Məhkəmə qərarları › İş №e-2-2(113)-3334/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3334/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3334/2025 04.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, dəbbə və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 29.869,98 (iyirmi doqquzmin səkkiz yüzaltmış doqquzmanat, 98 qəpik) AZNməbləğində əsas borc, 3.584,39 AZN(üç mi n beş yüzsəksən dörd manat, 39 qəpik)məbləğində dəbbə pulu, 190,36 (yüz doxsan manat 36 qəpik) AZNməbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə öd ənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “STAL CONSTRUCTİONM”MC arasında malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli № 4804/23M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, cavabdeh “STAL CONSTRUCTİONM”MCisə alıcı qismində çıxış etmişdir. Mallar qəbuledilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləriəsasında mallar alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimə və “Malların təhvilqəbul” aktından aydın olur ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi Satıcı tərəfindən 43.323,93 AZN (qırx üç min üç yüz iyirmi üç manat, 93 qəpik) (ƏDV daxil) məbləğində mallar Alıcıya satılmışdır. Alıcının həyata keçirdiyi ödənişləri təsdiq edən bank hesabından çıxarışlardan məlum olur ki,Alıcı tərəfindən alınmış malların müqabilində 13.453,95 (on üç min dörd yüz əlli üç manat 95 qəpik) AZN (ƏDV daxil) məbləğində ödəniş həqiqətən də həyata keçirilmişdir. Lakin qalan məbləği təşkil edən 29.869,98 (iyirmi doqquz min səkkiz yüz altmış doqquz manat, 98 qəpik) AZN (ƏDV daxil) məbləğində pul vəsaitinin bugünədək Alıcı tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli № 4804/23M nömrəlimüqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında(lakin Malın dəyərinin 20 %- dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 29.869,98 (iyirmi doqquz min səkkiz yüz altmış doqquz manat, 98 qəpik) AZN təşkil edir, həmin məbləğin 12 (on iki) faizi 3.584,39 AZN (üç min beş yüz səksən dörd manat, 39 qəpik) təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 29.869,98 + 3.584,39 = 33.454,37 AZN (otuz üç min dörd yüzəlli dörd manat, 37 qəpik) tələb məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin462.1-ci maddəsinə əsasən cərimə müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pulməbləğidir. CavabdehMMC-yə xx.xx.2025-ci il tarixində, №001896 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə bizim tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də kiməktuba bir cavab alınmışdır. xx.xx.2023-cü il tarixli № 4804/23M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Tərəfimizdən müqavilə üzrə öhdəlik icra edilmiş, lakin Alıcı tərəfindən öhdəlik icra edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2023cü il tarixli № 4804/23M nömrəli müqavilə imzalanmışdır.

8. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı” ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini “Satıcıya” ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci maddəsinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2” larında öz əksini tapacaqdır.

10. Müqavilənin 2.1-ci maddəsinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir.

11. Müqavilənin 4.1-ci maddəsinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri Alıcıya təqdim etməlidir.

12. Müqavilənin 4.2-ci maddəsinə əsasən mal Alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə № 1-də göstərilir.

13. Müqavilənin 4.3-cü maddəsinə əsasən mal Alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya Alıcı tərəfindən Satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər Alıcıya keçir.

14. Müqavilənin 5.1-ci maddəsinə əsasən Alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra 100% öncədən avans şəkilində Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. O cümlədən, satıcı tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi üçün elektron qaimə təqdim ediləcəkdir. Qaiməni alan Alıcı təsdiq düyməsi basılıbsa və sonradan elektron vergi sistemində ləğv edilməyibsə bu qaimə üzrə təqdim edilmiş malların Alıcı tərəfindən qəbul edilməsi mənasını daşıyacaqdır.

15. Müqavilənin 5.2-ci maddəsinə əsasən malların dəyərinin ödənilməsi üzrə öhdəliyin icrası günü istirahət və ya bayram gününə düşərsə, ödəmə bu tarixdən sonrakı ilk iş günü həyata keçirilməlidir.

16. xx.xx.2024-cü il tarixli №İ064302 saylı malların təhvil-qəbul aktına əsasən profillər, xx.xx.2024-cü il tarixli №İ064371 saylı malların təhvil-qəbul aktına əsasən profil 40x20x1,3 (metak), xx.xx.2024-cü il tarixli №İ064530 saylı malların təhvil-qəbul aktına əsasən profil 40x20x13 (metak), xx.xx.2024-cü il tarixli №İ064583 saylı malların təhvilqəbul aktına əsasən 574,19 manat məbləğində elektrod, xx.xx.2024-cü il tarixli №İ065613 saylı malların təhvil-qəbul aktına əsasən 4194,12 manat məbləğində profillər, xx.xx.2024cü il tarixli №İ065679 saylı malların təhvil-qəbul aktına əsasən 1802,57 manat məbləğində profil, xx.xx.2024-cü il tarixli №İ065564 saylı malların təhvil-qəbul aktına əsasən 3596,64 manat məbləğində profillər, xx.xx.2024-cü il tarixli №İ065943 saylı malların təhvil-qəbul aktına əsasən profil 60x60x4,0 (Qost), xx.xx.2024-cü il tarixli №İ067708 saylı malların təhvil-qəbul aktına əsasən 12,000 PKT, elektrod 3,25 mm (Askaynak), xx.xx.2024-cü il tarixli №İ06770 saylı malların təhvil-qəbul aktına əsasən profillər və qara tikişli borular, xx.xx.2024-cü il tarixli №İ067870 saylı malların təhvil-qəbul aktına əsasən 204,61 manat məbləğində polad təbəqə, xx.xx.2024-cü il tarixli №İ068909 saylı malların təhvil-qəbul aktına əsasən 1997,76 manat məbləğində profil İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə təhvil verilmişdir.

17. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********91 saylı e-qaiməyə əsasən 3566,41 manat, xx.xx.2024-cü il tarixli MT**********092 e-qaiməyə əsasən 202,49 manat, xx.xx.2024-cü il tarixli MT**********48 eqaiməyə əsasən 3166,60 manat, xx.xx.2024-cü il tarixli MT**********57 e-qaiməyə əsasən 6498,02 manat, xx.xx.2024-cü il tarixli MT**********02 saylı e-qaiməyə əsasən 3364,42 manat, xx.xx.2024-cü il tarixli MT**********93 e-qaiməyə əsasən 2017,80 manat, xx.xx.2024-cü il tarixli MT**********24 e-qaiməyə əsasən 4718,82 manat, xx.xx.2024-cü il tarixli MT**********22 e-qaiməyə əsasən 202,49 manat, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10638166 nömrəli elektron qaimə-fakturaya əsasən 4438,38 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10664761 nömrəli elektron qaimə-fakturaya əsasən 4640,94 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10745303 nömrəli elektron qaimə-fakturaya əsasən 3968,34 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10770506 nömrəli elektron qaimə-fakturaya əsasən 574,18 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11267452 nömrəli elektron qaiməfakturaya əsasən 1802,56 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11240552 nömrəli elektron qaimə-fakturaya əsasən 4194,12 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11223701 nömrəli elektron qaimə-fakturaya əsasən 3596,64 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 11364130 nömrəli elektron qaimə-fakturaya əsasən 1722,21 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10061427 nömrəli elektron qaimə-fakturaya əsasən 15981,68 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10061423 nömrəli elektron qaiməfakturaya əsasən 202,49 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10119837 nömrəli elektron qaimə-fakturaya əsasən 204,61 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10627232 nömrəli elektron qaimə-fakturaya əsasən 1997,76 manat məbləğində e-qaimələr göndərilmişdir.

18. İddiaçının təqdim etdiyi (təsdiq edlməmiş) üzləşmə aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə cəmi 74975,75 manatlıq mallar satılmış, cavabdeh tərəfindən 45105,77 mana ödənişlər edilmiş, cavabdehin qalıq borc məbləği 29869,98 manat təşkil edir.

19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

22. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. İş materiallarında olan tərəflər arasında bağlanmış malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli № 4804/23M nömrəli müqavilənin 1.1-ci maddəsinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı” ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini “Satıcıya” ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır.

28. Cavabdeh tərəf EMİS-i vasitəsi ilə işin ərazi aidiyyətini mübahisələndirsə də, sonradan cavabdehin vəkili tərəfindən vəkil qismində işə qoyulması barədə müraciət daxil olsa da, lakin, bu müddət ərzində iddia tələbinə, iddia məbləğinə hərhansı etiraz nə məhkəmə iclaslarında iştirak etməklə şifahi, nə də yazılı qaydada məhkəməyə təqdim edilməmişdir, cavabdeh tərəfindən borc məbləği mübahisələndirilməmişdir.

29. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, malların təhvil-qəbul aktları və elektron qaimə və qismi ödənişlər ilə təsdiq olunduğu üçün 29.869,98 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 29.869,98 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.

31. Bundan əlavə iddiaçı 3584,39 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (29869,98 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu 1494 manat məbləğində müəyyən edilməlidir.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 190,36 manat dövlət rüsumu ödənilmişdir.

37. Azərbaycan Respublikası MPM-in:

38. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

40. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumu xərcinin əvəzi olaraq 184 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 29.869,98 manat əsas borc məbləği, 1494 manat dəbbə pulu və və dövlət rüsumunun əvəzi olaraq 184 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar