Məhkəmə qərarları › İş №e-2-2(113)-329/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-329/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-329/2023 28.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının direktoru X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası hüquqi şəxsi "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2020-ci il tarixli 002 №li müqavilə üzrə alıcı Cavabdeh MMC satıcı İddiaçı MMC-yə satılan malın dəyərinin onun tərəfindən ödənilməmiş hissəsini təşkil edən 334.781,6 ABŞ dollarının (günün məzənnəsinə uyğun olaraq 569.128,72 manat) və yuxarıda qeyd edilən müqavilənin 10.2-ci bəndinə əsasən, alıcının təqsiri üzündən əmtəənin dəyərinin ödənilməsinin gecikdirilməsi halında satıcının ödənişin gecikdirildiyi hər bir günə görə alıcıdan ödənişin gecikdirildiyi məbləğin 0,1 faizi məbləğində tələb etmək hüququna malik olduğu 131.930 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 224.281 manat) məbləğində penyanın və 16.739,08 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 28.456,436 manat) məbləğində əldən çıxmış faydanın, ümumilikdə isə 483.450,68 ABŞ dollarının – günün məzənnəsinə uyğun olaraq 821.866,156 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 28 dekabr 2020-ci il tarixli 002 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı İddiaçı MMC Rusiya istehsalı ərzaq arpasını Rusiya Federasiyası və Azərbaycan Respublikasının Samur qəsəbəsində (Rusiya) sərhədi DAP şərtlərində (İNCOTERMS 2020) satmağı və tədarük etməyi, alıcı Cavabdeh MMC isə malı qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci maddəsinə əsasən, tədarük Rusiya Federasiyasından həyata keçirilmişdir. Müqavilənin 4.3-cü bəndində qeyd edilir ki, tədarük dövrü – 2020-ci ilin iyul ayından 2022-ci ilin yanvar ayına qədər (hər iki tarix daxil olmaqla) olan dövrü əhatə edir və tədarük təxminən bərabər partiyalarla həyata keçirilir. Müqavilənin 5.1-ci bəndinə görə, malın ümumi məbləği 5.000.000 + 1-10°/0 ABŞ dolları təşkil edirdi. Müqavilənin 8.1-ci bəndinə əsasən, bu müqavilə şərtlərində tədarük edilən hər bir mal partiyası aşağıdakı sənədlərlə müşayət olunmalıdır: 1) Satıcının kommersiya invoysu; 2) Səlahiyyətli orqanlar tərəfindən verilmiş fitosanitar sertifikat; 3) Karantin sertifikatı; 4) Beynəlxalq əmtəə-nəqliyyat fakturası və ya digər nəqliyyat fakturası; 5) Keyfiyyət sertifikatı. Müqavilənin 9.1-ci bəndində qeyd edilir ki, mal üçün mülkiyyət hüququ və risklər Rusiya Federasiyası və Azərbaycan Respublikasının Samur qəsəbəsində (Rusiya) sərhədi DAP tədarük şərtlərinə əsasən Satıcıdan Alıcıya keçir. Müqavilənin 14.1-ci bəndində qeyd edilir ki, bu Müqavilədən və ya onunla bağlı olan, o cümlədən onun icrasına, pozulmasına, dayandırılmasına və ya xitam verilməsinə dair yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər Rusiya Federasiyası və (və ya) Azərbaycan Respublikasının arbitraj məhkəmələrində hər iki ölkənin qanunvericiliyinə əsasən həll olunmalıdır. Müqavilənin 15.4-cü maddəsinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2022-ci ilədək qüvvədədir. Müqavilənin 2.1-ci bəndinə görə, müqavilə predmetinin – Rusiya istehsalı ümumi miqdarı 10.000 ton + 1-10°/0 füruşla ərzaq arpası göstərilir. Qeyd etmək istəyirlər ki, 28 dekabr 2020-ci il tarixli 002 №li müqavilə əsasında 03 fevral 2021-ci il tarixli 2 saylı invoysdan göründüyü kimi satıcı İddiaçı MMC tərəfindən birinci partiyada alıcı Cavabdeh MMC-yə ümumi çəkisi 802.5 ton və ümumi dəyəri 147.660 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 251.022 manat pul miqdarında ərzaq arpası göndərilmişdir. 28 dekabr 2020-ci il tarixli 002 №li müqavilə əsasında 09 fevral 2021-ci il tarixli 3 saylı invoysdan göründüyü kimi satıcı İddiaçı MMC tərəfindən ikinci partiyada alıcı Cavabdeh MMC-yə ümumi çəkisi 468,4 ton və ümumi dəyəri 86.185,6 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 146.515,52 manat pul miqdarında ərzaq arpası göndərilmişdir. 28 dekabr 2020-ci il tarixli 002 №li müqavilə əsasında 11 fevral 2021-ci il tarixli 4 saylı invoysdan göründüyü kimi satıcı İddiaçı MMC tərəfindən üçüncü partiyada alıcı Cavabdeh MMC-yə ümumi çəkisi 804.0 ton və ümumi dəyəri 147.936 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 251.491,2 manat pul miqdarında ərzaq arpası göndərilmişdir. Ümumilikdə, invoyslardan göründüyü kimi satıcı İddiaçı MMC tərəfindən müxtəlif vaxtlarda alıcı Cavabdeh MMC-yə ümumi çəkisi 2.074,9 ton və ümumi dəyəri 381.781,6 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 649.028,72 manat pul miqdarında ərzaq arpası göndərilmişdir. Qeyd etmək istəyirlər ki, Cavabdeh MMC İddiaçı MMC-yə ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə ümumi dəyəri 381.781,6 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 649.028,72 manat pul miqdarında olan borcundan cəmi 47.000 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 79.000 manat pul ödəmişdir. Bunu nəzərə alaraq bildirirlər ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə olan borcu 334.781,6 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 569.128,72 manat pul təşkil edir. Bundan başqa, müqavilənin 10.2-ci bəndinə görə, malın ödənişinin alıcının təqsiri ucbatından gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün satıcı alıcıdan gecikdirilmiş məbləğdən 0,1% cərimə almaq hüququna malikdir. Müqavilənin 6.1-ci bəndində göstərilir ki, alıcı malı aldığı andan iki ay müddətində ödənişi aparır. 28 dekabr 2020-ci il tarixli 002 №li müqaviləyə 20 iyun 2021-ci il tarixli 3 saylı əlavə razılaşmanın 1-ci bəndində qeyd edilir ki, ödəniş ən geci 31 avqust 2021-ci il tarixinə qədər həyata keçirilməlidir. 28 dekabr 2020-ci il tarixli 002 №li müqaviləyə 20 iyun 2021-ci il tarixli 3 saylı əlavə razılaşmanın 1-ci bəndini rəhbər tutaraq qeyd etməlidir ki, alıcı Cavabdeh MMC satıcı İddiaçı MMC-yə ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə alıcının təqsiri ucbatından gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün satıcı alıcıdan gecikdirilmiş məbləğdən 0,1% penya almaq hüququna malikdir. Məhz bu baxımdan alıcı Cavabdeh MMC ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə alıcının təqsiri ucbatından gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün İddiaçı MMC-yə 131.930 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 224.281 manat pul məbləğində penya ödəməlidir. Bundan başqa, alıcı Cavabdeh MMC ona göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə alıcı tərəfindən borcun ödənilməməsi səbəbindən İddiaçı MMC-yə 16.739,08 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 28.456,436 manat məbləğində əldən çıxmış faydanı ödəməlidir. Cavabdeh (VÖEN **********) və İddiaçı MMC (VÖEN **********) arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli 002 №li arpa alqı-satqısına dair müqavilə üzrə Cavabdeh MMC müqaviləyə əsasən, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı MMC ağır maddi vəziyyətə düşmüşdür. Bu səbəbdən aralarında olan 28 dekabr 2020-ci il tarixli 002 №li müqaviləsindən sonra yaranmış mübahisə üzrə həmin müqaviləyə əsasən, alıcı Cavabdeh MMC satıcı İddiaçı MMC-yə satılan malın dəyərinin onun tərəfindən ödənilməmiş hissəsini təşkil edən 334.781,6 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 569.128,72 manat) və yuxarıda qeyd edilən müqavilənin 10.2ci bəndinə əsasən, alıcının təqsiri üzündən əmtəənin dəyərinin ödənilməsinin gecikdirilməsi halında satıcının ödənişin gecikdirildiyi hər bir günə görə alıcıdan ödənişin gecikdirildiyi məbləğin 0,1 faizi məbləğində tələb etmək hüququna malik olduğu 131.930 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 224.281 manat) məbləğində penyanı və 16.739,08 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 28.456,436 manat) məbləğində əldən çıxmış faydanı, ümumilikdə isə 483.450,68 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 821.866,156 manat) məbləğində pul ödəməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti əsasında iş üzrə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı RF hüquqi şəxsi "xxxx" MMC-nin Cavabdeh MMC- yə qarşı pul tələbinə dair iddiasını qəbul etmirlər. Belə ki, RF hüquqi şəxsi İddiaçı MMC-nin 821.866,156 manat məbləğində pul tələbi 28 dekabr 2020-ci il tarixli, 002 saylı müqaviləyə əsaslanır. İddiaçıya görə, 3, 9 və 11 fevral 2021-ci il tarixlərində ümumi çəkisi, 2.074,9 ton olan ərzaq arpası göndərmiş və cavabdeh isə, onun pulunu ödəməmişdir. Hesab edirlər ki, 28 dekabr 2020-ci il tarixli, 002 saylı Müqaviləyə Mülki Məcəllənin 340.2-ci maddəsi çərçivəsində hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilirMaddədən aydın olur ki, bu halda tərəflər arasında bir deyil, iki ayrıca əqd bağlanmaqdadır. Yalan əqd. Bu əqd tərəflərin həqiqi iradələrini əks etdirmir və üçüncü şəxslərdə yanıldıcı bir görüntü yaratmaq məqsədilə bağlanır. Pərdələnən əqd. Bu əqd tərəflərin həqiqi iradəsini əks etdirir və hüquqi nəticə doğurmaq üçün bağlanır. Şəxsdə (tərəfdə) yalan əqd anlayışı. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında vurğulamışdır ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Göründüyü kimi, Plenuma görə, yalan (görüntüdə bağlanmış) əqdlə pərdələnən əqdin tərəflərinin eyni olması tələb edilmir. Başqa sözlə, görüntüdə bağlanmış əqdin tərəfləri A və B, pərdələnən əqdin tərəfləri isə, A və C ola bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün faktiki əsaslar. İlk öncə qeyd edilməlidir ki, KM Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına görə, "... əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olubolmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn: bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Üçüncü şəxs Azərbaycanın hüquqi şəxsi ‘True Trading” MMC (VÖFN **********) 30 avqust 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır; direktoru Qanuni nümayəndə1dur. İddiaçı RF hüquqi şəxsi "Tru Treydinq” MMC 01 iyun 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır; direktoru RF vətəndaşı Qanuni nümayəndə2dur. Hər iki hüquqi şəxsin şərikləri eynidir: Qanuni nümayəndə1 və Qanuni nümayəndə2. Bu iki hüquqi şəxsin eyni şəxs(lər) tərəfindən təsis edilməsini/şəriklərin eyni olması aşkardır. Birincisi, adlar eynidir; üstəgəl, əvvəlcə Azərbaycanda, sonra isə, RF-də eyni adlı hüquqi şəxslər, özü də, milliyyətcə Azərbaycanlı olan şəxslər tərəfindən təsis edilib. İkincisi, Qanuni nümayəndə1 məxsus “e-mair adresi xx.xx.2020-ci il tarixli, 002 saylı Müqavilədə öz əksini tapmışdır (b. 16). Cavabdeh MMC-nin Gömrük Xidmətinin Vahid X1 alınmış 2019, 2020 və 2021-ci illərə aid idxal əməliyyatları haqqında hesabatlar işə əlavə edilmişdir. Həmin hesabatlardan aydın olur ki, bu illər ərzində cavabdeh heç vaxt hər hansı hüquqi və ya fiziki şəxsdən arpa almamışdır. Çünki cavabdehin fəaliyyəti un istehsalı ilə bağlıdır və bunun üçün arpaya deyil, buğdaya ehtiyacı vardır. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycanın hüquqi şəxsi 'True Trading” MMC- nin direktoru Qanuni nümayəndə1 bildirdi ki, “uzun illərdir taxıl məhsullarının ticarəti ilə məşğul olur. Cavabdeh MMC-nin direktoru N.Məmmədovu da buradan tanıyır. Həqiqətdə Cavabdeh MMC-yə arpa məhsulunun satışı nəzərdə tutulmamışdır. Sadəcə olaraq, yeganə təsisçisi və direktoru olduğu Azərbaycanın hüquqi şəxsi "xxxx" MMC-nin hər hansı işçisi olmadığından və özü də, arpanı RF-dən Azərbaycana yola salmaq məqsədilə RF-də olduğundan Cavabdeh MMC-nin direktoru N.Məmmədovdan xahiş etmişdir ki, 28 dekabr 2020-ci il tarixli, 002 saylı Müqaviləni imzalasın. Arpa məhsulunu RF-dən qatarla yola salmış və Bakıda da özü qəbul etmişdir. 28 dekabr 2020-ci il tarixli, 002 saylı müqavilənin bağlanma prosesi də diqqətəlayiqdir. Belə ki, ortada 380.000 ABŞ dolları dəyərində arpa satışı var və Qanuni nümayəndə2 Cavabdeh MMC-nin direktoru N.Məmmədovu bir dəfə belə olsun görməyib. Tərəflərin razılaşdığı kimi, ərzaqlıq arpa cavabdehə məxsus anbara yığılmışdır. Arpanı RF-dən göndərən də, Bakıda faktiki qəbul edən də, Qanuni nümayəndə1dur. Bu barədə video görüntülər vardır və iddiaçı da bu halı miibahisələndirməmişdir. Bir müddət həmin anbarda saxlanılmışdır. Daha sonra, Cavabdeh MMC ilə üçüncü şəxs Azərbaycanın hüquqi şəxsi “True Trading" MMC arasında 26 iyul 2022-ci il tarixdə, 01/22 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədən aydın olur ki, Cavabdeh MMC 2007.9 ton ərzaqlıq arpanı “True Trading" MMC-yə satmağı, sonuncu isə, əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edirlər ki, əvvəlcədən tərəflərin gəldiyi razılığa uyğun olaraq, “True Trading" MMC 26 iyul 2022-ci il tarixdə 01/22 saylı Alqı-satqı müqaviləsi üzrə ödənişləri həyata keçirən kimi Cavabdeh MMC də bank hesabı vasitəsilə həmin vəsaiti İddiaçıya göndərir. Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqinin hüquqi nəticəsi. xx.xx.2020-ci il tarixli, 002 saylı Müqavilə yalan əqddir və buna görə də, bağlandığı andan əhəmiyyətsizdir. Çünki tərəflər həmin müqaviləni bağlamaqdakı iradələri arpanın alqısatqısı olmamışdır (MM m. 340.2/c. 1 və 2). Pərdələnən əqd, iddiaçı ilə üçüncü şəxs Azərbaycanın hüquqi şəxsi “True Trading" MMC arasında bağlanmış şifahi alqı-satqı müqaviləsidir. Şəxsdə (tərəfdə) yalan əqd məhz özünü burada göstərir. Yəni yalan əqdin tərəfləri iddiaçı və cavabdeh, pərdələnən əqdin tərəfləri isə iddiaçı və üçüncü şəxsdir. Nəzərə alsalar ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsinə görə, “Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq edilir" və alqı-satqı müqaviləsi də şifahi bağlana bilən müqavilədir, onda yuxanda ifadə etdikləri iddiaçı ilə üçüncü şəxs arasında bağlanan pərdələnmiş əqdin mötəbərliyi şübhə doğurmur. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, “Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb- sayılmamasındun asılı olmayaraq özlüyündə etibarsız olan əqddir”, Mülki Məcəllənin 337.4-cü maddəsinə görə “Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır". Göründüyü kimi, xx.xx.2020-ci il tarixli, 002 saylı Müqavilə bağlandığı andan əhəmiyyətsiz olduğu üçün cavabdehin iddiaçı qarşısında hər hansı öhdəlik daşımasından söhbət gedə bilməz xx.xx.2023-cü il tarixdə Cavabdeh yazılı izahat təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və izahatında qeyd etmişdir ki, iddiaçı tərəf bildirir ki, Cavabdeh MMC-nin direktoru Nurəddin Məmmədov əvvəlki məhkəmə iclasında və məhkəməyə qədərki proseslərdə iddianı əsas borc hissəsində etiraf etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, cəmiyyətin direktoru N. Məmmədov hər hansı borcu etiraf etməmişdir. İddiaçının fərqli şəkildə qələmə vermək istədiyi hal əslində ondan ibarətdir ki, arpa alış-satışının Cavabdeh MMC ilə heç bir əlaqəsi olmamışdır. Bu məsələ, yalnız iddiaçı və üçüncü şəxs arasında baş tutmuş sövdələşmə ilə bağlıdır. Dolayısı ilə, bu mübahisəni iddiaçı və üçüncü şəxs özləri həll etməlidirlər. Məsələnin hüquqi həllini isə tərəflər belə razıaşdırmışlar ki, üçüncü şəxs arpanın dəyərini Cavabdeh MMC-yə, sonuncu isə, həmin məbləği iddiaçıya köçürəcəkdir. Bir sözlə, Cavabdeh MMC burada sadəcə vasitəçilik edəcəkdir. Direktor N.Məmmədovun öz izahatında yalnız əsas borca vurğu etməsinin məntiqi açıqlaması məhz bundan ibarətdir. İddiaçının direktoru Qanuni nümayəndə2 izahatında bildirir ki, “arpanı cavabcdehin direktoru N.Məmmədov və üçüncü şəxsin direktoru Qanuni nümayəndə1 birlikdə satıb pulunu yeyiblər”. Burada belə bir sual çıxır: Əgər həqiqətən də, Qanuni nümayəndə1 və Nurəddin Məmmədov bir şəxsdirlərsə, məqsədləri arpanın pulunu satıb yemək olubsa, onda cavabdeh və üçüncü şəxs arasında müqavilənin bağlanmasına nə ehtiyac vardı? Niyə üçüncü şəxs özü üçün belə bir təhlükə yaratsın? Əgər Qanuni nümayəndə1 iddiaçı ilə heç bir əlaqəsi yoxdusa, onda Qanuni nümayəndə1 bir sözü ilə 380.000 ABŞ dolları məbləğində arpanı iddiaçı heç tanımadığı cavabdehə niyə göndərirdi? Məhkəmə iclasında iddiaçının direktoru Qanuni nümayəndə2 belə bir ifadə işlətdi: “Burada üçüncü şəxs yoxdur. Qanuni nümayəndə1 və N.Məmmədov eyni şəxsdirlər”. Yəni Qanuni nümayəndə2 gözündə Qanuni nümayəndə1 və N.Məmmədov birlikdə arpanı sataraq ona zərər vurmuş şəxsdirlər. Bu hal da, əqdin yalan olduğunu təsdiqləyir. Niyə? - Ona görə ki, əgər ortada hər hansı üçüncü şəxs yoxdursa, onda arpanı RF-dən göndərən də, Bakıda qəbul edən də, eyni şəxsdir - Qanuni nümayəndə1dur. Deməli, RF hüquqi şəxsi olan iddiaçının “əsl sahibi” və ya “sahiblərindən biri” elə Qanuni nümayəndə1 özüdür. Bu həm də o deməkdir ki, arpanı RF-dən Bakıya göndərən və onun satışını həyata keçirmiş şəxs əslində cavabdehin malını deyil, elə öz malını satıb. Çünki cavabdeh və üçüncü şəxs arasında bağlanmış müqavilə yalan əqd olduğundan əhəmiyyətsiz, iddiaçı və üçüncü şəxs arasında bağlanmış müqavilə (pərdələnən əqd) isə, etibarlı olduğundan və Qanuni nümayəndə1 da, üçüncü şəxsin direktoru olduğundan satdığı arpa elə həmin şəxsin öz malı idi. Məhkəmə iclasında iddiaçının direktoru X4 iddia tələbini müdafiə edərək, izahatında qeyd etmişdir ki, Üçüncü şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə1 onun əsgərlikdən dostu idi. Şirkətin yaradılmasını ona Qanuni nümayəndə1 təklif etmişdir. Onun şirkətinin üçüncü şəxsin qanuni təmsilçisi ilə hər hansı əlaqəsi yoxdur. Rusiya Federasiyasında şirkəti o yaratmışdır. M.İsmayılov adlı şəxs şirkətə buğda alınması üçün 380.000 pul köçürmüş, həmin pul vəsaiti mal cavabdehə göndərilməmişdin 4-5 ay əvvəl ödənilmişdi.M.İsmayılovun sifariş etditi malı çətin tapıldığı üçün onlar ilk əvvəl cavabdehə mal satmışlar. Malları birlikdə alıb Azərbaycana göndərmişlər. M.İsmayılov onu Rusiya Federasiyasında məhkəməyə verib. Ödədiyi məbləği ondan tələb edir. İsmayılova borcun bir hissəsini o özü ödəmişdir. Qalan məbləği ödəyə bilmir. S.Hamzayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, Cavabdeh MMC-ni o tapmamışdır. Qanuni nümayəndə1 tanışı idi. Malı Cavabdeh MMC-yə satmışdır. Üçüncü şəxs onu cavabdehin direktoru ilə tanış etdi və onlar cavabdeh ilə alqı-satqı müqaviləsi bağladılar. Müqavilə Azərbaycan Respublikasında bağlanıb. Srpanı üçüncü şəxsin qanuni təmsilçisinin qəbul etməyinin səbəbi ona məlum deyil. Razılıqlarına əsasən üçüncü şəxs göndərdiyi arpanı cavabdehin direktoru ilə birlikdə satıb, satışdan əldə edilən pul vəsaitini ona göndərməli idi. O müqavilənin yalan əqd olduğunu bilmirdi. Onun Cavabdeh MMC və üçüncü şəxs arasında olan sövdələşmədən xəbəri yox idi. Mallar Cavabdeh MMC-nin həyətində boşaldılırdı. Pərviz həmin yerə gedib Pərviz ilə Nurəddin dost olduqları üçün malı bir yerdə təhvil alıblar. Bunun ona aidiyyəti yoxdur. Bu Qanuni nümayəndə1 ilə cavabdehin qanun təmsilçisi N.Məmmədov arasında olan məsələdir. İddiaçı Qanuni nümayəndə1 məsləhəti əsasında təsis etmiş, lakin hazırda şirkətin rəhbəri özüdür. Qanuni nümayəndə1la aralarında müqavilə yoxdur. Düşünürdü ki, cavabdeh ödəniş edəcək. Mübahisə predmeti olan arpanın cavabdeh ilə üçüncü şəxs arasında alıb-satılan arpaya aidiyyəti yoxdur. O arpanı göndərdikdən sonra məhsul dərhal satılıb. O üçüncü şəxs ilə birlikdə 30 ədəd vaqona arpanı yükləmiş, daha sonra 10 vaqon arpanı tək göndərmişdir. Mallar AR-ə gətirilərkən Pərviz Bakıda idi. Malı cavabdehin və üçüncü şəxsin qanuni təmsilçisi birlikdə təhvil almış, hətta cavabdehin anbarından ona video zəng etmişlər. O malları göndərməmişdən əvvəl Qanuni nümayəndə1 Azərbaycan Respublikasına gəldi. O malı rəsmi olaraq Cavabdeh MMC-yə satmış, daha sonra üçüncü şəxsin qanuni təmsilçisinin həmin malı cavabdeh ilə birgə satıb-satmayacağından məlumatsız idi. Mal cavabdehə göndərildikdən sonra dərhal 47.000 ABŞ dolları ödənilmiş, sonra isə 5.000 və 10.000 manat sonra ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə1 həmçinin izahatında qeyd etmişdir ki, cavabdehin qanuni təmsilçisi borcu etiraf edib. Rusiyadaki “Tru Treyding” LTD ilə Azərbaycandaki “True Traiding” şirkətinin hər hansı bağlılığı yoxdur. Bu səbəblə iddia tələbi təmin edilməlidir. Nümayəndə1 tərəflər arasında bağlanmış müqavilənin 14-cü bəndinə əsasən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinin tətbiqi məsələsinə münasibətdə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə tamamilə anlaşılandır. Müqaviləyə əsasən tərəflər arasında mübahisə yarandığı halda ya Rusiya Federasiyasının ya da Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir. Hazırda isə arpa Azərbaycan Respublika ərazisinə daşınıb. Bu səbəblə mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, malları cavabdehin və üçüncü şəxsin qanuni təmsilçisi qəbul edib. Cavabdeh tərəfin tərəflər arasında bağlanan əqdin yalan olması ilə bağlı mülahizələri əsassızdır. Pərdələnən hər hansı əqd yoxdur. Əqd yalandan bağlanmışdısa hansı səbəb ilə tərəflər müqavilə ilə üzərinə düşən öhdəlikləri icra edirdi. Cavabdehin qanuni təmsilçisi borcunu etiraf edib və daha əvvəl müəyyən miqdarda ödəniş edib. Müqavilə əsasında ödəniş edilib. Yalan əqd olsa idi 47.000 ABŞ dolları ödəniş edilməzdi. 47.000 ABŞ dolları, 5.000 və 10.000 manat dəyərində ödəniş edilib. Nümayəndə1 “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsiri və tətbiqi praktikası barədə məsələyə münasibət bildirərək qeyd etmişdir ki, həmin məsələyə etiraz edir. Belə ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Kişinyov Konvensiyanın 44-cü maddəsinə əsasən əqd əsasında tərəflərin hüquq və vəzifələri, əgər tərəflər arasında razılaşma ilə digər qayda nəzərdə tutulmayıbsa, onun baş verdiyi razılığa gələn tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Tərəflər arasında müqavilə Azərbaycan Respublikasında bağlanıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya qarşı cavabdehin verdiyi etirazın və xx.xx.2023-cü il tarixli yazılı izahatın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə2 həmçinin izahatında Cavabdehnə aid idxal əməliyyatları haqqında çıxarışı təqdim etdiyini və həmin siyahının arpa idxal etmədiklərini sübut etdiyini bildirmişdir. Nümayəndə2 tərəflər arasında bağlanmış müqavilənin 14-cü bəndinə əsasən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinin tətbiqi məsələsinə münasibətdə hesab etmişdir ki, müqavilə əhəmiyyətsizdir və bu səbəblə qeyd olunan məsələlərə münasibət bildirmirlər. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, mallar gəlib və malların həcmi, məbləği ilə bağlı mübahisə yoxdur. Cavabdeh müqaviləni tanışlıq olması ilə əlaqədar bağlayıb. Hər hansı maddi maraqdan söhbət gedə bilməz. Əqd uydurmadır. Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək (iş materiallarına əlavə edilir), yenidən məhkəmənin nəzərinə çatdırır ki, müqavilə etibarsızdır. İzahatına əlavə olaraq qeyd etməyi zəruri sayır ki, məhkəmə tərəfindən Rusiya Federasiyasının qanunverciliyinin tətbiq edildiyi halda xahiş edir məhkəmə Rusiya Federasiyasının Mülki Məcəlləsinin 333.1-ci maddəsini nəzərə alaraq, dəbbə pulunun azaltsın. İddiaçının izahatına münasibətdə bildirmək istəyir ki, müqavilə Azərbaycan Respublikasında bağlanmayıb. O bildiyinə görə, müqaviləni tərəflər ayrı-ayrı ölkələrdə imzalamış, cavabdeh imzalamış, sonra iddiaçıya göndərmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 izahatında bildirmişdir ki, uzun illərdir ki, taxıl ticarəti ilə məşğul olur. 2020-ci ildə Rusiya Federasiyasında şirkət yaradıb həmin şirkətdən Azərbaycan Respublikasında olan şirkətə taxıl tədarük etmək istədi. 2020-ci ildə S.Hamzayevə müraciət etmişdir ki, Rusiya Federasiyasında “True Traiding” şirkətini yaratsınlar və o həmin şirkətin rəhbəri olsun. Lakin buradakı şirkətində işçilərin və özünün olmaması səbəbi ilə cavabdeh şirkətin rəhbərindən xahiş etdi ki, taxılı onun şirkətinə göndərsin. Razılıq əldə edildi. Qeyd etdiklərinin əsası ondan ibarətdir ki, tərəflər arasında bağlanan müqavilə əsassızdır. Rusiya Federasiyasının qanunvericiliyində müəyyən dəyişikliklər oldu və bu səbəblə zərərə düşmüşlər. Cavabdeh sadəcə vasitəçi kimi iştirak edirdi. O, Cavabdehnə heç vaxt arpa satmamışdır. Rusiya Federasiyasında olan şirkətin faktiki rəhbəri odur. Sadəcə Rusiya Federasiyasının vətəndaşı olmadığına görə qanuni təmsilçi ola bilmir. İşçilərin əmək haqqını belə o ödəyir. Qanuni nümayəndə1 həmçinin izahatında bildirmişdir ki, S.Hamzayevə 130.000 ABŞ dolları məbləğində ödəniş etmiş. Qanuni nümayəndə2 pulu şirkətə borc kimi köçürüb. O həmişə S.Hamzayevə ödəniş edirdi. Yəni S.Hamzayevin ona həmin məbləğdə borcu var. Qanuni nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmşdir ki, Rusiya Federasiyasındaki şirkət ilə rəsmi hər hansı əlaqəsi yoxdur. Arpa cavabdehə məxsus anbara boşaldılıb. Uzun müddət həmin anbarda saxlanıldıqdan sonra mal ona təhvil verilib. Mallar ona 2022-ci ilin avqust ayında təhvil verilib. Arpa 3-4 ilədək saxlanıla bilir. Arpanı o təhvil almış və paylamışdır. Məhsulun bir hissəsi məhv olmuşdur. Məhsul bir il ərzində Rusiya Federasiyasında saxlanıldı. Daha sonra xx.xx.2021-ci il tarixdə malın tonuna uyğun olaraq vergi tətbiq edilməyə başladı və onlar malı tələsik Respublikaya gətirməli oldular. M.İsmayılov adlı şəxs Rusiya Federasiyasındakı “True Traiding” şirkətinə müəyyən məbləğdə pul göndərdi. Həmin pula arpa alınmışdır. Onlar M.İsmayılova müqavilə əsasında buğda göndərməli idilər. Lakin göndərməmişlər. Hələ də M.İsmayılova borcun yarısı ödənilməmiş qalır. Onun Azərbaycan Respublikasında olmamağının səbəbi ilə Cavabdehndən malları təhvil almağını, onun yerinə müqavilə bağlamağı xahiş etdi. S.Hamzayev işi bilmədiyindən malları qoyub gələ bilmirdi. Əvvəlki məhkəmə (xx.xx.2022-ci il tarixli) iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi N.Məmmədov izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Müqavilə üzrə yaranmış əsas borc üzrə öhdəliyi mövcuddur. Hesablanmış cərimə məbləğini isə qəbul etmir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında imzalanmış 002 saylı xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı İddiaçı MMC aşağıdakl malı satmağı və tədarük etməyi, alıcı Cavabdeh MMC isə qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürür: - ərzaq arpası, Rusiya istehsalı (bundan sonra mətndə - Mal), Rusiya Federasiyası və Azərbaycan Respublikasının Samur qəsəbəsində (Rusiya) sərhədi DAP şərtlərində (İNCOTERMS 2020). 2.1-ci bəndinə görə Rusiya istehsalı füruşla ərzaq arpası, ümumi miqdarı 10.000 ton + 1-10°/0, satıcının mülahizəsinə görə, xüsusilə: - Tərəflərin razılığı ilə müəyyən olunan miqdarda bir neçə partiyalarla satıcının mülahizəsinə görə, 10.000 ton + 1-10°/0 ərzaq arpası. 4.1-ci bəndinə əsasən malın tədarük şərtləri - Rusiya Federasiyası və Azərbaycan Respublikasının Samur qəsəbəsində (Rusiya) sərhədi DAP. 4.2-ci bəndinə görə tədarük Rusiya Federasiyasından həyata keçirilir. 4.3-cü bəndinə əsasən tədarük dövrü - 2020-ci ilin iyul ayından 2022-ci ilin yanvar ayına qədər (hər iki tarix daxil olmaqla). Tədarük təxminən bəraər partiyalarla həyata keçirilir. Ödənişin aparılmasını təsdiq etmək üçün Alıcı Satıcıya SWİFT üzrə təsdiq edici bank ödəniş təlimatını təqdim etməlidir. 4.4-cü bəndinə görə mal aşağıdakı hallarda Satıcı tərəfindən tədarük edilmiş və Alıcı tərəfindən qəbul edilmiş hesab olunur: - miqdarı üzrə - nəqliyyat fakturasında qeyd olunan miqdarla - keyfiyyət üzrə - keyfiyyət səlahiyyətli təşkilat tərəfindən verilmiş keyfiyyət şəhadətnaməsinə əsasən nəqliyyata yüklənmə yerində və vaxtında qəti müəyyən olunur. 5.1-ci bəndinə görə ümumi məbləğ 5.000.000 + l-10°/0 ABŞ dolları təşkil edir. Mal üçün qiymətə təyinat ölkəsinin qanunvericiliyi ilə nəzərdə tutulan hər hansı bir vergi və yığımlar daxil deyil. 6.1-ci bəndinə görə alıcı malı aldığı andan iki ay müddətinə ödənişi aparır. 7.1-ci bəndinə əsasən malın Yüklənib göndərilməsi Müqavilənin 6.1-ci bəndində qeyd olunmuş şərtlərdə Alıcı tərəfindən həyata keçirilən ödənişin rəsmi təsdiqinin Satıcı tərəfindən alınması anından ən gec 10 təqvim günü ərzində həyata keçirilir. 7.2-ci bəndinə görə yüklənib göndərilmədən əvvəl Alıcı və Satıcı məntəqədə yüklənmənin qarşılıqlı münasib tarixini razılaşdırmalıdırlar. 8.1-ci bəndinə əsasən bu müqavilə şərtlərində tədarük edilən hər bir mal partiyası aşağıdakı sənədlərlə müşayiət olunmalıdır:

1. Satıcının kommersiya invoysu + 4 nüsxə

2. Səlahiyyətli orqanlar tərəfindən verilmiş fıtosanitar sertifikat (+ nüsxə)

3. Karantin sertifikatı (+ 1 nüsxə)

4. Beynəlxalq əmtəə-nəqliyyat fakturası və ya digər nəqliyyat fakturası (+1 nüsxə).

5. Keyfiyyət sertifikatı. Bütün sənədlər ingilis dilində və ya ingilis və rus dillərində tərtib olunmalıdır. Alıcı Satıcıya sənədlərin faksla/elektron poçtu ulə doldurulması üzrə ətraflı dokumentar təlimatlatı yükləmnə başlamazdan əvvəl ən gec bir iş günü ərzində təqdim edir. 10.2-ci bəndinə əsasən malın ödənişinin alıcının təqsiri ucbatından gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün satıcı alıcıdan gecikdirilmiş məbləğdən 0,1 % cərimə almaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bu müqavilədən və ya onunla bağlı olan, o cümlədən onun icrasına, pozulmasına, dayandırılmasına və ya xitam verilməsinə dair yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər Rusiya Federasiyası və/və ya Azərbaycan Respublikasının Arbitraj məhkəmələrində hər iki ölkənin qanunvericiliyinə əsasən həll olunmalıdır. 15.4-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2022-ci ilədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək olan dövrü əhatə edən Cavabdeh idxal əməliyyatları haqqında Bakı Baş Gömrük İdarəsinin məlumatlarına əsasən Cavabdeh həmin dövrdə Rusiya Federasiyasından həmin ölkədə fəaliyyət göstərən müxtəlif MMC (rus dilində - OOO)-lərdən (OOO (MMC) "xxxx", OOO (MMC) "xxxx" və OOO (MMC) “Aqrokom-RUS”) 3 və 4-cü sinif müxtəlif xüsusiyyətli ərzaqlıq buğda ölkəyə idxal etmişdir. xx.xx.2021-ci il tarixli 2 saylı invoysdan (invoice) görünür ki, İddiaçı (Qanuni nümayəndə2) tərəfindən xx.xx.2020-ci il tarixli 002 saylı müqavilə əsasında füruşla örtülü 12 vaqonda göndərilmiş 802,5 ton ərzaq arpasının (1 tonun qiyməti 184 ABŞ dolları olmaqla) ümumi dəyəri 147.660 ABŞ dolları təşkil edir (göndərən və mənşə ölkə - Rusiya, idxalçı-alan şəxs Cavabdehdir). xx.xx.2021-ci il tarixli 3 saylı invoysdan (invoice) görünür ki, İddiaçı (Qanuni nümayəndə2) tərəfindən xx.xx.2020-ci il tarixli 002 saylı müqavilə əsasında füruşla örtülü 7 vaqonda göndərilmiş 468,4 ton ərzaq arpasının (1 tonun qiyməti 184 ABŞ dolları olmaqla) ümumi dəyəri 86.185,6 ABŞ dolları təşkil edir (göndərən və mənşə ölkə - Rusiya, idxalçı-alan şəxs Cavabdehdir). xx.xx.2021-ci il tarixli 4 saylı invoysdan (invoice) görünür ki, İddiaçı (Qanuni nümayəndə2) tərəfindən xx.xx.2020-ci il tarixli 002 saylı müqavilə əsasında füruşla örtülü 12 vaqonda göndərilmiş 804 ton ərzaq arpasının (1 tonun qiyməti 184 ABŞ dolları olmaqla) ümumi dəyəri 147.963 ABŞ dolları təşkil edir (göndərən və mənşə ölkə - Rusiya, idxalçı-alan şəxs Cavabdehdir). xx.xx.2021-ci il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 802500 kq (802,5 ton) ərzaq arpasının mənşə ölkəsi Rusiya Federasiyası, xx.xx.2020-ci il tarixli 002 saylı müqavilə üzrə yükgöndərən İddiaçı, yük alan isə Cavabdehdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 468400 kq (468,4 ton) ərzaq arpasının mənşə ölkəsi Rusiya Federasiyası, xx.xx.2020-ci il tarixli 002 saylı müqavilə üzrə yükgöndərən İddiaçı, yük alan isə Cavabdehdir. xx.xx.2021-ci il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, ümumi çəkisi 804000 kq (804 ton) ərzaq arpasının mənşə ölkəsi Rusiya Federasiyası, xx.xx.2020-ci il tarixli 002 saylı müqavilə üzrə yükgöndərən İddiaçı, yük alan isə Cavabdehdir. Göndərmə nömrəsi 30339558 olan fakturanın dublikatından görünür ki, xx.xx.2020-ci il tarixli 002 nömrəli müqavilə üzrə ümumi çəkisi 133400 kq arpa vaqonlara yüklənmişdir (göndərən - İddiaçı, alan - Cavabdeh). Göndərmə nömrəsi 30339607 olan fakturanın dublikatından görünür ki, xx.xx.2020-ci il tarixli 002 nömrəli müqavilə üzrə ümumi çəkisi 335000 kq arpa vaqonlara yüklənmişdir (göndərən - İddiaçı, alan - Cavabdeh). Göndərmə nömrəsi 30356101 olan fakturanın dublikatından görünür ki, xx.xx.2020-ci il tarixli 002 nömrəli müqavilə üzrə ümumi çəkisi 134000 kq arpa vaqonlara yüklənmişdir (göndərən - İddiaçı, alan - Cavabdeh). Göndərmə nömrəsi 30355947 olan fakturanın dublikatından görünür ki, xx.xx.2020-ci il tarixli 002 nömrəli müqavilə üzrə ümumi çəkisi 268000 kq arpa vaqonlara yüklənmişdir (göndərən - İddiaçı, alan - Cavabdeh). Göndərmə nömrəsi 30316489 olan fakturanın dublikatından görünür ki, xx.xx.2020-ci il tarixli 002 nömrəli müqavilə üzrə ümumi çəkisi 334000 kq arpa vaqonlara yüklənmişdir (göndərən - İddiaçı, alan - Cavabdeh). Göndərmə nömrəsi 30356052 olan fakturanın dublikatından görünür ki, xx.xx.2020-ci il tarixli 002 nömrəli müqavilə üzrə ümumi çəkisi 335000 kq arpa vaqonlara yüklənmişdir (göndərən - İddiaçı, alan - Cavabdeh). xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən malı qəbul edən (idxalatçı) Cavabdehnə ünvanlanmış ümumi invoys dəyəri 86.185,60 ABŞ dolları olan 468,4 ton (qoşmaya əsasən 7 nəqliyyat qaimələri üzrə ümumilikdə 468400 kq-lıq) ərzaqlıq arpa ARin gömrük sərhədindən keçirilərək Cavabdeh adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən (ümumi dəyəri 269.727,10 ABŞ dolları) malı qəbul edən (idxalatçı) Cavabdehnə ünvanlanmış ümumi invoys dəyəri 147.660 ABŞ dolları olan 802,5 ton (qoşmaya əsasən 12 nəqliyyat qaimələri üzrə ümumilikdə 802500 kq-lıq) ərzaqlıq arpa AR-in gömrük sərhədindən keçirilərək Cavabdeh adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) İddiaçı tərəfindən malı qəbul edən (idxalatçı) Cavabdehnə ünvanlanmış ümumi invoys dəyəri 135.608 ABŞ dolları olan 737 ton (qoşmaya əsasən 11 nəqliyyat qaimələri üzrə ümumilikdə 737000 kq-lıq) ərzaqlıq arpa AR-in gömrük sərhədindən keçirilərək Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 002 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə olan xx.xx.2021-ci il tarixli 3 saylı əlavə razılaşmaya əsasən tərəflər aşağıdakılar barədə razılaşmışlar:

1. Müqavilənin 6.1-ci bəndində və 28 dekabr 2020-ci il tarixli 002 saylı müqaviləyə olan 1 saylı əlavə razılaşmada aşağıdakı redaktədə qəbul edilməlidir; - Ödəniş şərtləri: ödəniş ən geci 31 avqust 2021-ci il tarixinə qədər həyata keçirilməlidir. Qismən ödənişə yol verilir.

2. 28 dekabr 2020-ci il tarixli 002 saylı müqavilənin qalan şərtləri bu 3 saylı əlavə razılaşma ilə toxunulmaz qalır və tərəflər onun üzrə öz öhdəliklərini təsdiq edirlər. 3 saylı əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından və "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, cəmiyyətin təsisçisi və yeganə payçısı Qanuni nümayəndə1dur və o həmçinin MMC-nin qanuni təmsilçisidir. Cavabdeh (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında imzalanmış 01/22 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, (1.1-ci bəndi) satıcı hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən malları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. 26 iyul 2022-ci il tarixli 01/22 saylı müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların (ərzaqlıq arpanın) miqdarı (cəmi 2007,90 ton (2.007.900 kq)) və qiymətləri (1 tonunun qiyməti 402,38 manat olmaqla ümumilikdə 807.938,80 manat olaraq) razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli 014 nömrəli hesab-fakturaya əsasən 5.000 manat ödəniş edilmişdir. Bank VTB (Azərbaycan) ASC-yə təqdim edilmiş 49839 nömrəli, 18 noyabr 2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, ərizəni verən müştəri Cavabdeh (göndərən bank - Bank VTB (Azərbaycan) ASC) tərəfindən xx.xx.2020-ci il tarixli 002 nömrəli müqavilə üzrə 170.719 rus rublu (RUB) məbləğində pul vəsaiti İddiaçı Rusiya Federasiyasındakı bank hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli 01/22 saylı müqaviləyə əsasən 10.000 manat ödəniş edilmişdir. Bank VTB (Azərbaycan) ASC-yə təqdim edilmiş 50432 nömrəli, 05 dekabr 2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, ərizəni verən müştəri Cavabdeh (göndərən bank - Bank VTB (Azərbaycan) ASC) tərəfindən xx.xx.2020-ci il tarixli 002 nömrəli müqavilə üzrə 354.340 rus rublu (RUB) məbləğində pul vəsaiti İddiaçı Rusiya Federasiyasındakı bank hesabına köçürülmüşdür. Rusiya Federasiyasının xx.xx.2022-ci il tarixli ЮЭ99xx-xx-221736098 nömrəli hüquqi şəxslərin vahid dövlət reystrinin çıxarışından görünür ki, İddiaçı (“Тру Трэйдинг” ООО) xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasında (hüquqi ünvanı Samara vilayəti) hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və baş direktoru (Rusiya Federasiyasının vətəndaşı) X3r. İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilmişdir.

Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin bir tərəfi – iddiaçı Rusiya Federasiyasında təsis edilmiş və fəaliyyət göstərən İddiaçı MMC, digər tərəfi - cavabdeh isə AR-də təsis edilmiş və fəaliyyət göstərən Cavabdeh MMC olduğundan mübahisə xarici elementli mübahisədir. Odur ki, məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 28 dekabr 2020-ci il tarixli 002 №li alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin müqavilənin 14-cü bəndində həmin müqavilədən və onunla bağlı olan, o cümlədən onun icrasına, pozulmasına, dayandırılmasına və ya xitam veirlməsinə dair yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblərin RF və ya AR-in Arbitraj Məhkəmələrində (Rusiya Federasiyasında Kommersiya Məhkəmələri Arbitraj məhkəmələri adlandırılır) hər iki ölkənin qanunvericiliyinə əsasən həll olunması olması nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən şərtdə tərəflər mübahisələrin hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə aydın şəkildə razılaşmamışlar. Digər tərəfdən hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən təsis edilmiş və olduğu yer Azərbaycan Respublikası olan hüquqi şəxsdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə, AR MPM-in 440.1-ci və 443.0.1-ci maddələrinə əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində tərəflərin müqavilədən irəli gələn mübahisələrə tətbiq edilməli hüquq barədə tərəflərin seçimi aydın şəkildə ifadə edilməmişdir. Belə ki, müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə hər iki dövlətin qanunvericiliyin tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, mübahisənin iki dövlətin qanunvericiliyi tətbiq edilməklə həll edilməsi isə praktiki cəhətdən mümkün deyil. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, tərəflər müqavilədən irəli gələn mübahisələrə tətbiq edilməli olan hüququ seçməmişlər. Digər tərəfdən məhkəmə prosesi gedişində tərəflərə tətbiq edilməli hüquq barədə razılığa gəlmək təklif edilsə də, razılıq əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 mübahisəyə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 44-cü bəndinə əsasən mübahisəyə müqavilənin bağlanması yerinin hüququnun tətbiq edilməli olmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən Konvensiya Rusiya Federasiyası tərəfindən 30 dekabr 2021-ci il tarixdə ratifikasiya edilsə də, MDB-nin İcraiyyə Komitəsinin rəsmi saytında (cis.minsk.by) MDB-nin hüquqi və digər aktlarının vahid elektron reyestrində əks olunmuş konvensiya ilə bağlı depozitari məlumatlarına əsasən həmin konvensiya Rusiya Federasiyası üçün qüvvəyə minməmişdir (konvensiyanın müddəalarına əsasən onu sonradan ratifikasiya etmiş dövlətlər üçün qüvvəyə minmə ratifikasiya fərmanı depozitariyə saxlanca verildiyi tarixdən sonra gələn otuzuncu gün baş verir). Odur ki, tərəflər arasında tətbiq edilməli olan hüququn həmin Konvensiyanın müddəalarına əsasən müəyyən edilməli istisna olunur. Digər tərəfdən RF ilə AR arasında qüvvədə olan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının analoji 41-ci bəndinə əsasən əqd əsasında tərəflərin hüquq və vəzifələri, əgər Tərəflər arasında razılaşma ilə digər qayda nəzərdə tutulmayıbsa, onun baş verdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, tərəflər arasında bağlanmış müqavilədə onun bağlanma yeri göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı müqavilənin hər iki tərəf tərəfindən imzalanmaqla və möhürlənməklə AR-də bağlandığını iddia etsə də, cavabdehin nümayəndəsi və vəkili müqavilənin iddiaçı tərəfindən RF-də imzalanmaqla və möhürlənməklə aksept edildiyini iddia etmiş, belə olan halda iş materiallarında olan sənədlər əsasında müqavilənin bağlanması yerini, eləcə də üsulunu (hər iki tərəfin eyni vaxtda imzalayaraq təsdiq etməsi və ya tərəflərin sənədi ayrı-ayrılıqda müxtəlif ölkələrdə imzalayaraq təsdiq etməsi) müəyyən etmək mümkün olmamışdır. İkincisi, Minks konvensiyasında yalnız əqd əsasında hüquq və vəzifələrin müəyyən edilməsi üçün tətbiq edilməli olan hüququ müəyyənləşdirilən ümumi kollizion norma əks olunmuş, konkret növ müqavilələrə münasibətdə tətbiq edilməli olan hüququ müəyyən edən xüsusi normalar isə nəzərdə tutulmamışdır. Bundan əlavə Minsk Konvensiyasının yuxarıda göstərilən müddəasında əqd əsasında tərəflərin hüquq və vəzifələrinə tətbiq edilməli olan hüquq müəyyən edildiyi halda hazırkı halda mübahisə əqd üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi ilə deyil, əqdin etibarsızlığı, əqd üzrə öhdəliklərin icra edilməməsi, eləcə də öhdəliklərin icra edilməsinə görə məsuliyyət ilə bağlıdır. Üçüncüsü, Azərbaycan Respublikası və Rusiya Federasiyasının iştirakçısı olduğu universal beynəlxalq müqavilələrində (Məsələn, BMT-nin malların beynəlxalq alğısatqısına dair müqavilələr haqqında Vyana Konvensiyası) beynəlxalq alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrini müəyyən edən unifikasiya edilmiş beynəlxalq xüsusi hüquq normaları mövcuddur. Odur ki, beynəlxalq alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilməsi məqsədilə kollizion normalardan istifadə edilərək milli qanunvericiliyin seçilməsi zərurəti mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Minsk Konvensiyası müqavilə ilə bağlı mübahisəli məsələləri (öhdəlikləri icra edilməməsi, icra edilməməsinə görə məsuliyyət və əqdin etibarsızlığı) tənzimləyən hüququ, eləcə də alqı-satqı müqaviləsinə tətbiq edilməli olan hüququ müəyyən edən xüsusi kollizion normanı əks etdirmədiyindən hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuş kollizion normalara əsasən müəyyən edilməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının. Belə olan halda müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından qanunvericiliyin tələbinə görə alqı-saqtı müqaviləsindən irəli gələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin yəni, Rusiya Federasiyasının hüququ tətbiq edilir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi hazırki müqavilədən irəli gələn mübahisələrə xarici ölkənin hüququnun tətbiq edilməli olması müəyyən edildiyindən məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür. Rusiya Federasiyasının Mülki Məcəlləsinin mübahisəyə tətbiq edilməli olan normalarından çıxarışlar Rusiya Federasiyasının rəsmi hüquqi informasiya internet portalından (pravo.gov.ru) əldə edilmişdir. Mübahisənin mahiyyətinə gəldikdə işin mübahisəsiz hallarından görünür ki, iddiaçı RF hüquqi şəxsi İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28 dekabr 2020-ci il tarixli 002 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı RF hüquqi şəxsi İddiaçı MMC tərəfindən 381.808,6 ABŞ dolları dəyərində ərzaq arpası Cavabdeh MMC-yə təqdim edilmişdir. Həmin malın dəyərindən Cavabdeh MMC tərəfindən 47.000 ABŞ dolları və 15.000 manat (ödəniş günü 8.823,52 ABŞ dolları) məbləğində pul vəsaiti İddiaçı MMCyə ödənilmişdir. Hazırda iddiaçı RF hüquqi şəxsi İddiaçı MMC müqavilə üzrə borcun, borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun və əldən çıxmış faydanın ödənilməsini tələb edir. Cavabdeh MMC tərəflər arasında imzalanmış müqavilənin yalan əqd olmasını, iddiaçı RF hüquqi şəxsi İddiaçı MMC ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR hüquqi şəxsi "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlandığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Rusiya Federasiyası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə yalan əqd, yəni başqa əqdi, o cümlədən fərqli şərtlərlə bağlanmış əqdi pərdələmək məqsədi ilə bağlanan əqd əhəmiyyətsizdir. Tərəflərin əslində nəzərdə tutduqları əqdə onun mahiyyəti və məzmunu nəzərə alınmaqla, həmin əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, yalan əqdin subyektiv tərəfi qəsd formasında təqsirlə ifadə olunur. Bu zaman yalan əqdin baş verməsi üçün tərəflərdən birinin iradəsinin olması kifayət etmir. Tərəflərin ümumi niyyətləri (pərdələnən əqdi gizlətmək) olmalı, eləcə də pərdələnən əqdin tərəfləri həmin əqdin mühüm şərtləri barədə razılığa gəlməlidirlər. Beləliklə, əqdin yalan əqd kimi qiymətləndirilməsi üçün əqdin hər iki tərəfin qəsdi mövcud olmalıdır. Hazırkı halda Cavabdeh MMC-nin mübahisəli əqdin yalan əqd olmasını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh MMC-nin AR-ə yalnız buğda idxal etməsini (iddiaçıdan aldığı maldan başqa) təsdiq edən, yəni arpa alqı-satqısı ilə məşğul olmamasını təsdiq edən məlumata gəldikdə məhkəmə qeyd edir ki, birincisi, təqdim edilmiş alqı-satqı müqaviləsi cavabdehlə üçüncü şəxs arasında mübahisəli müqavilə bağlandığı tarixdən təxminən bir il yarım keçdikdən sonra bağlanmış, eləcə də üçüncü şəxs tərəfindən həmin müqavilə üzrə ödənişlər yalnız hazırkı iddia qaldırıldıqdan sonra, yəni məhkəmə mübahisəsi dövründə həyata keçirilmişdir. Bundan əlavə məhkəmədə verdiyi izahatlarında üçüncü şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə1 Cavabdeh MMC tərəfindən arpanın 2022-ci ilin avqust ayında ona təhvil verildiyini təsdiq etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh və üçüncü şəxsin iddia etdiyi kimi tərəflər arasında 28 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən əsl niyyət arpanın üçüncü şəxs "xxxx" MMC-yə satılması olduğu, yəni həmin malın üçüncü şəxsə çatdırılmalı olması həmin vaxtdan bəlli olduğu halda həmin arpanın AR-ə gətirildikdən sonra cavabdehin anbarına yerləşdirilməsi və yalnız bir il yarım keçdikdən sonra üçüncü şəxsə təhvil verilməsi ağlabatan və inandırıcı görünmür. Digər sübuta münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin əvvəllər ARə yalnız buğda idxal etməsi faktı MMC-nin digər dənli bitkilərin idxalında da kommersiya marağının olmasını istisna etmir. Bundan əlavə yuxarıda göstərilən sənədləri cavabdehin mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasında məqsədinin digər əqdi pərdələmək olmasını təsdiq edən sübutlar kimi qəbul etsək belə, həmin sənədlər mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin göstərilən niyyəti barədə iddiaçının məlumatlı olmasını sübuta yetirmir. Mübahisəli əqdin ikinci tərəfi olan RF hüquqi şəxsi İddiaçı MMC-nin səlahiyyətli vəzifəli şəxslərinin, o cümlədən həmin şirkətin direktoru S.Hamzayevin əqdin bağlanarkən niyyətinin digər əqdi pərdələmək olması iş materialları olan digər sübutlarla da öz təsdiqini tapmır. Belə ki, Qanuni nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 tanımasını, Qanuni nümayəndə1 buğda alqı-satqısı ilə məşğul olmaqla RF-də şirkət açmağı təklif etməsini, Cavabdeh MMC-nin rəhbəri Nurəddin Məmmədovla ilə məhz Qanuni nümayəndə1 vasitəsilə tanış olmasını, Qanuni nümayəndə1 “Azərun” MMN” MMC-yə göndərilən arpanın vaqonlara yüklənməsinə kömək etməsini, sonradan malları AR-də qəbul edilməsində və “Azərun” MMN-in anbarına yerləşdirilməsində iştirak etməsini təsdiq etsə də, təsisçisi və direktoru olduğu İddiaçı MMC ilə Qanuni nümayəndə1 hər hansı əlaqəsinin olmasını, eləcə də Qanuni nümayəndə1 “Azərun” MMN” MMC-yə göndərilmiş arpanı sonradan özü satacağı barədə “Azərun” MMN” MMC ilə razılığa gəlməsindən məlumatının olduğunu inkar etmişdir. Cavabdeh və üçüncü şəxs isə iddiaçının direktorunun alqı-satqı müqaviləsini bağlayarkən niyyətinin iddiaçı şirkətlə üçüncü şəxs İddiaçı MMC bağlanmış alqı-satqı müqaviləsi pərdələmək olduğunu, eləcə də “pərdələnən əqdin” tərəfləri olan iddiaçı ilə üçüncü şəxsin həmin əqdin mühüm şərtləri barədə razılığa gəldiyini sübuta yetirə bilməmişlər. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi yalan əqd məqsədli olaraq bağlanır. Bir qayda olaraq yalan əqdin bağlanmasında məqsəd qanunun hansısa qadağasından yan keçməkdən və ya hansısa digər səbəbdən üçüncü şəxslərdə əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarət olur. Hazırkı halda cavabdeh “yalan əqd” olmasını iddia etdiyi əqdin hansı məqsədlə bağlandığını, yəni “pərdələnən əqd”in –İddiaçı MMC ilə üçüncü şəxs "xxxx" MMC ilə alqısatqı müqaviləsinin pərdələnməsinə hansı zərurətin mövcud olmasını, “pərdələnən əqd”in bağlanmasının hər hansı bir səbəbdən mümkün olmamasını və ya “pərdələnən əqd”in həmin əqdin tərəfləri üçün hər hansı mənfi nəticələrə səbəb olacağını, üçüncü şəxslərdə həmin əqd barədə yanlış təsəvvür yaradılması zərurətinin mövcud olmasını və s. sübuta yetirə bilməmişdir. İşçilərinin olmaması səbəbindən müqaviləni öz şirkəti ilə deyil, “Azərun” MMN” MMC ilə bağlamağa məcbur olması barədə "xxxx" MMC-nin direktorunun dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, malı öz şirkətinin adından AR-də qəbul etmək üçün işçilərin olmaması yalan əqdin bağlanması üçün yetərli və ağlabatan əsas deyil, digər tərəfdən P. Səmədov izahatında mallar AR-ə idxal edilərkən özünün AR-də olması və malları şəxsən qəbul etdiyini göstərmiş, göstərilən hal isə üçüncü şəxsin yuxarıda göstərilən dəlillərinin əsaslılığını təkzib edir. İddiaçının və üçüncü şəxsin əslində eyni şəxs olması, hər iki hüquqi şəxsin Qanuni nümayəndə1 məxsus olması və mübahisəli alqı-satqı müqaviləsində bağlanmasında əsas məqsədin malların satmaq üçün RF-dən AR-ə gətirilməsi olması barədə cavabdehin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, birincisi, göstərilən dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İkincisi, göstərilən dəlillər cavabdehin istinad etdiyi mübahisəli müqavilənin yalan əqd olması barədə dəlilləri ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçının iddia etdiyi kimi mal əvvəldən Qanuni nümayəndə1 məxsus olmuşdursa və mübahisəli müqavilənin bağlanmasında məqsəd malı №True Tradinq” MMC-yə satmaqdan deyil, satılması üçün RF-dən AR-ə gətirilməsindən ibarətdirdə, pərdələnən əqd ümumiyyətlə mövcud deyildir. Pərdələnən əqd yoxdursa, mübahisəli müqavilənin yalan əqd olması da istisna olunur. Yuxarıda göstərilən hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisəli alqısatqı müqaviləsinin yalan əqd hesab edilməsi üçün faktiki əsasların mövcud olması müəyyən edilmir. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi tərəflər arasında bağlanmış 28 dekabr 2020-ci il tarixli 2 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş 381.808,6 ABŞ dolları dəyərində ərzaq arpasına görə cavabdeh tərəfindən 47.000 ABŞ dolları və məhkəmə prosesi gedişində 15.000 manat (ödəniş günü 8.823,52 ABŞ dolları) məbləğində pul ödənilmiş, 325.985 ABŞ dolları məbləğində borc isə ödənilməmiş qalmışdır. BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Vyana Konvensiyasının 3-cü maddəsinə görə malları sifariş edən tərəf malların hazırlanması və ya istehsal edilməsi üçün zəruri olan materialların əhəmiyyətli hissəsinin göndərilməsi öhdəliyini öz üzərinə götürmədiyi halda, hazırlanmalı və ya istehsal olunmalı malların göndərilməsinə dair müqavilələr alğı-satqı müqavilələri hesab olunur. Konvensiyanın 53-cü maddəsinə görə alıcı müqavilənin və bu Konvensiyanın tələblərinə uyğun olaraq malların qiymətini ödəməli və onların göndərilməsini qəbul etməlidir. Rusiya Federasiyası Mülki Məcəlləsinin: 307.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, birgə fəaliyyətə yatırım etməli, pul ödəməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 309-cu maddəsinə görə öhdəliklər qanunun, digər hüquqi aktların tələblərinə və öz şərtlərinə uyğun olaraq, belə bir tələb və şərtlər olmadığı halda isə adələrinə və adətən təqdim edilən tələblərə uyğun olaraq lazımi qaydada icra edilməlidir. Odur ki, mübahisəli hüquq münasibətlərində satıcı olan İddiaçı MMC alıcı olan Cavabdeh MMC-dən alınmış malların qiyməti olan 325.985 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəbbə pulu tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin: 330-cu maddəsinin 1-ci bəndinə görə müqavilə ilə və ya qanunla müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə pulu (cərimə, penya) hesab edilir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 333-cü maddəsinə görə ödənilməli olan dəbbə pulu öhdəliyin pozulması nəticələrinə mütənasib deyilsə, məhkəmə dəbbə pulunu azaltmaqda haqlıdır. Əgər öhdəlik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən pozulursa, məhkəmə belə azalma barədə borclunun ərizəsi olduğu halda dəbbə pulunu azatmaqda haqlıdır. Hazırkı halda cavabdeh tərəfindən dəbbə pulunun azaldılması barədə ərizə verilmişdir. Odur ki, məhkəmə iddiaçının ödənilməsini tələb etdiyi dəbbə pulu öhdəliyin pozulması nəticələrinə mütənasib olmadığından onun azaldılaraq 15.000 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Əldən çıxmış fayda tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Rusiya Federasiyası Mülki Məcəlləsinin 15-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əgər hüququ pozmuş şəxs onun nəticəsində gəlir əldə etmişdirsə, hüququ pozulmuş şəxs digər zərərlə yanaşı həmin gəlirdən az olmayan məbləğdə əldən çıxmış faydanı tələb edə bilər. Hazırkı halda iddiaçı müqavilə üzrə öhdəliklərinin pozulması nəticəsində gəlir əldə etdiyini, eyni zamanda hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri sübuta yetirə bilməmişdir. Odur ki, əldən çıxmış faydanın tutulması hissəsində iddia əsassızdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 812 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 1111,87 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasyia xərclərinin əvəzi olaaq 300 və dövlət rüsumunun əvəzi olaraq 550 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 325.985 ABŞ dolları məbləğində əsas borc, 15.000 ABŞ dolları məbləğində penya, cəmi 340.985 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 300 və dövlət rüsumunun əvəzi olaraq 550 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar