Məhkəmə qərarları › İş №e-2-2(113)-3232/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3232/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3232/2025 18.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı barışıq sazişinin məcburi qaydada icra edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli e- 2-2(113)-3135/2023 saylı Qərardadla təsdiq edilmiş barışıq sazişinin məcburi qaydada icrası üçün icra vərəqəsi verilməsi; Cavabdeh MMC-dən 557411.92 AZN məbləğində borcun məcburi qaydada tutulması üçün icra vərəqəsinin müvafiq icra orqanına (icra şöbəsinə) göndərilməsi; məhkəmə xərclərinin (848 AZN məhkəmə rüsumu) və digər məhkəmə prosessual xərclərinin (350 AZN vəkil xərci) cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdim etdiyi iddia ərizəsinə hazırlıq iclasına qədər baxılmasın. Bunun səbəbi odur ki, həmin ərizə işlə əlaqədar olan digər nömrəli (e-2-2(113)-3135/2023) məhkəmə işinə əlavə edilmişdir. Bu əsasla iddia ərizəsinə baxılmamasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçının nümayəndəsindən iddia ərizəsinin qaytarılmasına dair məhkəməyə ərizə daxil olmuşdur. Əlavə olaraq, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz üzrə ödənilmiş 848 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cü maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və iddia ərizənin verilməsi üçün ödənilmiş 848 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı barışıq sazişinin məcburi qaydada icra edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 848 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar