Məhkəmə qərarları › İş №e-2-2(113)-325/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-325/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-325/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X6, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 970 manat məbləğində sığorta ödənişinin, gecikdirdilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi həcmində yəni 1280,40 dəbbə pulunun və 30,40 manat dövlət rüsumu və bank xərcinin, cəmi 2280,80 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixində, ünvan 1 ünvanında X10 “Hyundai Tucson” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsini törətmiş və nəticədə “xxxx” ASC-də “kasko” qaydaları ilə sığortalanmış “Toyota Corolla” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2016-cı il tarixli, 046-2287- 1116 saylı arayışına və xx.xx.2016-cı il tarixli, KYP 225279 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X10 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM 151.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. “Toyota Corolla” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin MİL- 7624/15 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, “Toyota Corolla” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 20000 (iyirmi min) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Zərərvuran sürücünün idarə etdiyi “Hyundai Tucson” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbarı sığorta” növü üzrə sığortalı olduğundan “xxxx “ ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə xx.xx.2016-cı il tarixli elektron və BS-C-16/0088 saylı məktublarla müraciət edilərək, zərərin qiymətləndirilməsi və razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Toyota Corolla” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1070 (bir min yetmiş) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 015/16 saylı sığorta aktına və xx.xx.2016-cı il tarixli 000088 saylı kassa məxaric orderinə əsasən 970 manat məbləğində sığorta ödənişi (100 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X7 ödənilmişdir. Cavabdeh öhdəliklərini icra etmədiyi üçün X5 Palatasına xx.xx.2019-cu il tarixli, BS-C-19/689 saylı şikayət məktubula müraciət edilmiş, bunun nəticəsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx.xx.2019-cu il tarixli, 08/B-488 saylı məktubla tələb edilən məbləğin xx.xx.2016-cı il tarixdə “xxxx” ASC-nin hesabına köçürdüklərini bildirmiş, lakin həmin məbləğin ödənilməsini təsdiq edən heç bir sənəd məktuba əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında xx.xx.2016-cı il tarixli 10066 nömrəli ödəniş tapşırığına əsasən “xxxx” ASC-nin hesabına iki sığorta hadisəsi ilə bağlı cəmi 2149 manat məbləğində vəsait köçürüldüyünü, həmin puldan hazırda tələb olunan 970 manatın olduğunu, qalan 1179 manatın isə xx.xx.2015-ci il tarixdə (** XD *** nömrəli avtomobilə dəymiş zərərin əvəzi) baş verən sığorta hadisə ilə bağlı olduğunu bildirmişdir. Həmçinin cavabdehin nümayəndəsi sığorta hadisənin xx.xx.2016-cı il tarixində baş verdiyini nəzərə alaraq ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN Baş Dövlət X20 tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında KYP 225279 saylı xx xxxxxx 2016-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Hyundai Tucson markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobili vəkalətnamə əsasında idarə edən X10 xx xxxxxx 2016-cı il tarixdə saat 14:30-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü bəndinin tələblərini pozaraq “Hyundai Tucson” markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası üzrə MİP-7624/15 nömrəli sığorta şəhadətnaməsinə əsasən, buraxılış ili 2014-cü il olan Toyota Corolla markalı avtomobil xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “xxxx” ASC tərəfindən Kasko sığorta növü ilə sığortalanmışdır. Ümumi sığorta haqqı 600 manat, şərti azadolma məbləği 100 manat miqdarında müəyyən edilmişdir. Həmçinin sığorta şəhadətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixindən etibarən sığortalı və faydalanan şəxs X2r. “xxxx” ASC-nin Sığorta hadisələrin tənzimlənməsi Departamenti tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il tarixli zərərin hesablanması aktından görünür ki, X11 məxsus “Toyota Corolla” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər avtomobilin təmiri üçün sərf olunan əmək haqqı da daxil olmaqla, ümumilikdə 1070 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı X3 məxsus “Toyota Corolla” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişi barədə 014/**-CM-***/16 nömrəli sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən texniki baxış keçirilmiş “Toyota Corolla” (** HR ***) markalı avtomobillə bağlı zərər 1070 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi ilə bağlı 4-cü bənddə qeyd edilmişdir ki, sığorta ödənişi dəymiş zərərdən MİP- 7624/15 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 100 manat azadolma məbləği çıxılmaqla 970 manat təşkil edir. Bu məbləğ sığortalıya nağd olaraq ödəniləcəkdir. Bakı Şəhər Dövlət X23 tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli 046-2287-1116 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan məlum olur ki, xx.xx.2016-ci il tarixdə saat 14:30-da Natəvan küçəsində nəqliyyat vasitələrinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs (X12 məxsus) ** VC *** dövlət qeydiyyat nişanlı Hundai Tucson markalı avtomobili hadisə baş verdiyi anda vəkalət əsasında idarə edən X10 olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, xx.xx.2016-cı il tarixdə baş verən yolnəqliyyat hadisəsi nəticəsində X9 mülkiyyətində olan hadisə baş verən zaman X4 tərəfindən idarə edilən Toyota Corolla markalı ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. xx xxxxxx 2016-cı il tarixli 000088 nömrəli kassa məxaric orderindən görünür ki, “xxxx” ASC tərəfindən X3 baş vermiş sığorta hadisəsinə görə 970 manat məbləğində nağd şəkildə sığorta ödənişi edilmişdir. xx.xx.2016-cı il tarixli 10066 nömrəli ödəniş tapşırığının sürətindən görünür ki, əsasən “xxxx” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən“xxxx” ASC-nin hesabına 2149 manat məbləğində vəsait köçürülmüşdür. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta edilmiş “Hyundai Tucson” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” ASC-də “kasko” qaydaları ilə sığortalanmış “Toyota Corolla” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2016-cı il tarixində toqquşması nəticəsində “Toyota Corolla” markalı avtomobilə 1070 manat məbləğində zərər dəymiş və xx.xx.2016-cı il tarixli 000088 saylı kassa məxaric orderinə əsasən 970 manat məbləğində sığorta ödənişi (100 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X7 ödənilmişdir. Göründüyü kimi “xxxx” ASC xx.xx.2016-cı il tarixdə hüquqların pozulduğunu bilsə də, məhkəməyə hazırki tələblə bağlı 3 il 11 aydan sonra, yəni xx.xx.2019-cu il tarixdə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki tələblə bağlı iddia müddətinin tətbiq edilməsini və tələbin rədd olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı tələblə bağlı 3 illik iddia müddəti keçdiyinə görə iddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı 970 manat məbləğində sığorta ödənişinin, gecikdirdilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi həcmində yəni 1280,40 dəbbə pulunun və 30,40 manat dövlət rüsumu və bank xərcinin, cəmi 2280,80 manat pulun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı 970 manat məbləğində sığorta ödənişinin, gecikdirdilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi həcmində yəni 1280,40 dəbbə pulunun və 30,40 manat dövlət rüsumu və bank xərcinin, cəmi 2280,80 manat pulun cavabdehdən tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar