Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3341/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4590 (dörd min beş yüz doxsan) manat borcun, habelə vəkilə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 65,90 (altmış beş manat doxsan qəpik) manatın Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra -“İcraçı və ya İddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra -“Sifarişçi və ya Cavabdeh”) arasında xx.xx.2025-ci il tarixli 06/25 nömrəli daşıma müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır (Müqavilə əlavə edilir). Müqavilə üzrə Sifarişçinin ödənilməmiş borcu vardır. Belə ki, Müqavilənin 4.3-cü bəndinə əsasən yüklənmə zamanı 72 saatdan, habelə yükün çatdırılma nöqtəsində boşaltma zamanı 72 saatdan artıq gecikmə yaranarsa, Sifarişçi hər gecikdirilmiş gün üçün 100 ABŞ dolları İcraçıya ödəniş etməlidir. Yük xx.xx.2025-də tarixdə çatdırılma nöqtəsinə çatdırılmış, lakin 72 saat sonra, yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi 27 gün ərzində boşaltma zamanı gecikmə yaranmışdır (CMR əlavə edilir). Cavabdehin İddiaçıya 4590 manat borcu var. Lakin e-qaimə faktura təsdiq edilsə də, indiyədək 4590 manat ödənilməmişdir. Bununla da Cavabdehin İddiaçıya 4590 manat ödənilməmiş borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında xx.xx.2025-ci il tarixində 06/25 saylı “Daşıma müqaviləsi bağlanmışdır.
8. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin mallarını soyuducu sistemlə təchiz edilmiş yük maşınları ilə Azərbaycan Respublikası daxilində və xaricində müvafiq məntəqələrə daşıyır. Sifarişçi isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada nəqliyyat xidmətinin dəyərini icraçıya ödəyir.
9. Müqavilənin 4.3-cü bəndinə əsasən yüklənmə zamanı 72 saatdan, yükün çatdırılma nöqtəsində boşaltma zamanı 72 saatdan artıq gecikmə yaranarsa, Sifarişçi hər gecikdirilmiş gün üçün 100 ABŞ dolları İcraçıya ödəniş etməlidir
10. Müqavilə hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə yükdaşıma xidmətlərinin göstərilibgösərilməməsidir.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 10622873 saylı dəyəri 4.590 manat olan elektron qaimə göndərilmişdir.
13. Hal-hazırda da, iddiaçı tərəf cavabdehin ödənilməmiş 4.590 manat borcunun qaldığını bildirir.
14. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
15. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb edilən borcun ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
16. Belə olan halda, Məhkəmə hesab edir ki, göstərilmiş olan yükdaşıma xidmətlərinin dəyəri olaraq 4.590 manat məbləğində pul cavadehdən tutularaq iddiaçıya verilməlidir.
17. Məhkəmə həmçinin hesab edir ki, iddianın 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, iddia təmin edilməlidir.
18. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Alyans Vəkil Bürosu ilə “”Uğurlu Yol” MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 (üç yüz) manat müəyyən olunur.
19. İş materiallarından məlum olur ki, İddiaçı MMC-yə hüquqi yardımın göstərilməsi üçün Alyans Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli elektron order verilmişdir.
20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Həmçinin məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,90 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli daşıma müqaviləsi üzrə 4.590 (dörd min beş yüz doxsan) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 65 (altmış beş) 90 (doxsan) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov