Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3344/2022 06.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 5648 manat ödənilməmiş borcun, mediasiyaya dair xərclərin bölüşdürülməsi qaydasına uyğun olaraq 50 manatın, cəmi 5698 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 5648 manat ödənilməmiş borcun, mediasiyaya dair xərclərin bölüşdürülməsi qaydasına uyğun olaraq 50 manatın, cəmi 5698 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixdə 310719RD/VS saylı subagent müqaviləsi bağlanmışdır. 2021-ci il ərzində cavabdeh, Sabre sistemi üzərindən X6 aviabilet bronlaşdırılmasında qanunsuzluğa yol verərək, hava yolları tərəfindən ADM-lər (Cərimə) tətbiq olunmasına səbəb olmuşdur. Bağlanmış müqavilənin 1.5; 7.5 və 2.1 bəndləri cavabdeh tərəfindən pozulduğu üçün həmin müqavilənin 2.1-ci əlavənin 1.1. və 1.2-ci bəndlərinə uyğun olan cərimələr aviaşirkət tərəfindən göndərilən ADM-lərə əlavə edilməklə cavabdehin iddiaçıya ümumilikdə 5648 manat məbləğində ödəniləcək borcu yaranmışdır. Həmin ADM-lər (Cərimə) iddiaçı tərəfindən X7 ödənilmişdir. İddiaçı yaranmış problemlə bağlı cavabdehin direktoru Emil Qasimovla dəfələrlə danışıqlar aparmağına baxmayaraq o, bu yaranmış borcu ödəməkdən imtina etmişdir. İddiaçı qarşı tərəfə yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini təklif etmişdir. İlkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixinə təyin olunmuş, lakin cavabdeh görüş barəsində 4 gün öncədən məlumatlandırılmasına baxmayaraq mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2019-cu il tarixli 310719RD/VS saylı subagent müqaviləsindən görünür ki, cavabdeh iddiaçının dəstəyi ilə elektron platforma vasitəsilə sərnişin daşımaları həyata keçirən aviaşirkətlərin dövləllərarası və regionlararası reyslərinə aviabiletlərin satışını təşkil etməyi, iddiaçı öz növbəsində, cavabdehin fəaliyyətinin normal aparılması məqsədilə ona lazımi ciddi hesabat blanklarının (CHB), möhür və ştampların ayrılması və avtomatlaşdırılmış bron sisteminə (ABS) qoşulmasını qeyri-müstəsna başqa şəxslərə ötürülməyən əsaslarla təmin etməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli 310719RD/VS saylı müqaviləyə Əlavədən görünür ki, cavabdeh iddiaçıya satışın aparılması barədə hesabatları vaxtında tətbiq etmədikdə, hesabatlar tam olmadıqda və yaxud hesabat sənədlərində lazımi reyestrlər və yaxud satışın aparılmasına dair təsdiqedici sənədlər olmadıqda, müqavilədə nəzərdə tutulmuş qaydada hesabat sənədlərində əks edilmiş məbləğin iddiaçının hesabına köçürülməsi yubadıldıqda, hesabatlarda lazımi olan məbləğin hamısı göstərilmədikdə və yaxud əvvəllər sənədləşdirilmiş daşıma sənədləri sonrakı dövr üçün hesabatlara daxil edildikdə, iddiaçıya ziyan gətirən səhv hərəkətlər nəticəsində cərimə ödəməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 038/21 saylı məktubundan görünür ki, İddiaçı ilə 310719RD/VS saylı xx.xx.2019 - cu il tarixli subagent müqaviləsi əsasında əməkdaşlıq edən Cavabdeh rəhbəri Nümayəndə tərəfindən X2 Sistemində (BTS) rezervasiyalar yaradılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 7MKJ PCC kodu altında sistemdən istifadə etmişdir. Cari cədvəldə əks olunan X4 Yolları aviaşirkətinin qaydalarının tələblərinə əsasən müvafiq vaxtda Cavabdeh (7MKJ PCC kodu altında) tərəfindən ləğv olunmamışdır. Bunun nəticəsi olaraq X8 aviaşirkəti tərəfindən cərimələrin (ADM) tətbiq edilməsinə səbəb olmuşdur. Həmçinin, xx.xx.2019 - xx.xx.2019 dövr ərzində Cavabdehnə (7MKJ PCC kodu) Sabre BTS tərəfindən keçirilən "Sabre Basic" təlim zamanı, qeyd olunan halların baş verməməsi üçün zəruri təlimatlar verilmiş və təlim materialları ətraflı izah edilmişdir. Qeyd olunan təlimin müvəffəqiyət ilə bitirilməsi ilə əlaqədar Sertifikat təqdim olunmuşdur. “X8” Azərbaycan Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ******* İATA nömrəli “RAYDA LLC” səyahət agentliyinə X8 İstanbul baş ofisi tərəfindən göndərilən “İNACTİVE SEGMENT ADM" cərimələri araşdırıldığı zaman bu cərimələrə səbəb olan bilet rezervasiyalarının ******* İATA nömrəli “RAYDA LLC”yə bağlı olan 7MKJ nömrəli PCC terminal üzərindən yaradıldığı görülmüşdür. Bəhsi keçən cərimələr 4868 manat məbləğində Rayda LLC səyahət agentliyi tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 310719RD/VS saylı subagent müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçının dəstəyi ilə elektron platforma vasitəsilə sərnişin daşımaları həyata keçirən aviaşirkətlərin dövləllərarası və regionlararası reyslərinə aviabiletlərin satışını təşkil etməyi, iddiaçı öz növbəsində, cavabdehin fəaliyyətinin normal aparılması məqsədilə ona lazımi ciddi hesabat blanklarının (CHB), möhür və ştampların ayrılması və avtomatlaşdırılmış bron sisteminə (ABS) qoşulmasını qeyri-müstəsna başqa şəxslərə ötürülməyən əsaslarla təmin etməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən 7MKJ PCC kodu altında sistemdən istifadə etməklə X2 Sistemində (BTS) rezervasiyalar yaradılmışdır. X4 Yolları aviaşirkətinin qaydalarının tələblərinə əsasən müvafiq vaxtda Cavabdeh (7MKJ PCC kodu altında) tərəfindən ləğv olunmamış, nəticədə X8 aviaşirkəti tərəfindən cərimələrin (ADM) tətbiq edilməsinə səbəb olmuşdur. Cərimələrin məbləği 4868 manat məbləğində olmaqla iddiaçı tərəfindən ödənilmişdir. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, X8 aviaşirkəti tərəfindən cərimələrin (ADM) tətbiq edilməsini məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmişdir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021ci il tarixli 038/21 saylı məktubundan göründüyü kimi cərimələrin tətbiq edilməsinə səbəb cavabdeh tərəfindən 7MKJ PCC kodu altında yaradılmış rezervasiyaların X8 aviaşirkətinin qaydalarının tələblərinə əsasən müvafiq vaxtda ləğv olunmaması olmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 310719RD/VS saylı subagent müqaviləsinin 7.5-ci bəndinə əsasən 7.5. Tərəflərdən birinin (işçilərin, vəzifəli şəxslərin, qulluqçuların, xidməti personalın və s.) qanunsuz hərəkətləri, səhlənkar davranışı, qəsdi və yaxud ehtiyatsızlığı nəticəsində digər tərəfə dəymiş ziyan tam həcmdə ödənilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh göstərilən müqavilə tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən 7MKJ PCC kodu altında yaradılmış rezervasiyaların X8 aviaşirkətinin qaydalarının tələblərinə əsasən müvafiq vaxtda ləğv etməməklə səhlənkarlıq etmiş, nəticədə X8 aviaşirkəti tərəfindən iddiaçıya cərimə tətbiq olunmuşdur. Cavabdeh, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 310719RD/VS saylı subagent müqaviləsinə əlavəyə əsasən iddiaçıya satışın aparılması barədə hesabatları vaxtında tətbiq etmədikdə, hesabatlar tam olmadıqda və yaxud hesabat sənədlərində lazımi reyestrlər və yaxud satışın aparılmasına dair təsdiqedici sənədlər olmadıqda, müqavilədə nəzərdə tutulmuş qaydada hesabat sənədlərində əks edilmiş məbləğin iddiaçının hesabına köçürülməsi yubadıldıqda, hesabatlarda lazımi olan məbləğin hamısı göstərilmədikdə və yaxud əvvəllər sənədləşdirilmiş daşıma sənədləri sonrakı dövr üçün hesabatlara daxil edildikdə, iddiaçıya ziyan gətirən səhv hərəkətlər nəticəsində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, cavabdehin səhlənkar hərəkəti nəticəsində iddiaçı, X8 aviaşirkəti tərəfindən ona cərimə tətbiq olunmasına məruz qalmış, bununla da iddiaçı tətbiq olunmuş cərimələri ödəməklə ona maddi ziyan dəymişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı cavabdehdən zərərin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı maddi ziyana görə 5648 manat ödənilməsini tələb etsə də, “X8” Azərbaycan Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı tərəfindən ona tətbiq olunmuş cərimələrə görə 4868 manat məbləğində ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 4868 manat tutulmaqla iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 76,48 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 86,18 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 10,57 manat təşkil edir. İddiaçı tərəfindən 50 manat mediasiya xərcindən əlavə 26,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də ödənilmiş 50 manat məbləğində mediasiya xərci tam, 26,48 manat dövlət rüsumunun 15,91 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10,57 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 4868 manat ödənilməmiş borc, mediasiya xərcinə görə 50 manat, cəmi 4918 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməli, 26,48 manat dövlət rüsumunun 15,91 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10,57 manat məbləği iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4868 manat ödənilməmiş borc, mediasiya xərcinə görə 50 manat, cəmi 4918 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 26,48 manat dövlət rüsumunun 15,91 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 10,57 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3344/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3344/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver