Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3349/2021 28.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, X1 iştirakı ilə, "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə görə 16 187,19 (on altı min yüz səksən yeddi ABŞ dolları 19 sent) ABŞ dolları borc və 4532,41 (dörd min beş yüz otuz iki ABŞ dollar, 41 sent) ABŞ dolları penya məbləği olmaqla, cəmi 20 719,60 (iyirmi min yeddi yüz on doqquz ABŞ dollar, 60 sent) ABŞ dollarının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC dən tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, alğı-satqı müqaviləsinə görə 16 187,19 (on altı min yüz səksən yeddi ABŞ dolları 19 sent) ABŞ dolları borc və 4532,41 (dörd min beş yüz otuz iki ABŞ dollar, 41 sent) ABŞ dolları penya məbləği olmaqla, cəmi 20 719,60 (iyirmi min yeddi yüz on doqquz ABŞ dollar, 60 sent) ABŞ dollarının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC dən tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2-2(l 13)- 3349/2021 saylı işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə yaranmış mübahisənin məhkəmədən kənar həll etmək qərarına gəlmişlər. Bu səbəbdən də məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını istəyirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. İddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki iddaiçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3349/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3349/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver