Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3274/2024 30.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6” MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 142 saylı müqavilə üzrə 4010,68 (dörd min on manat altmış səkkiz qəpik) manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş 61 manat dövlət rüsümunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X6” MMC arasında xx.xx.2023-cü il tarixli, 142 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 Protokolunda (Əlavə 1) göstərilmiş malları alıcının təlabatına uyğun olaraq satmağı, alıcı isə satın aldığı malların dəyərini bu müqaviləyə uyğun olaraq ödəməyi öz öhdəsinə götürməsi qeyd edilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində ******* saylı, xx.xx.2023-cü il tarixli qaimə-faktura ilə “Vita 1000”-0,5 qazlı 3504 ədəd, “Vita 1000”-0,5 qazsız 3505 ədəd, “Vita 1000”-1L qazlı 2004 ədəd, “Vita 1000”-1L qazsız 1500 ədəd olmaqla, cəmi 4010,68 (dörd min on manat altmış səkkiz qəpik) manat məbləğində mal verilmiş, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura (EBDP, 555102 saylı qaimə) kəsilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcının satın aldığı malların dəyərini alıcı malları təhvil aldıqdan sonra 20 gün ərzində satıcının bank hesabına köçürməsi göstərilmişdir. Lakin mallar təhvil verildikdən sonra üzərindən 6 aydan çox müddət keçməsinə baxmayaraq, malların ödənişi həyata keçirilməmişdir. Bu barədə tərəflər arasında çoxsaylı yazışmalar olmuş və ödənişin həyata keçirilməsi xahiş olunmuşdur. Lakin cavabdeh malların dəyərini ödəməkdən yayınmışdır. Cavabdehə malların dəyərinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixində elektron vergi sistemi vasitəsilə məktub, eləcə də xx.xx.2024-cü il tarixində pretenziya göndərilmiş, lakin həmin müraciətlərə məhəl qoyulmamışdır. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə və lazimi şəkildə yerinə yetirməməsinə görə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 7.2-ci bəndinə görə isə müqavilənin şərtlərinin pozulması nəticəsində zərər çəkmiş tərəfə birbaşa dəymiş ziyanın əvəzi ödənilir. Müqavilənin 8.1-ci bəndində isə müqavilədən irəli gələn bütün mübahisələrin tərəflər arasında danışıqlar yolu ilə həll edilməsi, 8.2-ci bəndinə əsasən mübahislərin danışıqlar yolu ilə həlli mümkün olmadıqda, mübahislərin Azərbaycan Respublikasının möcvud qanunvericiliyinə uyğun müvafiq məhkəmə instansiyasında həlli nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 142 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 Protokolunda (Əlavə 1) göstərilmiş malları alıcının tələbatına uyğun olaraq satmağı, alıcı isə satın aldığı malların dəyərini bu müqaviləyə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın çeşidi, hər vahidin qiyməti hər iki tərəfdən imzalanmış X1 Protokolunda göstərilir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı satın aldığı malların dəyərini satıcı tərəfindən təqdim edilən müvafiq təhvil - qəbul aktı əsasında onun ünvanına təhvil verildikdən sonra 20 (iyirmi) gün ərzində satıcının bank hesabına köçürür. - xx.xx.2023-cü il tarixli, 142 nömrəli müqaviləyə 1 nömrəli Əlavə qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, xx.xx.2023-cü il tarixli, 142 nömrəli müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti (Vita 1000 qazlı/qazsız 0,5 lt 1 ədədinin qiyməti 0,25 manat, ƏDV daxil 0,295 manat; Vita 1000 qazlı/qazsız 1,0 lt 1 ədədinin qiyməti 0,47 manat, ƏDV daxil 0,5546 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 555102 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4010,68 manat (ƏDV daxil) təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5375 nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 4010,68 manat (3398,88 manat + 611,80 manat 18% ƏDV) təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaimə faktura əlavə edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. - Məhkəmə iclasında şahid qismində ifadə verən Cavadov X4 bildirdi ki, Cavabdeh MMC-yə xx.xx.2023-cü ildə mallar təhvil vermişlər. Malları apardıqları yerin sağ tərəfində “oba” market var idi. Sol tərəfində də fitness klub var idi. Təxminən 3500 ədəd qazlı, 2500 ədəd qazsız su vermişlər. 1 kasetdə 136 ədəd var idi. Həmin vaxt 2 maşın mal verildi. - Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirdi ki, İddiaçı MMC-də sürücü işləyib. Təxminən 2023-cü ilin sentyabrında Ramana Sovxozuna getmiş, malları hara deyiblərsə, ora da aparıb boşaltmışlar. - Məhkəmə iclasında şahid X2 digər şahidlərlə oxşar ifadə verdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC və İddiaçı MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, mallar təqdim olunmuş, lakin onların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 142 saylı müqavilə üzrə 4010,68 manat (dörd min on manat altmış səkkiz qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 (altmış bir) manat olmaqla, cəmi 4071,68 manat (dörd min yetmiş bir manat altmış səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, 142 saylı müqavilə üzrə 4010,68 manat (dörd min on manat altmış səkkiz qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 (altmış bir) manat olmaqla, cəmi 4071,68 manat (dörd min yetmiş bir manat altmış səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3274/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3274/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver