Məhkəmə qərarları › İş №e-2-2(113)-3231/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3231/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3231/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benazir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı SC042/2022 nömrəli, “12” aprel 2022-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-dən SC042/2022 nömrəli, “12” aprel 2022-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 6.260,29 (altı min iki yüz altmış manat iyirmi doqquz qəpik) AZN (ƏDV daxil) məbləğində pulun, xx.xx.2022-ci iltarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin və ödənilmiş 82,60 (səksən iki manat altmış qəpik) AZN məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ASC-nin nümayəndəsi (qanuni təmsilçisi) X2 məhkəməyə iddiadan imtina edilməsinə dair ərizə verərək, borc məbləği tam ödənildiyi üçün iddiadan imtinanın qəbul edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in: 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı SC042/2022 nömrəli, “12” aprel 2022-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 6.260,29 (altı min iki yüz altmış manat iyirmi doqquz qəpik) AZN (ƏDV daxil) məbləğində pulun, xx.xx.2022-ci iltarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin və ödənilmiş 82,60 (səksən iki manat altmış qəpik) AZN məbləğində dövlət rüsumunun tutulmasına dair iddiadan imtina haqqında ərizəsı qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar