Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3357/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən ƏDV daxil 8584.74 manat məbləğində əsas borc, 679 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında 08.06.2018-ci il tarixdə AN/A 023/0618 saylı müqavilə bağlandığını, həmin müqavilə üzrə Cavabdeh MMC-yə müxtəlif adlarda mallar satıldığını və cavabdeh tərəfindən ödənilməmiş 8584.74 manat məbləğində borcun qaldığını göstərsə də, bununla bağlı təsdiqedici sənədləri, yəni müqaviləni, təhviltəslim aktlarını iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, işə yalnız 12.07.2018-ci il tarixli EAAK seriyalı 449554 nömrəli elektron qaimə əlavə edilmiş və həmin qaimədə cavabdehə 125.79 manat məbləğində malların satıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə uyğun olaraq verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-ci maddəsinin tələblərini tətbiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3357/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3357/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver