Məhkəmə qərarları › İş №e-2-2(113)-324/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-324/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-324/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X4 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx xxxxxx 2012-ci il 9931 saylı müqavilə üzrə yaranmış 719,64 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xx xxxxxx 2012-ci il tarixində İddiaçı MMC ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 və “xxxxxxx” ASC arasında 9931 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən X6 İddiaçı MMC-yə xidmətə görə komisyon haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu X6 müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır.xx.xx.2019-cu il tarixinə yaranmış borcun məbləği 719.64 (yeddi yüz on doqquz manat altmış dörd qəpik) manat təşkil edir. Borcluya xx xxxxxx 2019-cu il tarixində sonuncu yazılı xəbərdarlıq və dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Müqavilə üzrə öhdəliklər icra olunmamışdır. İş materiallarına İddiaçı MMC, cavabdeh X6 və “xxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 9931 saylı xidmət müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin predmetini bank tərəfindən kartlarla aparılmış əməliyyatların məbləğinin müəssisənin bank hesabına köçürülməsi, müəssisə tərəfindən isə həmin xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin: 3.1-ci bəndinə görə bank tərəfindən müəssisədən tutulan komisyon haqqı (bank komissiyası) xarici bank və İddiaçı prosessinq mərkəzində xidmət olunmayan bankların kartları ilə aparılmış hər bir əməliyyatın məbləğindən 2 %, yerli bankların (İddiaçı prosesinq mərkəzində xidmət olunan ) kartları ilə aparılmış hər bir əməliyyatın məbləğindən 0,7%, lakin müqavilə qüvvəyə mindiyi tarixdən 1 (bir) il müddət keçdikdən sonra aylıq komissiya haqqı 10 manat təşkil edir. 3.2-ci bəndinə görə İddiaçıın komisyon haqqı kartlarla aparılmış hər əməliyyatın məbləğindən 1%+ həmin faizin ƏDV məbləği, lakin aylıq minimum 10 manat təşkil edir və İddiaçıın Müəssisəyə təqdim etdiyi hesab-faktura əsasında müəssisə tərəfindən ödənilir. İddiaçı MMC tərəfindən verilmiş hesab-faktura ilə təsdiq edilir ki, cavabdeh X2 xx.xx.2015-ci il tarixə göstərilən xidmətlərə görə İddiaçı MMC-yə komisyon haqqı borcu 919,53 manat (ƏDV daxil) təşkil etmişdir. İddiaçı MMC tərəfindən X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış 719 manat 64 qəpik məbləğində borcun 10 iş günü müddətində tam həcmdə ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X6 arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 719 manat 64 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 göstərilmiş xidmətlərin müqabilində 719 manat 64 qəpik xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 719,64 (yeddi yüz on doqquz manat altmış dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar