Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3321/2025 21.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, qanuni faiz, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 13796,34 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 629,95 manat məbləğində pulun və ödənilmiş 140 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 15 dekabr 2023-cü il tarixli AZR/23-120 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, alıcı tərəfindən ödəniş kassa çeki əsasında nağd qaydada, qaimə-fakturada göstərilən qiymət əsasında isə köçürmə yolu ilə satıcının bank hesabına köçürülür. Müqavilənin 3.2-ci maddəsində yazılmışdır ki, alıcıya göndərilən malların dəyəri satıcının təqdim etdiyi hesab-fakturaya və razılaşmaya ən geci 30 gün ərzində ödənilir. Məhsullar cavabdehə təhvil verilmiş, ən son elektron qaimə 09 avqust 2024-cü il tarixdə göndərilsə də, 7 aydan çox zaman keçməsinə baxmayaraq, hələ də ümumilikdə 13796,34 manat borc cavabdeh tərəfindən iddiaçıya ödənməmişdir. Bununla da müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh hüquqi şəxsin əməkdaşları ilk vaxtlar borcun tezliklə ödənəcəyini vəd etsə də, bu borc bu günə qədər ödənilməmişdir. Odur ki pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə müxtəlif vaxtlarda 38 elektron qaimə göndərilsə də, bu günə kimi borclar ödənməmişdir. Tərəflər arasında olan müqavilə şərtinə əsasən xidmət haqqı göndərilən qaimə-fakturadan sonra ən geci 1 ay ərzində ödənilməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, hər göndərilən elektron qaimənin tarixindən 1 ay sonra başlamaqla, xx.xx.2025-ci il tarixinə qədər illik 5% ilə hesablanmaqla ümumi günlük gecikmə faizlərinin məbləği 629,95 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 445.7, 567, 598.2-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, illik 5 faizlə hesablanmış borcu xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün müdafiə edir.
6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli AZR/23-120 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin təqdim etdiyi sifarişə uyğun olaraq tibbi sərfi iddiaçıya verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulan şərtlər əsasında malların qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtlərinə əsasən alıcıya göndərilən malların dəyəri satıcının təqdim etdiyi hesab-fakturaya və razılaşmaya əsasən ən geci 30 gün ərzində ödənilir. – İddiaçı tərəfindən malların verilməsi ilə bağlı (iddianın faktiki əsası kimi istinad olunan) xx.xx.2024-cü il tarixli EBDZ 601565 seriya və nömrəli (808.9 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli EBEA 533431 seriya və nömrəli (453.4 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli EBEA 908692 seriya və nömrəli (871.5 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli EBEB 533193 seriya və nömrəli (391 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli EBEC 157494 seriya və nömrəli (571.15 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli EBEC 143230 seriya və nömrəli (9 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli EBEC 096370 seriya və nömrəli (184.75 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli EBEB 955237 seriya və nömrəli (677.5 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2404 00885702 seriya və nömrəli (362.0122 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2404 00885706 seriya və nömrəli (280,0022 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2404 00893715 seriya və nömrəli (149.7977 manat, düzəlişdən imtina / təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2405 10673220 seriya və nömrəli (187.7616 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2405 10749743 seriya və nömrəli (124.49 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2405 10989235 seriya və nömrəli (227.7518 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2405 10990875 seriya və nömrəli (483.5994 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2405 10995736 seriya və nömrəli (316.476 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2405 11003801 seriya və nömrəli (208.0104 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2405 11023754 seriya və nömrəli (281.2884 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2405 11423540 seriya və nömrəli (105.492 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2406 10234913 seriya və nömrəli (318.4938 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2406 10661492 seriya və nömrəli (196,9892 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2406 10741094 seriya və nömrəli (311,0008 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2406 11086457 seriya və nömrəli (298.4928 manat, (düzəlişdən imtina/təsdiqlə), xx.xx.2024-cü il tarixli MT2406 11086558 seriya və nömrəli (40,002 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2406 11555971 seriya və nömrəli (739.1992 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2406 11573724 seriya və nömrəli (257.3934 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2406 11604276 seriya və nömrəli (68,9946 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2407 10294425 seriya və nömrəli (122.189 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2407 10534232 seriya və nömrəli (520.793 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2407 10762834 seriya və nömrəli (342.0938 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2407 11605848 seriya və nömrəli (2034.8864 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2407 11605852 seriya və nömrəli (29.0044 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2407 11606316 seriya və nömrəli (533.3364 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2407 12091715 seriya və nömrəli (687.8996 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2408 10395193 seriya və nömrəli (14.9978 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2408 10395159 seriya və nömrəli (351.0028 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2408 10395170 seriya və nömrəli 33.5946 manat, sistem tərəfindən təsdiqləndi), xx.xx.2024-cü il tarixli MT2408 10735066 seriya və nömrəli (210.9958 manat, sistem tərəfindən təsdiqləndi) elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmiş, elektron qaimələrdə ümumilikdə 13805,24 manat dəyərində malın verildiyi əks olunmuşdur. – İş materiallarında olan hesabdan və “ƏDV sub-hesabı”ndan çıxarış məlumatlarına əsasən, yuxarıda qeyd edilən elektron qaimələrdən MT2406 11086558 seriya və nömrəli elektron qaimə üzrə cavabdeh tərəfindən 10,59 manat əsas məbləğ, 1,91 manat ƏDV məbləği üzrə ödəniş edilmişdir. – İş materiallarında olan hesabdan çıxarış məlumatları və elektron qaimə məlumatlarına əsasən, xx.xx.2024-cü il tarixdə digər qaimələrə istinad edilməklə yanaşı 571.15 manat dəyərində EBEC 157494 seriya və nömrəli qaiməyə istinad edilməklə ödəniş edilmiş, digər qaimələr üzrə öhdəlik daha əvvəlki tarixə və daha böyük həcmdə yarandığından 9,01 manat EBEC 157494 seriya və nömrəli qaimə üzrə ödənişə silinmiş, iddiaçı da həmin qaimə üzrə 562.14 manat tələb etmişdir.
11. İddiaçı xx.xx.2023-cü il tarixli AZR/23-120 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 13796,34 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetləri vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
18. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
23. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Lakin təqdim edilən sübutlarla 13805,24 manat dəyərində malın verildiyi, həmin mallar üzrə 21,5 manat (10,59+1,9+9,01) ödənişin edildiyi görünür. Belə olan halda qalıq borcun, 13783,74 (13805,24-21,5) manat olduğu aydın olur.
25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların qalıq dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
31. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli AZR/23-120 nömrəli alqı-satqı müqaviləsi üzrə 13783,74 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
32. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 629,95 manat məbləğində pulun da tutulmasını tələb edir.
33. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
35. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
36. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
37. Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
38. Hazırkı iş üzrə tərəflər müqavilənin 3.2-ci bəndi ilə ödənişlərin hesab-faktura təqdim edildikdən 30 gün ərzində ödənilməli olmasını razılaşdırmış, iddiaçının nümayəndəsi/vəkili iradələrinin illik 5 faiz borcunun sonuncu elektron qaimənin təqdim edildiyi tarixdən 30 gün sonra – 10 sentyabr 2024-cü il tarixdən 27 may 2025-ci il tarixədək hesablanması yönündə olduğunu təsdiq etmişdır. Belə olan halda, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinə dəqiqləşmənin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2025-cü il tarixə qədər 259 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 489,04 (13783,74 * 5% / 365 * 259) manat təşkil edir.
39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni faizə münasibətdə qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli AZR/23-120 nömrəli alqı-satqı müqaviləsi üzrə 489,04 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
41. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə 140 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
42. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli qəbz ilə 300 manat məbləğində pul “BHM və Partnyorları” vəkil bürosuna köçürülmüşdür (xx.xx.2025-ci il tarixli ******* nömrəli order).
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
45. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Beləliklə, yuxarıda göstərilənləri və iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 13783,74 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 489,04 manat olmaqla ümumilikdə 14272,78 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova