Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3275/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 47922,78 manat (ƏDV daxil) məbləğində pul vəsaitinin, eləcə də 234 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1 "xxxx" MMC arasında imzalanmış olan xx.xx.2022-ci il tarixli AH/PG-1706 nömrəli Alqı-satqı Müqaviləsi əsasında yaranmış 47.922,78 (qırx yeddi min doqquz yüz iyirmi iki manat 78 qəpik) (ƏDV daxil) borcun əsas məbləğ hissəsinə 34.000,00 (otuz dörd min manat) Azərbaycan manatı qiymət endirimi tətbiq edilməsi ilə bağlı razılığa gəlirlər. 1.2. Tərəflər arasında bu Sazişin bağlanması ilə "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcu əsas məbləğ üzrə 6.612,53 (altı minaltı yüz on iki manat 53 qəpik) Azərbaycan manatı və ƏDV məbləği üzrə 7.310,25 (yeddi min üç yüz on manat 25 qəpik) Azərbaycan manatı təşkil edir. 1.3. Bu Sazişin 1.2-ci bəndində qeyd olunan məbləğlərin ödənişi həyata keçirildikdən sonra "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AH/PG-1706 nömrəli Alqı-satqı Müqaviləsi üzrə "xxxx" MMC-yə qarşı tələbi (iddiası) olmayacaqdır. 1.4. Tərəflər İddiaçı MMC tərəfindən hazırki iddia üzrə ödənilmiş 234,40 (iki yüz otuz dörd manat 40 qəpik) Azərbaycan manatı və müvəqqəti təminat tədbirinin verilməsi ilə bağlı ərizə üzrə ödənilmiş 23,40 (iyirmi üç manat 40 qəpik) Azərbaycan manatı məbləğində məhkəmə xərclərinin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlirlər. 1.5. Bu Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər danışıqlar və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq nizama salınır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.1 "xxxx" MMC arasında imzalanmış olan xx.xx.2022-ci il tarixli AH/PG-1706 nömrəli Alqı-satqı Müqaviləsi əsasında yaranmış 47.922,78 (qırx yeddi min doqquz yüz iyirmi iki manat 78 qəpik) (ƏDV daxil) borcun əsas məbləğ hissəsinə 34.000,00 (otuz dörd min manat) Azərbaycan manatı qiymət endirimi tətbiq edilməsi ilə bağlı razılığa gəlirlər. 1.2. Tərəflər arasında bu Sazişin bağlanması ilə "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcu əsas məbləğ üzrə 6.612,53 (altı minaltı yüz on iki manat 53 qəpik) Azərbaycan manatı və ƏDV məbləği üzrə 7.310,25 (yeddi min üç yüz on manat 25 qəpik) Azərbaycan manatı təşkil edir. 1.3. Bu Sazişin 1.2-ci bəndində qeyd olunan məbləğlərin ödənişi həyata keçirildikdən sonra "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AH/PG-1706 nömrəli Alqı-satqı Müqaviləsi üzrə "xxxx" MMC-yə qarşı tələbi (iddiası) olmayacaqdır. 1.4. Tərəflər İddiaçı MMC tərəfindən hazırki iddia üzrə ödənilmiş 234,40 (iki yüz otuz dörd manat 40 qəpik) Azərbaycan manatı və müvəqqəti təminat tədbirinin verilməsi ilə bağlı ərizə üzrə ödənilmiş 23,40 (iyirmi üç manat 40 qəpik) Azərbaycan manatı məbləğində məhkəmə xərclərinin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlirlər. 1.5. Bu Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər danışıqlar və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq nizama salınır. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3275/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3275/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver