Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3330/2021 29.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “X2 Company” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “X2 Company” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ƏDV daxil 184468,81 manat məbləğində əsas borc, 16675,14 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 201173.95 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı 27.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, cavabdehdən ƏDV daxil 184468,81 manat məbləğində əsas borc və 25.08.2020-ci il tarixdən 29.06.2021-ci il tarixədək illik 8 faiz hesablanmaqla faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan 07.05.2018-ci il tarixli, HA 004/0518 saylı müqaviləyə əsasən cavabdehə müxtəlif adlarda mallar satılmış, lakin bu günə qədər qalmış ƏDV daxil 184468.81 manat ödənilməmişdir. Tərəflərindən 04.05.2021-ci il tarixli pretenziya məktubları göndərilməklə on beş gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəkləri ilə bağlı xəbərdarlığa baxmayaraq indiyə qədər həmin məbləğdə pul ödənilməmişdir. Ödənilməli olan məbləğlə əlaqədar elektron qaimələr əlavələri ilə birlikdə cavabdehə göndərilmiş və qarşı tərəfdən tam olaraq təsdiq edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında üzləşmə aktı imzalanmış, həmin akt cavabdehin özü tərəfindən tərtib edilmiş, cavabdehin direktorunun imzası ilə təsdiq edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Quliyev iddia tələbinə etiraz edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üzləşmə aktında cavabdeh tərəfindən aktı kimin imzaladığı bəlli olmadığından həmin sənədlə razı deyildir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 07.05.2018-ci il tarixli HA 004/0518 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) satır, alıcı (cavabadeh) isə bu müqavilənin ayrılmaz tərkib hissəi olan razılaşma protokolunda göstərilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokollarında razılaşdırılmış vahidin qiymətinə əsasən müvafiq məbləği ödəyir. Müqavilənin 2-ci bəndinə əsasən bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolarında və elektron qaimə ilə müəyyən ediləcək razılaşma protokollarında və elektron qaimə ilə müəyyən ediləcək razılaşma protokoları tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı və möhürlənməlidir. Malların qiyməti alıcıya təhvuil verildikdən sonra bir ay ərzində bank köçürmə yoli ilə ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/ və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar. Müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı ilə cavabdeh tərəfindən tərtib olunmuş 24 noyabr 2020-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçıya 24.11.2020-ci il tarixə ƏDV daxil 184468,81 manat borcunun olmasını təsdiq etmişdir. Üzləşmə aktı tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. EAAN 530458 nömrəli 12.11.2018-ci il tarixli, EAAN 530458 nömrəli 12.11.2018-ci il tarixli, EAAN 532212 saylı 12.11.2018-ci il tarixli, EAAN 535215 nömrəli 12.11..2018-ci il tarixli, EAAN 779421 nömrəli 22.11.2018-ci il tarixli, EAAN 777955 nömrəli 22.11.2018-ci il tarixli, EBAQ 208228 nömrəli 21.09.2020-ci il tarixli, EBAP 127301 nömrəli 25.08.2020-ci il tarixli, EBAN 865573 nömrəli 20.08.2020-ci il tarixli, EBAN 869437 nömrəli 20.08.2020-ci il tarixli, EBAN 865258 nömrəli 20.08.2020-ci il tarixli, EBAN 752404 nömrəli 17.08.2020-ci il tarixli, EBAN 752381 nömrəli 17.08.2020-ci il tarixli, EBAK 032192 nömrəli 18.05.2020-ci il tarixli, EBAJ 863842 nömrəli 14.05.2020-ci il tarixli, EBAJ 863970 nömrəli 14.05.2020-ci il tarixli, EBAJ 864177 nömrəli 14.05.2020-ci il tarixli, EBAJ 864151 nömrəli 14.05.2020-ci il tarixli, EBAJ 864088 nömrəli 14.05.2020-ci il tarixli, EBGAJ 864311 nömrəli 14.05.2020-ci il tarixli, EBAJ 864378 nömrəli 14.05.2020-ci il tarixli, EBAJ 864456 nömrəli 14.05.2020-ci i tarixli, EBAJ 864431 nömrəli 14.05.2020-ci il tarixli, EBAF 092724 nömrəli 15.01.2020-ci il tarixli, EBAF 092305 nömrəli 15.01.2020-ci il tarixli, EBAF 091984 nömrəli 15.01.2020-ci il tarixli, EBAJ 091597 nömrəli 15.01.2020-ci il tarixli, EBAF 091386 nömrəli 15.01.2020-ci il tarixli, EBAF 091100 nömrəli 15.01.2020-ci il tarixli, EBAB 289660 nömrəli 16.10.2019-cu il tarixli, EBAB 290471 nömrəli 16.10.2019-cu il tarixli, EBAB 292134 nömrəli 16.10.2019-cu il tarixli, EBAB 294729 nömrəli 16.10.2019-cu il tarixli, EBAB 293082 nömrəli 16.10.2019cu il tarixli, EAAX 356661 nömrəli 19.07.2019-cu il tarixli, EAAX 358875 nömrəli 19.07.2019-cu il tarixli, EAAX 362252 nömrəli 19.07.2019-cu il tarixli, EAAX 362989 nömrəli 19.07.2019-cu il tarixli, EAAX 367222 nömrəli 19.07.2019-cu il tarixli, EAAX 367298 nömrəli 19.07.2019-cu il tarixli, EAAU 328649 nömrəli 13.05.2019-cu il tarixli, EAAU 328197 nömrəli 13.05.2019-cu il tarixli, EAAU 325939 nömrəli 13.05.2019-cu il tarixli, EAAU 317805 nömrəli 13.05.2019-cu il tarixli, EAAQ 074113 nömrəli 06.02.2019-cu il tarixli, EAAQ 074963 nömrəli 06.02.2019-cu il tarixli, EAAQ 075474 nömrəli 06.02.2019cu il tarixli, EAAQ 075613 nömrəli 06.02.2019-cu il tarixli, EAAQ 078109 nömrəli 06.02.2019-cu il tarixli, EAAQ 633941 nömrəli 20.02.2019-cu il tarixli, EAAQ 632970 nömrəli 20.02.2019-cu il tarixli, EAAQ 629244 nömrəli 20.02.2019-cu il tarixli, EAAU 302452 nömrəli 13.05.2019-cu il tarixli, EAAU 302619 nömrəli 13.05.2019-cu il tarixli, EAAU 316661 nömrəli 13.05.2019-cu il tarixli, EAAU 317805 nömrəli 13.05.2019-cu il tarixli, EAAU 325939 nömrəli 13.05.2019-cu il tarixli, EAAU 328197 nömrəli 13.05.2019-cu il tarixli, EAAN 534876 nömrəli 11.12.2018-ci il tarixli, EAAN 535633 nömrəli 11.12.2018-ci il tarixli, EAAO 446986 nömrəli 17.12.2018-ci il tarixli, EAAO 618596 nömrəli 24.12.2018ci il tarixli, EAAO 617748 nömrəli 24.12.2018-ci il tarixli, EAAO 617547 nömrəli 24.12.2018-ci il tarixli, EAAO 616884 nömrəli 24.12.2018-ci il tarixli, EAAO 616295 nömrəli 24.12.2018-ci il tarixli, EAAO 707528 nömrəli 26.12.2018-ci il tarixli, EAAO 708375 nömrəli 26.12.2018-ci il tarixli, EAAO 711472 nömrəli 26.12.2018-ci il tarixli, elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda, qiymətdə və çeşiddə mallar təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən aralarında bağlanmış 07.05.2018-ci il tarixli HA 004/0518 saylı müqaviləyə əsasən yaranmış 161180,26 manat borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Materiallarda olan "xxxx" ASC-nin Azadlıq filialı tərəfindən verilmiş sənədlərə əsasən cavabdehin bank hesabından iddiaçının bank hesabına 15.01.2020-ci il tarixdə 40000 manat, 25.08.2020-ci il tarixdə 4800 manat, 21.02.2019-cu il tarixdə 21000 manat, 06.02.2019-cu il tarixdə 27000 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli 9/6361 nömrəli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 25.08.2020-ci il tarixdən 29.06.2021-ci il tarixədək cavabdeh tərəfindən ödənilməsi gecikdirilən pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz ümumilikdə 8398,37 manat, həmin pul vəsaiti üzrə 2 faiz dərəcə ilə hesablanan faiz 2640,23 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 07.05.2018-ci il tarixli HA 004/0518 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 184468,81 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 184468,81 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən borcun gecikdirilməsinə görə 1675,14 manat faiz borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göründüyü kimi, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 439.3-cü maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə materiallarda olan ekspert rəyi nəzərə alınmaqla qismən təmin edilməli, cavabdehdən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 25.08.2020-ci il tarixdən 29.06.2021-ci il tarixədək ödənilməsi gecikdirilən pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanan faiz ümumilikdə 8398,37 manat, həmin pul vəsaiti üzrə 2 faiz dərəcə ilə hesablanan faiz 2640,23 manat, cəmi 11038,60 manat tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə onun alqı-satqı müqaviləsi üzrə iddiaçıya əsas borc üzrə 184468,81 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 184468,81 manat əsas borc, 11038,60 manat faiz borcu (8398,37 manat + 2640,23 manat) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 184468,81 manat əsas borc və 11038,60 manat faiz borcu, cəmi 195507,41 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3330/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3330/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver