Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3240/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (LPO "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan, 3-cü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Masallı rayon icra və probasiya şöbəsinin sifarişinə əsasən, girov qoyan İddiaçı mülkiyyətində olan girov predmeti, “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satışına dair cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş hərracların və həmin əmlakın "xxxx" ASC-yə satılmasına dair 07 avqust 2023-cü il tarixli “Hərracın yekunları barədə” 161/2/23 saylı protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinine-2- 2(121)-582/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2014-cü il tarixli 028/14 nömrəli kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 153.527,43 manat məbləğində faiz borcu, 15.166,67 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 144/14 nömrəli kredit müqaviləsi üzrə 900.000 manat məbləğində əsas borc, 201.200 manat məbləğində faiz borcu, 6.625 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 209/14 nömrəli kredit müqaviləsi üzrə 585.000 manat məbləğində əsas borc, 123.000,81 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 259/14 nömrəli kredit müqaviləsi üzrə 1.444.500 manat məbləğində əsas borc, 358.246,50 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 257/14 nömrəli kredit müqaviləsi üzrə 600.000 manat məbləğində əsas borc, 154.018 manat məbləğində faiz borcu; xx.xx.2014- cü il tarixli 258/14 nömrəli kredit müqaviləsi üzrə 555.500 manat məbləğində əsas borc, 142.584,15 manat məbləğində faiz borcu; xx.xx.2015-ci il tarixli 094/15 nömrəli kredit müqaviləsi üzrə 231.153,74 manat məbləğində əsas borc, 30.331,38 manat məbləğində faiz borcu; 400 manat ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 3.510 manat dövlət rüsumu olmaqla, cəmi 6.204.793,68 manat məbləğində pul İddiaçı alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, tələb X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə, X6 və İddiaçı mülkiyyətində olan Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə və İddiaçı məxsus“LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH- *** i/o dövlət nömrə nişanlı avtomobiəl yönəldilməli, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilin ilkin satış qiyməti 145.000 manat; Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat və “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 68.000 manat məbləğində olmaqla açıq hərracdan satılmalı və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 6.204.793,68 manat məbləğində kredit borcu ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilə və Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin ev və mənzil boşaldılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixdə verdiyi icra vərəqəsi ilə Masallı rayon icra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Amid Hüseynov 10 noyabr 2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbuletmişdir. Masallı rayon icra və probasiya şöbəsinin 268171/22-62-11 saylı xx.xx.2023cü il tarixli sifariş məktubuna əsasən girov predmeti olan “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlıavtomobil"xxxx" MMC tərəfindən, 06 iyul 2023-cü il tarixdə və 26 iyul 2023-ci il tarixdə açıq hərracdan ilkin və təkrar hərraca çıxarılmış, daha sonra xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokola əsasən, 43 350 manata ləğv prosesində olan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Keçirilmiş hərracdan İddiaçı xəbəri olmamışdır. Hərrac təşkilatı tərəfindən İddiaçı qanunvericiliyin tələbinə uyğun hərracın keçirilməsi barədə heç bir rəsmi məlumat verilməmiş və o, məlumatlandırılmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq onun, hərracda iştirak etmək hüququ vardır. O, bu hüququndan məhrum edilmişdir. Masallı rayon icra və probasiya şöbəsinin icra məmurunun, zəng etməsi və ondan girov predmeti olan avtomobili tələb etməsi ilə ona, əmlakının hərracdan satılması məlum olmuşdur. Qeyd olunan məsələlər araşdırıldıqda məlum olmuşdur ki, sifariş verilmiş, hərrac keçirilmiş və girov predmeti olan əmlakım ləğv prosesində olan "xxxx" ASC əldə etmişdir.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən "xxxx" ASC (ləğv prosesindədir) iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək İddiaçı iddia tələbinə iddia müddətinin tətbiq olunaraq rədd olunması xahiş edilmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “açıq hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli yekun protokolun (alqısatqı müqaviləsinin) etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. İddiaçı ilə LPO "xxxx" ASC arasında kredit müqavilələri imzalanmışdır, kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus “LEXUS” markalı, LX- 570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə bank tərəfindən “borcun tutulması və ipoteka predmetinə” tutma yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinin satılması barədə açıq hərrac keçirilmişdir. xx.xx.2023-cü il tarixində açıq hərrac keçirilib və hərracın yekunları barədə Protokol tərtib edilib. Həmin tarixdən isə artıq 1 il 8 ay keçmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən “Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər”. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən “ Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər....”. Mübahisələndirilən hərrac protokolu 07 avqust 2023-cü il tarixdə tərtib olunmuş və bu barədə iddiaçının məlumatı olmuşdur. Beləliklə göründüyü kimi iddiaçı həmin əqdi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş bir illik müddəti ötürmüşdür. Qeyd edilən normadakı müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüquqn vaxtından əvvəl xitamına səbəb olur. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında öz əksini tapmışdır. Sözügedən müddət iddia müddəti olmadığından məhkəmə tərəfin müddətin ötürülməsi barədə ərizə verib-verməməsindən asılı olmayaraq müddətin ötürülməsini nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul etməlidir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi bildirdi ki, protokol və müqavilə etibarlıdır. Lakin, iddiaçı həmin sənədlərin etibarlılığını mübahisələndirmək üçün əlavə olaraq bir illik müddəti ötürmüşdür.
6. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Şirvan Kommersiya Məhkəməsinine-2-2(121)-582/2022 saylı 14 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə icra icraatı başlanılmışdır.
10. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 161/23 saylı hərrac bildirişinə əsasən hərraca çıxarılan əmlaklar üzrə (X5 və İddiaçı məxsus Masallı rayonu, Qasımlı kəndində 0.07 ha torpaq sahəsində yerləşən ü/s 287,3 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi (ilkin satış qiyməti 90000 manat) və İddiaçı məxsus “Lexus” markalı, LX-570 minik markalı, 44BH444 dövlət qeydiyyat nişanlı avtomobililin ilkin satış qiyməti 68000 manat (ilkin satış qiyməti 158000) müəyyən edilməklə) hərracın tarixi xx.xx.2023-cü il tarixə 11:00-a təyin edilmişdir.
11. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 161/23 saylı hərrac bildirişinə əsasən hərraca çıxarılan əmlaklar üzrə (X5 və İddiaçı məxsus Masallı rayonu, Qasımlı kəndində 0.07 ha torpaq sahəsində yerləşən ü/s 287,3 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi (ilkin satış qiyməti 76500 manat) və İddiaçı məxsus “Lexus” markalı, LX-570 minik markalı, 44BH444 dövlət qeydiyyat nişanlı avtomobililin ilkin satış qiyməti (ilkin satış qiyməti 57800) müəyyən edilməklə) hərracın tarixi xx.xx.2023-cü il tarixə 11:00-a təyin edilmişdir.
12. Poçt qaimələrinə əsasən hər iki hərrac bildirişləri xx.xx.2023 və 21.07.023-cü il tarixdə İddiaçı göndərilmiş və “Şükürov” qeydi və imza edilərək qəbul edilmişdir.
13. Hərracların keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir.
14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 161/1/23 saylı protokoluna əsasən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X4 və X7 məxsus Masallı rayonu, Qasımı kəndində 0.07 ha torpaq sahəsində yerləşən ü/s 287,3 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi "xxxx" ASC tərəfindən 57375 manat alınmışdır.
15. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən keçirilən hərrac baş tutmadığına görə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X4 və X7 məxsus Masallı rayonu, Qasımı kəndində 0.07 ha torpaq sahəsində yerləşən ü/s 287,3 kv.m. olan 4 otaqlı fərdi yaşayış evi "xxxx" ASC tərəfindən 57375 manat alınmışdır.
16. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 161/2/23 saylı protokoluna əsasən “Lexus” markalı, LX-570 minik markalı, 44BH444 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 43.350 manata alınmışdır.
17. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
18. İddiaçı iddia edir ki, Şirvan Kommersiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixdə verdiyi icra vərəqəsi ilə Masallı rayon icra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Amid Hüseynov 10 noyabr 2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul etmişdir. Masallı rayon icra və probasiya şöbəsinin 268171/22-62-11 saylı xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən girov predmeti olan “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlıavtomobil"xxxx" MMC tərəfindən, 06 iyul 2023-cü il tarixdə və 26 iyul 2023-ci il tarixdə açıq hərracdan ilkin və təkrar hərraca çıxarılmış, daha sonra xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Hərracın yekunları barədə” protokola əsasən, 43 350 manata ləğv prosesində olan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Keçirilmiş hərracdan İddiaçı xəbəri olmamışdır. Hərrac təşkilatı tərəfindən İddiaçı qanunvericiliyin tələbinə uyğun hərracın keçirilməsi barədə heç bir rəsmi məlumat verilməmiş və o, məlumatlandırılmamışdır. Ona görə də protokol etibarsız hesab edilməlidir. Ləğv prosesində olan bankın nümayəndəsi isə bildirir ki, protokol etibarlıdır və iddiaçı protokolu mübahisələndirmək üçün 1 illik müddəti belə ötürmüşdür.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
22. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
23. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
26. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
27. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
28. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir:
29. 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;
30. 43.1.2. hərracın iştirakçısı olmadıqda;
31. 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;
32. 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
33. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
34. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
35. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi hesab olunur.
36. Beləliklə, göründüyü kimi iddianın faktiki əsası kimi göstərilmişdir ki, “hərrac təşkilatı tərəfindən İddiaçı qanunvericiliyin tələbinə uyğun hərracın keçirilməsi barədə heç bir rəsmi məlumat verilməmiş və o, məlumatlandırılmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq onun, hərracda iştirak etmək hüququ vardır. O, bu hüququndan məhrum edilmişdir”. Lakin iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının bu arqumentləri tamamilə əsassızdır, keçirilmiş hər iki hərrac barədə iddiaçıya rəsmi poçt vasitəsi ilə məlumatlar verilmiş (iddiaçıya bildirişlər hərrac təşkilatı tərəfindən poçt göndərişi sifarişli şəkildə göndərilmiş və “Şükürov” qeydi ilə imzalanaraq qəbul edilmişdir) və kütləvi informasiya vasitələrində elanlar yerləşdirilmişdir. Yəni, hərraclar qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilmiş, lakin, keçirilən iki hərrac baş tutmadığına görə İpoteka haqqında AR qanunun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan ləğv prosesində olan "xxxx" ASC Lexus markalı, LX-570 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Hərracların və onun yekununa dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli 161/2/23 saylı protokolun etibarsız hesab edilməsi üçün hər-hansı əsasların mövcüdluğu müəyyən edilmir.
37. Bundan əlavə, üçüncü şəxs xx.xx.2025-ci il tarixində iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
38. Məhkəmə üçüncü şəxsin ərizəsinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə ötürülmüş müddət mahiyyət etibarilə iddia müddəti deyil, kəsici müddətdir.
39. İddia müddəti cavabdehin ona qarşı irəli sürülən iddiadan müdafiə vasitəsi olduğu halda, kəsici müddətin ötməsi ilə kreditor özünün tələbetmə (məhkəməyə iddia ilə müraciət etmə) hüququnu ümumiyyətlə itirmiş olur.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki: “...kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.”
41. Qeyd etmək lazımdır ki, KMP-nin formalaşdırdığı hüquqi mövqelərə görə, MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət məhz kəsici müddətə aid edilmişdir.
42. Həmin mövqelərə uyğun olaraq, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
43. KMP-nin istinad olunan hüquqi mövqeyindən də aydın olur ki, kəsici müddətin tətbiqi üçün cavabdehin bununla bağlı ərizə verməsi tələb olunmur.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
45. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.
46. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.
47. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır.
48. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı tərəfindən MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş əqdin mübahisələndirilməsinə imkan verən bir illik kəsici müddət də ötürülmüşdür. (hərrac protokolu xx.xx.2023-il tarixində tərtib edilib, iddiaçı iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2025-ci il tarixində müraciət edib).
49. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən qanunvericilikdə əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddə ötütülmüşdür.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
51. Məhəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
54. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş hərracların və həmin əmlakın "xxxx" ASC-yə satılmasına dair 07 avqust 2023-cü il tarixli “Hərracın yekunları barədə” 161/2/23 saylı protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova