Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3226/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. "MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023 tarixli, LM№6xx-xx-2023 saylı daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməsi, Lizinq müqaviləsi üzrə iddia verilən tarixə lizinq ödənişləri üzrə 23.459,19 manat məbləğində borcun Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, Lizinq obyekti olan 01 ədəd “X1 U” lazer kosmetologiya avadanlığının (Model: 9914-00- 9030, Seriya: 9914-9030-15965) 85000 manat məbləğində dəyərinin Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, "xxxx" QSC tərəfindən ödənilmiş cəmi 400.19 manat dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 01.11.2024-cü il tarixdə iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
4. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.
IV. Məhkəmənin mövqeyi:
6.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;
7. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. V. Nəticə:
8.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
"MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 386 (üç yüz səksən altı) manat 19 (on doqquz) qəpik məbləğində dövlət rüsumu "MCB Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov