Məhkəmə qərarları › İş №e-2-2(113)-3347/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3347/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3347/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "Abşeron Express” MMC-nin Cavabdeh MMC-yə qarşı “nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə borc” tələbi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixli ABE 0222/23 nömrəli nəqliyyatekspedisiya müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin: 2.1. 1.1-ci bəndinə əsasən Ekspeditor bu Müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi olan hesab-fakturalarda göstərilən çeşid, qiymət və kəmiyyətə uyğun yükün haqq müqabilində olduqları yerdən təyinat yerinə daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərim həyata keçirir. Sifarişçi isə xidmət haqqını ödəməyi öhdəsinə götürür. Bu müqavilə tərəflərin təşkilati-hüquqi əsaslarını, hüquq və vəzifələrini, habelə müqavilə şərtlərinin yerinə ycıiniməməsinə görə onların mülki-hüquqi məsuliyyətinin əsaslarını müəyyən edir; 2.2. 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə xidmət haqqının miqdarı ödəniş sənədlərində qeyd edilir Ödəniş sənədləri dedikdə, rezidentlərə münasibətdə hesabfaktura və və ya elektron qaimə-faktura qeyri- rezidenılərə münasibətdə hesab faklura nəzərdə tutulur; 2.3. 2.2-ci bəndinə əsasən Tərəflər razılaşırlar ki. hazırkı Müqavilədə xüsusi hal nəzərdə tutulmamışdırsa, İcraçı tərəfindən icraya qəbul edilmiş sifariş əsasında ödəniş sənədlərinın təqdim edilməsi xidməti işlərin dəyərinin razılaşdırılması anı hesab olunur. Hesablaşma valyuta tənzimi qanunvericiliyinə uyğun daraq həyata keçirilir. Xidmətlərin dəyəri xarici valyuta ilə müəyyən olunarsa, ödənişlər milli valyuta ilə olacağı halda, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı (AZN) ilə həyata keçirilir; 2.4. 2.3-cü bəndinə görə Sifarişçi sifarişə uyğun olaraq, xidmətlərin dəyərini tam həcmdə Ekspeditor tərəfindən ödəniş sənədləri təqdim edildiyi tarixdən 3 is günü ərzində, lakin istənilən halda həmin xidmətlərin icraya başlanacaq tarixindən gec olmayaraq Ekspeditorun bank hesabına köçürür. Odənis öhdəliyi İcraçının hesabına müvafiq vəsaitin daxıl olduğu an həyata keçirilmiş hesab olunur;

3. Tərəflər arasında imzalanmış və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 1 nömrəli təhvil-təslim aktına əsasən iddiaçı 105 503,31 manat dəyərində beynəlxalq daşıma xidmətini icra edərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən 80659,88 manat məbləğində ödəniş edilmiş, qalıq borcu isə 24 843,43 manat təşkil etmişdir. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ABE 0222/23 saylı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 24 843,44 manat məbləğində pulun və ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində ABE 0222/23 nömrəli nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdehə nəqliyyat-ekspedisiya xidmətlərini göstərməyi, cavabdeh isə xidmətlərin dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı razılaşdırılmış xidmətləri icra etməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, xx.xx.2023 – xx.xx.2023cü il tarixi aralığında iddiaçı tərəfindən təqdim edilmiş 3 ədəd elektron qaimə-fakturaları qəbul etməsinə baxmayaraq, fakturalar üzrə ödənişi həyata keçirməmiş və nəticədə həmin müqavilə öhdəlikləri üzrə xeyli miqdarda borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixinədək müqaviləyə uyğun olaraq göstərilmiş müəyyən xidmətlərin ödənişini həyata keçirməsinə və yaranmış etibarlı münasibətə əsasən iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra edəcəyinə inanaraq xidmət göstərməyə davam etmişdir. Belə ki, bu günkü tarixədək cavabdeh tərəfindən ödənilməli olan borc məbləği 24 843,43 manat təşkil edir. Borc məbləği tərəflər arasında bağlanmış üzləşmə aktı ilə də təsdiq edilmişdir. Yaranmış borc məbləği ilə bağlı cavabdehə bir neçə dəfə şifahi olaraq məlumat verilmiş, ödənişləri vaxtlı-vaxtında icra etməli olduğu barədə xəbərdar olunmuşdur. Qeyd olunan xəbərdarlıqlar nəticə vermədiyi üçün daha sonra cavabdehə yönəldilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə borcun 10 iş günü müddətində ödənilməsi tələbi irəli sürülmüş, əks təqdirdə isə qanunvericilik və müqavilə ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmin müddətin başa çatmasına baxmayaraq, hələ də cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

13. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

14. Maddə 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

17. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli ABE 0222/23 nömrəli nəqliyyat-ekspedisiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərii yaranmışdır. Həmçinin, işin işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi olan hesabfakturalarda göstərilən yükün haqq müqabilində olduğu yerdən təyinat yerinə daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərini həyata keçirməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ümumilikdə 105 503,31 manat dəyərində xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 elektron qaimə göndərilmişdir. Tərəflər arasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin aktla cavabdehin iddiaçıya olan borcu 24 843,43 manat kimi müəyyən edilmişdir.

18. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

19. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

20. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

21. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2023-cü il tarixli ABE 0222/23 nömrəli nəqliyyat-ekspedisiya müqaviləsi üzrə 24 843,43 manat məbləğində muzd cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 25 avqust 2023-cü il tarixli, ABE 0222/23 nömrəli nəqliyyat ekspedisiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə yaranmış 24843,44 (iyirmi dörd min səkkiz yüz qırx üç manat qırx dörd qəpik) manat əsas borc və ödənilmiş 165 manat dövlət rüsumu olmaqla, ümumilikdə 25008,44 (iyirmi beş min səkkiz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar