Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3306/2021 22.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X6 qarşı 25 fevral 2019-cu il tarixli, 2500/19 saylı alqısatqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus 24.291,86 manat məbləğində pul vəsaitinin, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X3 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X7rasında qarşılıqlı razılaşma əsasında 25 fevral 2019-cu il tarixli, 2500/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, satıcı İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, alıcı X8 həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X8 üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 24.291,86 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMCdən alaraq onların dəyərini ödəməmişdirGöründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə X8 arasında 25 fevral 2019-cu il tarixdə 2500/19 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və/və ya digər hüquqi formada ticarət predmeti olan malları alıcıya satır, alıcı isə məhsulu satıcıdan alır və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. 2.1-ci bəndinə əsasən məhsulun hər partiya üzrə sifarişi alıcının müraciətinə əsasən satıcının səlahiyyətli nümayəndəsi tərəfindən yerində mobil POS terminalında qeydiyyat aparmaqla təyin olunur, məhsulun miqdarı, çeşidi və markası ilə bağlı təfərrüatlar razılaşdırılır. Məhsulun mövcud cari qiymətləri ilə hesablanmış sifariş qiyməti müəyyən edilir və sifariş satıcı tərəfindən təsdiq olunur. 2.2-ci bəndinə əsasən satıcı məhsulu müvafiq tara və qablaşırılmasında , sifarişlə müəyyən edilən kəmiyyət və keyfiyyətdə məhsulun çatdırılma məntəqəsində təhvil verməyi öz öhdəsinə götürür. 2.7-ci bəndinə əsasən satıcı məhsulu müvafiq satış fakturası əsasında alıcıya təhvil verir. Alıcı məhsulu satıcıdan nağd və nisyə satış qaydasında satış fakturasını imzalamaqla qəbul edir. Müqavilə hər iki tərəfin imzası, satıcı tərəfindən möhür ilə təsdiq edilmişdir. -2500/19 saylı alqı-satqı müqaviləsinə 25.02.2019-cu il tarixli əlavə razılaşmanın: 1.1-ci bəndinə əsasən müqavilə üzrə pul öhdəliklərinin icrası məqsədi ilə alıcı tərəfindən satıcıya ödənilməsi nəzərdə tutulan nağd pul vəsaiti kassa mədaxil orderi əsasında ödənilir. 1.4-cü bəndinə əsasən alıcı tərəfindən kassa mədaxil orderi əsasında ödənilən pul vəsaiti alıcının nağd borcu hesabına mədaxil olunur və alıcıya ödənişi təsdiq edən kassa mədaxil qəbzi təqdim olunur. 1.5-ci bəndinə əsasən kassa mədaxil orderi olmadan aparılan ödənişlər etibarsız hesab olunur. Əlavə razılaşma hər iki tərəfin imzası, satıcı tərəfindən möhür ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 281,39 manat dəyərində malların təqdim edilməsinə dair EAAS seriyalı, 123764 nömrəli, 27.03.2019-cu il tarixli; ƏDV daxil 34.470,02 manat dəyərində malların təqdim edilməsinə dair EAAS seriyalı, 123759 nömrəli, 27.03.2019-cu il tarixli; ƏDV daxil 1.100,01 manat dəyərində malların təqdim edilməsinə dair EAAR seriyalı, 337304 nömrəli, 07.03.2019-cu il tarixli elektron qaimələr tərtib edilmişdir. Elektron qaimələr alıcı tərəfindən fiziki imza ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən 5 gün ərzində qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş və onların əsasında elektron vergi hesabfakturaları tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin elektron informasiya sistemi vasitəsilə cavabdeh X6 təqdim edilmişdir. İddiaçı MMC tərəfindən X8 borcun ödənilməsinə dair 09.01.2020-ci il tarixli xəbərdarlıq ünvanlanaraq 24.291,86 manat məbləğində borcun 5 iş günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X8 arasında 25 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda X4 göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 24.291,86 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci və 385.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 24.291,86 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC cavabdeh X3 24.291,86 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 25 fevral 2019-cu il tarixli, 2500/19 saylı alqı-satqı müqaviləsi üzrə 24.291,86 (iyirmi dörd min iki yüz doxsan bir manat səksən altı qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 25 fevral 2019-cu il tarixli, 2500/19 saylı alqı-satqı müqaviləsi üzrə 24.291,86 manat (iyirmi dörd min iki yüz doxsan bir manat səksən altı qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3306/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3306/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver