Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3296/2021 26.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ("xxxx" MTK) Cavabdehnə ("X3 Group" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC-yə ödənilmiş 2500 manat və vəkil xidməti üçün ödənilmiş 509,45 manat, cəmi 3009,45 manat, mənəvi zərər kimi ******* manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumilikdə 1003039,45 (bir milyon üç min otuz doqquz manat qırx beş qəpik) manat məbləğində pulun tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda X2 məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 23 iyul 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: İddiaçı öz öhdəsinə götürür:
1. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 28.11.2019-cu il tarixli 2-2(81)- 1160/2019 saylı qətnaməsinin icra edilməməsinə görə hazırda dəymiş ziyan tələbinə dair Bakı Kommersiya Məhkəməsində vermiş olduğu iddia ərizəsini baxılmamış saxlayır.
2. Boşdayanmaya görə "xxxx" MMC-yə ödənilmiş 2500 manat məbləği güzəşt edir.
3. İddiaçı barışıq sazişi qüvvədə olduğu müddətdə eyni predmet və eyni iddia tələbinə dair Cavabdeh MMC-yə qarşı başqa iddia ilə müraciət etməyəcək. Cavabdeh MMC öz öhdəsinə götürür:
1. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 28.11.2019-cu il tarixli 2-2(81)- 1160/2019 saylı qətnaməsi ilə qət edilmiş 8900 (səkkiz min doqquz yüz) manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat pulun, ümumilikdə 9930 (doqquz min doqquz yüz otuz) manat pulun barışıq sazişi imzalandıqdan 3 ay ərzində, yəni 2021-ci il oktyabr ayının sonuncu iş gününədək hər ay 3310 (üç min üç yüz on) manat olmaqla ödəməyi;
2. Qeyd edilən müddətdə 9930 (doqquz min doqquz yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçınə ödənilmədiyi təqdirdə əlavə olaraq boşdayanmaya görə "xxxx" MMC-yə ödənilmiş 2500 manat pulun və 9930 (doqquz min doqquz yüz otuz) manatın 20%-i həcmində cərimə ödənişi etməyi;
3. Eyni predmet və eyni tələblə İddiaçı Mənzil-Tikinti Koperativinə qarşı gələcəkdə heç bir iddia tələbi ilə çıxış etməyəcəyini bəyan edir Barışıq Sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir. X2 müddəalarının konfıdensialığını öz üzərinə götürür. Sazişin bütün müddəaları tərəflərin iradə ifadəsinə uyğun tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin: İddiaçı öz öhdəsinə götürür:
1. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 28.11.2019-cu il tarixli 2-2(81)- 1160/2019 saylı qətnaməsinin icra edilməməsinə görə hazırda dəymiş ziyan tələbinə dair Bakı Kommersiya Məhkəməsində vermiş olduğu iddia ərizəsini baxılmamış saxlayır.
2. Boşdayanmaya görə "xxxx" MMC-yə ödənilmiş 2500 manat məbləği güzəşt edir.
3. İddiaçı barışıq sazişi qüvvədə olduğu müddətdə eyni predmet və eyni iddia tələbinə dair Cavabdeh MMC-yə qarşı başqa iddia ilə müraciət etməyəcək. Cavabdeh MMC öz öhdəsinə götürür:
1. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 28.11.2019-cu il tarixli 2-2(81)- 1160/2019 saylı qətnaməsi ilə qət edilmiş 8900 (səkkiz min doqquz yüz) manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat pulun, ümumilikdə 9930 (doqquz min doqquz yüz otuz) manat pulun barışıq sazişi imzalandıqdan 3 ay ərzində, yəni 2021-ci il oktyabr ayının sonuncu iş gününədək hər ay 3310 (üç min üç yüz on) manat olmaqla ödəməyi;
2. Qeyd edilən müddətdə 9930 (doqquz min doqquz yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçınə ödənilmədiyi təqdirdə əlavə olaraq boşdayanmaya görə "xxxx" MMC-yə ödənilmiş 2500 manat pulun və 9930 (doqquz min doqquz yüz otuz) manatın 20%-i həcmində cərimə ödənişi etməyi;
3. Eyni predmet və eyni tələblə İddiaçı Mənzil-Tikinti Koperativinə qarşı gələcəkdə heç bir iddia tələbi ilə çıxış etməyəcəyini bəyan edir Barışıq Sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra qüvvəyə minir. X2 müddəalarının konfıdensialığını öz üzərinə götürür. Sazişin bütün müddəaları tərəflərin iradə ifadəsinə uyğun tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova