Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-328/2021 25.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 əsas borca görə 3.251,53 manat, pul vəsaitinin gecikdirdiyinə görə 211,35 manat, cəmi 3.462,88 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən icraçı malları sifarişçiyə satmağı, bunun müqabilində isə sifarişçi alınan malların dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin X4 tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə X3 verilmiş malların dəyəri tam ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 3.251,53 manat məbləğində pul vəsaiti X4 tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Tərəflər arasında təsdiq edilmiş qaimə-fakturalardan görünür ki, müxtəlif adda olan yeyinti məhsulları iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və həmin məhsullar qaimə-fakturalarda göstərilən qiymətlərlə cavabdeh tərəfindən qəbul edilmişdir. Bununla bağlı olaraq cavabdehə xidmət müqavilələri üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2020-ci il tarixdə pretenziya göndərilmiş və 3.251,53 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, podrat müqaviləsinin 4.2-ci bəndi rəhbər tutularaq həmin müqavilə üzrə yerinə yetirilmiş işlərə görə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə X4 (alıcı) arasında xx xxxx 2016-cı il tarixdə sifariş üzrə malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin: - 1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malların təchizatını və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alıcı isə həmin malları qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. -2.3-cü bəndinə əsasən malların təhvil verilməsi qaimə-faktura əsasında həyata keçirilir. Müqavilə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iş materiallarında olan xx.xx.2016-cı il tarixli AAC seriyalı 541898 nömrəli qaimə-fakturaya əsasən 59,28 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli AAC seriyalı 541946 nömrəli qaimə-fakturaya əsasən 65,26 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli AAC seriyalı 542476 nömrəli qaimə-fakturaya əsasən 183,6 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli AAC seriyalı 542401 nömrəli qaimə-fakturaya əsasən 125,38 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli AAC seriyalı 542561 nömrəli qaiməfakturaya əsasən 50,16 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli AAC seriyalı 544168 nömrəli qaimə-fakturaya əsasən 84,38 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli AAC seriyalı 544342 nömrəli qaimə-fakturaya əsasən 27,36 manat (ƏDV daxil) dəyərində mallar; 04.2016-cı il tarixli AAC seriyalı 544211 nömrəli qaimə-fakturaya əsasən 268,07 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 135748 nömrəli qaimə-fakturaya əsasən 380,63 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 135855 nömrəli qaimə-fakturaya əsasən 274,96 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 135958 nömrəli qaimə-fakturaya əsasən 38,76 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 136576 nömrəli qaimə-fakturaya əsasən 64,77 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 137600 nömrəli qaimə-fakturaya əsasən 107,28 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 137184 nömrəli qaimə-fakturaya əsasən 61,82 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 138115 nömrəli qaimə-fakturaya əsasən 23,18 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 138327 nömrəli qaimə- fakturaya əsasən 132,85 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 138419 nömrəli qaimə-fakturaya əsasən 321,16 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı qaimə-fakturaya əsasən 113,91 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli APF seriyalı 139587 nömrəli qaimə-fakturaya əsasən 34,22 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 000797 nömrəli qaiməfakturaya əsasən 214,95 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 001138 nömrəli qaimə-fakturaya əsasən 100,5 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 001207 nömrəli qaimə-fakturaya əsasən 42,5 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 002801 nömrəli qaimə-fakturaya əsasən 55,2 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 002908 nömrəli qaimə-fakturaya əsasən 144,05 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 002416 nömrəli qaimə-fakturaya əsasən 164,87 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 002908 nömrəli qaimə-fakturaya əsasən 144,05 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 003050 nömrəli qaimə-fakturaya əsasən 57,41 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 003481 nömrəli qaimə-fakturaya əsasən 92,74 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 005675 nömrəli qaimə-fakturaya əsasən 96,96 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 005770 nömrəli qaimə-fakturaya əsasən 76,18 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 003679 nömrəli qaimə-fakturaya əsasən 91,65 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2016-cı il tarixli FVU seriyalı 004655 nömrəli qaimə-fakturaya əsasən 123,64 manat (ƏDV daxil) dəyərində mallar İddiaçı MMC tərəfindən X3 təhvil verilmişdir. Göstərilən müqavilə və qaimə-fakturaları əsasında İddiaçı MMC tərəfindən cavabdehə təqdim olunmuş cəmi 3.690,32 manat dəyərində olan mallara dair xx.xx.2016cı il tarixli, HK seriyalı, 823817 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 863722 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 864591 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 864472 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 876542 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 864472 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 885277 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 889852 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 980779 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 988732 saylı; xx.xx.2016-cı il tarixli, HK seriyalı, 990145 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 055897 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 128176 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 135755 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 190866 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 206931 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 213832 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 272300 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 281427 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 362455 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 427461 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 417605 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 460725 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 537299 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 614276 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 649601 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 670190 saylı; xx.xx.2016-cı il tarixli, HL seriyalı, 845352 saylı elektron vergi hesab-fakturaları tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə cavabdeh X3 təqdim edilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla X3 müraciət edərək, təhvil verilmiş mallara görə 3.251,53 manat məbləğində borcunun 5 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında xx.xx.2016-cı il tarixli sifariş üzrə malların alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda X2 göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 3.251,53 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 3.251,53 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə 211,35 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 449-cu maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə faizlərin Mülki Məcəllənin 449-cu maddəsinə əsasən tutulmasını tələb etsə də, cavabdehin ödənilməsini gecikdirdiyi məbləğdən faydalanması sübuta yetirilmədiyindən cavabdehdən həmin maddəyə uyğun olaraq bank uçot dərəcəsi ilə faizlərin tutulması üçün əsas yoxdur. Digər tərəfdən məhkəmə cavabdehin pul öhdəliyinin icrasını üzun müddət ərzində gecikdirildiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC pul öhdəliyinin icrasının gecikdirilməsinə görə tələb etdiyi 211,35 manat məbləğini Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % hesabı ilə tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, sifariş üzrə malların alqı-satqı müqaviləsi üzrə 3.251,53 manat məbləğində borc, 211,35 manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh X5 oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 3251,53 manat (üç min iki yüz əlli bir manat əlli üç qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 211,35 manat (iki yüz on bir manat otuz beş qəpik) məbləğində faiz, cəmi 3462,88 manat (üç min dörd yüz altmış iki manat səksən səkkiz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-328/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-328/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver