Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3308/2021 03.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38258,37 manat (otuz səkkiz min iki yüz əlli səkkiz manat otuz yeddi qəpik) məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 38288,37 manat (otuz səkkiz min iki yüz səksən səkkiz manat otuz yeddi qəpik) tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alınaraq fəaliyyət göstərir. İddiaçı MMC Cavabdeh MMC ilə 25 fevral 2020-ci il tarixdə 2012-AS/20 saylı Alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh MMC Şirkətdən qəbul etdiyi müxtəlif adda ərzaq və qeyri ərzaq məhsullarını qaimə-faktura ilə təhvil alandan 15 (on beş) iş günü ərzində həmin ərzaq məhsullarının müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC 07.06.2021-ci il tarixli maliyyə arayışına əsasən 4 adda qaimə-faktura ilə cəmi 38258,37 manat (otuz səkkiz min iki yüz əlli səkkiz manat otuz yeddi qəpik) dəyərində ərzaq və qeyri ərzaq məhsullarını qəbul etmiş və həmin ərzaq və qeyri ərzaq məhsullarının dəyərini 15 (on beş) iş günü ərzində ödəməli olduğu halda, bu günə kimi ödəməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında 25.02.2020-ci il tarixdə 2012-AS/20 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla müxtəlif ərzaq və qeyri ərzaq məhsullarını “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində həmin şərtlər daxilində malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, kəmiyyəti, çeşidi və qiyməti tərəflərin nümayəndələrinin malın təhvil-təslimi zamanı lazımi qaydada imzaladıqları fakturalarda göstərilir. Müqavilənin 1.3-cü bəndinə əsasən mallara tətbiq olunan güzəştlər, rəflərin, pallet, səbət və stendlərin icarə haqqı, eləcə də malların mağazada yerləşdirilməsi şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarda əks olunur. - 16.03.2020-ci il tarixli, EBAH seriyalı, 733258 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12382,60 manat təşkil edir. - 18.03.2020-ci il tarixli, EBAH seriyalı, 882702 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16699,57 manat təşkil edir. - 29.03.2020-ci il tarixli, EBAİ seriyalı, 146720 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8166,58 manat təşkil edir. - 10.04.2020-ci il tarixli, EBAİ seriyalı, 434630 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1009,62 manat təşkil edir. - 03.03.2020-ci il tarixli, 150181 seriyalı malların təhvil-qəbul aktından görünür ki, "xxxx" MMC tərəfindən 12382,60 manat dəyərində mallar Agro Food Service” MMC-yə təhvil verilmişdir. - 11.03.2020-ci il tarixli, 158487 seriyalı malların təhvil-qəbul aktından görünür ki, "xxxx" MMC tərəfindən 16699,20 manat dəyərində mallar Agro Food Service” MMC-yə təhvil verilmişdir. - 17.03.2020-ci il tarixli, 159334 seriyalı malların təhvil-qəbul aktından görünür ki, "xxxx" MMC tərəfindən 8166,42 manat dəyərində mallar Agro Food Service” MMC-yə təhvil verilmişdir. - 26.03.2020-ci il tarixli, 159823 seriyalı malların təhvil-qəbul aktından görünür ki, "xxxx" MMC tərəfindən 1009,62 manat dəyərində mallar Agro Food Service” MMC-yə təhvil verilmişdir. - İddiaçı tərəfindən 11.02.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş 38258,37 manat (otuz səkkiz min iki yüz əlli səkkiz manat otuz yeddi qəpik) borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş elektron qaimələr və təhvil-təslim aktları ilə təsdiq olunur. İddia tələbini cavabdehdən 38258,37 (otuz səkkiz min iki yüz əlli səkkiz manat otuz yeddi qəpik) manat məbləğində borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 38258,37 manat (otuz səkkiz min iki yüz əlli səkkiz manat otuz yeddi qəpik) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 38258,37 manat (otuz səkkiz min iki yüz əlli səkkiz manat otuz yeddi qəpik) əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 38288,37 manat (otuz səkkiz min iki yüz səksən səkkiz manat otuz yeddi qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3308/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3308/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver