Məhkəmə qərarları › İş №e-2-2(113)-3260/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3260/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3260/2023 10.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1134,73 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 113,47 məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixində 1647 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Əməkdaşlığımız müddətində cavabdehin sifarişi əsasında, aramızda imzalanmış məhsulların təhvil-qəbul aktlarına əsasən cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin, cavabdeh təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı məhsullara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsək də hər dəfə bir bəhanə gətirərək cavabdeh şirkətə olan 1134,73 manat borcu ödəməkdən yayınır. Qeyd edilir ki, cavabdehlə aramızda bağlanan xx.xx.2022-ci il tarixində 1647 saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı məhsulu təhvil aldığı tarixdən ən geci 31 gün ərzində ödəniş etməli idi. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi İddiaçı MMC-ə olan 1134,73 manat borcunu ödəməmiş və aramızda bağlanmış Alqı-Satqımüqaviləsinin şərtlərini pozmuşdur. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, həmin alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara aldıq. Nəzərinizə çatdırırıq ki, alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı təhvil aldığı məhsullara görə ən geci 31 gün ərzində ödəniş etməli idi. Alqısatqı müqaviləsinin 5.4-cü bəndində göstərildiyi kimi Alıcı aldığı məhsulun dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə həmin gündən etibarən hər gecikdirilmiş gün üçün satıcı alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2%-i miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.5-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi məhsul məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 113,47 məbləğində dəbbə pulu yaranmışdır. Qanunla müəyyən edilmiş müddətdə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanlarına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İİ. İşin halları İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixində 1647 nömrəli İddiaçı MMC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC "xxxx" MMC-nin sifarişi əsasında malları "xxxx" MMC-yə satır, "xxxx" MMC isə məhsulların dəyərini nəğd və ya hazırki müqavilənin ayrılmaz tərkib hisssəsi hesab edilən qiymət razıla.ma protokollarının şərtlərinə əsasən İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.4-cü bəndində göstərildiyi kimi Alıcı aldığı məhsulun dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə həmin gündən etibarən hər gecikdirilmiş gün üçün satıcı alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2%-i miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli EBCA seriyalı 629379 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 128,84 manat məbləğində mal satmışdır. xx.xx.2022-ci il tarixli EBCA seriyalı 629385 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 384,88 manat məbləğində mal satmışdır. xx.xx.2022-ci il tarixli EBCC seriyalı 255347 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 309,30 manat məbləğində mal satmışdır. xx.xx.2022-ci il tarixli EBCC seriyalı 255348 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 311,70 manat məbləğində mal satmışdır. xx.xx.2022-ci il tarixli 260702 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 260701 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 260700 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 260699 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 260698 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 260697 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 340911 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 340910 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 340909 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 340908 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 340907 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli 340906 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə alğı-satqı müqaviləsinə əsasən malları təhvil vermişdir. xx.xx.2023-cü il tarixli 266 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 70 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək malları cavabdehə satmış, cavabdeh isə bunun müqabilində satılan mallara görə yaranmış borcunu ödəməmişdir. Bununla birlikdə qeyd edirəm ki, əsas borc tələbi qismən, yəni 1134,72 manat hissədə təmin edilməlidir, belə ki, iddiaçı 1134,73 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsini məhkəmədən xahiş etsə də, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, cavabdehə 1134,72 manat məbləğində mal satılmışdır. Həmçinin 70 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş xərc cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbinin cərimə hissəsi ilə əlaqədar isə hesab edirəm ki, tənasübsüz sürətdə yüksək hesablanmış cərimə azaldılaraq 65,28 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, cavabdeh Ukrayna Məhsulları” MMC-dən 1134,72 manat məbləğində əsas borc, 65,28 manat cərimə cəmi 1200 manat, həmçinin 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh Ukrayna Məhsulları” MMC-dən 1134,72 manat məbləğində əsas borc, 65,28 manat cərimə cəmi 1200 manat, həmçinin 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar