövlət Sirki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Sirkinə 18.02.2021-ci il tarixində 29.03.2021-ci il tarixədək əsassız olaraq hesablanmış 456 manat borcun və 07.04.2021-ci il tarixindən 30.04.2021-ci il tarixinədək hesablanmış 310,17 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3121/2021 nömrəli 18.06.2021-ci il tarixli qərardadından və 26.05.2021-ci il tarixli iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Bakı Dövlət Sirki eyni əsas və eyni predmetlə Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia ərizəsi (İş № e-2-2(113)-3121/2021) Bakı Komersiya Məhkəməsinin icraatına qəbul edilmişdir (hakim Leyla Əliyeva). Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Kommersiya Məhkəməsinin icraatında iş vardır. Azərbaycan Respublikasının MPM-nin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıldığından iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı Bakı Dövlət Sirkinin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Bakı Dövlət Sirkinə izah edilsin ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar