Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3277/2021 26.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borc pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MM-nin xeyrinə 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) AZN məbləğində pulun habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə (bundan sonra "iddiaçı") Cavabdeh MMC arasında (bundan sonra “cavabdeh”) 15 yanvar 2020-ci il tarixli No 084/2020 nömrəli müqaviləyə əsasən həmin ilin iyun ayı ərzində “Norm” sement məhsullarının alğı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən (müqavilə əlavə edilir), iddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür.01.06.2020-03.06.2020-ci il tarixli tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktına əsasən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya cəmi 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) AZN borcu mövcud olmuşdur. Bundan sonra cavabdeh bu günədək heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Odur ki, hal-hazırda cavabdehin İddiaçıya 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) AZN borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə izahatında qeyd etdi ki, iddiaçıdan aldığı malları müştərilərinə nisyə satmışlar və hazırda da satdıqları malların pulunu müştərilərindən ala bilmədikləri üçün iddiaçıya olan borcu ödəməkdə çətinlik çəkmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli 084/2020 saylı alğı-satqı müqaviləsinə əsasən “satıcı” qismində İddiaçı MMC bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir əmtəə-nəqliyyat qaiməsində göstərilən “Norm sement” hazır məhsulları (bundan sonra “Mal” və ya “Mallar”) “Alıcr”ya (SA Group” MMC-yə sataraq onun mülkiyyətinə verməyi, “alıcı” isə həmin “mallar”ı qəbul edərək, müvafiq əmtəə-nəqliyyat qaiməsində və müqavilədə “mal”ın müəyyənləşdirilmiş dəyərini “satıcı”ya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən müqavilə üzrə malların 1 (bir) tonunun qiyməti “Norm” sement məhsullarından “Klass A” markası üçün 155 manat və “Klass B” markası üçün isə 140 manat təşkil edir. 2.3-cü bəndə əsasən “alıcı” əmtəə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi “mallar”ın dəyərini alqısatqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə “mal”ın “alıcı” tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 15 (on beş) iş günü ərzində “satıcı”ya tam ödənilməsini təmin etməlidir. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli 084/2020 saylı alqı-satqı müqaviləsinə 01 saylı əlavə əsasında tərtib edilmiş 01 iyun 2020-ci il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh MMC Konstromat” MMC-dən ümumilikdə 705,05 manat, 02 saylı əlavə əsasında tərtib edilmiş 01 iyun 2020-ci il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh MMC Konstromat” MMC-dən ümumilikdə 1632,03 manat, 03 saylı əlavə əsasında tərtib edilmiş 01 iyun 2020-ci il tarixli 03 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh MMC Konstromat” MMC-dən ümumilikdə 3840,04 manat, 04 saylı əlavə əsasında tərtib edilmiş 01 iyun 2020-ci il tarixli 04 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh MMC Konstromat” MMC-dən ümumilikdə 1623,98 manat, 05 saylı əlavə əsasında tərtib edilmiş 01 iyun 2020-ci il tarixli 05 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh MMC Konstromat” MMC-dən ümumilikdə 3000,03 manat məbləğində mallar təhvil verilmiş, təhvil-təslim aktları hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan EBAK seriyalı 594418 nömrəli elektron qaiməyə əsasən 1632,03 manat, EBAK seriyalı 704877 nömrəli elektron qaiməyə əsasən 3000,03 manat, EBAK seriyalı 594362 nömrəli elektron qaiməyə əsasən 3840,04 manat, EBAK seriyalı 594470 nömrəli elektron qaiməyə əsasən 1623,98 manat məbləğində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd olunur ki, 01.06.2020-03.06.2020-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi 10.801,13 (on min səkkiz yüz bir manat, on üç qəpik) borcu mövcud olmuşdur. İş materiallarında olan 04.05.2021-ci il tarxili pretenziya məktubunun məzmununda qeyd olunur ki, SA Group” MMC-nin İddiaçı MMC-yə 10.801,13 ( on min səkkiz yüz bir manat, on üç qəpik) qalıq borcu mövcud olmuşdur. 5 gün müddətində göstərilən məbləği İddiaçı MMC-yə ödənilməsi tələb olunmuş, əks halda müvafiq orqanlara müraciət olunacağı və qeyd olunan məbləğlə yanaşı digər məsrəflərin də ödənilməsinin tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) manat məbləğində pul habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. SA Group” MMC-dən 10.801.13 (on min səkkiz yüz bir manat on üç qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3277/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3277/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver