Məhkəmə qərarları › İş №e-2-2(113)-3294/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3294/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3294/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, iddiaçı “Holcim(Azərbaycan) Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim(Azərbaycan) Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dənaldığı beton məhsullarına görə 26348,92 AZN, borcun gecikdirilməsinə görə 6191,5 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 218 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 17 aprel 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı xx.xx.2024-cü il tarixli, ********** saylı Beton Təchizatına dair müqavilə üzrə 26348,92 (iyirmi altı min üç yüz qırx səkkiz manat doxsan iki qəpik) AZN əsas borcun, həmin borcun gecikdirilməsinə görə 6191,5 (altı min yüz doxsan bir manat əlli qəpik) AZN cərimə məbləğinin, 218 AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır.

3. Tərəflər təsdiq edirlər ki, bu sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas məbləğ üzrə borcu 26348,92 (iyirmi altı min üç yüz qırx səkkiz manat doxsan iki qəpik) AZN təşkil edir.

4. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 26348,92 AZN əsas borcunu 2025-ci ilin iyun ayının sonunadək İddiaçıya ödəyir.

5. Əsas borc məbləği bu sazişdə müəyyən edilmiş qaydada ödənildikdə Cavabdeh İddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir, İddiaçı isə hesablanmış cərimə məbləğini tələb etmir.

6. Cavabdeh tərəfindən ödəniş bu sazişdə müəyyən edilmiş qaydada ödənilmədikdə İddiaçı əsas borcun ödənilməmiş hissəsinin və əlavə olaraq 10000 manat cərimə məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

7. X1 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə eyni hüquqi qüvvəyə malik üç nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “Holcim(Azərbaycan) Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 17 aprel 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. 1. İddiaçı xx.xx.2024-cü il tarixli, ********** saylı Beton Təchizatına dair müqavilə üzrə 26348,92 (iyirmi altı min üç yüz qırx səkkiz manat doxsan iki qəpik) AZN əsas borcun, həmin borcun gecikdirilməsinə görə 6191,5 (altı min yüz doxsan bir manat əlli qəpik) AZN cərimə məbləğinin, 218 AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır.

3. Tərəflər təsdiq edirlər ki, bu sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas məbləğ üzrə borcu 26348,92 (iyirmi altı min üç yüz qırx səkkiz manat doxsan iki qəpik) AZN təşkil edir.

4. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 26348,92 AZN əsas borcunu 2025-ci ilin iyun ayının sonunadək İddiaçıya ödəyir.

5. Əsas borc məbləği bu sazişdə müəyyən edilmiş qaydada ödənildikdə Cavabdeh İddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir, İddiaçı isə hesablanmış cərimə məbləğini tələb etmir.

6. Cavabdeh tərəfindən ödəniş bu sazişdə müəyyən edilmiş qaydada ödənilmədikdə İddiaçı əsas borcun ödənilməmiş hissəsinin və əlavə olaraq 10000 manat cərimə məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

7. X1 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə eyni hüquqi qüvvəyə malik üç nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar