Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3265/2022 19.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdizadə Hafizə Etibar qıznın katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 aprel 2021-ci il tarixli, 21-051-S013 saylı Müqavilə və ona 6, 7, 8, 9, 10, 11, 12, 13 saylı Əlavələrdə, 02 fevral 2022-ci il tarixli, 22-188-S040 saylı Müqavilə və ona 1 saylı Əlavədə, 18 mart 2022-ci il tarixli Əlavə Razılaşmada nəzərdə tutulan öhdəliyi vaxtında və lazımınca icra etməməsi nəticəsində vurduğu 96368,94 (doxsan altı min üç yüz altmış səkkiz manat, 94 qəpik) manat məbləğində zərərin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. Daha sonra İddiaçı direktoru iddia tələbindən imtinaya dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırda İddiaçı ilə cavabdeh tərəf Cavabdeh arasında pul iddia tələbi ilə bağlı mübahisə predmeti olan məsələ qarşılıqlı “Əlavə razılaşma” müqaviləsinin bağlanması yolu ilə tamamilə həll olunmuşdur. Belə ki, cavabdeh tərəf Cavabdeh doğurdan da, iddiaçı tərəf kimi çıxış edən İddiaçınə 67.827 manat 36 qəpik məbləğində pul borclu idi. Hazırda həmin məbləğdən 20.000 (iyirmi min) manat artıq ödənilmişdir. Qalan borc da hissə- hissə ödənilməkdədir. Lakin qeyd olunan həmin borcun əmələ gəlmə səbəbləri tam obyektiv səbəblərdən olmuşdur. Odur ki, Cavabdeh obyektiv səbəblərdən əmələ gəlmiş borcun hissə-hissə ödənilməsi üçün İddiaçı ilə borcun hissəhissə ödənilməsi haqqında xüsusi razılaşma müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh iddiaçı tərəf kimi çıxış edən İddiaçınə qeyd etdiyi kimi ilkin olaraq 20.000 (iyirmi min) manat məbləğində pulu artıq ödənilmiş və pulun qalan məbləğini isə hər ay təqribən 11.304 manat 56 qəpik məbləğində pul ödəməklə özünün ona olan borcunu yaxın zamanlarda tamamilə bağlayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçının tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3265/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3265/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver