Məhkəmə qərarları › İş №e-2-2(113)-3273/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3273/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3273/2021 30.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sumqayıt Su-Kanal İdarəsi tərəfindən tərtib edilmiş 08.06.2018-ci il tarixli, 09766 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 4256 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsi ilə Bakı-Quba yolu 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (kafe) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair aralarında 152694 saylı, 01.09.2011-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsində sudan sayğac vasitəsilə istifadə etmiş və dəyərini ödəmişdir. 2021-ci ilin aprel ayında cavabdehin nümayəndələri sudan istifadəyə görə 4256 manat borcu olduğunu bildirdilər. İddiaçı qeyd olunan borc məbləğinin araşdırılması üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinə müraciət etmişdr. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları sudan qanunsuz istifadə etdiyi üçün 08.06.2018-ci il tarixdə 09766 nömrəli inventar aktı tərtib edildiyini, bu səbəbdən də cərimə hesablandığını bildirdilər və qeyd olunan aktın surətini iddiaçıya verdilər. İddiaçıya təqdim olunan aktda guya qeyri-yaşayış obyektində d-20 mmlik plasmast boru vasitəsilə sayğacdan keçmədən sudan qanunsuz istifadə etməyi qeyd olunmuşdur. Bildirmək istəyir ki, akt tərtib olunarkən iddiaçının məlumatı olmamış və iştirakı təmin edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akta əsasən ona 4256 manat cərimə hesablanmışdır. Cavabdeh hesablanmış məbləği ödəməyini tələb edərək, su təchizatını dayandıracağını bildirir. “Sumqayıt Sukanal” İdarəsi akt tərtib etməklə D-20 mm borudan istifadə edilməsi ilə əlaqədar hesablamalar aparmışdır. “AR Nazirlər Kabinetinin Sudan İstifadə Qaydalarının” 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq bir il müddətinə hesablanır. Belə bir qoşulma halı var idisə, bu halda cavabdeh təşkilat bununla əlaqədar hər hansı bir araşdırma aparmalı idi. Lakin göründüyü kimi, heç bir araşdırma aparmadan, ümumiyyətlə, heç bir qoşulma olmadan yuxarıda göstərilmiş aktı qeyri-qanuni tərtib etmiş və heç bir əsas olmadan cərimə hesablamışlar. Əgər həqiqətən iddiaçı sudan qanunsuz istifadə etmişdisə, onda cavabdeh təşkilat onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edə bilərdi. Cavabdeh tərəfindən isə belə müraciət edilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş verilməmişdir. Mübahisənin məhkəməyədək həll edilməsi və qanunsuz yazılmış cərimənin silinməsi ilə bağlı Cavabdeh ASC-yə pretenziya qaydasında müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh ASC-nin Sumqayıt Su-Kanal İdarəsi tərəfindən tərtib edilmiş 08.06.2018-ci il tarixli, 09766 saylı akta əsasən hesablanmış 4256 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, su xəttinə baxış keçirilən zaman su xəttindən sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmiş və 08.06.2018-ci il tarixli, 09766 saylı akt tərtib olunmuş, 4256 manat dəymiş ziyan hesablanmışdır. İddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. İddiaçının hazırda cavabdehə ümumilikdə borcu 3728,27 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə X3 arasında bağlanmış 01.09.2021-ci il tarixli, 152694 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC X2 məxsus obyekti içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, X3 isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - 08.06.2018-ci il tarixli, 09766 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən 152694 saylı müqavilə üzrə abonent nömrəsi 41883 olan istehlakçının obyektinə baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuşdur. Aktın obyektin nümayəndəsi qrafasında “imtina" sözü yazılmışdır. - Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, qeyd olunan akt üzrə 2052 m3 su sərfiyyatı üçün 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. - 17.07.2021-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 3806,27 manat təşkil edir. Eləcə də, abonent haqqında məlumatda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən 110 manat məbləğində ödəniş edilmiş, həmin məbləğdən 32 manat istifadə edilmiş su borcu çıxılaraq, 78 manat avans məbləği qalmışdır. - X3 tərəfindən Cavabdeh ASC-yə pretenziya məktubu ünvanlanaraq əsassız hesablanmış 4256 manat borcun 3 gün müddətində silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba yolu, ev 6 ünvanında yerləşən obyektə baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuş və 08.06.2018-ci il tarixli, 09766 saylı inventar aktı tərtib olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə qeyd olunan akt üzrə 2052 m3 su sərfiyyatı üçün 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. 17.07.2021-ci il tarixli Abonent haqqında məlumatda iddiaçının cari tarixə qalıq borcunun 3806,27 manat təşkil etdiyi müəyyən olunur. Eləcə də iddiaçı tərəfindən 2021-ci ilin əvvəlinə 110 manat məbləğində ödəniş edilmiş, həmin məbləğdən 32 manat istifadə edilmiş su borcu çıxılaraq, 78 manat avans məbləği qalmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Ziddiyyətli məqamlardan biri də ondan ibarətdir ki, mübahisəli aktda Bakı-Quba yolu, ev 6 ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilməsi və qeyri-qanuni su xəttinin çəkilməsinin aşkar olunduğu qeyd olunmuş, iddiaçıya göndərilən hesab fakturada və abonent haqqında məlumatda isə obyektin ünvanı olaraq Bakı-ünvan 1256 manat borcun Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi təşkil edir İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya akt əsasında 4104 manat borc hesablanmış, həmin borcun bir qismi ödənilmişdir. Hazırda iddiaçının borcu 3728,27 manat (17.07.2021-ci il tarixli Abonent haqqında məlumatda iddiaçının cari tarixə qalıq borcu 3806,27 manat – 78 manat=3728,27 manat) təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı ona qanunun tələblərinə əməl etmədən tərtib olunmuş akt əsasında hesablanan məbləğin silinməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddia tələbi qismən təmin edilərək, X1 şəxsi hesabından 3728,27 manat məbləğində borc Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08.06.2018-ci il tarixli, 09766 saylı akta əsasən hesablanmış 3728,27 manat (üç min yeddi yüz iyirmi səkkiz manat iyirmi yeddi qəpik) məbləğində borc X1 şəxsi hesabından silinsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar