Məhkəmə qərarları › İş №e-2-2(113)-3364/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3364/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3364/2020 10.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, X1 cavabdehlər “xxxxxxxxxxxxxxxxx” MMC, Cavabdeh3 MMC və Cavabdeh1 qarşı “ cavabehlər tərəfindən həyata keçirilmiş qanunsuz hərəkətlərin dayandırılması, maliyyə hesabatlarının, auditor rəylərinin və vergi bəyənnamələrinin təqdim edilməsi, şirkətin halhazırki vəziyyəti barədə məlumat verilməsi, maliyyə sənədləri, mühasibat balansı ilə tanış olmağa şərait yaradılmasının cavabdehlər tərəfindən təmin edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 tərəfindən həyata keçirilmiş qanunsuz hərəkətlərin dayandırılması, 2018-ci, 2019-cu və 2020-ci illər üçün maliyyə hesabatlarının, auditor rəylərinin və vergi bəyənnamələrinin təqdim edilməsi, şirkətin hal-hazırki vəziyyəti barədə məlumat verilməsi, maliyyə sənədləri, mühasibat balansı ilə tanış olmağa şərait yaradılmasının cavabdehlər tərəfindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirilərkən, iddia ərizəsinin cavabdehlər tərəfindən almasını təsdiq edən sənəd aşkar edilməmiş, bunu həmçinin iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında (8-ci bənddə) “iddia ərizəsinin surəti”nin qeyd edilməsi onu deməyə əsas verir ki, iddia ərizəsinin surətləri cavabdehlərə göndərilməmişdır. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 cavabdehlər “xxxxxxxxxxxxxxxxx” MMC, Cavabdeh3 MMC və Cavabdeh1 qarşı “ cavabehlər tərəfindən həyata keçirilmiş qanunsuz hərəkətlərin dayandırılması, maliyyə hesabatlarının, auditor rəylərinin və vergi bəyənnamələrinin təqdim edilməsi, şirkətin halhazırki vəziyyəti barədə məlumat verilməsi, maliyyə sənədləri, mühasibat balansı ilə tanış olmağa şərait yaradılmasının cavabdehlər tərəfindən təmin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. X2 izah edilsin ki, iddia ərizəsinin cavabdehlər tərəfindən alınması (imtina və ya digər əsaslar) barədə sənəd (poçt qəbzi ya digər mötəbər sübut) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət oluna bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar