Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3326/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı «xidmət müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 002 nömrəli 01 may 2017-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 60 129.00 (altmış min bir yüz iyirmi doqquz manat,00 qəpik) manat məbləğində borc və məhkəməyə müraciətlə bağlı ödənilən 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh MMC (əvvəlki adı “X4” MMC) arasında 002 nömrəli 01 may 2017-ci il tarixli xidmət müqaviləsi (bundan sonra “Müqavilə” adlanacaq) imzalanmışdır. Müqavilənin şərtinə görə İddiaçı MMC Cavabdeh MMC-yə xidmət göstərir və bunun müqabilində Cavabdeh MMC İddiaçı MMC-yə müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. İddiaçı Müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirərək Müqavilədə göstərilən xidmətləri icra etmişdir. Lakin Cavabdeh Müqavilə şərtlərini pozaraq göstərilən xidmətlərin dəyərini İddiaçıya ödəməmişdir. Hazırda cavabdehin iddiaçıya 60 129.00 (altmış min bir yüz iyirmi doqquz manat,00 qəpik) AZN məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasın iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sifarişçi İddiaçı (“X4” MMC) ilə icraçı Cavabdeh MMC arasında bağlanmış 002 nömrəli 01 may 2017-ci il tarixli xidmət müqaviləsindən görünür ki, bu Müqaviləyə əsasən İcraçı Sifarişçinin tapşırığı əsasında Sifarişçinin bütün işçilərini, qonaqlarını hər iş günü Sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks Səhər, Nahar (günorta) və Şam yeməyi ilə təmin edir (bundan sonra - “xidmətlər”) və Sifarişçi bu xidmətlər müqabilində İcraçıya müvafiq haqq ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyən edilən xidmətlərinin həyata keçirilməsinə görə Sifarişçi, icraçıya bu Müqavilənin aynimaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məbləğdə haqq ödəyir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Ərzaq məhsullarının qiyməti bu Müqavilənin 1 saylı Ə lavəsində göstərilən məbləğə daxildir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilə üzrə Adamlar yeməkxana girişində aparılacaq qeydiyyatın nəticələri əsasında müqavilənin icrasına başlanıldığı gündən etibarən hər ay üçün tərtib olunacaq Təhvil-Təslim Aktına müvafiq olaraq həyata keçirilir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən təhvil-təslim Aktı imzalandıqdan sonra Sifarişçi tərəfindən hesablanmış xidmət haqqı 20 iş günü ərzində İcraçıya ödəməlidir. İş materiallarında olan 1 nömrəli əlavədən görünür ki, tərəflər arasında 002 nömrəli 01 may 2017-ci il tarixli xidmət müqaviləsi üzrə gösətriləcək xidmətləri siyahısı və tarifləri müəyyən edilmişdir. İş materiallarında olan 2 nömrəli əlavədən görünür ki, tərəflər arasında 002 nömrəli 01 may 2017-ci il tarixli xidmət müqavilədə icraçı olaraq İddiaçı müəyyən edilmiş, müqavilənin digər şərtləri dəyişilməz olaraq qalmışdır. İş materiallarına əlavə edilmiş, 14 may 2021-ci il tarixli 21/21 saylı cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, 60 129.00 manat borcun 1 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 17.05.2021-ci il tarixli 41 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçının 14 may 2021-ci il tarixli 21/21 saylı Pretenziya məktubuna cavab olaraq həqiqətən iddiaçı ilə 01 may 2017-ci il tarixdə 002 saylı xidmət müqaviləsi bağlandığı və həmin müqavilə üzrə iddiaçıya olan borc 60129.00 manat təşkil etməsi göstərilmişdir.”CPS Construction"MMC-nin bank hesablarında olan problemlə əlaqədar iddiaçıya olan borc ödənilməmişdir.Yaxın vaxtlarda borcun ödənilməsi təmin olunacağı İddiaçı MMC-yə bildirilmişdir. İş materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan 2-2(113)-3326/2021 nömrəli iş üzrə iddia tələbini qəbul etdiyini və borc məbləği ilə razı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı (“X4” MMC) ilə Cavabdeh MMC arasında 002 nömrəli 01 may 2017-ci il müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İcraçı Sifarişçinin tapşırığı əsasında Sifarişçinin bütün işçilərini, qonaqlarını hər iş günü Sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks Səhər, Nahar (günorta) və Şam yeməyi ilə təmin edir (bundan sonra - “xidmətlər”) və Sifarişçi bu xidmətlər müqabilində İcraçıya müvafiq haqq ödəyir. İddiaçı öz öhdəliyini icra etmişdir, lakin Cavabdeh MMC öhdəliklərinin icrasını tam həyata keçirməmişdir. Qeyd olunan hal cavabdeh tərəfindən iddiaçının pretenziya məktubuna cavab verilərkə təsdiq edilmiş eyni zamanda bu halın yaranma səbəbini cəmiyyətin bank hesablarında yaranmış problemlə əlaqədar olduğu göstərilmişdir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddianın qəbul edilməsi cavabdehin və ya üçüncü şəxslərin hüquqlarının pozulmasına səbəb olmur. Ona görə də cavabdeh tərəfindən edilən iddia tələbinin etirafı məhkəmə tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 60 129.00 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. CavabdehMMC-dən 002 №-li 01 may 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 60129 (altmış min yüz iyirmi doqquz manat) manat məbləğində əsas borc tutularaq İddiaçıMMC– nin xeyrinə ödənilsin. CavabdehMMC-dən ödənilən dövlət rüsumun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçıMMC–nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3326/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3326/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver