Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3349/2024 12.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, 19-0080 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1 göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra “Mal adlandırılacaq) satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə görə malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2“nda öz əksini tapmışdır. 3.1.1-ci bəndində müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüquqi kimi, 3.4.1-ci bəndində isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alcının vəzifəsi kimi təsbit edilmişdir. 4.2-ci bəndinə görə mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığl ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri 1 nömrəli Əlavədə göstərilir. 4.3-cü bəndinə əsasən mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir. 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. 8.4-cü bəndinə görə malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğini 0,1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı tarixindən qüvvəyə minir və tərəflər bu müqaviləyə müvafiq olaraq öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (36 metr yuvarlaq dəmir 24 mm -255,60 manat+nəqliyyat xərci 15 manat) cəmi 270,60 manat ƏDV daxil 319,31 manat olaraq razılaşdırılmışdır. Hesab-faktura əsasında 100% əvvəlcədən ödəniş edilir, ödəniş hesaba gəldikdən sonra 3 iş günü ərzində mallar təhvil verilir, mallar alıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (4239 kq metal lövhə 20 mm) 8144,81 manat ƏDV daxil 9610,88 manat olaraq razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 30 gün müddətində 100% ödəniş edilir, protokol qüvvəyə mindikdən sonra 3 iş günü ərzində mallar təhvil verilir, mallar alıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (9 m2 metal lövhə 25 mm-3393 manat, 42 metr profil 80x40x3 mm-352,80 manat+nəqliyyat xərci 60 manat) cəmi 3805,80 manat ƏDV daxil 4490,84 manat olaraq razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 30 gün müddətində 100% ödəniş edilir, protokol qüvvəyə mindikdən sonra 3 iş günü ərzində mallar təhvil verilir, mallar alıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (54 m2 metal lövhə 20 mm-16308 manat, 27 m2 metal lövhə-10179 manat+nəqliyyat xərci 120 manat) cəmi 26607 manat ƏDV daxil 31.396,26 manat olaraq razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 30 gün müddətində 100% ödəniş edilir, protokol qüvvəyə mindikdən sonra 3 iş günü ərzində mallar təhvil verilir, mallar alıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (9 m2 metal lövhə 20 mm-2718 manat, 45 m2 metal lövhə 25 mm-16965, 72 m2 metal lövhə 14 mm-13200 manat, 54 m2 metal lövhə 12 mm-8280 +nəqliyyat xərci 150 manat) cəmi 41313 manat ƏDV daxil 48.749,34 manat olaraq razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 30 gün müddətində 100% ödəniş edilir, protokol qüvvəyə mindikdən sonra 3 iş günü ərzində mallar təhvil verilir, mallar alıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (45 m2 metal lövhə 16 mm-9225 manat+nəqliyyat xərci 80 manat) cəmi 9305 manat ƏDV daxil 10979,90 manat olaraq razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% ödəniş edilir, protokol qüvvəyə mindikdən sonra 1 iş günü ərzində mallar təhvil verilir, mallar alıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (9 m2 metal lövhə 4 mm-450 manat+nəqliyyat xərci 30 manat) cəmi 480 manat ƏDV daxil 566,40 manat olaraq razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% ödəniş edilir, protokol qüvvəyə mindikdən sonra 1 iş günü ərzində mallar təhvil verilir, mallar alıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (4239 kq metal lövhə 20 mm) 7206.30 manat ƏDV daxil 8503,43 manat olaraq razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% ödəniş edilir, protokol qüvvəyə mindikdən sonra 1 iş günü ərzində mallar təhvil verilir, mallar satıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqısı müqaviləsinə əlavə olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və xidmətlərin ətraflı təsviri, ölçüsü, miqdarı və qiyməti (7065 kq metal lövhə 20 mm) 12010,50 manat ƏDV daxil 14.172,39 manat olaraq razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 10 gün müddətində 100% ödəniş edilir, protokol qüvvəyə mindikdən sonra 1 iş günü ərzində mallar təhvil verilir, mallar satıcının anbarında çatdırılma qaydasında təhvil verilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 13.239,60 manat dəyərində göndərilmiş mallara görə, EBBL seriyalı, 682596 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. Elektron qaimə hər iki tərəfinin imzası və möhürü ilə təsdiq.
12. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 12.631,53 manat dəyərində göndərilmiş mallara görə, EBBP seriyalı, 597403 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. Elektron qaimə hər iki tərəfinin imzası və möhürü ilə təsdiq.
13. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 319,31 manat dəyərində göndərilmiş mallara görə, EBDD seriyalı, 831314 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir.
14. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 9610,88 manat dəyərində göndərilmiş mallara görə, EBDİ seriyalı, 925802 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. 15.İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 4490,84 manat dəyərində göndərilmiş mallara görə, EBDJ seriyalı, 052242 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. 16.İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 31396,26 manat dəyərində göndərilmiş mallara görə, EBDJ seriyalı, 450136 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir.
17. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 48749,34 manat dəyərində göndərilmiş mallara görə, EBDJ seriyalı, 931343 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. 18.İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 10979,90 manat dəyərində göndərilmiş mallara görə, EBDL seriyalı, 823204 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. 19.İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 566,40 manat dəyərində göndərilmiş mallara görə, EBDM seriyalı, 013262 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir.
20. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 8503,43 manat dəyərində göndərilmiş mallara görə, EBDS seriyalı, 974993 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir.
21. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 14172,39 manat dəyərində göndərilmiş mallara görə, EBDT seriyalı, 074330 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir.
22. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 301,61 manat dəyərində mallar (yuvarlaq dəmir 24 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 301,61 manat dəyərində mallar (yuvarlaq dəmir 24 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 9610,88 manat dəyərində mallar (4239 kq metal lövhə 20 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 4420,04 manat dəyərində mallar (9 m2 metal lövhə 25 mm, 42 metr profil 80x40x3 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 26.xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 31.254,66 manat dəyərində mallar (54 m2 metal lövhə 20 mm, 27 m2 metal lövhə) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
27. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 48.572,34 manat dəyərində mallar (9 m2 metal lövhə 20 mm, 45 m2 metal lövhə 25 mm, 72 m2 metal lövhə 14 mm, 54 m2 metal lövhə 12 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
28. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 10.885,50 manat dəyərində mallar (45 m2 metal lövhə 16 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
29. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 531 manat dəyərində mallar (9 m2 metal lövhə 4 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
30. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 8503,43 manat dəyərində mallar (4239 kq metal lövhə 20 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
31. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 14172,39 manat dəyərində mallar (7065 kq metal lövhə 20 mm) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
32. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun ən qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
33. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 122.916,81 manat borc, ödənişlərin gecikdirilməsi üçün yaranan 24.583,36 manat məbləğində cərimə və məhkəmə xərcləri üçün ödənilmiş 440,00 manat, cəmi 147.940,17 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 34.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 27 avqust 2019-cu il tarixli 19-0080 saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək müxtəlif tarixli e-Qaimələrə əsasən cəmi 2.709.705,07 azn (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə satılmış onlardan 100.030,58 azn (ƏDV daxil) dəyərində mallar geri qaytarılmış və indiyə qədər cəmi 2.486.757,68 azn (ƏDV daxil) ödəniş edilmişdir. Müqavilənin 5-ci maddəsinə əsasən və müqavilənin ayrılmaz hissələri olan qiymətlərin razılaşma protokollarına əsasən malların dəyəri mallar təhvil verildikdən sonra 15-30 gün ərzində 100% ödənilməlidir. Bu günədək dəfələrlə yazılı və şifahi müraciətlərə baxmayaraq EBBL 682596, EBBP 597403, EBDD 831314, EBDİ 925802, EBDJ 052242, EBDJ 450136, EBDJ 931343, EBDL 823204, EBDM 013262, EBDS 974993 və EBDT 074330 e-Qaimələrə əsasən yaranmış 122.916,81 manat (ƏDV daxil) borc məbləği ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən “Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq Cavabdeh MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 24.583,36 manat əlavə cərimə ödəməlidir.
b) İddiaya qarşı etirazın dəlilləri
35.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
36.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümyəndəsi iddia tələbini müdafiə edib, cavabdeh tərəfindən 7065 manat məbləğində ödəniş edildiyini bildirdi.
37. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
38. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri). 39.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
40. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
41. AR MPM-in: -106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
43. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 27 avqust 2019-cu il tarixli 19-00080 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil verilməsi barədə aktlarla təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəmək öhdəliyini tam icra etməmiş, nəticədə mübahisəli müqavilə üzrə iddiaçıya ƏDV daxil 122.916,81 manat borcu yaranmışdır.
44. Digər tərəfdən iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəfindən həmin borcdan 7065,97 manat ödəniş edildiyini təsdiq etmişdir.
45. Odur ki, cavabdeh tərəfindən 7065,97 manat məbləğində borcun ödənilməsi iddiaçı tərəfindən etiraf edildiyindən cavbadeh tərəf həmin faktı sübuta yetirmək vəzifəsindən azad edlmişdir.
46. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 115.850,84 (122.916,81-7065,97) manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 115.850,84 manat məbləğində pul tutularaq İddiaçı -yə ödənilməlidir.
47. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 24.583,36 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
48. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
49. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 5500 manat məbləğində müəyyən edilməlidir.
50. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 440 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
51. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 437,94 manat təşkil edir.
52. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh AGAH GROUP” MMC-dən 115.850,84 manat məbləğində borc, 5500 manat məbləğində dəbbə pulu, cəmi 121.350,84 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti tutularaq tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva