Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3276/2024 24.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 77417 manat əsas borc, 5882,4 manat dəbbə pulu, əsas borca illik 5 faizlə hesablanmış 7741,7 manat olmaqla ümumilikdə 91041,1 manat məbləğində pulun və ödənilmiş 363,12 manat dövlət rüsumunun, 1400 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 məhkəməyə 23 sentyabr 2024-cü il tarixli barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. İddiaçı və cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğvetmə Komissiyası) öz aralarındakı mübahisəni qarşılıqlı güzəşt və sülh yolu ilə həll edərək razılaşırlar və qarşılıqlı qaydada təsdiq edirlər ki, tərəflər arasında bağlanan 23 iyun 2021-ci il tarixli “Avtomobillərə texniki qulluq və təmir xidməti” barədə müqavilə üzrə bu saziş imzalanan tarixə ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı cəmi 65 000,00 (altmış beş min) manat borcu vardır. 1.2. Ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğvetmə Komissiyası) öz öhdəsinə götürür ki, 65 000,00 (altmış beş min) manat borcun 50%-ni, yəni 32500 (otuz iki min beş yüz) manatını hazırkı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin müvafiq qərardadı qüvvəyə mindiyi andan ən geci 1 (bir) iş günü ərzində, borcun yerdə qalan 50%-ni yəni 32500 (otuz iki min beş yüz) manatını isə hazırkı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin müvafiq qərardadı qüvvəyə mindiyi andan ən geci 30 (otuz) təqvim günü müddətində İddiaçı bank hesabına köçürəcək. 1.3. İddiaçı təsdiq edir ki, ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğvetmə Komissiyasının) 23 iyun 2021-ci il tarixli müqavilə üzrə borcu cəmi 65 000,00 (altmış beş min) manatdır və həmin məbləğ sazişin 1.2-ci bəndində müəyyən edilmiş qaydada ona ödənildikdən sonra ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğvetmə Komissiyasına) hər hansı tələb və iddiası olmayacaq. 1.4. Tərəflər razılığa gəlir ki, işlə əlaqədar çəkilmiş məhkəmə xərcləri İddiaçı aid edilir. 1.5. İddiaçı bank hesabı: Hesab sahibi: İddiaçı Hesab/İBAN: AZ83RBTA******************** VÖEN: ********** RABİTƏBANK ASC-nin Sahil filialı M/H: AZ61NABZ******************** FAD: 507280 VÖEN: ********** SWİFT: RBTAAZ22 2.1. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. 2.2. Bu saziş bağlandığı andan qüvvəyə minir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini məhkəmə iclasında imzalayan hər iki nümayəndəyə müvafiq prosessual hərəkətin yerinə yetirilməsi üçün lazımi səlahiyyət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 364 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 364 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə cavabdeh ləğv prosesində olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: 1.1. İddiaçı və cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğvetmə Komissiyası) öz aralarındakı mübahisəni qarşılıqlı güzəşt və sülh yolu ilə həll edərək razılaşırlar və qarşılıqlı qaydada təsdiq edirlər ki, tərəflər arasında bağlanan 23 iyun 2021-ci il tarixli “Avtomobillərə texniki qulluq və təmir xidməti” barədə müqavilə üzrə bu saziş imzalanan tarixə ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı cəmi 65 000,00 (altmış beş min) manat borcu vardır. 1.2. Ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğvetmə Komissiyası) öz öhdəsinə götürür ki, 65 000,00 (altmış beş min) manat borcun 50%-ni, yəni 32500 (otuz iki min beş yüz) manatını hazırkı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin müvafiq qərardadı qüvvəyə mindiyi andan ən geci 1 (bir) iş günü ərzində, borcun yerdə qalan 50%-ni yəni 32500 (otuz iki min beş yüz) manatını isə hazırkı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin müvafiq qərardadı qüvvəyə mindiyi andan ən geci 30 (otuz) təqvim günü müddətində İddiaçı bank hesabına köçürəcək. 1.3. İddiaçı təsdiq edir ki, ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğvetmə Komissiyasının) 23 iyun 2021-ci il tarixli müqavilə üzrə borcu cəmi 65 000,00 (altmış beş min) manatdır və həmin məbləğ sazişin 1.2-ci bəndində müəyyən edilmiş qaydada ona ödənildikdən sonra ləğv etmə prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğvetmə Komissiyasına) hər hansı tələb və iddiası olmayacaq. 1.4. Tərəflər razılığa gəlir ki, işlə əlaqədar çəkilmiş məhkəmə xərcləri İddiaçı aid edilir. 1.5. İddiaçı bank hesabı: Hesab sahibi: İddiaçı Hesab/İBAN: AZ83RBTA******************** VÖEN: ********** RABİTƏBANK ASC-nin Sahil filialı M/H: AZ61NABZ******************** FAD: 507280 VÖEN: ********** SWİFT: RBTAAZ22 2.1. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. 2.2. Bu saziş bağlandığı andan qüvvəyə minir. İddiaçı cavabdeh ləğv prosesində olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş 364 (üç yüz altmış dörd) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3276/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3276/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver