Məhkəmə qərarları › İş №e-2-2(113)-3356/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3356/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3356/2025 09.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 sentyabr 2024-cü il tarixli, “ekspeditor xidmətləri haqqında” 167.24 saylı müqavilə üzrə yaranan 11 575.48 (on bir min beş yüz yetmiş beş manat qırx səkkiz qəpik) manat pul vəsaiti, həmin məbləğin ödənişi gecikdirildiyi üçün hesablanan 279.13 manat cərimə pulu, hüquqi yardımın göstəriləsi haqqında müqavilə üzrə hazırki iddia ərizəsinin məhkəməyə təqdim edilməsi və hüquqlarının təmsil edilməsi üçün ödənilmiş 3020 (üç min iyirmi) manat pul vəsaiti, ümumilikdə cəmi 14 874.61 (on dörd min səkkiz yüz yetmiş dörd manat altmış bir qəpik) manat məbləği və dövlət rüsümu üçün ödənilmiş 135 (yüz otuz beş) manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 sentyabr 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında yükdaşıma xidmətlərinin göstərilməsi üçün “ekspeditor xidmətləri haqqında” 167.24 saylı müqavilə bağlanılmışdır. Qeyd olunan həmin müqaviləyə əsasən İddiaçı MMC cavabdeh tərəfindən verilmiş sifarişlərə əsasən ekspedisiya xidmətləri göstərmiş və müvafiq olaraq yüklərin daşınması sahəsində xidmətlər/işlər həyata keçirilmişdir. Sözügedən müqavilə üzrə Cavabdeh MMC-nin göstərilmiş daşınma xidmətləri üzrə ödənilməli olan xidmət haqqı məbləği 11 575.48 (on bir min beş yüz yetmiş beş manat qırx səkkiz qəpik) manat borcu qalmışdır və həmin məbləğ Cavabdeh MMC tərəfindən ödənilmir. Tərəflər arasında bağlanmış olan 167.24 saylı Ekspeditor xidmətlərinin göstərilməsi haqqında Müqavilənin 3.3-cü maddəsinə əsasən Cavabdeh MMC müştəri olaraq Ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün çatdırılmasından sonra Ekspeditorun, yəni İddiaçı MMC-nin təqdim etdiyi hesab-faktura üzrə ödənişi 7 təqvim günü ərzində Ekspeditorun bank hesabına həyata keçirməlidir. Müqavilə üzrə daşınmalı olan mallar vaxtında cavabdehə təhvil verilmiş və onların nümayəndələrinin iştirakı ilə təhvil alınmışdır. Həmin xidmətlərə görə ödəniş edilməsi üçün müvafiq elektron qaimə-fakturalar xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 cü il tarixlərdə ödənilməsi üçün cavbdehə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən qeyd olunan xidmətlərin göstərilməsinə və xidmətlərin cavabdeh tərəfindən tam təhvil alınmasına baxmayaraq, Müqavilə üzrə nəzərdə tutulan ödənişlər bugünki tarixədək həyata keçirilməmişdir. Müqavilə üzrə daşınmalı olan malların xaricdən gətirilməsi faktını təqdim edilmiş “CMR”lər və gömrük bəyannamələri təsdiq edir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədilə cavabdeh şirkətə dəfələrlə e-mail vasitəsilə bildiriş göndərilmiş və vurulmuş elektron qaimə fakturaların təcili olaraq ödənilməsi barədə onlara xəbərdarlıq edilmişdir. Bu məktublara cavab olaraq, Cavabdeh MMC hər dəfə borcu ödəyəcəyini və ödənişin qısa zamanda ediləcəyini vəd etmişdir. Bununla bağlı yazışmalar iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı 22 yanvar tarixində yenidən olaraq e-mail vasitəsilə pretenziya ilə cavabdehə müraciət etmiş və 27 yanvar tarixinədək borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Həmin məktuba cavabdeh tərəfindən cavab verilməmişdir və cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınır. 28 fevral 2024-cü il tarixdə cavabdehin müqavilə öhdəliklərini icra etməsi üçün elektron qaydada pretenziya məktubu göndərilmiş və öhdəliklərin icrası üçün 7 gün vaxt verilmişdir. Lakin cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği və cəriməni ödəmir. Cavabdeh tərəfindən ödənilməli olan pul vəsaitinin hüquqi əsasları və sübutların siyahı: 1) 4.9.2024-cü il tarixli, “ekspeditor xidmətləri haqqında” 167.24 saylı müqavilə 2) Elektron-qaimə fakturalar 3) Yol nəqliyyat qaimələri (CMR) 4) Gömrük bəyannamələri və commercial invoice 5) Tərəflər arasında yazışmalar (E-mail məktublar) Cavabdeh tərəfə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 cü il tarixlərdə müqavilə üzrə ümumi borc 11 575.48 (on bir min beş yüz yetmiş beş manat qırx səkkiz qəpik) manat pul vəsaitinin ödənilməsi üçün elektron qaimə-faktura göndərilmiş, lakin artıq bundan uzun müddət kecməsinə baxmayaraq tərəf həmin məbləği ödəmir. Cavabdeh artıq 6 (altı) ay qədər bir müddətdi müqavilə üzrə öhdəliklərini icra etmir və bununla əlaqədar tərəfə bu barədə son olaraq 22 yanvar və 28 fevral 2024-cü il tarixlərdə pretenziya məktubu göndərilmiş. Lakin bunlara və bütün yazışmalara baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınır. Bununla, bugünki tarixə 176 gün icra edilməyən müqavilə öhdəlikləri üçün gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz cərimə qanunvericiliyin tələbinə əsasən əsas məbləğdən tutulmalıdır və cavabdeh bu məbləği ödəməyə borcludur. Müqavilə üzrə borc məbləği olan 11 575.48 manatın illik 5 faizi 279.13 manat təşkil edir. Bununla yanaşı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən İddiaçı tərəfindən vəkil xidmətlərinin göstərilməsi üçün hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə 3020 (üç min iyirmi) manat pul vəsaiti ödənilmişdir. Həmin məbləği cavabdeh ödəməyə borcludur. Əsas məbləğ olan 11 575.48 manat və həmin məbləq əsasında hesablanmış faizin, 279.13 manat cərimənin və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 3020 manatın ödənilməsini cavabdehdən tələb edirik.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:

04 sentyabr 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında yükdaşıma xidmətlərinin göstərilməsi üçün “ekspeditor xidmətləri haqqında” 167.24 saylı müqavilə bağlanılmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən X3 və Müştəri arasında yüklərin daşınması sahəsində Tərəflərin qarşılıqlı səmərəli əməkdaşlığını tənzimləyir. -1.2-ci bəndinə əsasən Ekspeditor Müştərinin sifarişlərinə əsasən aşağıda qeyd olunan ekspedisiya xidmətləri təqdim etməyi Müştəri isə Tərəflər arasında razılaşdırılmış Ekspeditorun xidmət haqqını ödəməyi öz öhdəsinə götürür: - Yüklərin daşınması (hava, dəniz, dəmir və yerüstü); - Müvəqqəti anbar saxlama xidməti; - Gömrük rəsmiləşdirilməsi xidmətlərin təşkili; - Yükləmə-boşaltma işləri; - Tərəflər arasında digər razılaşdırılmış xidmətlər. - 3.5-ci bəndinə əsasən Ekspeditor tərəfindən Müştəri adından hər hansı rəsmi xərclərin (idxal/ixrac gömrük prosedurları/rüsumları, anbar/terminal xidmətləri, müvəqqəti saxlanc və gömrük ambarı xərcləri, konvoy, cərimələr və s.) ödənildiyi təqdirdə həmin xərclərin qəbzi üzrə dəyəri Müştəri tərəfindən Ekspeditora geri ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

6. İddiaçı tərəfindən cavabdehə MT2409 11104445 saylı xx.xx.2024-cü il tarixli 1615 manat, MT2409 11502250 saylı xx.xx.2024-cü il tarixli 794.63 manat, MT2409 11503075 saylı xx.xx.2024-cü il tarixli 1105 manat, MT2409 11912492 saylı xx.xx.2024-cü il tarixli 843.05 manat, MT2409 11806628 saylı xx.xx.2024-cü il tarixli 6290 manat, MT2411 10116137 saylı xx.xx.2024-cü il tarixli 170 manat, MT2411 11106870 saylı xx.xx.2024-cü il tarixli 757.79 manat məbləğində elektron qaimələr göndərilmişdir.

7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən Kamandar Nəsibov və Partnyorları vəkil bürosunun hesabına 3020 manat köçürülmüşdür.

8. "xxxx" ASC tərəfindən verilmiş hesab üzrə çıxarış ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddiaçının hesabına 300 manat köçürülmüşdür.

9. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 11210.07 manat köçürülmüşdür.

10. Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından çıxarışa əsasən,cavabdeh tərəfindən 365.42 manat məbləğində ƏDV ödənilmişdir. IV. Tətbiq edilən hüquq:

11. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

13. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Daha sonra məhkəmə icraatı dövründə cavabdeh tərəfindən yaranmış 11575.48 manat əsas borc ödənilmiş və iddia həmin hissədə öz mahiyyətini itirmişdir.

16. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 279.13 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçının nümayəndəsi baxış iclasında tələbdə həmin tələbi cərimə kimi göstərsə də, əslində ödənişin gecikməsinə görə illik 5%-lə hesablanmış m\bləği tələb etdiyini bildirmişdir.

17. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və illik 5% ilə hesablanmış 279.13 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 3020 manat məbləğində pulun tutulmasını ağlabatan hesab etmir, belə ki, qanunvericiliyin tələbinə əsasən məhkəmə xərcləri iddia tələbinin təmin olunan hissəsinə nisbətdə, ağlabatan məbləğdə cavabdehdən tutula bilər. İş materiallarından göründüyü kimi, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən əsas borc könüllü surətdə ödənilmişdir. Bu səbəbdən məhkəmə, cavabdeh tərəfindən 300 (üç yüz) manat vəkil xərcinin tutulmasını ağlabatan hesab edir.

19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 135 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

20. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiann təmin olunan hissəsinə mütənasib olaraq, iddiaçının xeyrinə 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən illik 5 % (beş) miqdarında 279,13 ( iki yüz yetmiş doqquz manat on üç qəpik) manat məbləğində gecikdirmə borcu, 300 (üç yüz) manat vəkil xərci və iddianın təmin olunmuş hissəsinə nisbətdə 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar