Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3246/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, borcun ödənilməsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 22355 manat yükdaşıma xidmətlərinin haqqının, öhdəliyin vaxtında icra edilməməsinə görə 2.000 manat cərimənin, habelə məhkəmə xərcləri kimi iddia qaldırılması üçün ödənilmiş 163,06 manat dövlət rüsumunun və 500 manat hüquqi xidmət haqqının, cəmi 25018,06 manat pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında yüklərin daşınması ilə bağlı xx.xx.2024-cü il tarixli, 032-024 saylı müqavilə bağlanıb. Həmin müqavilədən irli gələn və ümumi dəyəri 22355 manat təşkil edən öhdəliklər iddiaçı tərəfindən vaxtında və layiqincə icra edilib. Həmin yüklərin çatdırılıb təhvil verilməsinə dair aktlar Cavabdeh MMC–nə təqdim olunsa da cavabdeh həmin aktları imzalamayıb. Bundan başqa yüklərin daşınması ilə əlaqədar xidmət haqqının ödənilməsi üçün cavabdehə elektron qaimə fakturalar göndərilsə də cavabdeh hazırkı vaxtadək xidmət haqqını ödəməyib. Öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı cavabdehə 2000 manat cərimə hesablanıb. Həmçinin, məhkəmədə iddia qaldırılması üçün çəkilən məhkəmə xərclərinin 163,06 manat dövlət rüsumunun və 500 manat hüquqi xidmət haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsini zəruridir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: “Ekspeditor” İddiaçı MMC ilə “Müştəri” "xxxx" MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli 032-024 nömrəli Daşınma və yük daşıma xidmətləri müqaviləsindən görünür ki, X2 arasında münasibətləri idarə edir və Müştərinin sifarişləri əsasında Ekspeditor tərəfindən daşınmanın təmin edilməsi və/və ya yük daşıma xidmətləri və yardımçı xidmətlərin həyata keçirilməsi (bundan sonra "Xidmətlər" adlanacaqdır) məsələlərini tənzimləyir. Ekspeditor, Müştərinin hesabına və əvəzi ödənilməklə nəqliyyat vasitələri ilə ixrac və idxal yüklərinin daşınmasını, yüklərin saxlanmasını və Alıcıya təhvil verilməsini və hazırkı razılaşma ilə müəyyən edilən şərtlər əsasında və göstərilən qaydada digər yardımçı xidmətlərin icrasını öz üzərinə götürür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, Bu Razılaşmada nəzərdə tutulan vaxtda və müəyyən edilmiş qaydada Ekspeditor tərəfindən icra olunan xidmətlərə görə ödəniş edir. Əlavə olaraq, Xidmətlərin təmin edilməsi və bu Razılaşmanın icrası zamanı Müştərinin səhvinə görə ortaya çıxan dolayı zərərlər, habelə dəniz və hava limanlarında nəqliyyat vasitələrinin tapılması, qeyri-normativ yüklərin saxlanması, üstəgəl konteynerlərin və yük maşınlarının boşaldılması zamanı Ekspeditor tərəfindən ödənilən və sənədlərdə müvafiq qaydada əksini tapan xərclər Müştəri tərəfindən təmin edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən, Hər bir göndəriş üçün xidmətlərin dəyəri müəyyən edilir və tərəflər arasında ayrı-ayrı qiymət təklifləri kimi, bu Razılaşmanın ayrılmaz tərkib hissəsi olan və yüklərə və partiyalara müvafiq olaraq tərtib edilən Qoşmada razılaşdırılır. Müqavilənin 3.2-ci bəndinə əsasən Ekspeditor icra olunan xidmətlərə görə Müştəriyə ABŞ dolları ilə qaimə göndərir. Ehtiyac olarsa, qaimədə ayrıca bir maddə kimi ƏDV məbləğləri də göstərilir. Müqavilənin 3.3-cü bəndinə əsasən Qaimələr ABŞ dolları ilə təqdim edilməlidir, lakin yerli qanunvericiliklə tələb olunarsa və tərəflər arasında Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş tarixinə olan məzənnəsi ilə razılaşdırılarsa, digər valyutalarda ödənilə bilər. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri bütün mübahisəsiz məbləğləri müvafiq qaimədə göstərilən müddət ərzində bank köçürmələri ilə etməlidir. Müqavilənin 3.5-ci bəndinə əsasən Hər bir göndəriş üçün ödəniş qaydaları tərəflər arasında ayrıca qiymət təklifi, qoşma və ya elektron poçt yazışmaları vasitəsi ilə müəyyən edilir və razılaşdırılır. Müqavilənin 7.1-ci bəndinə əsasən X1 tərəfindən imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır. Beynəlxalq Yük-nəqliyyat Qaiməsinə (CMR) əsasən, xx.xx.2024-cü il tarixində daşıyıcı İddiaçı MMC tərəfindən Rusiya Federasiyası, Nijni Novqorod ərazisindən texnoloji boru kəmərləri üçün estakada (00USY). Proses hissəsi, Soyuq su kəməri, Avadanlıqların, əşyaların və materialların spesifikasiyası 5550 kq, texnoloji boru kəmərləri üçün estakada (00USY). Proses hissəsi. Bölmə No.6 koordinatlarda 4763 kq cəmi 10318 kq Azərbaycana daşınmışdır. Beynəlxalq Yük-nəqliyyat Qaiməsinə (CMR) əsasən, xx.xx.2024-cü il tarixində daşıyıcı İddiaçı MMC tərəfindən Ankara/Sincan ərazisindən 87800 kq Monopol Antena dirəyi Türkiyə, Taşucu-Silifke/Mersin Taşucu limanına daşınmışdır. Beynəlxalq Yük-nəqliyyat Qaiməsinə (CMR) əsasən, xx.xx.2024-cü il tarixində daşıyıcı İddiaçı MMC tərəfindən Ankara/Sincan ərazisindən 87800 kq Monopol Antena dirəyi Azərbaycana daşınmışdır. Beynəlxalq Yük-nəqliyyat Qaiməsinə (CMR) əsasən, xx.xx.2024-cü il tarixində daşıyıcı İddiaçı MMC tərəfindən Ankara/Sincan ərazisindən 2720 kq HR**********059 faktura məzmunu əşyalar Azərbaycana daşınmışdır. MT2405 seriyalı, 10694884 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən 9520 manat, MT2405 seriyalı, 10694884 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4760 manat, MT2405 seriyalı, 11040489 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 8075 manat məbləğində Beynəlxalq yükdaşımanın təşkili xidmətlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 15 may 2024-cü il tarixli hesab-fakturaya əsasən, xx.xx.2024-cü il tarixli 032/034 xx.xx.2024-cü il tarixli 04.24 saylı əlavəsinə əsasən, xidmətlərin göstərilməsi üzrə ödəniş 2800 ABŞ dolları təşkil edir. 15 may 2024-cü il tarixli Yerinə yetirilmiş işlərin 03/24 saylı təhvil-təslim aktına əsasən, 032-024 saylı, “05” Aprel 2024-cü il tarixli müqaviləyəyə əsasən, müqavilənin şərtlərinə uyğun olaraq, vaxtında, tam və lazımı qaydada müxtəlif adda mal Ankara-Bərdə istiqamətində İddiaçı MMC şirkəti tərəfindən yerinə yetirilmişdir. "05" Aprel 2024-cü il tarixli 032-024 saylı Müqaviləyə 03/24 saylı Əlavəyə əsasən, Bu əlavə üzrə müqavilənin 1.1 bəndində göstərilən xidmətlərə görə (24-886) Müştəri Ekspeditora 2800 (iki min səkkiz yüz) ABŞ dollar ödəyir. Hazırkı əlavə imzalandığı andan qüvvəyə minir və 032-024 saylı 05 Aprel 2024-cü il tarixli müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılır. Hazırkı əlavənin mətni eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə Azərbaycan və İngilis dillərində tərtib olunmuşdur. Tərəflərin hər birində müvafiq olaraq 1 (bir) nüsxə olur. 15 may 2024-cü il tarixli hesab-fakturaya əsasən, xx.xx.2024-cü il tarixli 032/034 xx.xx.2024-cü il tarixli 04.24 saylı əlavəsinə əsasən, xidmətlərin göstərilməsi üzrə ödəniş 5600 ABŞ dolları təşkil edir. 15 may 2024-cü il tarixli Yerinə yetirilmiş işlərin 03/24 saylı təhvil-təslim aktına əsasən, 032-024 saylı, “05” Aprel 2024-cü il tarixli müqaviləyəyə əsasən, müqavilənin şərtlərinə uyğun olaraq, vaxtında, tam və lazımı qaydada müxtəlif adda mal Ankara- Ağdam istiqamətində İddiaçı MMC şirkəti tərəfindən yerinə yetirilmişdir. "05" Aprel 2024-cü il tarixli 032-024 saylı Müqaviləyə 03/24 saylı Əlavəyə əsasən, Bu əlavə üzrə müqavilənin 1.1 bəndində göstərilən xidmətlərə görə (24-887) Müştəri Ekspeditora 5600 (beş min altı yüz) ABŞ dollar ödəyir. Hazırkı əlavə imzalandığı andan qüvvəyə minir və 032-024 saylı 05 Aprel 2024-cü il tarixli müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılır. Hazırkı əlavənin mətni eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə Azərbaycan və İngilis dillərində tərtib olunmuşdur. Tərəflərin hər birində müvafiq olaraq 1 (bir) nüsxə olur. 23 may 2024-cü il tarixli hesab-fakturaya əsasən, xx.xx.2024-cü il tarixli 032/034 xx.xx.2024-cü il tarixli 02.24 saylı əlavəsinə əsasən, xidmətlərin göstərilməsi üzrə ödəniş 4750 ABŞ dolları təşkil edir. 23 may 2024-cü il tarixli Yerinə yetirilmiş işlərin 03/24 saylı təhvil-təslim aktına əsasən, 032-024 saylı, “05” Aprel 2024-cü il tarixli müqaviləyəyə əsasən, müqavilənin şərtlərinə uyğun olaraq, vaxtında, tam və lazımı qaydada müxtəlif adda mal N.Novqorod - Mersin istiqamətində İddiaçı MMC şirkəti tərəfindən yerinə yetirilmişdir. 05 Aprel 2024-cü il tarixli 032-024 saylı Müqaviləyə 03/24 saylı Əlavəyə əsasən, Bu əlavə üzrə müqavilənin 1.1 bəndində göstərilən xidmətlərə görə (24-862) Müştəri Ekspeditora 4750 (dörd min yeddi yüz əlli) ABŞ dollar ödəyir. Hazırkı əlavə imzalandığı andan qüvvəyə minir və 032-024 saylı 05 Aprel 2024-cü il tarixli müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılır.Hazırkı əlavənin mətni eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə Azərbaycan və ingilis dillərində tərtib olunmuşdur. Tərəflərin hər birində müvafiq olaraq 1 (bir) nüsxə olur. İddiaçı MMC tərəfindən göndərilmiş pretenziyaya əsasən, müqaviləyə əsasən elektron qaimələr sizə təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) gün ərzində ödəniş edilməli olmağına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmiş razılaşdırılmış müddət ərzində ödənişlər tam şəkildə icra edilməmiş və bununla da sizin 22355 (iyirmi iki min üç yüz otuz beş) manat məbləğində borc yaranmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 163,06 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 032-024 saylı Daşınma və yük daşıma xidmətləri müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən daşıyıcı sifarişçiyə daşıma xidmətləri təqdim etmiş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı cavabdehin sifarişləri əsasında müvafiq daşınma xidmətlərini həyata keçirsə də, cavabdeh daşınmanın haqqını iddiaçıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya daşınmaya görə borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, öz təsdiqini tapır. Buna görə də iddiaçı MM-in 850-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə daşımanın haqqını tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müqavilə üzrə göstərilmiş daşınma haqqı, 22355 manat pulu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 22355 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı cavabdehdən 2000 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli, 032-024 saylı saylı Daşınma və yük daşıma xidmətləri müqaviləsi üzrə 2000 manat məbləğində dəbbə pulu tutulmalıdır. Bundan başqa iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 163,06 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 22355 manat yükdaşıma xidmətlərinin haqqı, 2000 manat cərimə, ümumilikdə 24355 (iyirmi dörd min üç yüz əlli beş) manat pul vəsaiti, ödənilmiş 163 (yüz altmış üç) manat 06 (altı) qəpik dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manatın əvəzi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3246/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3246/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver