Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3341/2021 19.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı X3 və Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20440 manat əsas borcunun və 3670,20 manat ƏDV-nin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayon Çaxırlı kənd sakini olaraq fiziki şəxs-sahibkar kimi qum-çınqıl istehasalı ilə məşğul olur. 29 oktyabr 2020-ci il tarixində “X1 Company" MMC ilə HA 001/1020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə onlar Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında Meliorativ tədbirlərin aparılması layihəsinə çınqıl daşıyıb təhvil verməli idilər. Beləliklə onlar öz üzərlərinə düşən müqavilənin şərtlərinə əsasən həmin şirkətə 09.12.2020-ci il tarixə kimi 1460 m3 çınqılı daşıyıb təhvil vermişlər. İmzalanmış müqaviləyə əsasən hər 1 m3 qiyməti daşınma xərci ilə birlikdə 14 manat+18% ƏDV hesablanmışdır. Ümumilikdə təhvil verilmiş çınqılın əsas dəyəri 20440 manat olmaqla, 3670,20 ƏDV etmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq qeyd edilən şirkət təhvil verdikləri mal-materialın dəyərinin bir manatını belə ödəməmişdir. Bir neçə dəfə hüquqmühafizə orqanlarına müraciət etsələr də heç bir nəticə əldə edə bilməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək, izahatında müqavilənin 4.2-ci maddəsinə əsasən malların təhvil-təslimi ilə bağlı aktın imzalanmalı olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29 oktyabr 2020-ci il tarixli, HA 001/1020 saylı alqı-satqı müqaviləsindən görünür ki, alıcı - Cavabdeh MMC satıcı - X2 təqdim olunacaq hesab-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə qum və çınqıl materialını satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən 1 m3 çınqıl materialının, çatdırılma daxil, qiyməti (ƏDV daxil) 16,52 manat (14 manat+2,52 manat (18%) ƏDV) təşkil edir. 4.2-ci maddəsinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. X3 təqdim etdiyi EBAT seriyalı, 655070 nömrəli, 09.12.2020-ci il tarixli elektron qaimədən görünür ki, X6 ümumi dəyəri 24119,20 manat (20440+3679,20 ƏDV) məbləğində olan malları alıcı Cavabdeh MMC-yə satmışdır. 04.12.2020-ci il tarixli aktından görünür ki, Cavabdeh MMC Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində qapalı su yığıcıların (QSY) və drenaj şəbəkəsinin (DŞ) tikintisi üçün 20.10.2020-30.11.2020-ci il tarixlərində sahibkar X2 1460 m3 çınqıl alınmışdır. Aktın doğruluğu hər iki tərəfin imzaları ilə (o cümlədən Cavabdeh MMC möhürü ilə) təsdiq edilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2ci maddələri). Göründüyü kimi iddiaçı X6 və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı - X6 üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, satıcıdan aldığı hər 1 m3 qiyməti ƏDV daxil 16,52 manat olan 1460 m3 çınqıla görə ümumilikdə 24119,20 manat (20440+3679,20 ƏDV) məbləğində olan borcunu ödəməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin iddiaçı X5 24119,20 manat (20440+3679,20 ƏDV) manat məbləğində borcu olsa da, X6 ümumilikdə 24110,20 manat (20440+3670,20 ƏDV) məbləğində borc pulun tutulmasını tələb etmişdir. Odur ki, məhkəmə iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarıldığından hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 24110,2 manat məbləğində borc alınaraq X5 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 24110,20 manat dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil ümumilikdə 24110,20 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3341/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3341/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver