Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3254/2024 17.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 110 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 150 196,30 (yüz əlli min yüz doxsan altı, otuz) manat məbləğində əsas borcun, 20.026,18 (iyirmi min iyirmi altı, on səkkiz) bank uçot faiz dərəcəsinin, habelə ödənilmiş 470 (dörd yüz yetmiş) manat məbləğində dövlət rüsumunun və vəkil xidməti ilə bağlı ödənilmiş 1.520 (min beş yüz iyirmi) manat məbləğin, ümumilikdə 172.212,48 (yüz yetmiş iki min iki yüz on iki, qırx səkkiz) manat məbləğində vəsaitin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında xx.xx.2022-ci il tarixində, 110 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən Sifarişçi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) sifariş edilmiş müvafiq malların satın alınması üçün İcraçının (İddiaçı MMC) 150 196,30 manat təklifini qəbul etmişdir. Müqavilədə nəzərdə tutulmuş 150 196,30 manat dəyərində avadanlıqlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 2022-ci ilin sentyabr ayında təhvil verilmişdir. Bundan sonra, qarşı tərəfə bir müddət ödəniş üçün zaman verilmişdir. Lakin, bununla belə cavabdeh tərəfindən ödəniş bügünkü tarixə qədər həyata keçirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iddianı əsas borc hissəsində qəbul etdiyini bildirdi və iddianın qalan hissədə rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında xx.xx.2022-ci il tarixli, 110 saylı satınalma müqaviləsi imzalanmışdır.
9. Müqavilənin 2-ci maddəsinə əsasən sifarişçi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) sifariş edilmiş müvafiq malların satın alınması üçün icraçının (İddiaçı MMC) 150 196,30 manat təklifini qəbul etmişdir.
10. Həmin müqavilənin 8.6-cı maddəsinə əsasən malın qəbulu tarixi malın və işlərin təhvil-qəbul aktının imzalanması tarixi sayılır. Mallar bir tərəfdən təhvil verilmiş və digər tərəfdən qəbul olunmuş sayılır: 1) mal miqdarına görə qaiməsinə və qəbul aktına uyğun olduqda; 2) təhvil-qəbul aktı imzalandıqda.
11. Müqavilənin 8.7-ci bəndinə əsasən malların qəbulu aşağıda göstərilən sənədləri təqdim etməklə sifarişçinin və icraçının nümayəndələrinin iştirakı ilə yerinə yetirilir: a) hesab-faktura, b) elektron vergi hesab-faktura, c) elektron qaimə-faktura, d) uyğunluq (keyfiyyət) sertifikatı.
12. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər ( hesab-faktualar, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
13. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin nümayəndəsinin imzası ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən 12 ədəd quru kimyəvi tozlu balon 25 kq, 84 ədəd Co 2 qazlı 2 kq, 23 ədəd Co 2 qazlı 25 kq, xx.xx.2022-ci il tarixli akta əsasən 285 ədəd Co 2 qazlı 5 kq, xx.xx.2022-ci il tarixli akta əsasən 284 ədəd Co 2 qazlı 5 kq, xx.xx.2022-ci il tarixli akta əsasən 180 ədəd Op-10 kq quru kimyəvi tozlu, xx.xx.2022-ci il tarixli akta əsasən 1.100 ədəd asılqan, xx.xx.2022-ci il tarixli akta əsasən 1000 ədəd Op- 06 kq quru kimyəvi tozlu, xx.xx.2022-ci il tarixli akta əsasən 400 ədəd köpük 6 kq, 88 ədəd quru kimyəvi tozlu balon 6 kq, 20 ədəd quru kimyəvi tozlu balon 8 kq, 17 ədəd Co 2 qazlı 50 kq, xx.xx.2022-ci il tarixli akta əsasən 50 ədəd hava balonu 40 lt həcmli, xx.xx.2022-ci il tarixli akta əsasən 240 ədəd asılqan, 390 ədəd köpük 6 kq, 20 ədəd köpük 10 kq mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
17. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCG seriyalı, 869622 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 150.196,30 manat olan elektron qaimə göndərilmişdir.
18. Hazırda da, iddiaçı 150.196,3 manat məbləğində pulun tutulmasını xahiş edir.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf məhkəməyə elektron qaydada ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, malların həqiqətəndə verildiyini, ancaq pulun ödənilmədiyi, iddianı əsas borc məbləği hissəsində qəbul etdiyini və qətnamə çıxarılarkən xx.xx.2022-ci il tarixində, 110 saylı müqavilə üzrə İddiaçınə 150.196,3 manat qalıq borclarının olmasının nəzərə alınmasını, iddianın digər hissələrdə (vəkil xərci, rüsum, bank uçot faiz dərəcəsinə görə) təmin olunmamasını xahiş etmişdir.
20. Etiraz ərizəsindən və izahatdan göründüyü kimi, cavabeh tərəf 150.196,3 manat dəyərində malların verildiyini və qeyd edilmiş məbləğdə borcunun qaldığını etiraf etmişdir.
21. Ona görə də, Məhkəmə hesab edir ki, 150.196,3 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənməlidir.
22. Məhkəmə iclasında iddiaçı tərəfdən iddia ərizəsində tələb edilən 20.026,18 manat pulun nəyə əsasən tələb edilməsi soruşulmuş, iddia tərəf də, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tələb etdiyini bildirmişdir.
23. Məhkəmə iddianın Mərkəzi Bankının uçot dərəcəsinə görə 20.026,18 manat məbləğin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
26. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
27. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir.
28. Ona görə də, iddia həmin hissədə təmin edilə bilməz.
29. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 470 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
30. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 464,30 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
31. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 440 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.
32. İş materiallarına əlavə olunmuş, vəkil xərcinin ödənilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığdan görünür ki, hüquqi yardımın göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən 1520 manat məbləğində pul ödənilmişdir.
33. Ona görə də, Məhkəməhesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.520 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənilməlidir.
34. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 150.196 (bir yüz əlli min bir yüz doxsan altı) manat, 30 (otuz) qəpik məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 440 (dörd yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.520 (bir min beş yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov