Məhkəmə qərarları › İş №e-2-2(113)-335/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-335/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-335/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "X10" MMC-nin cavabdeh "İrir Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti" PHŞ-nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X9 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "X10" MMC-nin cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti" PHŞ-nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "X10" MMC (bundan sonra – iddiaçı) cavabdeh"İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti" PHŞ-nə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərəflər arasında bağlanmış LSLC-2023/15 saylı xx.xx.2023-cü il tarixli, LSLC-2023/36 saylı xx.xx.2023-cü il tarixli, LSLC-2023/97 saylı xx.xx.2023-cü il tarixli və LSLC-2023/103 saylı xx.xx.2023-cü il tarixlisatınalma müqavilələri üzrə ödənilməli olan 511171.80 (beş yüz on bir min yüz yetmiş bir manat səksən qəpik) manat (ƏDV daxil) məbləğin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-dən tutularaq İddiaçı MMC-yə geri qaytarılması barədə qətnamə qəbuledəsiniz. 2. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 904 (doqquz yüz dörd) manat məbləğində dövlət rüsumu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ –dən tutularaq İddiaçı MMC-yə ödənilsin. 3. Dəbbə pulu olaraq 51117.18 manat (əlli bir min yüz on yeddi manat on səkkiz qəpik) Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ–dən tutularaq İddiaçı MMC-yə ödənilsin. 4. Əldən çıxmış fayda olaraq 51117.18 manat (əlli bir min yüz on yeddi manat on səkkiz qəpik) Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ–dən tutularaq İddiaçı MMC-yə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ ilə aramızda bağlanan LSLC-2023/15 saylı xx.xx.2023-cü il tarixli satınalma müqaviləsinə əsasən tərəfimizdən cavabdehin sifarişi əsasında cavabdeh ümumi dəyəri 452447.08 manat, ƏDV ilə birlikdə 533887.57 manat olan mallar ilə təchiz edilmiş, Şirkətimiz tərəfindən razılaşma üzrə öhdəliklərimiz tam və layiqincə icra edilmişdir. Cavabdeh qeyd olunan mallarla bağlı iddiaçının təqdim etdiyi elektron-qaimələr əsasında 367621.88 manat (ƏDV daxil) məbləği ödəmiş, lakin 166265.69 manat (ƏDV daxil) qalıq borc olaraq qalmışdır. Həmçinin, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ ilə aramızda bağlananLSLC-2023/36 saylı xx.xx.2023-cü il tarixli satınalma müqaviləsinə əsasən tərəfimizdən cavabdehin sifarişi əsasında cavabdeh ümumi dəyəri 36894.20 manat, ƏDV ilə birlikdə 43535.15 manat olan mallar ilə təchiz edilmiş,Şirkətimiz tərəfindən razılaşma üzrə öhdəliklərimiz tam və layiqincə icra edilmişdir. Cavabdeh qeyd olunan mallarla bağlı iddiaçının təqdim etdiyielektron-qaimələr əsasında 14437.36 manat (ƏDV daxil) məbləği ödəmiş, lakin 29097.79 manat (ƏDV daxil) qalıq borc olaraq qalmışdır. Qeyd olunanlarla yanaşı, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ ilə aramızda bağlananLSLC-2023/97 saylı xx.xx.2023-cü il tarixli satınalma müqaviləsinə əsasən tərəfimizdən cavabdehin sifarişi əsasında cavabdeh ümumi dəyəri 274816.20 manat, ƏDV ilə birlikdə 324283.12 manat olan mallar ilə təchizedilmiş,Şirkətimiztərəfindən razılaşma üzrə öhdəliklərimiztam və layiqincə icra edilmişdir. Cavabdeh qeyd olunan mallarla bağlı iddiaçının təqdim etdiyi elektron-qaimələr əsasında 287999.98 manat (ƏDV daxil) məbləği ödəmiş, lakin 36283.14 manat (ƏDV daxil) qalıq borc olaraq qalmışdır. Həmçinin, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ ilə aramızda bağlananLSLC-2023/103 saylı xx.xx.2023-cü il tarixli satınalma müqaviləsinə əsasən tərəfimizdən cavabdehin sifarişiəsasında cavabdeh ümumi dəyəri 676507.00 manat, ƏDV ilə birlikdə 798278.27 manat olan mallar ilə təchiz edilmiş,Şirkətimiz tərəfindən razılaşma üzrə öhdəliklərimiz tam və layiqincə icra edilmişdir. Cavabdeh qeyd olunan mallarla bağlı iddiaçının təqdim etdiyi elektronqaimələr əsasında 518753.08 manat (ƏDV daxil) məbləği ödəmiş, lakin 279525.18 manat (ƏDV daxil) qalıq borc olaraq qalmışdır. Qeyd olunan müqavilələr üzrə ümumilikdə 511171.80 (beş yüz on bir min yüz yetmiş bir manat səksən qəpik) manat (ƏDV daxil) borc olaraq qalmaqdadır.Həmin müqavilələrin ayrılmaztərkib hissəsi olan “müqavilənin xüsusişərtləri”nin müvafiq maddələrinə əsasən, qaimə-faktura əsasında mallar İcraçı tərəfindən Sifarişçinin anbarına təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim edilən hesab faktura əsasında 15(on beş) bank günü ərzində Sifarişçi tərəfindən İcraçının bank hesabına ödənilir.Həmçinin Sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0.1%-i olmaqla,cərimə məbləğinin yuxarı həddi ümumimüqavilə məbləğinin 10%-i olaraq müəyyən edilmişdir. Satıcı tərəfindən Alıcıya verilən malların ümumi miqdarı və xarakteristik xüsusiyyətləri müvafiq müqavilələrin ayrılmaz tərkib hissəsi olan X1 əks olunmuşdur. Mallar Alıcıya “Delivery Note”-ya əsasən təhvil verilmiş, müqaviləyə uyğun olaraq cavabdehin nümayəndəsi tərəfindən yoxlanılmış, heç bir qüsur aşkar edilməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı müraciətlər etmişdir. Cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsi ilə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, cavabdehdən borcun bir daha ödənilməsi tələb olunmuşdur. Lakin Cavabdeh tərəfindən pretenziya məktubuna da heç bir münasibət bildirilməmiş və borc üzrə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hesab edirik ki, cavabdeh əsas borca görə əlavə 10% hesablanmaqla 51117.18 manat (əlli bir min yüz on yeddi manat on səkkiz qəpik) məbləğində vəsaiti əldən çıxmış fayda olaraq şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdehin borcunu ödəməməsi həmin vəsaitin şirkətimiz tərəfindən mülki dövriyyədə istifadə edilərək əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Borc məbləği gecikdirilməsəydi, həmin vəsaitin mülki dövriyyədə istifadəsindən əldə edə biləcəyimiz qazanc minimum 51117.18 manat (əlli bir min yüz on yeddi manat on səkkiz qəpik) məbləğində olardı.Bu səbəbdən əldən çıxmış faydanı minimum 51117.18 manat olaraq dəyərləndiririk. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və bizə pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinə, X2 və təhvil verilmiş malların qəbulu aktları, həmçinin şifahi və yazılı razılaşmaların şərtləri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansıəməliaddımlar atılmır. Həmçinin müqavilələrdə cavabdehin adı "xxxx" ASC olaraq qeyd olunmuşdur. Qeyd olunan müqavilələrə dair əlavə razılaşmalara əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azarbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanı ilə Agentliyin tabeliyində "xxxx"Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizamnaməsi" təsdiq edilmişdir. Qeyd olunanlara əsasən, müqavilənin mətnində "xxxx" ASC sözləri“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqişəxsisözləri ilə əvəzedilmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Tərəflər arasında bağlanmış LSLC-2023/15 saylı 26.01,2023-cü il tarixli satınalma müqaviləsi üzrə ödənilməli olan ƏDV daxil olmaqla ümumilikdə 209303.05 (iki yüz doqquz min üç yüz üç manat beş qəpik) manat;iddiaçı tərətındən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 904 manat məbləğində dövlət rüsumu;dəbbə pulu olaraq 51117.18 manat,əldən çıxmış fayda olaraq 51117.18 manat pulun cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, ilkin iddia ərizəsi verildikdən sonra 3 müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər edildiyindən, yalnız bir müqavilə üzrə borcun qaldığını bildirmiş, , iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirmədiklərini bildirdi, əsas borc hissəsində iddia tələbini qəbul etdiyini bildirdi, lakin eləcə də dəbbə pulunun və əldən çıxmış faydanın tutulması hissəsində iddianın rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı “X10" MMC (“icraçı”) ilə cavabdeh "xxxx" ASC (“sifarişçi”) arasında LSLC- 2023/15 saylı xx.xx.2023-cü il tarixli satınalma müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Əlavə N9 1-də Qiymətlərin razılaşdırılması protokolu) göstərilən polad boruların salmalınması üırə (bundan sonra "Mallar" İcraçının ƏDV daxil olmaqla 735125.84 manat təklifini qəbul etmişdir. - 2.2-ci bəndinə icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satınalınan Əlavə № 1-də göstərilən malların təhvil verilməsini öhdəsinə götürür Göndərilmiş mallar İcraçının təklifinə və bu müqavilədə göstənlmış şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə aradan qaldırılmasına təminat verir. - 13.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaiməlor, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. LSLC-2023/15 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə X3 iddiaçı tərəfindən sifariş veriləcək malların adı,miqdarı,qiyməti (735125.84 manat) razılaşdırılmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərəfindən cavabdehə MT2412 11144678 nömrəli xx.xx.2024-cü il tarixli 13740.51 manat, MT2411 10246188 nömrəli xx.xx.2024-cü il tarixli 15921.15 manat; MT2408 11782760 nömrəli xx.xx.2024-cü il tarixli 9386.31 manat; MT2408 11777942 nömrəli xx.xx.2024-cü il tarixli 14196.58 manat; MT2407 11418618 nömrəli xx.xx.2024-cü il tarixli 695.02 manat;MT2407 11102414 xx.xx.2024-cü il tarixli 1529.28 manat; EBED 805464 nömrəli xx.xx.2024-cü il tarixli 7787.41 manat; EBEC 514182 nömrəli xx.xx.2024-cü il tarixli 7541.38 manat; EBEC 514371 nömrəli xx.xx.2024-cü il tarixli 4301.81 manat, EBDX 920067 nömrəli xx.xx.2024-cü il tarixli 61804.39 manat,EBDX 708580 nömrəli xx.xx.2024-cü il tarixli 14724.87 manat, EBDl 827627 nömrəli xx.xx.2023-cü il tarixli 26249.10 manat;EBDU 828375 nömrəli xx.xx.2023-cü il tarixli 2718.72 manat; EBDT 975627 nömrəli xx.xx.2023-cü il tarixli üzrə 4485.18 manat, EBDW 360979 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 14679.50 manat; EBDV 537344 nömrəli xx.xx.2023-cü il tarixli elektron-qaimə üzrə 4960.82 manat; EBDV 537573 nömrəli xx.xx.2023-cü il tarixli 3688.09 manat məbləğində elektron qaimələr göndərilmişdir.

11. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8038.94 manat ödənilmişdir.

12. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 127111.86 manat ödənilmişdir.

13. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 12711.86 manat ödənilmişdir.

14. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

15. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

16. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 4237.29 manat ödənilmişdir.

17. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

18. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 9521.92 manat ödənilmişdir.

19. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8449.85 manat ödənilmişdir.

20. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 11016.95 manat ödənilmişdir.

21. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarilxli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 25423.73 manat ödənilmişdir.

22. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 16949.15 manat ödənilmişdir.

23. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 9521.92 manat ödənilmişdir.

24. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

25. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

26. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

27. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

28. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir.

29. "xxxx"ASC tərəfindən verilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ-ə aid xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən “X10" MMC-nin hesabına 8474.58 manat ödənilmişdir. V. Tətbiq edilən hüquq:

30. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.

- 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

33. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

34. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 209303.05 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, satınalma müqaviləsi, elektron qaimə və ödəniş tapşrıqları, həmçinin cavabdehin nümayəndəsinin əsas borcun etirafına dair ifadəsi ilə təsdiq edilir.

36. İş materiallarından görünür ki,iddiaçı "X10" MMC ilə Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti" PHŞ arasında digər satınalma müqavilələri də imzalanmış,həmin müqavilələr üzrə məhkəmə icraatı dövründə ödənişlər edilmiş (iş materiallarında olan ödəniş tapşırıqları ilə təsdiq edilir) və həmin müqavilələr üzrə tələb öz mahiyyətini itirmişdir.

37. Məhkəmə qeyd edir ki, fgöründüyü kimi, tərəflər arasında satınalma müqaviləsini mövcud olması həmin müqavilə üzrə cavabdehin 209303.05 manat məbləğində borcu yaranması tərəflər arasında mübahisələndirilməyən hallardırş Tərəflər arasında mübahisələndirilən hal, iddiaçı müqavilələr üzrə borcun ödənilməməsi səbəbindən əldən çıxmış fayda və cərimə məblği tələb edir, cavabdeh isə bu hissədə iddia ilə razılaşmır.

38. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 209303.05 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 209303.05 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 209303.05 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

39. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 51117.18 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

40. Göründüyü kimi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti" PHŞ-in alqısatqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

41. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 10 000 manat məbləğində dəbbə pulu tutulmalıdır.

42. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 51117.18 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

43. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

44. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Yəni bu tələblə dair hüç bir sübutməhkəməyə təqdim etməmişdir.

45. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 904 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

46. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 509 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti" PHŞ -dən 209303.05 (iki yüz doqquz min üç yüz üç manat beş qəpik) ,10 000 (on min) manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 509 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar