Məhkəmə qərarları › İş №e-2-2(113)-327/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-327/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-327/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh “X2” MMC-yə qarşı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə “X2” MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 94.369,57 manat (ƏDV daxil) məbləğində borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manat mediasiya haqqının və hüquqi xidmələrin göstərilməsinə görə ödənilmiş 1.000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə “X2” MMC arasında xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən, tərəflər müqaviləyə əlavə ediləcək razılaşmalarda əks etdirələcək maşınların quraşdırılması və bərpasına istifadə olunan ev alətləri, elektrik alətləri, xırdavat və s., eləcə də tikintidə istifadə olunan alət və xırdavat malların (bundan sonra mallar) Satıcı tərəfindən Alıcıya satılması, Alıcı tərəfindən isə həmin malların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı razılığa gəliblər. Satılmış olan məhsullar razılaşdırılmış vaxtda təqdim edilmiş və ödəniş üçün tələb olunan hesab-fakturalar tam şəkildə tərəflərindən göndərilmişdir. Lakin, müqavilə üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, “X2” MMC tərəfindən ödəniş cari tarixədək həyata keçirilməmişdir. Yuxarıda qeyd olunmuş elektron qaimə üzrə borc məbləğləri aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixli 299059 nömrəli elektron qaimə üzrə 13.166,44 manat, xx.xx.2021-ci il tarixli 300081 nömrəli elektron qaimə üzrə 607,70 manat, xx.xx.2021-ci il tarixli 456813 nömrəli elektron qaimə üzrə 5.738,58 manat, xx.xx.2021-ci il tarixli 458587 nömrəli elektron qaimə üzrə 4.035,60 manat, xx.xx.2021-ci il tarixli 465508 nömrəli elektron qaimə üzrə 204,14 manat, xx.xx.2021-ci il tarixli 468128 nömrəli elektron qaimə üzrə 2.094,50 manat, xx.xx.2021-ci il tarixli 468919 nömrəli elektron qaimə üzrə 206,50 manat, xx.xx.2021-ci il tarixli 469668 nömrəli elektron qaimə üzrə 4.708,20 manat, xx.xx.2021-ci il tarixli 470231 nömrəli elektron qaimə üzrə 106,20 manat, xx.xx.2021-ci il tarixli 470535 nömrəli elektron qaimə üzrə 483,80 manat, xx.xx.2021-ci il tarixli 540808 nömrəli elektron qaimə üzrə 671,42 manat, xx.xx.2021-ci il tarixli 541067 nömrəli elektron qaimə üzrə 141,60 manat, xx.xx.2021-ci il tarixli 613938 nömrəli elektron qaimə üzrə 9.086 manat, xx.xx.2021-ci il tarixli 614346 nömrəli elektron qaimə üzrə 418,90 manat, xx.xx.2021-ci il tarixli 615111 nömrəli elektron qaimə üzrə 492,65 manat, xx.xx.2021-ci il tarixli 617172 nömrəli elektron qaimə üzrə 3.057,38 manat, xx.xx.2021-ci il tarixli 617615 nömrəli elektron qaimə üzrə 2.678,60 manat, xx.xx.2022-ci il tarixli 314179 nömrəli elektron qaimə üzrə 193,52 manat, xx.xx.2022-ci il tarixli 316850 nömrəli elektron qaimə üzrə 3.626,14 manat, xx.xx.2022-ci il tarixli 318685 nömrəli elektron qaimə üzrə 59 manat, xx.xx.2022-ci il tarixli 319043 nömrəli elektron qaimə üzrə 776,44 manat, xx.xx.2022-ci il tarixli 320377 nömrəli elektron qaimə üzrə 2.974,78 manat, xx.xx.2022-ci il tarixli 324660 nömrəli elektron qaimə üzrə 2.191,85 manat, xx.xx.2022-ci il tarixli 326511 nömrəli elektron qaimə üzrə 389,40 manat, xx.xx.2022-ci il tarixli 332812 nömrəli elektron qaimə üzrə 3.482,18 manat, xx.xx.2022-ci il tarixli 419034 nömrəli elektron qaimə üzrə 24.326,29 manat, xx.xx.2022-ci il tarixli 419376 nömrəli elektron qaimə üzrə 1.964,70 manat, xx.xx.2022-ci il tarixli 419863 nömrəli elektron qaimə üzrə 3.525,25 manat, xx.xx.2022-ci il tarixli 026955 nömrəli elektron qaimə üzrə 2.961,80 manat - ümumilikdə, 94.369,57 manat (ƏDV daxil). Yuxarıda qeyd olunan müqavilənin 3cü bəndinə əsasən bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alğı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək ödəniş sənədləri əsasında 100% ödəmə şəklində Alıcı tərəfindən satıcının bank hesabına köçürülür. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsilə həll edilə bilməzsə, onlara Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılacaqdır. Mövcud borcun ödənilməsi üçün tərəflərindən dəfələrlə xəbərdarlıq edilmiş, 12 sentyabr 2022-ci il tarixində cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq elektron formada pretenziya məktubu göndərilərək borcun ödənilməsi üçün 10 (on) gün müddət verilmiş, lakin cavabdeh mövcud borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də mübahisənin həlli üçün tərəflərindən 5 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və mediasiya təşkilatı tərəfindən cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməmisinə dair arayış təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək, qeyd etmişdir ki, tərəflərindən iddia tələbini sübut edən bütün elektron qaimələr, təhviltəslim aktları məhkəməyə təqdim edilmişdir. Sonuncu məhkəmə iclasında məhkəmə tərəfindən bildirilmişdir ki, iddiaçının təqdim etdiyi təhvil-təslim aktlarında cavabdeh şirkətin möhürü yoxdur, buna görə də həmin aktların mötəbərliyi birmənalı qəbul edilməmişdir. a) Bununla bağlı bildirmək istəyir ki, kommersiya hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktlarda təhvil-təslim aktında möhürün olmasına dair hər hansısa bir imperativ şərt yoxdur. b) Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən malların məhz təhvil-qəbul sənədi əsasında alıcıya təqdim edilməsi göstərilmişdir. Yəni, tərəflər arasındakı sözügedən müqavilədə təhvil-təslim aktının forması ilə bağlı hər hansı şərt nəzərdə tutulmayıb. Cavabdeh tərəfindən daha öncə ödənişi həyata keçirilən elektron qaimələr və həmin elektron qaimələrdə göstərilən malların təhvil-təslim edildiyini təsdiq edən aktlar nümunə qismində bu ərizəyə qoşma kimi məhkəməyə təqdim edilir. Həmin təhvil-təslim aktlarından da göründüyü kimi həmin təhvil-təslim aktları da digər təhvil-təslim aktları kimi (ödənişi həyata keçirilməyən) malları təhvil verən və təhvil alanın nümayəndələri tərəfindən imzalanmışdır (ad, soyadları qeyd edilməklə) və həmin aktların heç birində möhür yoxdur. Bu fakt bir daha onu sübut edir ki, tərəflər arasında müqavilə münasibələri üzrə müqavilədə əks olunmayan məsələlər barəsində formalaşmış işgüzar təcrübə mövcuddur. Həmin təcrübəyə əsasən təhvil-təslimi həyata keçirilmiş və hər iki tərəfin nümayəndəsinin imza etdiyi (möhürsüz) təhvil-təslim aktları və müvafiq qaimələr ödənişin edilməsi üçün əsasdır və həmin aktlarda hər hansı möhürün olmasına heç bir lüzum yoxdur. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, malları təhvil alan şəxs hazırda da cavabdeh şirkətdə, yəni "X2” Məhdud Məsuliyyətli Cəmiyyətində “anbardar” vəzifəsində işləyir. Daha vacib olan məqam ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi tərəfindən tam şəkildə qəbul edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi təyin olunmuş şəxs ilkin baxış iclasında "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya 100.000 manata yaxın borcunun olduğunu etiraf etmişdir. Qeyd olunan etiraf məhkəmənin iclas protokolunda qeyd edilmişdir. Cavabdehin etirafının qanuna zidd olması, hər hansı şəxsin hüquqlarını və qanuni mənafeyini pozması, işin hallarının gizlədilməsi və ya aldatma, zor, hədə və ya yanılmanın təsiri nəticəsində edilməsinə dair heç bir fakt məhkəmə tərəfindən aşkar edilməmişdir. Əgər belə bir hal aşkar edilsəydi, o zaman AR MPM-in 191.4-cü maddəsinin tələblərinə əsasən əsaslandırılmış qərardad qəbul edilməli idi. Belə olan halda, iddianın təmin olunması üçün heç bir maneənin olmadığı bəlli olur. xx.xx.2023-cü il tarixdə cavabdeh “X2” MMC-nin direktoru Qanuni nümayəndə iddiaya dair ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiklərini və iddiaçı iddia tələbini sübuta yetirə bilmədiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən 13 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilən razılaşma protokolları yoxdur. Onda belə bir sual yaranır: Əgər qiymət razılaşma protokolları yoxdursa, hansı alqı-satqıdan söhbət gedə bilər? Əlavə olaraq qarşı tərəfin təqdim etdiyi təhvil-qəbul aktını rəsmi sənəd kimi qəbul etmirlər. Bilindiyi kimi təhvil-qəbul aktı ciddi sənəd blankı olduğu üçün Maliyyə Nazirliyi tərəfindən forması təsdiqlənmişdir. Bütün akt formaları rəhbər tərəfindən təsdiq edilməlidir. Həmin müqavilənin 3.1-ci bəndində qeyd olunur ki, hər razılaşma üzrə həmin razılaşmanın məbləği 100% ödənilməlidir. Qarşı tərəfin iddiasına görə ardıcıl olaraq ayrı-ayrı razılaşmalar üzrə bir neçə dəfə haqqı ödənilmədən mallar "X2" MMC-yə verilmişdir. Bu zaman növbəti sual yaranır: Əgər 100% ödəniş edilmirsə hansı səbəbdən ardıcıl olaraq ödənişsiz şəkildə mallar "X2" MMC-yə ayrı-ayrı tarixlərdə verilmişdir? Beləliklə, qeyd edilən iddia tələbinin sübuta yetirilməsi qanunvericiliyə uyğun olaraq iddiaçının üzərinə düşür. İddiaçı əsaslı və rəsmi dəlillərlə iddiasının sübutunu yerinə yetirə bilmir. Bu da iddia tələbinin rədd olunmasına əsasdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin 14 fevral 2023-cü il tarixli ərizəsinə dair məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, sözügedən ərizədə irəli sürülən mülahizələr tamamilə əsassızdır və bununla bağlı aşağıdakı xüsusatları nəzərə çatdırır: Cavabdehin nümayəndəsi qeyd edir ki, tərəflər arasındakı müqavilənin 1.1-ci bəndində qeyd edilən razılaşma protokolları yoxdur. Bu halda hansı alqı-satqıdan söhbət gedə bilər? Bu mülahizə ilə bağlı bildirmək istəyir ki, müqavilənin 1.1-ci bəndində hər hansı protokoldan söhbət getmir. Sadəcə olaraq formal qaydada müqaviləyə əlavə ediləcək razılaşmalara (protokol yox, məhz razılaşma) uyğun olaraq malların satılmasından bəhs edilir. Tərəflər arasındakı işgüzar münasibətlərə uyğun olaraq mallar satıcıya satılmış, satıcı isə təhviltəslim aktı əsasında malları qəbul etmişdir. Əgər, bu müqavilə üzrə malların satılması və qəbul edilməsi hər hansı formal razılaşmadan asılı olsaydı cavabdeh şirkət malları qəbul etməz və onların dəyərini ödəməzdi. Tərəflərindən məhkəməyə təqdim edilən təhvil-təslim aktları sübut edir ki, cavabdeh şirkət malları iddiaçıdan qəbul edib. Eyni zamanda, tərəflərindən məhkəməyə təqdim edilən “hesab üzrə çıxarışlar”dan da göründüyü kimi cavabdeh müqavilə üzrə təhvil aldığı malların bir qisminin ödənişini edib, lakin bütün ödənişləri həyata keçirməyib. Yuxarıda qeyd edilənlər bir daha onu təsdiq edir ki, tərəflər arasındakı işgüzar münasibətlərə uyğun olaraq cavabdehin malları təhvil-təslim aktı əsasında qəbul etməsi və malların alqı-satqısı zamanı heç bir əlavə razılaşmaya lüzum olmayıb və “malların qiymət razılaşma protokolu olmadan satılmasının malların rəsmi olaraq təhvil verilməyə bərabər tutulmamasına dair” müqavilədə hər hansı şərt yoxdur, sadəcə olaraq tərəflər bu proseduru öz aralarında məhz razılaşma olmadan həyata keçiriblər.Cavabdehin nümayəndəsi qeyd edir ki, tərəflərindən təqdim edilən təhvil-qəbul aktını rəsmi sənəd kimi qəbul edə bilmirlər. Bu mülahizə onunla əsaslandırlır ki, təhvilqəbul aktı ciddi sənəd blankı olduğu üçün Maliyyə Nazirliyi tərəfindən forması təsdiqlənmişdir. Bütün akt formaları rəhbər tərəfindən təsdiqlənməlidir. Bu mülahizə ilə bağlı bildirmək istəyir ki, təhvil-qəbul aktının Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş forması olsa da, bütün şirkətlərin mütləq şəkildə həmin formaya riayət etməli olmasına və bu formaya riayət etmədən tərtib edilmiş təhvil-qəbul aktlarının etibarsızlığına dair mövcud qanunvericilikdə hər hansı imperativ norma nəzərə tutulmayıb. Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən malların məhz təhvil-qəbul sənədi əsasında alıcıya təqdim edilməsi göstərilmişdir. Yəni tərəflər arasındakı sözügedən müqavilədə təhvil-təslim aktının forması ilə bağlı hər hansı şərt nəzərdə tutulmayıb. Həmçinin, cavabdeh tərəfindən daha öncə ödənişi həyata keçirilən elektron qaimələr və həmin elektron qaimələrdə göstərilən malların təhvil-təslim edildiyini təsdiq edən aktlar nümunə qismində məhkəməyə təqdim edilib. Həmin təhvil-qəbul aktlarından da göründüyü kimi həmin təhvil-qəbul aktları da digər təhvil-qəbul aktları kimi (ödənişi həyata keçirilməyən) malları təhvil verən və təhvil alanın nümayəndələri tərəfindən imzalanmışdır (ad, soyadları qeyd edilməklə). Bu fakt bir daha onu sübut edir ki, tərəflər arasında müqavilə münasibətləri üzrə formalaşmış işgüzar təcrübə mövcuddur. Həmin təcrübəyə əsasən təhvil-qəbulu həyata keçirilmiş və hər iki tərəfin nümayəndəsinin imza etdiyi təhvil-qəbul aktları və müvafiq qaimələr ödənişin edilməsi üçün əsasdır və həmin aktlara dair əlavə olaraq hər hansı tələb müəyyən edilməmişdir. Əgər, cavabdeh təhvil-qəbul aktının forması ilə razı deyildisə, buna dair daha öncə öz təklifini edə və həmin formaya uyğun akt tərtib edib malları qəbul edərdi. Cavabdehin iddiaçıdan mütəmadi olaraq mal alıb, 94.369,57 manat borcu yarandıqdan sonra belə absurd mülahizələr irəli sürməsi borcu ödəməkdən yayınmaq məqsədi daşıyır. Cavabdehin nümayəndəsi qeyd edir ki, tərəflər arasındakı müqavilənin 3.1-ci bəndinə əsasən hər razılaşma üzrə həmin razılaşmanın məbləği 100% ödənilməlidir. O zaman sual yaranır: Əgər 100% ödəniş edilmirsə hansı səbəbdən ardıcıl olaraq növbəti hissə mallar cavabdehə verilir? Bu mülahizə ilə bağlı bildirmək istəyir ki, əgər hər hansı təhvil-qəbul aktı üzrə təhvil verilən malın dəyəri satıcı tərəfindən ödənilmirsə, bu o demək deyil ki, növbəti hissə mallar satıcıya satıla bilməz Tərəflər arasındakı kommersiya hüquq münasibətləri təkcə formal alqı-satqı münasibətləri üzrə deyil, həmçinin qarşılıqlı etimad və inam üzərində qurulub. Bu nöqteyi-nəzərdən iddiaçı davamlı şəkldə malları cavabdehə təhvil vermiş, cavabdeh isə etimad prinsipinə zidd olaraq qəbul etdiyi bütün malların dəyərini ödəməmişdir. İddia tələbinin əsasını təşkil edən fakt və hallar tərəflərindən məhkəməyə təqdim edilən elektron qaimələr, təhvil-qəbul aktları, hesab üzrə çıxarışlarla öz təsdiqini tapır. Daha vacib olan məqam ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi tərəfindən tam şəkildə qəbul edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi təyin olunmuş şəxs ilkin baxış iclasında "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya 100.000 manata yaxın borcunun olduğunu etiraf etmişdir. Qeyd olunan etiraf məhkəmənin iclas protokolunda qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edirlər, iddiaçının qeyd etdiyi mallar alınıb, 100.000 manat məbləğə yaxın borcları var. Lakin nəzərə çatdırır ki, "X2” Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" QSC-nin tərkibində fəaliyyət göstərirdi. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə "X2” Məhdud Məsuliyyətli Cəmiyyəti özəlləşdirməyə açıq elan edilmişdir. Hazırda Cəmiyyətdə dövriyyə dayandırılıb. 3 ay ərzində təhvil-təslim və sayım əməliyyatları davam edəcək. Sonradan və hazırki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini, xx.xx.2023-cü il tarixli iddiaya dair ərizə ilə eyniməzmunlu izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. S.Osmanov həmçinin izahatında onu da qeyd etmişdr ki, "X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı QSC ilə əvvəl işgüzar münasibətləri var idi. Sonradan İddiaçı QSC-nin malları başqa şirkətlər ilə müqayisədə daha yüksək məbləğə satması ilə bağlı, münasibətlərinə son verdilər. Daha sonra başqa şirkət ilə müqavilə bağladıqları vaxt, onlar onlara İddiaçı QSC ilə əməkdaşlıq etməyi tövsiyə etdi və aralarında yenə müqavilə münasibətləri yarandı. İddiaçıya borcları ola bilər, lakin hazırda bununla bağlı dəqiq məlumatları və təsdiqedici sənədləri yoxdur. Hazırda qeyd edilən sərəncam əsasında araşdırma aparılır. Sadəcə araşdırma bitdikdən sonra, yəni 2 ay ərzində borcun olub-olmaması müəyyən ediləcək. Ərizədə qeyd edilən mallar təhvil verilməyib. Eyni zamanda təhvil-təslim aktı kimi təqdim edilən sənədlər onlara aid deyil. Onlar malları təhvil alarkən aktlar möhür ilə təsdiq edilir. Həmin aktlarda sadəcə F.Vəliyevin imzası var. Onlara məxsus sistemdə həmin mallar yoxdur. S.Osmanov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, F.Vəliyev anbardardır və onun malları təhvil almaq səlahiyyəti yoxdur. Elektron qaimələr sistem tərəfindən 5 gün ərzində təsdiq edilib. Elektron qaimələrin avtomatik təsdiq edilməsinə etiraz etməmələrinin səbəbləri barədə məlumatı yoxdur. O hüquqşünas deyil. Əvvəlki məhkəmə iclasında 100.000 manat məbləğə yaxın borclarının olmasının etiraf etməsinin səbəbi ondan ibarətdir ki, hüquqşünas olmamağı ilə əlaqədar təqdim edilən sənədlərin hüquqi cəhətdən əsaslı olub-olmamasını müəyyən edə bilmir. Səhv məlumat vermişdir. F.Vəliyev hazırda da əmək müqaviləsi əsasında “X2” MMC-də çalışır. F.Vəliyevə intizam tənbehi verilməyib, onun səlahiyyəti olmadan təhvil sənədlərinə imza atması ilə bağlı araşdırma aparılmayıb. Hazırda araşdırma davam edir. Təhvil-təslim aktlarının tərəflərindən təsdiq edilməsini və əsaslı sübut olmasını qəbul etmir. Borcları yoxdur. Belə ki, bu borcu təsdiq edən sənədlərə rast gəlmədilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, hazırki məhkəmə prosesində başqa bir məhkəmə prosesində iştirakı ilə bağlı iştirak edə bilməyəcəyini və prosesi onun iştirakı olmadan keçirilməsini və tərəflərindən məhkəməyə təqdim edilən digər sənədləri (ərizə, etiraz, malların alqı-satqısına dair sənədlər) nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı QSC-nin (satıcı) ilə “X2” MMC (alıcı) arasında xx.xx.2020-ci il tarixdə 13 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin mövzusu müqaviləyə əlavə ediləcək razılaşmalarda əks etdiriləcək maşınların quraşdırılması və bərpasına istifadə olunan əl alətləri, elektirik alətləri, xırdavat və s. eləcə də tikintidə istifadə olunan alət və xırdavat malların (bundan sonra mallar) “Satıcı” tərəfindən “Alıcı”ya satılması, “Alıcı” tərəfindən isə həmin malların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. 2.1-ci bəndinə görə müqavilənin müddəti tərəflərin onu imzaladığı gündən hesablanmaqla 03 fevral 2021-ci il tarixədək müəyyən edilir. 3.1-ci bəndinə görə bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqısatqısı həyata keçiriləcək malların haqqı “Satıcı” tərəfindən təqdim ediləcək ödəniş sənədləri (qiymət təklifi forması) və təhvil-qəbul sənədi əsasında 100% ödəmə şəklində “Alıcı” tərəfindən köçürmə yolu ilə bank hesabına ödənilir. 4.1.2-ci bəndinə görə mallar satıcıya məxsus və malların “Alıcı”ya təqdim ediləcəyi ünvandan 100 km və ya ondan az radiusunda yerləşən anbarda olduqda 1 (bir) təqvim günü ərzində, xarici ölkədən və ya malların “Alıcı”ya təqdim ediləcəyi ünvandan 100 kmdən artıq məsafədən gətirilməsi tələb olunduqda isə 2-7 həftə ərzində, təhvil-qəbul sənədi əsasında “Alıcı”ya təqdim edilir. 4.3.2-ci bəndinə görə alıcı qəbul etdiyi malların haqqını bu müqavilənin 3.1-ci maddəsində göstərilən qaydada ödəyir. 4.3.3-cü bəndinə görə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün “Satıcı”ya dəyən ziyanın əvəzini ödəyir. 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzalandığı gündən qüvvəyə minir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı QSC tərəfindən ümumilikdə (ƏDV daxil) 94.369,57 manat məbləğində malların verilməsinə dair o cümlədən 13.166,44 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 299059 nömrəli, 607,70 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 300081 nömrəli, 5.738,58 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 456813 nömrəli, 4.035,60 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 458587 nömrəli, 204,14 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 465508 nömrəli, 2.094,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 468128 nömrəli, 206,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 468919 nömrəli, 4.708,20 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 469668 nömrəli, 106,20 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 470231 nömrəli, 483,80 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 470535 nömrəli, 671,42 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 540808 nömrəli, 141,60 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 541067 nömrəli, 9.086 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 613938 nömrəli, 418,90 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 614346 nömrəli, 492,65 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 615111 nömrəli, 3.057,38 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 617172 nömrəli, 2.678,60 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 617615 nömrəli, 193,52 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 314179 nömrəli, 3.626,14 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 316850 nömrəli, 59 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 318685 nömrəli, 776,44 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 319043 nömrəli, 2.974,78 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 320377 nömrəli, 2.191,85 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 324660 nömrəli, 389,40 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 326511 nömrəli, 3.482,18 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 332812 nömrəli, 24.326,29 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 419034 nömrəli, 1.964,70 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 419376 nömrəli, 3.525,25 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 419863 nömrəli və 2.961,80 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 026955 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Çatdırılma bildirişlərinə (delivery note) əsasən müxtəlif adda, sayda, ölçüdə (tikinti) mallar İddiaçı QSC tərəfindən “X2” MMC-yə təhvil-təslim edilmişdir. Təhvil-təslim sənədlərini (çatdırılma bildirişlərini (delivery note)) hər iki tərəfin (o cümlədən təhvil alan Vəlibəyov Fərid) imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş mart 2018-ci il tarixdən noyabr 2018-ci il tarixədək dövrü əhatə edən İddiaçı QSC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, “X2” MMC tərəfindən müxtəlif adda, sayda, ölçüdə (tikinti) mallara görə ödənişlər edilmişdir. Çatdırma bildirişindən görünür ki, 80 ədəd Qaynaq məftili MG 2 (K300 MS PRE) 1.2 mm. (15 kq.) (NET) və 6 ədəd Qaynaq tozu Magmaweld SF 304-25 kq (NET) adlı mallar İddiaçı QSC tərəfindən “X2” MMC-yə təhvil verilmiş, “X2” MMC-nin adından bildiriş F.Vəlibəyov tərəfindən imzalanmışdır. İddiaçı QSC tərəfindən (4.082+734,76 manat ƏDV) 4.816,76 manat dəyərində (80 ədəd Qaynaq məftili MG 2 (K300 MS PRE) 1.2 mm. (15 kq.) (NET) və 6 ədəd Qaynaq tozu Magmaweld SF 304-25 kq (NET)) malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 126121 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı QSC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, “X2” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə materiallara görə 4.082 manat ödəniş edilmişdir. Çatdırma bildirişindən görünür ki, 1 ədəd özlü qaynaq teli 1,2 mm.15 kq. və 1 ədəd rutil özlü qaynaq məftili 1,20 mm.15 kq. adlı mallar İddiaçı QSC tərəfindən “X2” MMC-yə təhvil verilmiş, “X2” MMC-nin adından bildiriş F.Vəlibəyov tərəfindən imzalanmışdır. İddiaçı QSC tərəfindən (170+30,60 manat ƏDV) 200,6 manat dəyərində (1 ədəd özlü qaynaq teli 1,2 mm.15 kq. və 1 ədəd rutil özlü qaynaq məftili 1,20 mm.15 kq.) malların verilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 733532 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı QSC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, “X2” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə materiallara görə 170 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən göstəriləcək hüquqi yardıma görə 1.000 manat (790+210) məbləğində pul vəsaiti “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İddiaçı QSC tərəfindən “X2” MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə cavabdeh “X2” MMC arasında xx.xx.2020-ci il tarixli 13 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı QSC mübahisəli alqı-satqı müqaviləsi üzrə cavabdeh “X2” MMC-yə mallar təqdim etdiyini, həmin mallara görə cavabdehin borcunun 94.369,57 manat təşkil etdiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının xx.xx.2020-ci il tarixli 13 saylı alqı-satqı müqaviləsi üzrə onlara hər hansı mal vermədiyini və iddiaçıya borcunun olmadığını bildirir. Göründüyü kimi dəyərinin ödənilməsi tələb edilən malların cavabdeh tərəfindən iddiaçıya təqdim edilib-edilməməsi işin mübahisəli halını təşkil edir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdehin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixdə məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul edərək, iddiaçıdan sözügedən malların alınması və həmin mallara görə iddiaçıya 100.000 manat məbləğə yaxın borclarının olması faktlarını təsdiq edilmiş, göstərilən izahat məhkəmə iclasının audio-video yazısında qeydə alınmışdır. MPM-in: 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Digər tərəfdən cavabdeh “X2” MMC-nin direktoru Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə iddiaya dair ərizə təqdim edərək iddia tələbini qəbul etmədiklərini, 13 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilən razılaşma protokollarının olmadığını, iddiaçının təqdim etdiyi təhvil-qəbul aktının rəsmi sənəd kimi qəbul edilməməli olduğunu əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Növbəti iclaslarda iştirak edən nümayəndə S.Osmanov da əvvəlki izahatını təkzib edən izahat verərək malların təhvil-təslim aktlarının səlahiyyətli şəxs tərəfindən imzalanmadığını, təhvil-təslim aktlarında göstərilmiş malların təqdim edilib-edilməməsi barədə dəqiq məlumatının olmadığını, dəqiq məlumatı MMC-dəki yoxlamalar bitdikdən sonra əldə edə biləcəyini bildirmişdir. Məhkəmə mübahisəli malların iddiaçı tərəfindən cavabdehə təqdim edilibedilməməsi məsələsi araşdırarkən həmçinin qeyd edir ki, iddiaçı göstərilən halı sübuta yetirmək üçün 94.369,57 manat məbləğində malların cavabdehə təqdim edilməsi ilə bağlı tərtib edilmiş elektron qaimələri, eləcə də eyni adda, sayda, ölçüdə (tikinti) mallarının İddiaçı QSC tərəfindən “X2” MMC təhvil-təslim edilməsi barədə çatdırılma bildirişlərini (delivery note) təqdim etmişdir. Təhvil-təslim aktlarının səlahiyyətli şəxs tərəfindən imzalanmaması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh tərəf onların adından təhvil-təslim aktını imzalanmış F.Vəlibəyov adlı şəxsin MMC-nin işçisi (hazırda da anbardar vəzifəsində işləyir) olmasını təsdiq etmişdir. Digər tərəfdən cavabdeh onlara təqdim edilmədiyini iddia etdikləri mallarla bağlı təhvil-təslim aktlarına işçiləri tərəfindən hansı səbəbdən imza edildiyini açıqlamamış, əksinə işçinin göstərilən hərəkəti ilə bağlı tərəflərindən heç bir araşdırma aparılmadığını bildirmişlər. İkincisi, iddiaçı tərəfindən təqdim edilmiş çatdırma bildirişləri, xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 126121 nömrəli və xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 733532 nömrəli elektron qaimələr və bank hesabından çıxarışdan müəyyən edilir ki, tərəflər əvvəllər də alqı-satqı münasibətlərində olmuş, həmin münasibətlərdə iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi eyni şəxsin – F.Vəlibəyovun imzası ilə təsdiq edilmiş çatdırılma bildirişləri və elektron qaimələrlə rəsmiləşdirilmiş və göstərilən sənədlər əsasında cavabdeh tərəfindən ödənişlər edilmişdir. Göstərilən hallar isə tərəflərin arasında malların təhvil-təsliminin çatdırılma bildirişləri tərtib edilərək cavabdehin adından F.Vəlibəyov tərəfindən imzalanması yolu ilə aparılmasına dair işgüzar adətin formalaşmasına dəlalət edir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən malların təqdim edilməsi faktını təsdiq etmək üçün elektron qaimələr ilə yanaşı tərəflər arasında formalaşmış işgüzar qaydada uyğun şəkildə rəsmiləşdirilmiş malların təhvil-təslimi barədə aktların məhkəməyə təqdim edildiyini, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda göndərilən çoxsaylı elektron qaimələrə cavabdeh tərəfindən hər hansı düzəliş və ya etiraz edilmədiyini, eləcə də birinci məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iddiaçıya 100.000 manata yaxın borcun olmasını təsdiq etməsini nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə 94.369,57 manat məbləğində malların təqdim edilməsi faktı öz təsdiqini tapır. Məhkəmə iddiaçının təqdim edilməsini iddia etdiyi mallarla bağlı qiymətlərin razılaşdırılması protokollarının olmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, cavabdeh mübahisəli alqı-satqı müqaviləsi üzrə əvvəllər dəyəri tərəflərindən ödənilmiş malların məhz qiymətlərin razılaşdırılması protokolları əsasında təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı təqdim edilmiş malların dəyərləri cavabdehə göndərilmiş elektron qaimələrdə əks olunsa da, həmin elektron qaimələrdə göstərilmiş qiymətə iddiaçı tərəfindən indiyədək hər hansı etiraz edilməmişdir. Odur ki, hazırkı halda qiymətlərin razılaşdırılması protokollarının olmaması tərəflər arasında qiymətlərin razılaşdırılmaması anlamına gəlmir. İddiaçının təqdim etdiyi təhvil-təslim aktının Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş formaya uyğun olmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, təhvil-qəbul aktının Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş forması olsa da, satıcı və ya alıcının mütləq şəkildə həmin formaya riayət etməli olmasına dair mövcud qanunvericilikdə hər hansı imperativ norma nəzərdə tutulmayıb. Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin 4.1.2-ci maddəsinə əsasən malların məhz təhvil-qəbul sənədi əsasında alıcıya təqdim edilməsi göstərilmişdir, yəni, tərəflər arasındakı sözügedən müqavilədə təhvil-təslim aktının forması ilə bağlı hər hansı şərt nəzərdə tutulmayıb. Belə bir şərt nəzərdə tutulsa belə, təhvil-təslim aktının müqavilədə nəzərdə tutulmuş formasına riayət edilməməsi cavabdehi ona faktiki olaraq təqdim edilmiş malları ödəmək öhdəliyindən azad etmir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı QSC cavabdeh “X2” MMC-dən ƏDV daxil 94.369,57 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 373,11 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X2” MMC-dən ƏDV daxil 94.369,57 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və vəkil xərclərinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar