Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-335/2023 01.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «malların əvəz olunması» tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə müqavilə üzrə öhdəliyini yerinə yetirərək təmin etdiyi uyğun olmayan qüsurlu malları uyğun olan mallarla əvəz edilməsi öhdəliyinin qoyulması, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunu, 60 (altmış) manat mediasiya xərclərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2360 manat pul, 58 manat faiz borcu, 60 manat mediasiya xərci, 300 manat hüquqi yardımla bağlı xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda tərəflər Məhkəməyə elekton kabinetləri vasitəsilə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini və məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş edirlər. Barışıq sazişinin məzmununa görə:
1. İddiaçı və cavabdeh aralarında olan və Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-335/2023 saylı kommersiya işi üzrə baxılan mübahisəyə bu Barışıq Sazişinin bağlanması yolu ilə xitam verilməsinə razılaşırlar.
2. İddiaçı, cavabdeh ilə bağladığı 30 noyabr 2021-ci il tarixli **********1 saylı malların Alqı-satqı müqaviləsi əsasında satın (təhvil) aldığı 5 ədəd yanmaz paltarın qiyməti olan 2000 manatı və 360 manat ƏDV-ni, cəmi 2360 manatı cavabdehin iddiaçıya göndərdiyi 05 may 2022-ci il tarixli E- Qaimə əsasında 25 aprel 2023-cü il tarixinə qədər Cavabdehə ödəməyi öhdəsinə götürür;
3. İddiaçı cavabdeh ilə bağladığı 30 noyabr 2021-ci ilə tarixli **********1 saylı malların alqı-satqı müqaviləsi əsasında satın (təhvil) aldığı 5 ədəd yanmaz paltardan 4 ədədini cavabdeh tərəfindən 05 may 2023-cü il tarixinə qədər təkrar satılması üçün ona bu Banşıq sazişi qüvvəyə minəndən sonra 5 iş günü ərzində geri təhvil verməyi, cavabdeh də təhvil almağı öhdəsinə götürür.
4. Cavabdeh 05 may 2023-cü il tarixinə qədər iddiaçıya 1600 manat və 288 manat ƏDV olmaqla, cəmi 1888 manat məbləğində (dəyərində) sertifikatlı yanmaz paltarı (1 ədədinin qiyməti 1500 manat + ƏDV) olmaqla və ya həmin məbləğdə (dəyərdə) iddiaçının istədiyi başqa malı iddiaçıya təhvil verməyi öhdəsinə götürür. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. İddiaçı MMC və Cavabdeh MMC aralarında olan və Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-335/2023 saylı kommersiya işi üzrə baxılan mübahisəyə bu Barışıq Sazişinin bağlanması yolu ilə xitam verilməsinə razılaşırlar.
2. İddiaçı MMC, Cavabdeh MMC ilə bağladığı 30 noyabr 2021-ci il tarixli **********1 saylı malların Alqı-satqı müqaviləsi əsasında satın (təhvil) aldığı 5 (beş) ədəd yanmaz paltarın qiyməti olan 2000 (iki min) manatı və 360 (üç yüz altmış) manat ƏDV-ni, cəmi 2360 (iki min üç yüz altmış) manatı Cavabdeh MMC-nin İddiaçı MMC-yə göndərdiyi 05 may 2022-ci il tarixli E- Qaimə əsasında 25 aprel 2023-cü il tarixinə qədər Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürür;
3. İddiaçı MMC Cavabdeh MMC ilə bağladığı 30 noyabr 2021-ci ilə tarixli **********1 saylı malların alqı-satqı müqaviləsi əsasında satın (təhvil) aldığı 5 (beş) ədəd yanmaz paltardan 4 (dörd) ədədini Cavabdeh MMC tərəfindən 05 may 2023-cü il tarixinə qədər təkrar satılması üçün ona bu Banşıq sazişi qüvvəyə minəndən sonra 5 (beş) iş günü ərzində geri təhvil verməyi, Cavabdeh MMC də təhvil almağı öhdəsinə götürür.
4. Cavabdeh MMC 05 may 2023-cü il tarixinə qədər İddiaçı MMC-yə 1600 (bir min altı yüz) manat və 288 (iki yüz səksən səkkiz) manat ƏDV olmaqla, cəmi 1888 (bir min səkkiz yüz səksən səkkiz) manat məbləğində (dəyərində) sertifikatlı yanmaz paltarı (1 ədədinin qiyməti 1500 manat + ƏDV) olmaqla və ya həmin məbləğdə (dəyərdə) İddiaçı MMC-nin istədiyi başqa malı İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürür. İddiaçı "xxxx" MMC və Cavabdeh MMC-yə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova