Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3288/2023 08.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı Azroşen MMC-nin nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azroşen MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia üzrə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azroşen MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən Azroşen MMC–nin xeyrinə 298140 manat əsas borc, 598 manat dövlət rüsumu məbləğində vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017– ci il tarixli 20711 saylı müqaviləyə əsasən və xx.xx.2022–ci il tarixli 1 saylı əlavəyə ( qiymətin razılaşdırılması protokoluna ) əsasən Azroşen MMC tərəfindən Cavabdeh MMC – yə müxtəlif çeşiddə xx.xx.2022 – xx.xx.2023 – cü il tarixlər arası cəmi 396145,28 manat dəyərində qida məhsulları təhvil verilmişdir. Malların qəbulu zamanı malların keyfiyyəti, müvafiq sertifikata uyğunsuzluğu, miqdarı və çeşidi ilə bağlı heç bir irad və narazılıq bildirilməmişdir. Azroşen MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017 – ci il tarixli müqavilənin şərtlərinə və xx.xx.2022 – ci il tarixli 1 saylı əlavəyə əsasən cavabdehə verilmiş 396145,28 manat məbləğində məhsulun 50000 manat ƏDV daxil olmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, 48004,75 manat dəyərində vaxtı ötmüş məhsul iddiaçı tərəfindən geri qəbul olunmuşdur və 298140 manat dəyərində məhsulun məbləği vəsait olaraq bizə ödənilməmişdir. Bu səbəbdən də cavabdehə məhsulun dəyərinin ödənilməsi və ya məhsulun geri qaytarılması tələb olunsada, bizə nə məhsulun dəyəri nə də ki məhsulun özü geri qaytarılmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş 2022 – ci ilin dekabr ayında həyata keçirilmişdir ki, bu da, 2022 –ci ilin oktyabr ayına olan satışlardan əldə olunmuş vəsaitin ödənişi olmuşdur. Bu səbəbdən də aramızda bağlanmış müqavilənin 4.4 – cü maddəsini rəhbər tutaraq, qeyd olunan müqaviləyə tərəfimizdən xx.xx.2023 – cü il tarixdən xitam verilmişdir və bu barədə cavabdehə xx.xx.2023 – cü il tarixdə rəsmi məktubla məlumat vermişdi. Belə ki, nəzərə alsaq ki, müqavilənin predmeti olan məhsulların istifadə müddəti nəzərdə tutulan mallara aid olması, həmin məhsulların ya satılaraq məbləğinin ödənilməsi və ya da istifadə müddətinin bitməsinə ən azı bir ay qalmış geri qaytarılması tələb olunurdu. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsəkdə, qeyd etdiyim kimi, nə məhsul, nədə ki həmin məhsulların dəyəri bizə qaytarılmamışdır. Bununla bağlı cavabdehə ilk olaraq xx.xx.2023 – cü il tarixdə pretenziya məktubu göndərilərək satılmış və dəyəri ödənilməmiş vəsaitin və satılmamış məhsulların geri qaytarlması xahiş olunmuşdur. Pretenziya məktubuna müsbət cavab almadıqdan sonra xx.xx.2023 – cü il tarixdə müqavilənin 17 mart 2023 –cü il tarixdə qüvvədən düşməsi barədə və qısa müddət ərzində satılmayan malların qaytarılmasını və satılan məhsulların dəyərinin ödənilməsi xahiş olunmuşdur. Nəhayət xx.xx.2023 – cü ildə eyni məzmunlu məktubla müraciət edərək qısa müddət ərzində satılmayan malların qaytarılmasını və satılan məhsulların dəyərinin ödənilməsi xahiş olunsada bütün müraciətlərimiz cavabsız qalmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı Azroşen MMC-nin nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Maddə 1. İddiaçı MMC-nin (ikinci tərəf) Cavabdeh MMC-yə (birinci tərəf) qarşı olan iddiasına görə tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Birinci tərəf’- in “İkinci tərəf’-ə 298140 AZN məbləğdə borcu var. “Birinci tərəf’ isə iddia edir ki, “İkinci tərəf in ona 155041,13 AZN məbləğində borcu var. Hazırda mübahisə ilə bağlı Bakı Kommersiya Məhkəməsinin icraatında məhkəmə işi davam edir. Tərəflər işi barışıqla həll etməyi razılaşdırdı. Maddə 2. Barışığın şərtləri 2.1. Hazırki “Saziş”-ləTərəflər razılığa gəlirlər ki: 2.1.1 Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli X3-na əsasən Cavabdeh MMCnin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə olan qalıq borcu 295055,42 AZN dir. 2.1.2 Təqdim edilmiş EQF-lərə əsasən İddiaçı MMC-nin Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixə ödəməli olduğu marketinq xərclərinin məbləği 103159,82 AZN təşkil edir. 2.2. Göstərilən borcları tərəflər iki mərhələyə ödəmə öhdəliyi götürürlər. Birinci mərhələnin ödəniş qrafiki: Sıra № Ödəyən tərəf Ödəniş təyinatı Məbləğ AZN Ödəniş tarixi 1 Cavabdeh MMC Borc məbləğ 20.000 xx.xx.2023 2 İddiaçı MMC marketinq xərci 10.000 xx.xx.2023 3 Cavabdeh MMC Borc məbləğ 30.000 xx.xx.2023 4 İddiaçı MMC marketinq xərci 15.000 xx.xx.2023 5 Cavabdeh MMC Borc məbləğ 40.000 xx.xx.2023 6 İddiaçı MMC marketinq xərci 20.000 xx.xx.2023 7 Cavabdeh MMC Borc məbləğ 54.502,69 xx.xx.2023 8 İddiaçı MMC marketinq xərci 27.251,34 xx.xx.2023 Beləliklə Cavabdeh MMC İddiaçı MMC-yə olan borcundan 144502,69 manat, İddiaçı MMC Cavabdeh MMC-yə olan marketinq xərcindən 72251,34 manat ödəmiş olacaq. 2.3 Cavabdeh MMC 150552,73 AZN qalıq borcuna “AZROŞEN “MMC tərəfindən 15% + 18% ƏDV marketinq dəstəyi tətbiq olunur, yəni 22582,90 azn marketinq dəstəyinin əsas məbləği (15%), əlavə olaraq 18% ƏDV ilə birlikdə 26647,83 azn toplam marketinq dəstəyi “AZROŞEN “MMC tərəfindən ödəniləcəkdir. 2.4. Birinci ödəniş qrafıkindən sonra İddiaçı MMC-nin Cavabdeh MMC-yə 30908,48 manat marketinq xərci üçün borcu qalacaq (103159,82 - 72251,34 = 30908,48). Buna 26647,83 manat marketinq endirim dəstəyi də əlavə olunacaq və toplam qalıq marketinq xərci 57556,31 manat olacaq. Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu qalıq məbləğ isə 150552,73 manat olacaq. Bu məbləğlərin qarşılıqlı olaraq ödəniş qrafiki aşağıdakı kimi olacaq: Sıra № Ödəyən tərəf Ödəniş təyinatı Məbləğ AZN Ödəniş tarixi 1 Cavabdeh MMC Borc məbləğ 20.000 xx.xx.2023 2 İddiaçı MMC marketinq xərci 10.000 xx.xx.2023 3 Cavabdeh MMC Borc məbləğ 20.000 xx.xx.2023 4 İddiaçı MMC marketinq xərci 7.000 xx.xx.2023 5 Cavabdeh MMC Borc məbləğ 15.000 xx.xx.2023 6 İddiaçı MMC marketinq xərci 8.000 xx.xx.2023 7 Cavabdeh MMC Borc məbləğ 20.000 xx.xx.2023 8 İddiaçı MMC marketinq xərci 7.000 xx.xx.2023 9 Cavabdeh MMC Borc məbləğ 15.000 xx.xx.2023 10 İddiaçı MMC marketinq xərci 8.000 xx.xx.2023 11 Cavabdeh MMC Borc məbləğ 20.000 xx.xx.2023 12 İddiaçı MMC marketinq xərci 7.000 xx.xx.2023 13 Cavabdeh MMC Borc məbləğ 15.000 xx.xx.2023 14 İddiaçı MMC marketinq xərci 8.000 xx.xx.2023 15 Cavabdeh MMC Borc məbləğ 15.000 xx.xx.2023 16 İddiaçı MMC marketinq xərci 2.556,31 xx.xx.2023 17 Cavabdeh MMC Borc məbləğ 10.552,73 xx.xx.2023 Beləliklə Tərəflərin bir-birinə olan borcu tam ödənilmiş olacaq. 2.5 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və işə baxan məhkəmə tərəfindən təsdiqləndikdən sonra Tərəflər üçün yalnız hazırki Sazişin şərtləri etibarlı olur. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Saziş imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3 qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.4. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. bəndində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər və məhkəmə tərəfindən təsdiqlənənə qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “Azroşen MMC” ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-3288/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3288/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3288/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver