Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3251/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə 467C saylı, 28.01.2020-ci il tarixli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə ödənilməmiş 3459.62 AZN borcun, 7987 AZN gecikmə ilə bağlı cərimə məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 AZN pulun, cəmi 11476.62 AZN pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, həmçinin, qeyd edir ki, 05 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə 26 iyul 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin kötüyünü imza etdirməklə məlumat verilmişdir. Buna baxmayaraq məhkəmə baxışının birinci iclasına gəlməmiş, sonradan məhkəmə baxışının iclasının 09 avqust 2021-ci il tarixinə saat 11:30-a təyin olunmasına baxmayaraq yenidən məhkəmə baxışının ikinci iclasına yenidən gəlməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3251/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3251/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver