Məhkəmə qərarları › İş №e-2-2(113)-331/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-331/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-331/2023 01.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının nümayəndəsi X6,iddiaçının nümayəndəsi Kerem Sezerin, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh hüquqi şəxs Cavabdeh MMC-dən ödənilməmiş 31000 (otuz bir min) manat pul məbləğinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq, cavabdeh "xxxx" MMC ilə 01 mart 2022-ci il tarixli, 095 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən konkret olaraq 1.3-cü bəndinə əsasən satıcı yəni İddiaçı MMC, alıcı Cavabdeh MMC-nin təsərrüfat fəaliyyəti ilə bağlı müxtəlif ehtiyyaclarının qarşılanması məqsədi ilə müqavilənin qüvvədə olduğu müddət ərzində müxtəlif zamanlarda, müxtəlif məbləğlərdə pul ödəyir. Alıcı isə satıcıdan müxtəlif vaxtlarda almış (və ya alacaq) olduğu borc məbləğlərini nəğd şəkildə qaytarmağı və ya borc məbləği qarşılığında qaimələrdə qeyd olunmuş öz malından (və ya mallarından) imtina etməklə borclarının bir hissəsini və ya hamısını borc miqdarına uyğun olaraq (mallar) şəklində ödəməyi öz öhdəsina götürür. Bununla əlqədar olaraq İddiaçı MMC müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh MMC-nin ehtiyaclarını qarşılamaq məqsədi ilə 59603 (əlli doqquz min altı yüz üç) manat məbləğində pul vəsaitini geri qaytarmaq şərti ilə ödəmişdir. Bununla bağlı Vedi Group MMC-nin təsisçisi X15 04 may 2002-ci il tarixdə şahid Ələkbərov İsa adlı şəxsin də iştirakı ilə öz əl yazısı ilə yazaraq bildirmişdir ki, “X15 olaraq, 59603 (əlli doqquz min altı yüz üç) manat məbləğində pul Vedi Group MMC şirkətinə işlə bağlı qoyulmuşdur, ona verilmişdir. Bu məbləğin müəyyən hissəsini may ayının axırına qədər ödəyəcəkdir, ödəməyi öz öhdəsinə götürür. O, həmçinin götürülən pul məbləğinin İddiaçı MMC-nin təsisçisi və rəhbəri Kerem Sezerdən götürdüyünü öz imzasi ilə bütün bu yazılanları, həqiqiliyini və doğruluğunu təsdiq edir. Cavabdeh təşkilat həmin borc pul məbləğindən cəmi olaraq, indiyə qədər 28603 (İyirmisəkkiz min altı yüz üç) manat məbləğində pulu ödəsə də, 31000 (oyuz bir min) manat məbləğində borc pul öhdəliyi hələ də ödənilməmiş qalır. Bununla bağlı cavabdeh orqana dəfələrlə yazılı formada ərizə və pretenziyalar göndərərək, borc öhdəliklərini könüllü olaraq yerinə yetirmələrini xahiş edilsə də, həmin şirkət, pretenziya, ərizələri və iddia ərizəsinin surətini qəbul etsə də ancaq, borc öhdəliyini yerinə yetirməyərək, həmin pul məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında tikinti materiallarının verilməsinə görə alğı-satqı müqaviləsi bağlanılıb. Daha sonra tərəflər arasında akt tərtib olunub. Bununla bağlı Cavabdeh MMC-nin təsisçisi X15 04 may 2002ci il tarixdə, şahid Ələkbərov İsa adlı şəxsin də iştirakı ilə, öz əl yazısı ilə yazaraq bildirmişdir ki, “X15 olaraq, 59603 manat məbləğində pul "xxxx" MMC şirkətinə işlə bağlı qoyulmuşdur, ona verilmişdir. Bu məbləğin müəyyən hissəsini may ayının axırına qədər ödəməyi öz öhdəsinə götürür. O, həmçinin götürülən pul məbləğinin İddiaçı MMC-nin təsisçisi və rəhbəri Kerem Sezerdən götürdüyünü öz imzasi ilə təsdiq edir. Sonuncu akt 20 mayda 2002-ci ildə tərtib olunur və 20155 manat təşkil edib. Hər iki tərəf imzalayıb, tərəf öz möhürü və əl yazısı ilə təsdiqləyir. Cavabdeh təşkilatın həmin borc pul məbləğindən cəmi olaraq, indiyə qədər 28.603 manat məbləğində pulu ödəsə də, 31.000 manat məbləğində borc pul öhdəliyi hələdə ödənilməmiş qalır. Cavabdeh tərəf öz etirazında bildirir ki, sonuncu imzalatdırdığı sənədi zorla imzaladıblar. Sual vermək lazımdır ki, ondan əvvəlki sənədi necə imzalayıb. Əvvəlki borc hardan yaranıb?! Tərəflər arasında münasibətlər həm alğı-satqı müqaviləsinin əsasında verilən borclardır, həm də borc əsasında şifahi nağd şəkildə verilən pul məbləğidir. Ötən iclasda tərəf özü bildirdi ki, bu işdən məlumatsızdır və söhbətin nədən getdiyini bilmir. 2022-ci ilin noyabrın 19-da məhkəməyə müraciət edərək bu barədə hüquq mühafizə orqanlarına müraciət etmiş və işin dayandırılmasını məhkəmədən xahiş etmişdir. Korrupsiyaya edilən müraciətlə tərəfə bildirilmişdir ki, bu mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət edə bilər. Demək ki, tərəfin hər şeydən xəbəri olub. İddia tələbində tələb edilən iddiadan əlavə, tərəflər arasında sonuncu akt tərtib edilərkən aktın sonuncu səhifəsində hər gecikdirilən gün üçün 0,2% cərimənin ödənilməsi nəzərdə tutulmuşdu. Lakin bu tələb edilmir. Hazırda verilən malların dəyəri və nağd şəkildə verilən pulları tələb edilir. İddia tələbi əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 məhkəməyə izahatında qeyd etmişdir ki, aktda göstərilən möhür cavabdehin özü tərəfindən vurulub. May ayının əvvəllərində qarşı tərəf gəlib möhürü götürmüşdü. Çek kitabçası nağdlaşmaya getdikdə əgər möhür şəxsin özündə olmasa pul nağdlaşdırıla bilməzdi. Bu proseslər “Paşa Bank”da olmuşdur. Cavabdeh MMC-nin öz razılığı ilə müəssisəsinin möhürü ona verilmişdir. Eyni vaxtda həm Cavabdeh MMC-nin həm də İddiaçı MMC-də maliyyə direktoru işləmiş, biri əsas və digəri əlavə iş yeri kimi. Birinci İddiaçı MMC-də işləmiş əsas iş yeri ora idi, daha sonra əlavə iş yeri kimi bu şirkətdə işləmişdir. 2021-ci il avqustda şirkət yaranandan sonra tanış olduğu zamana kimi şirkətin nə bəyənnaməsi verilib, nə hesabına pul daxil olub, nə də sistemə bir müqavilə vurulmuşdu. Hər şeyi özü etmişdir. Maliyyə direktoru kimi bankdan pul nağdlaşdırılan zaman direktorun imzası olmasa nağdlaşma həyata keçirilmir. Direktorun özünün şəxsən iştirakı zəruridir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, Cavabdeh MMC-nin təsisçisi və direktorudur. İddiaçı MMC ilə heç bir işbirliyi olmamışdır. Dövlət tədbiri olan M-1-Bakı- Quba-Rusiya Federasiyası layihəsi ilə Dövlət sərhədi yeni avtomobil yolunun, Siyəzən rayonunda yol çəkilişi və tikilməsi ilə bağlı rəhbərlik etdiyi Cavabdeh MMC şirkətində xx.xx.2022-xx.xx.2022-ci il işlədiyi müddət ərzində maliyyə problemləri olmamışdır. Bir müddətdən sonra maliyyə çətinlikləri olduğundan fevral ayının axırları xx.xx.2023-cü il tarixdən X7 (Fazil) adlı şəxslə işbirliyi qurmuşdur. Bu şəxs rəhbərlik etdiyi şirkətə maliyyə dəstəyi verməsinə söz verdi və bir yerdə işləməyə başlamışlar. Adı çəkilən şəxs şirkətin möhürünü, asan imzanı alaraq özünün maliyyə işlərinə baxan X10 adlı şəxsə verdi. X7 şirkətin müavini X10 maliyyə direktoru vəzifələrini özlərinə təyin etdilər, şirkətin əmri olmadan asan imza ilə işləri gördülər. Bundan sonra hesabına daxil olan (Azvirt şirkətindən) pul vəsaitini Anar Abdullayev özü Haqverdiyev Tapdıqın göstərişi ilə istədikləri kimi istifadə etməyə başladılar. Bunların bu əməllərindən xəbəri olanda artıq gec idi. İş başa çatana qədər şirkətinin İddiaçı MMC ilə heç bir əlaqəsi olmamışdır. Şirkətə daxil olan pul vəsaitinin hansı təyinatla xərclənməsi məqsədilə bankdan çıxarış almış və məlum oldu ki, heç bir əsası olmadan xx.xx.2022-ci il tarixində şirkətinin hesabından İddiaçı LLC-yə 19300 (on doqquz min üç yüz manat) (qarşı tərəfə əsas məbləğin ödənişi) pul vəsaiti, ona məlum olmayan ACEFEEN- in Group LLC-yə ümumilikdə 6150 (altı min yüz əlli) AZN pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixində Azvirt LLC-dən müqavilə əsasında gördüyü işlərə görə hesaba daxil olan 42.643.32 (qırx iki min altı yüz qırx üç manat otuz iki qəpik) AZN pul heç bir əsas olmadan İddiaçı LLC-yə köçürülüb. Guya rəhbərlik etdiyi şirkətin adı çəkilən şirkətdən mərmər alıb. Rəhbərlik etdiyi şirkət yol çəkilişi ilə məşğul olur, mərmər, qranit satışı ilə yox. İddiaçı LLC-nin rəhbərindən şəxsən özündən pul vəsaitinin qaytarılması barəsində danışıq oldu, o da öz növbəsində Haqverdiyev Tapdığın ona 200.000 (iki yüz min) AZN zərər vurduğunu (bunun ona aidiyyatı yoxdur və öz aralarında olan işdir) və mərmər anbardadır, istəyirsənsə, gəl apar o isə qarşı tərəfə ona mərmər lazım olmadığını və pulun geri qaytarılmasını tələb etmişdir. Çünki 42.643.32 AZN(qırx iki min altı yüz qırx üç manat otuz iki qəpik) pulun hamısı şirkətin işçilərinin əmək haqqısına texnikların icra haqları yanacaq borclarına olan məbləğ idi. Bütün bu qanunsuzluq özbaşınalıq, etibardan, sadəlövlükdən sui-istifadə edərək X16 Haqverdiyevin göstərişi ilə birlikdə həyata keçirilib. xx.xx.2022-ci ildə buna aydınlıq gətirmək üçün Tapdıq Haqverdiyevin oturduğu ofisə getmişdir. Ofisdə ona Tapdıq və digərləri tərəfindən hədəqorxu gəlmiş, təhqir etmiş, şantaj edərək sübut kimi məhkməyə təqdim edilən sənədi imzalamağa Haqverdiyev Tapdıq və Abdullayev Anar məcbur etdilər. O isə mühasibini çağıraraq imzalayacağı sənədin onlarla bir yerdə baxılmasını desə də onlar buna razılaşmadan hətta ölümlə hədələdilər, məcbur qalıb sənədi imzalamışdır. "xxxx" MMC Siyəzən rayonunda yol çəkilişini bitirdikdən sonra bu şəxslərlə də xx.xx.2022-ci il borc müqaviləsini Turkuaz şirkətilə bağlanmışdır. Məhkəmə iclasına adı çəkilən sənədin imzalanması zamanı şahid kimi imza atan şəxsləri də dəvət edilsin. Rəhbərlik etdiyi şikətin İddiaçı MMC ilə heç bir əlaqəsi olmayıb. X1b. Düzünə qalanda borc müqavilələri Dövlət Notariat kontorunda qanun əsasında aparılır. borc müqaviləsində olan rəqəmlər 2 dəfə göstərilmişdir. Bütün bunları İddiaçı MMC-nin rəhbəri də təsdiq edə bilər. Bütün bu qanunsuzluqlar barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hal-hazırda qanunsuzluqlarla bağlı Respublika Prokrorluğunda işə baxılır. Şirkət rəhbəri kimi burada cinayət əməlinin olması qənaətindədir. Digər tərəfdən sübut kimi məhkəməyə təqdim edilən sənəddə olan borcu kimi göstərilən məbləğinin böyük hissəsi şirkətin hesabından ödənilib. İddia ərizəsində göstərilir ki, 59603 manat borcdan 28603 (iyirmi səkkiz min altı yüz) manat ödənilib 31000 (otuz bir min) şirkətin borcu qalıb. Bütün bunlar sənədlərdə öz əksini tapmışdır, şər və böhtan xarakterlidir. Bütün araşdırmalar aparılıb və məlum olub ki, qarşı tərəfin şirkətə 61.900 manat borcu vardır. Haqverdiyev Tapdığın və Abdullayev Anarın təhdidi ilə xx.xx.2022-ci il tarixində Turkuaz-555 LLC ilə müqaviləyə qol çəkdirmişlər. Məhkəməyə təqdim edilən (qarşı tərəfin) sənəddən də görülür ki, işbirliyi Fazillə (Haqverdiyev Tapdıq) ilə olub. Eyni zamanda cavabdehin nümayəndəsi qeyd etmişdir ki, İddiaçı MMC ilə heç bir müqavilə imzalamamış, oxumamış qol çəkmişdir. Kərəm bəylə aralarında heç bir narazılıq olmayıb. Haqverdiyev Tapdıq demişdir ki, bütün sənədləri onlara versin. Möhürü də sənədləri də onlara vermişsir. İddiaçı MMC-nin sənədlərinə may ayında akta qol çəkmişdir. Maliyyə çətinlikləri olduğundan fevral ayının axırları xx.xx.2023-cü il tarixdən X7 (Fazil) adlı şəxslə işbirliyi qurmuşdur. Bu şəxs rəhbərlik etdiyi şirkətə maliyyə dəstəyi verməsinə söz verdi və bir yerdə işləməyə başlamışlar. Adı çəkilən şəxs şirkətin möhürünü, asan imzanı alaraq özünün maliyyə işlərinə baxan X10 şəxsə verildi. X7 şirkətin müavini X10 maliyyə direktoru vəzifələrini özlərinə təyin etdilər, şirkətin əmri olmadan asan imza ila işləri görmüşlər. Bundan sonra hesabına daxil olan pul vəsaitini Anar Abdullayev özü Haqverdiyev Tapdıqın göstərişi ilə istədikləri kimi istifadə etməyə başlamışlar. Bunların bu əməllərindən xəbəri olanda artıq gec idi. İş başa çatana qədər şirkətin İddiaçı MMC ilə heç bir əlaqəsi olmamışdır. Şirkətiə daxil olan pul vəsaitinin hansı təyinatla xərclənməsi məqsədilə bankdan çıxarış almış və məlum olmuşdur ki, heç bir əsası olmadan xx.xx.2022-ci il tarixində şirkətin hesabından İddiaçı LLC-yə 19300 pul vəsaiti, məlum olmayan Acefeen-in Group LLC-yə ümumilikdə 6.150 AZN pul vəsaiti köçürülmüşdür. xx.xx.2022-ci il tarixində Azvirt LLC-dən müqavilə əsasında gördüyü işlərə görə hesabına daxil olan 42.643.32 AZN pul heç bir əsas olmadan Turkuaz-555 LLC-yə köçürülüb. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 01 mart 2022 tarixli 095 saylı alğı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya mal-müxtəlif tikinti məhsulları, dəmir, qranit, mərmər, ağac məmulatları və s. satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. 1.2-ci bəndə əsasən satıcı müqavilənin ayrı-ayrı sifarişlər formasında alıcı tərəfindən rəsmiləşdirilən əlavələrində göstərilən malları (bundan sonra-mallar) razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndə əsasən “satıcı” “alıcıya” Cavabdeh MMC-nin təsərrüfat fəaliyyətilə bağlı müxtəlif ehtiyyaclarının qarşılanması məqsədilə müqavilənin qüvvədə olduğu müddət ərzində müxtəlif zamanlarda, müxtəlif məbləğlərdə pul ödəyir. “alıcı” isə “satıcıdan” müxtəlif zamanlarda almış (və ya alacaq) olduğu borc məbləğlərini nəğd şəkildə qaytarmağı və ya borc məbləğini qarşılığında qaimələrdə qeyd olunmuş öz malından (və ya mallarından) imtina etməklə borclarının bir hissəsini və ya hamısını borc miqdarına uyğun olaraq (mallar şəklində) ödəməyi öz öhdəsinə götürür. EBBW seriyalı 549407 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən ayrı-ayrı malların alğı-satqısı üzrə ümumilikdə 39648.07 manat məbləğində mallar, EBBV seriyalı 541804 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən ayrı-ayrı malların alğı-satqısı üzrə ümumilikdə 10.620 manat məbləğində mallar 095 saylı və xx.xx.2022-ci il tarixli müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli 001 nömrəli daxili borc öhdəlikləri aktında 20.155 manat məbləğində xərclər qeyd edilmiş, akt Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş, Kərimov R.S adlı şəxs tərəfindən imzalanmışdır. Akda qeyd edilmişdir ki, X15 yuxarıda qeyd edilən məbləğləri Cavabdeh MMC-müəssisəsinin işlərilə bağlı İddiaçı MMCmüəssisənin təsisçisi və direktoru hörmətli X2 ən gec xx.xx.2022 tarixinədək qaytarmaq şərtilə 2022-ci ilin fevral-mart-aprel aylarında hissə-hissə qəbul etmişdir. Qeyd edilən məbləğ qaytarılmayacağı təqdirdə hər gecikən təqvim günü üçün 2% həcmində cərimə penyası ödəməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Anar Abdullayev D. adlı şəxs yuxarıda qeyd olunanlarına düzgünlüyünə şahidlik edir. Qeyd əlavə edilmişdir. X3, Kerem Sezer MS oğlunun, şahid kimi X10, X11 və X12 adları qeyd edilmiş, adların qarşısında imzalar qeyd edilmişdir. Akt Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmişdir. Cavabdeh MMC üçün çəkilmiş xərclərlə bağlı cədvəldə xx.xx.2022 tarixinədək 59.603 manat məbləğində xərcin olduğu, 59.603 manat Cavabdeh şirkətinə işlə bağlı qoyulması, bu məbləğin müəyyən hissəsinin may ayının axırına qədər X15 tərəfindən ödəniləcəyi, məbləği Kerem Sezərdən götürməsi qeyd edilmişdir.Həmin sənəddə Kərimov R.S, Kerem Sezer, şahid kimi Ələkbərov İsanın adları qeyd edilmiş, adların qarşısında imzalar qoyulmuşdur. Cavabdeh MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2022 tarixində 3.500 manat məbləğində, xx.xx.2022 tarixində 1.300 manat məbləğində, xx.xx.2022 tarixində 20.000 manat məbləğində, xx.xx.2022 tarixində 4.300 manat məbləğində, xx.xx.2022 tarixində 15.000 manat məbləğində təsisçidən borc təyinatı üzrə hesaba mədaxil olmuş, xx.xx.2022 tarixində 33.600 manat və 9.000 manat xx.xx.2022 tarixli 95 saylı alğı-satqı müqaviləsi təyinatı üzrə məxaric olmuşdur. X15 tərəfindən təqdim edilmiş cədvəl məlumatda X13 adlı şəxs Cavabdehun hesabına təsisçidən borc adı ilə cəmi 44.100 manat pul yatırmış, Azvirtdən hesaba daxil olan pul vəsaiti cəmi 102.125 manat olmuş, etibarından sui istifadə edərək, tanımadığı “Acefeen Group”a cəmi 6.150 manat, X14 adlı şəxsə 1.000 manat, cəmi 37.000 manat başqa hesaba köçürülmələr, “Turkuaz” şirkətinin hesabına cəmi 61.900 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin halları ondan ibarətdir ki, iddiaçı qarşı tərəfə müqavilə verilmiş şərtlərinə əsasən 59.603 manat məbləğində verilmiş puldan bir hissəsinin qaytarıldığını, geri qalanın qaytarılmadığını bildirmiş, cavabdeh isə hədə-qorxu altında müqaviləni eyni zamanda borc aktlarını imzaladığını, müəssisənin möhürünün onda olmadığını, bununla bağlı olaraq iddiaçı tərəfin etibardan sui-istifadə edərək, bank hesabına daxil olan pul vəsaitlərini iddiaçı şirkətin borc öhdəlikləri üçün xərcləndiyini, həmin ödəmələrdən heç bir məlumatı olmadığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən iddiaçının cavabdeh hüquqi şəxsin təsərrüfat fəaliyyətilə bağlı müxtəlif ehtiyyaclarının qarşılanması məqsədilə müqavilənin qüvvədə olduğu müddət ərzində müxtəlif zamanlarda, müxtəlif məbləğlərdə pul ödəməsi , cavabdehin borc məbləğlərini nəğd şəkildə qaytarmağı və ya borc məbləğini qarşılığında qaimələrdə qeyd olunmuş öz malından (və ya mallarından) imtina etməklə borclarının bir hissəsini və ya hamısını borc miqdarına uyğun olaraq (mallar şəklində) ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həm yuxarıda qeyd edilən müqavilə şərtlərinə əsasən, həm də məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən tərəflər arasında aıqı-satqı müqaviləsi bağlansa da bu müqavilə üzrə alqı-satqı yalnız müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş borcun verilməsi və verilmiş borcun ödənilməsini təmin etmək məqsədi daşımışdır. Məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinə istinadən hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlansa da bu müqaviləni mahiyyəti etibarı ilə qarışıq müqavilə kimi qiymətləndirərək, hesab edir ki, tərəflər bu müqavilədə borc münasibətlərini də nəzərdə tutduğundan borc müqaviləsindən yaranan öhəliklər kimi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla öz təsdiqini tapmışdır. Belə ki, sübut qismində məhkəməyə iddiaçı tərəfindən Cavabdeh MMC üçün çəkilmiş xərclər üzrə daxili borc öhdəlikləri aktı təqdim edilmişdir. Məhkəmə Cavabdeh MMC-nin İddiaçı MMC tərəfindən qarşılanmış xərclər ödənilməsi ilə bağlı təsdiq etdiyi aktı borcun etirafı kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi bu aktda göstərilmiş məbləğ həddində əsaslıdır.Belə olan halda məhkəməyə təqdim edilmiş və Cavabdeh MMC tərəfindən hüquqi şəxsin direktorunun imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş aktda göstərilən məbləğdə, yəni 20.155 manat həcmində iddia təmin edilməli, həmin məbləğ cavabdehdən tutulmalıdır. İddia qalan hissədə əsassız oduğundan təmin edilməməlidir. Cavabdehin borcla bağlı təsdiqlənmiş aktın hədə-qorxu altında imzalanması və möhürlənməsi ilə bağlı əsaslandırmasına münasibətdə məhkəmə bildirir ki, cavabdeh iddia etdiyi üçün bu halları sübut etmək yükü onun üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Cavabdeh bildirdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin dəlilləri iddianı tam vəya qismən aradan qaldıran mahiyyətində deyil. Belə ki, cavabdeh hüquqi şəxsin direktorunun imzası və möhürü ilə təsdiqlənmiş aktın mötəbərliyinin və mümkünlüyünün əksi müəyyən edilməmişdir. Təsdiq edilmiş aktla borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi qəbul edilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 20.155 manat tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20.155 (iyirmi min yüz əlli beş manat) manat tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar