Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3362/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7561, 23 manat (yeddi min beş yüz altmış bir manat iyirmi üç qəpik) əsas borc, öhdəliklərin vaxtında icra edilmədiyinə görə hesablanmış 756 (yeddi yüz əlli altı) manat penya olmaqla, ümumilikdə 8317,23 manat (səkkiz min üç yüz on yeddi manat iyirmi üç qəpik) məbləğdə pul və ödənilmiş 103,18 manat (bir yüz üç manat on səkkiz qəpik) dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli, MB-315/2022 saylı və xx.xx.2024-ci il tarixli, MB-535/2024 saylı təchizat müqavilələri (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin müqavilələrə əsasən təchizatçı İddiaçı MMC (iddiaçı) alıcı "xxxx" MMC-yə (cavabdeh) mallar (elektron siqaret) təqdim etmiş və həmin mallara görə elektron qaimələr göndərmişdir. Göndərilmiş mallar cavabdeh tərəfindən satış məntəqəsində qəbul edilmiş, təhvil-təslim aktları imzalanmış, lakin malların dəyəri tam olaraq ödənilməmişdir. İddiaçı MMC-nin təqdim etdiyi mallara görə göndərdiyi elektron qaimələr əsasında yaranmış əsas borc məbləği aşağıdakı cədvəldə qeyd olunduğu kimidir: EBEC seriyalı, 019410 nömrəli, xx.xx.2024 tarixli elektron qaimə üzrə 2951,37 manat, EBED seriyalı, 593531 nömrəli, xx.xx.2024 tarixli elektron qaimə üzrə 4609,86 olmaqla, ümumilikdə 7561,23 manat. Beləliklə, bugünkü tarixə elektron qaimələr üzrə cavabdehin İddiaçı MMC-yə olan borcu 7561,23 manat (yeddi min beş yüz altmış bir manat iyirmi üç qəpik) təşkil edir. Tərəflər arasıda bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə ödənişi vaxtında və tam şəkildə etmədikdə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,2% miqdarında penyanı təchizatçı alıcıdan tutmağa haqlıdır, alıcı isə təchizatçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü maddəsinə görə malların dəyəri təhvil verildikdən və ya elektron qaimə faktura təqdim edilməsindən etibarən 90 (doxsan) təqvim günü ərzində təchizatçının bank hesabına ödənilməlidir. Lakin qeyd edildiyi kimi yuxarıda cədvəldə göstərilən elektron qaimələr və təhvil-təslim aktı əsasında göndərilmiş mallara görə bü günə qədər 2192,84 (iki min bir yüz doxsan iki manat səksən dörd qəpik) manat məbləğdə ödəniş edilmişdir, təhvil verilmiş mallara görə 7561,23 (yeddi min beş yüz altmış bir manat iyirmi üç qəpik) manat məbləğdə cavabdeh tərəfindən ödənilməmiş borc yaranmışdır. Sözügedən borcun ödənilməsi ilə bağlı dəfələrlə əməkdaşlarla aparılmış danışıqların nəticəsiz qalması səbəbindən 7561,23 manat (yeddi min beş yüz altmış bir manat iyirmi üç qəpik) əsas məbləğ və öhdəliklərin vaxtında icra edilmədiyinə görə təchizatçı tərəfindən pretenziya məktubu göndərilərək, tələb olunan borcun ödənilməsi üçün müddət müəyyən edilmişdir. Lakin həmin müddətdə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Könüllü ödəniş edilmədiyi üçün İddiaçı MMC məhkəməyə iddia ilə müraciət edərək, əsas borcla yanaşı öhdəliklər vaxtında icra edilmədiyinə görə hesablanmış 756 (yeddi yüz əlli altı) manat penyanın, ümumilikdə isə 8317,23 (səkkiz min üç yüz on yeddi manat iyirmi üç qəpik) manat məbləğdə pulun cavabdehdən tutulmasını tələb etmək qərarına gəlmişdir. İddiaçı MMC elektron siqaretlərin topdan satışını həyata keçirir, hazırda bazarda yaranan işgüzar adətə görə nisyə satış zamanı mallar müqavilə üzrə kontragentin satış nöqtələrinə (ticarət obyektinə) təhvil verilir, satış nöqtəsində olan işçi (satıcı, nümayəndə) tərəfindən qəbul edilir və bu barədə akt tərtib edilir, akt əsasında elektron qaimə göndərilir. Elektron qaimənin göndərilməsi malların, işlərin, xidmətlərin artıq alıcıya (sifarişçiyə) təhvil verilməsini təsdiq edir və növbəti addım mallara görə müqavilə ilə razılaşdırılmış qaydada ödənişin edilməsi olur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən xx.xx.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. Elektron qaimə faktura bir vergi ödəyicisindən digər vergi ödəyicisinə elektron kabinet vasitəsi ilə göndərilir və təqdim olunduqdan 5 gün sonra qəbul edən vergi ödəyicisi tərəfindən təsdiq edilməsə, sistem tərəfindən təsdiq edilir və qəbul edilmiş sayılır. Əgər vergi ödəyicisi həmin qaimə faktura ilə razı deyilsə, sistem tərəfindən təsdiq edildikdən sonra belə onu göndərən şəxsə sistem vasitəsi ilə geri qaytara bilər. Bu barədə bütün vergi ödəyiciləri bilir. Qarşı tərəf (qəbul edən ödəyici) həmin elektron qaiməni geri qaytarmayıbsa, qəbul etmiş sayılır və mütləq şəkildə qəbul etdiyi malların dəyərini ödəməlidir. Hər iki müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə uyğun olaraq təchizatçı əmtəə-nəqliyyat fakturalarına (bundan sonra ƏNF) və elektron qaimə fakturalara əsasən razılaşdırılmış adda, çeşiddə və miqdarda malı alıcının mülkiyyətinə verir, alıcı isə malı qəbul edir və onun dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyərinə hazırkı müqaviləyə əsasən bütün elektron qaimə - fakturaları üzrə təchiz edilmiş malın məbləğinin cəmi daxildir. Müqavilənin 3.5-ci bəndinə uygun olaraq, malın alıcı tərəfindən qəbulu zamanı, həmçinin malın qablaşdırılması, etiketi, aksiz markaları və malın vizual tərtibatının digər elementlərinin zədələnmə halları aşkar olunmadıqda və ƏNF-də (əmtəə-nəqliyyat fakturasında) əks olunmadıqda, təchizatçı tərəfindən təchiz edilmiş və alıcı tərəfindən qəbul edilmiş mal lazımi keyfiyyətli mal hesab olunur va geri qaytarılmır. Bu halda tərəflər ƏNF-ni imzalayırlar. Cavabdeh yuxanda qeyd edilən malların qəbulu barədə müvafiq aktları imzalamışdır. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, MB-315/2023 nömrəli təchizat müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə uyğun olaraq təchizatçı əmtəə-nəqliyyat fakturalarına və elektron qaimə-fakturala əsasən adda, çeşiddə və miqdarda malı alıcının mülkiyyətinə verir, alıcı isə həmin malı qəbul edir və onun dəyərini ödəyir; 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri hazırkı müqaviləyə əsasən bütün elektron qaimə-fakturalar üzrə təchiz edilmiş malın məbləğinin cəmi kimi müəyyən edilir; 2.3-cü bəndinə əsasən alıcı alınmış mala görə ödənişi ƏNF-də göstərildiyi kimi malın qəbulu günü təqdim olunan elektron qaimə-fakturanın təqdim edilməsindən etibarən 15 təqvim günü ərzində ödəniş tapşırıqları ilə həyata keçirməyi öhdəsinə götürür. Əgər alıcı malın qəbulu tarixini qeyd etməmişdirsə, malın qəbulu tarixi ƏNF-nın yazılış tarixi hesab edilir. Ödənişlər təchizatçının müvafiq hesabda göstərdiyi rekvizitləri üzrə həyata keçirilir; 2.4-cü bəndinə əsasən alıcı hazırkı müqavilə üzrə ödənişi vaxtında və ya tam şəkildə etmədikdə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,2%-i miqdarında cəriməni təchizatçı alıcıdan tutmağa haqlıdır, alıcı isə təchizatçıya ödəməyi öhdəsinə götürür. Həmçinin təchizatçının malın təchizatını dayandırmaq və alıcı tərəfindən borcun tam ödənilməsinə qədər gələcək təchizatları alıcıya etməmək hüququ var. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, MB-535/2024 nömrəli təchizat müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqaviləyə uyğun olaraq təchizatçı əmtəə-nəqliyyat fakturalarına və elektron qaimə-fakturala əsasən adda, çeşiddə və miqdarda malı alıcının mülkiyyətinə verir, alıcı isə həmin malı qəbul edir və onun dəyərini ödəyir; 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri hazırkı müqaviləyə əsasən bütün elektron qaimə-fakturalar üzrə təchiz edilmiş malın məbləğinin cəmi kimi müəyyən edilir; 2.3-cü bəndinə əsasən alıcı alınmış mala görə ödənişi ƏNF-də göstərildiyi kimi malın qəbulu günü təqdim olunan elektron qaimə-fakturanın təqdim edilməsindən etibarən 45 təqvim günü ərzində ödəniş tapşırıqları ilə həyata keçirməyi öhdəsinə götürür. Əgər alıcı malın qəbulu tarixini qeyd etməmişdirsə, malın qəbulu tarixi ƏNF-nın yazılış tarixi hesab edilir. Ödənişlər təchizatçının müvafiq hesabda göstərdiyi rekvizitləri üzrə həyata keçirilir; 2.4-cü bəndinə əsasən alıcı hazırkı müqavilə üzrə ödənişi vaxtında və ya tam şəkildə etmədikdə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş məbləğin 0,2%-i miqdarında cəriməni təchizatçı alıcıdan tutmağa haqlıdır, alıcı isə təchizatçıya ödəməyi öhdəsinə götürür. Həmçinin təchizatçının malın təchizatını dayandırmaq və alıcı tərəfindən borcun tam ödənilməsinə qədər gələcək təchizatları alıcıya etməmək hüququ var. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən iş materiallarına İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, MB-535/2024 nömrəli təchizat müqaviləsinə xx.xx.2024-cü il tarixli, 1 saylı əlavə və xx.xx.2023-cü il tarixli, MB-315/2023 nömrəli təchizat müqaviləsinə xx.xx.2023-cü il tarixli, 1 saylı əlavə əlavə edilmişdir. Əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 019410 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 5144,21 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 593531 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 4609,86 manat təşkil edir. - Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 0000-001249 nömrəli malların təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 5144,21 manat olan mal təhvil verilmişdir. Akt MB-315/2022 nömrəli müqaviləyə əsasən tərtib edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. - Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 0000-001895 nömrəli malların təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 4609,86 manat olan mal təhvil verilmişdir. Akt MB-535/2024 nömrəli müqaviləyə əsasən tərtib edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış 7561,23 manat borcun 3 iş günü ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh və İddiaçı arasında alqısatqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam formada iddiaçıya ödəməmiş, ona görə də iddiaçının cavabdehin qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə cavabdehin öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdehndən 7561,23 manat (yeddi min beş yüz altmış bir manat iyirmi üç qəpik) borc, 756 (yeddi yüz əlli altı) manat dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, müəyyən olunur ki, cavabdehə 2 elektron qaimə göndərilmiş, satılmış malların toplam məbləği 9754,07 manat təşkil edir. Həmin məbləğdən 2192,84 manatı ödənilmiş, 7561,23 manatı isə ödənilməmişdir (9754,07-2192,84=7561,23). Elektron qaimələr cavabdehə göndərilmiş, cavabdeh tərəfindən heç bir etiraz edilməmiş və qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Qeyd etmək lazımdır ki, cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya heç bir münasibət bildirilməmiş və müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda öhdəliklərin vaxtında icra edilməməsinə görə dəbbə pulunun ödənilməsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,18 manat (yüz üç manat on səkkiz qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 7561,23 manat (yeddi min beş yüz altmış bir manat iyirmi üç qəpik) borc, 756 (yeddi yüz əlli altı) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,18 manat (yüz üç manat on səkkiz qəpik) olmaqla, cəmi 8420,41 manat (səkkiz min dörd yüz iyirmi manat qırx bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3362/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3362/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver