Məhkəmə qərarları › İş №e-2-2(113)-3318/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3318/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3318/2020 06.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, “Seaport Catering” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Naum Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “Seaport Catering” MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 01 mart 2018-ci il tarixli xidmət müqavilsinə əsasən 14400,81 manat xidmət haqqının və öhdəliyin vaxtında icra edilməməsi səbəbi ilə gecikdirmə faizi və vəkil xərcinin əvəzi olaraq 700 manat, cəmi 15100,81 manat məbləğində pul vəsaitinin “Naum Construction” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin iddia tələbinin predmetini 15100,81 manat, yəni, on min manatdan yuxarı olan məbləğ təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.2-cü maddəsinə əsasən verilmiş tələb həmin Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Seaport Catering” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Naum Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar