Məhkəmə qərarları › İş №e-2-2(113)-337/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-337/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-337/2023 24.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, "xxxx" Mənzil-Tikinti Kooperativi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Abşeron Rayon 1 saylı Notariat Ofisi və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair ilk, iddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, "xxxx" Mənzil-Tikinti Kooperativi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Abşeron Rayon 1 saylı Notariat Ofisi və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X4 ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi; həmin mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması; "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X4 və X13 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyinin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehlər - "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X2 və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 üzərinə qoyulması; ona dəymiş 90 000 manat maddi zərərin cavabdehlər X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi; gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğin tam olaraq cavabdehlər "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X1 və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi; məhkəmə məsrəfləri olan 30 manat dövlət rüsumu, 400 manat mediyasiya xidmətinə görə ödənilmiş məbləğin və 1000 manat hüquqi xidmət haqqının cavabdehlər X4 və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, habelə cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi; həmin mənzillərin, yəni xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 43 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 55 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 61 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 67 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 85 saylı və xx.xx.2020ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 1 saylı mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması, "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X4 və X13 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehlər "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X2 və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 üzərinə qoyulması, ona dəymiş 90.000 manat maddi zərərin cavabdehlə X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi, gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğin tam olaraq cavabdehlər "xxxx" MTK və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi, məhkəmə məsrəfləri olan 30 manat dövlət rüsumu, 400 manat mediasiya xidmətinə görə ödənilmiş məbləğin və 1000 manat hüquqi xidmət haqqının cavabdehlər X1 və X7 vərəsələri olan Cavabdeh1 Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, respublikadan kənarda yaşayır və işləyir. Məlumat üçün qeyd edir ki, dost münasibətində olduğu və iş adamı kimi tanıdığı X4 təxminən 2013-cü ilin axırlarında və 2014-cü ilin əvvəllərində ona bildirmişdir ki, hazırda "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisidir; yaxın dostu olan X13, onunla birlikdə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında yerləşən oğlu-Cavabdeh4 istifadəsində olan 0,45004 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa edilməsini təklif etmiş; X6nun pulu olmadığı üçün torpaq sahəsini özəlləşdirə bilmədiyinə görə, eyni zamanda, çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün ümumiyyətlə pulu olmadığından, bu işdə ona köməklik göstərilməsini xahiş etmişdir. Məhz, bu səbəbdən də, X4 onun da həmin işə qoşulmaqla, onlara maddi yardım etməyini və əldə olunacaq gəliri (mənfəəti) razılaşdırılıcaq bölgü əsasında müəyyən edilməsini təklif etmişdir. O, onların təklifləri ilə əvvəlcə razılaşmasa da, müəyyən müddət ərzində X2, o cümlədən X7 onunla apardığı bir neçə danışıqlarından sonra, onların təklifini qəbul etdi. Tərəflərin iradə ifadəsi belə olmuşdur ki, onunla "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi olan-X4 və X13 arasında tapşıq müqaviləsi bağlanır. Həmin müqavilə şərtlərinə görə iddiaçı tərəfindən - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında yerləşən X8 oğlu-Cavabdeh4 istifadəsində olan 0,45004 ha torpaq sahəsinin özəlləşdirilməsinə, eləcə də həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün sənədləşdirilməsinə çəkiləcək bütün məsrəflərin qarşılanması və həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşası üçün ümumilikdə 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə, müqavilənin digər tərəfləri tapşırıq əsasında aşağıdakı vəzifələri və hüquqları əldə edirlər: "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X4, tərəfindən ödənilmiş 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində pul vəsaitini qəbul etməli, torpaq sahəsinin özəlləşdirilməsinə, eləcə də həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün sənədləşdirilməsinə çəkiləcək bütün məsrəflərin qarşılanmasını və həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşa işlərini təşkil etməli, o cümlədən göstərilən işlərin həyata keçirilməsi zamanı bütün sənədləşmə işlərinə cavabdeh olmalıdır; X13, oğlu-Cavabdeh4 istifadəsində olan 0,45004 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün bütün sənədləri -"xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X3 təqdim edir; eləcə də inşa olunacaq binanın isifadəsinə verilmiş torpaq sahəsini 250000 manat dəyərləndirməklə, gələcəkdə ona ödənilməsi və həmin torpaq sahəsinin istifadə olunmayacaq hissəsinə çəkilən xərci (məsrəfi) İddiaçı qaytarmaq şərti ilə, çoxmərtəbəli yaşayış binasının inşa edilməsinə şərayət yaradır və bununla bağlı, istənilən 3cü şəxslər qarşısında yarana biləcək məsuliyyət onun üzərində qalmaqla, çoxmərtəbəli yaşayış binasının inşası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinə şəxsən rəhbərlik və nəzarət etməklə, kassanın məxaric və mədaxilini əks etdirən hesabatları özünün şəxsi imzası ilə təsdiq edərək, "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X3 təqdim edir. Qeyd olunan çoxmərtəbəli yaşayış binasının inşası müqavilində əldə olunacaq gəlir (mənfəət) ilk növbədə tərəflərin çəkdikləri məsrəflərin ödənilməsinə yönəldilir və qalan gəlirin (mənfəətin) 50%- iddiaçıya; 30%-i X10 və 20%-i -"xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X3 ödənilir (göstərilən ödəmələrin natura şəklində də, yəni mənzillərlə əvəzləşdirilməsi istisna edilmir). İddiaçının üzərinə düşən öhdəliklər tam olaraq icra olunmuş, yəni tərəfindən ümumilikdə 1000 000 (bir milyon) ABŞ dolları məbləğində pul vəsaiti ödənilsə də, lakin müqavilə tərəfləri olan- X13 və X2 üzərinə düşən öhdəliklər tam olaraq icra olunmamışdır. Eləcə də, həmin şəxslər tərəfindən onun hüquqlarına qarşı delikt törədilmişdir. Belə ki, müqavilə tərəflərinin son olaraq, 2021-ci ilin oktyabr ayı daxil olmaqla, noyabr ayında tərtib və təqdim etdikləri hesabatlar və məlumatlar, həmçinin xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlama aktı əsasında aşağıdakılar müəyyən edilir: 1.Tərəfindən ödənilmiş 1 000 000 (bir milyon) ABŞ dolları X4 tərəfindən həmin dövrdə manatın məzənnəsi kimi 0,7494 əmsalı ilə hesablanmış və 749 441 manat olaraq qəbul edilmişdir; 2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında 0,45004 ha torpaq sahəsi X8 oğlu-Cavabdeh4 adına özəlləşdirilmiş və bu işə 180 000 manat pul vəsaiti xərclənmişdir; 3. Bundan sonra, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il, 345 saylı Sərəncamı ilə "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı Çıxarış - Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 19 mərtəbəli yaşayış binasının lahiyələndirilməsinə və tikintisinə icazə verilmiş; "xxxx" MTK-nın sifarişi əasasında, Tikinti işlərinin başlanmasına əsas olan xx.xx.2014-cü il tarixli, 036 saylı Xüsusi Nişan alınmış; Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il, 145 saylı Sərəncamı ilə - Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il, 345 saylı Sərəncamının 1-ci bəndinin aşağıdakı kimi oxunması Qərara alınmışdır -"xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı Çıxarış ilə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli yaşayış binasının lahiyələndirilməsinə və tikintisinə icazə verilsin; xx.xx.2019-cu il tarixli ö\002757 nömrəli İstismara hazırlıq aktına əsasən Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 081 nömrəli 1 girişli 16 mərtəbəli tikinti obyektinin istismara icazə aktı ilə qəbul edilmişdir; 4. xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlama aktına görə, 1 girişli 16 mərtəbəli yaşayış binasının satışa yararlı olan 6279,99 kv.m. (zirzəmi-497,36; q\yaşayış- 426,84kv.m. və 90 sayda olan mənzillərin ümumi sahəsi-5637,15 kv.m.) sahə müəyyən edilmiş və yoxlama ilə əhatə olunan dövrə tam olaraq satıldığı qeyd olunmuşdur; 5. 1 girişli 16 mərtəbəli binanın inşa olunmasına və bəzi mənzillərin makler vasitəsi ilə satışına ümumilikdə 4 460 104 manat pul vəsaiti xərclənmiş; 90 sayda mənzildən-75 ədədi və satış üçün yararlı olan qeri-yaşayış, eləcə də qaraj sahələri satılmış və ümumilikdə ******* manat vəsait daxil olunmuşdur, qalan 15 ədəd mənzil isə natura şəklində əvəzləşdirilmiş, yəni 1 kv.m-nin qiyməti-650 manat hesablanmaqla, 2 ədəd mənzil, ümumi sahəsi 236,38 kv.m., olan ümumi dəyəri 153 647 manat qəbul edilməklə X3, 7 ədəd mənzil , ümumi sahəsi- 517,04 kv.m.olan ümumi dəyəri 336 076 manat qəbul edilməklə X10 təhvil verilmiş; 6 ədəd mənzil, ümumi sahəsi 709,14 kv.m., olan ümumi dəyəri 460 941 manat qəbul edilməklə iddiaçıya təhvil verilməli idi; Deməli, açıq-aşkardır ki, ******* (4843***- *******+153647+336076+460941) manat gəlir (mənfəət) əldə edilmişdir, o cümlədən 383437 (4843***-*******) manat nağd qaydada kassaya daxil olmuşdur; X7 şəxsi imzaları ilə təsdiq olunmuş və "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X3 təqdim etdiyi və X2 da imzası ilə, eləcə də MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə hesabatlarına əsasən-X13 nağd pul şəklində ümumilikdə-378 807 manat vəsait götürmüş (250 000 manat-torpağın haqqı (həmin məbləğdən 90 000 manat ona qaytarmalıdır), 128807 manat isə gəlir faizi olaraq); X3 nağd pul şəklində gəlir faizi olaraq 50 000 manat və iddiaçıya isə, tərəfindən ödənilmiş 1000 000 (bir milyon) ABŞ dollarının həmin dövrdə manata olan məzənnəsi əsas tutulmaqla 749 441 manat pul qaytarılmış və gəlir faizi olaraq 164412 manat verilmişdir. Deməli, inşa olunmuş 1 girişli 16 mərtəbəli binanın yararlı sahələrin satışından əldə olunmuş ******* (4843541- 4460104+153647+336076+460941) manat gəlirin (mənfəətin) 50%-i 667050 manat iddiaçının, 30%-i 400231 manat X7 və 20%-i 266820 manat isə X2 payına aid olunmalıdır. Açıq-aşkardır ki, gəlir faizi olaraq iddiaçıya naturada və nağd şəkildə ümumilikdə 625353 (460941 +164412) manat pay ayrılsa da, payına düşməli olan məbləğ əsassız olaraq 41697 (667050-625353) manat azaldılmışdır. Bundan başqa, X7 şəxsi imzaları ilə təsdiq olunmuş və "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X3 təqdim etdiyi və X2 da imzası ilə, eləcə də MTK-nın möhürü ilə təsdiq edilmiş 2021-ci ilin oktyabr ayı daxil olmaqla, noyabr ayında tərtib olunmuş maliyyə hesabatlarına aydınlıq gətirilən zaman müəyyən olunmuşdur ki, X13 və X4 əlbir olaraq, iddiaçıya naturada verməli olduqları, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m. və qiyməti 76823 manat, ümumi sahəsi 709,14 kv.m. və ümumi dəyəri 460 941 manat qəbul edilmiş, 1; 43; 55; 61; 67 və 85 saylı mənzilləri onun xəbəri olmadan X7 adına sənədləşdirilmişdir. Uzun sürən danışıqlardan sonra razılaşdırılmışdır ki, yaxın vaxt ərzində həmin mənzillər onun adına keçiriləcək, eləcə də torpağa görə ödənilmiş 180 000 manatdan 90 000 manatı X13 tərəfindən qaytarılacaq və gəlir faizi olaraq payıma düşməli olan 41697 manat məbləq tam olaraq ödəniləcəkdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq heç bir əməli tədbir görülməmiş və bu gün sabah məsələnin həll olunacağına yalançı vədlər verilmişdir. Məlumat üçün qeyd edir ki, respublikadan kənarda yaşayıb, işlədiyinə görə Azərbaycanda qısa müddətlər ərzində olduğundan, X13 və X4 hüquqlarından sui-istifadə edərək onu aldatmış və müqavilə üzrə üzərilərinə düşən öhdəliklərinin icrasından yayınmışlar. Cari ilin fevral ayının 4-nə isə X13 qəflətən vəfat etmiş və X4 yas mərəsimi ilə əlaqədar bir qədər gözləməyini və məsələni mərhumun vərəsələri ilə yaxın vaxt ərzində həll edəcəyini bildirmişdir. Hesab edir ki, onun payına düşən pul vəsaiti və mənzillər bilərəkdən ona təqdim olunmamış və hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verilmişdir. Bundan başqa, işin faktiki hallarından müəyyən edilir ki, bir qrup şəxslər əlbir olaraq, ona qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirməklə, ona verilməli olan pay haqqını ələ keçirməkdən ötrü, qanunla qorunan mənafelərinə mühüm ziyan vurma, əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, öz qulluq mövqeyindən istifadə etməklə özgənin külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talamağa cəhd etmə hərəkətlərinin olması istisna olunmur. Odur ki, cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardadın çıxarılması və prokurora xəbər verilməsini xahiş edir. Daha sonra iddia ərizəsinə əlavədə göstərilmişdir ki, təqdim olunmuş MTK ilə Əliyev Elşən arasında bağlanmış müqavilələrin araşdırılmasından müəyyən olunur ki, dəyəri ödənilmədən Elşənlə MTK arasında 18 ədəd mənzil alınmasına dair müqavilə imzalanmışdır. Hansı ki, qarşılıqlı iddia ərizəsi təqdim edən Elşənin vərəsələri həmin faktları qəbul etmir və açıq-aşkar, heç nədən çəkinmədən bəyan edirlər ki, Elşən MTK-nın payçısı olaraq, MTK-nın kassasına nağd pul ödəməklə mübahisə edilən mənzilləri qanuni yolla əldə etmişdir və ilkin iddiaçı ilə bağlanmış müqavilələr sonradan bağlanmışdır. Əvvəla, qeyd edilməlidir ki, Elşən Əliyev, MTK tərəfindən Mirismayıl Əliyev və iddiaçı bina tikintisinə başlamadan öncə hər bir tərəflərin bina tikintisində vəzifə və hüquqları müəyyən edilərkən, yəni Arzum tərəfindən 1 000 000 ABŞ dolları investisiya qoyması və qoyulan xərclər çıxıldıqdan sonra gəlirin 50%-nin ona aid olması barədə; Elşən tərəfindən oğlu Fəridin sənədsiz istifadəsində olan 0,45 ha torpaq sahəsini təqdim etməsi və qoyulan xərclər çıxıldıqdan sonra gəlirin 30%-nin ona aid olmasına, eyni zamanda MTK-nın kassasına daxil olan nağd pul dövriyyəsinə (mədaxil və məxaricinə) şəxsən nəzarət etməklə, uçotunu aparmaqla cavabdeh olmasına, həmçinin nağd aparılan maliyyə hesabatlarını şəxsən Mirismayıl Əliyevə təqdim edilməsinə dair; Mirismayıl Əliyev tərəfindən tikinti işləri ilə bağlı sənədləri və görüləcək işləri müvafiq icra qurumlarında razılaşdırmaqla, binanın tikintisi üçün işçi biriqadalarının təşkil etməsi və Elşənin təqdim edəcəyi maliyyə hesabatlarını öz imzası ilə də təsdiq edərək Arzuma təqdim edəcəyi, o cümlədən qoyulan xərclər çıxıldıqdan sonra gəlirin 20%-nin ona aid olması barədə öhdəliklər götürülən zaman, bir sözlə aralarında birgə razılaşma zamanı – Elşənin hazırda vərəsələri olan cavabdehlərdən hər hansı biri iştirakçı olmamış və aparılan işlərdən xəbərsiz olmuşlar. Bununla yanaşı, Elşənlə MTK arasında dəyəri ödənilmədən bağlanmış 18 ədəd müqavilə üzrə, 7 ədədi, yəni xx.xx.2020-ci il tarixli müqavilə ilə 70 saylı mənzil; xx.xx.2020-ci il tarixli müqavilə ilə 75 saylı mənzil; xx.xx.2020-ci il tarixli müqavilə ilə 86 saylı mənzil; xx.xx.2020-ci il tarixli müqavilə ilə 88 saylı mənzil; xx.xx.2020-ci il tarixli müqavilə ilə 35 saylı mənzil; xx.xx.2020-ci il tarixli müqavilə ilə 34 saylı mənzil və xx.xx.2020-ci il tarixli müqavilə ilə 19 saylı mənzil ona gəlir əvəzi olaraq verilsə də, qarşılıqlı iddia üzrə iddiaçılar həmin faktların üstündən sükutla keçməklə, sanki həmin mənzillər həmin tarixlərdə Elşənə təqdim olunmamışdır. Digər tərəfdən, Elşənlə MTK arasında dəyəri ödənilmədən bağlanmış müqavilələr göstərilənlərlə də bitməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli müqavilə ilə 13 saylı mənzil; xx.xx.2020-ci il tarixli müqavilə ilə 89 saylı mənzil; xx.xx.2020-ci il tarixli müqavilə ilə 18 saylı mənzil; xx.xx.2020-ci il tarixli müqavilə ilə 7 saylı mənzil və xx.xx.2011-ci il tarixli 25 saylı mənzil yalan əqdlər bağlamaqla, mənzillər formal olaraq Elşənin adına dövlət reyestində qeydə alınmış, əslində isə həmin mənzillərdə təmir işləri apardıqdan sonra, qısa müddətdə müştəri tapmaqla həmin mənzilləri bir qədər artıq qiymətə, yəni 1.kv.m.-ni ***-**** manat aralığınada ipotekaya qoymaqla satışının həyata keçirilməsi olmuşdur. Açıq-aşkardır ki, Elşənin iradə ifadəsi mənzil almaq deyil və MTK-nın iradə ifadəsi mənzili Elşənə satmaq olmamışdır. Arzuma gəlir əvəzi olaraq verilən 6 ədəd, 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərin ondan xəbərsiz olaraq, ümimiyyətlə dəyəri ödənilmədən Elşənin adına müqavilələr bağlamaqda məqsəd də həmin mənzilləri formal olaraq Elşənin adına dövlət reyestrində qeydə alınması, təmir edildikdən sonra isə daha artıq qiymətə, yəni 1 kv.m.-nin qiyməti ***-**** manata satmaq və Arzuma hesablanmış mənzilin 1 kv.m.-nin 650 manat hesabı ilə ödəmək olmuşdur. Artıq şərhə ehtiyac qalmır ki, Elşənin adına müqavilələrin bağlanılmasında və onun adına dövlət reyestində çıxarışların alınmasında məqsəd, yalnız və yalnız həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaq olmuşdur. Bir faktı xüsusi olaraq qeyd edir ki, Elşənin imzası ilə təqdim olunmuş və Mirismayıl Əliyevin imzası ilə və MTK-nın möhürü ilə təsdiq olunmuş MTK-nın nağd pul dövriyyəsini, yəni mədaxilini və məxaricini müəyyən edən maliyyə hesabatlarında, iddiaçıya məxsus 6 ədəd mənzillərə görə xx.xx.2020-ci il tarixdə Elşənlə MTK arasında bağlanmış 6 ədəd müqavilə üzrə ödəniş aparılması müəyyən olunmur. Belə ki, Elşən Əliyevin imzası ilə təsdiqlənmiş hesabatlara əsasən 2020-ci ilin fevral ayı üzrə-MTK-nın kassasına mədaxil olan nağd pul vəsaitinin mədaxili 4-ü tarixindən başlayır və 29-u tarixində sona çatdığı, bu dövr ərzində cəmi 136 267 manat; o cümlədən ən böyük məbləğ- 20-də Sadıqov Sahil tərəfindən alınmış 89 saylı mənzilə görə 43 130 manat və 27-də Kazımlı Əzim tərəfindən alınmış 80 saylı mənzilə görə 66 205 manat mədaxil olunduğu; qeyd olunan 89 saylı mənzilin tam dəyərinin ödənilməsi və borcun olmaması barədə xx.xx.2020-ci il tarixli Maliyyə Arayışının və həmin mənzilin payçısı olması barədə MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli Protokolundan Çıxarış məhz, Elşən Əliyevin adına verilsə də, MTK-nın kassasına Elşənin adından pul vəsaitinin mədaxil olunmaması; həmin 1 otaqlı, 64,67 kv.m. olan, 89 saylı mənzil Elşən tərəfindən 61400 manata, 1 kv.m.-nin 949,4 (61400\64,67) manata ipotekaya qoymaqla satılması müəyyən olunur. Məlumat üçün qeyd edir ki, Əliyev Elşən MTK-nın kassasının mədaxil və məxarici üzrə hesabatları tərtib edən şəxs olaraq, adına sənədləşdirilmiş 6 ədəd, 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərə görə, əgər pul vəsaiti ödəmişdirsə, ən azından həmin mənzillərin ümumi dəyəri olan Arzuma gəlir əvəzi olaraq hesablanmış - 460 941 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməli idi. Açıqaşkardır ki, Elşənlə MTK arasında bağlanmış 6 ədəd mənzilə görə pul ödənilməmiş və yalan əqdlər bağlanmışdır. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçıların bu hal üzrə göstərilən dəlillərinin bir daha əsassız olması tam sübut olunur. Bundan başqa, xx.xx.2019-cu il tarixli Səyyar vergi yoxlama aktının 7-ci səhifəsinin 2-ci və 3-cü abzasları ilə tam sübut olunur ki, 1 girişli 16 mərtəbəli yaşayış binasının satışa yararlı olan 6279,99 kv.m. (zirzəmi-497,36; q\yaşayış-426,84kv.m. və 90 sayda olan mənzillərin ümumi sahəsi-5637,15 kv.m.) sahə müəyyən edilmiş; əvvəlki və hazırkı yoxlama ilə əhatə olunan dövrə tam olaraq satıldığı müəyyən edilmişdir. Bu halda da, yəni MTK tərəfindən artıq bir dəfə satılmış mənzillərin, yenidən Elşənə satılması və onun tərəfindən MTK-ya 460 941 manat məbləğində pul vəsaitinin ödənilməsi, ümumiyyətlə məntiqsiz bir ifadə olmaqla, yalnız onların formal mülahizəsinə və fərziyələrinə əsaslanmasını müəyyən edir. Cavabdeh "xxxx" MTK tərəfindən ilk iddia əizəsinə dair yazılı mülahizə verilmiş, ilk iddianın təmin edilib-edilməməsi Məhkəmənin mülahizəsinə buraxılmışdır. Yazılı mülahizə onunla əsaslandırılmışdır ki, "xxxx" MTK 2002-ci ildə təsis edilmiş və dövlət qeydiyatına alınmışdır. MTK-nın əsas fəaliyyəti mənzil tikintisindən ibarət olmuşdur. Təxminən 2013-cu ildə yaxın dostu X13 ona təklif etmişdir ki, onun oğlunun istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanda yerləşən torpaq sahəsində {45 sot) hündürmərtəbəli bina inşa etsinlər. Lakin E.B.Əliyev torpaq sahəsinin özəlləşdirilməsi və binanın tikintisi üçün maliyyə vəsaitinin olmadığını bildirmişdir. O, maliyyə vəsaiti tapmaq üçün bir sıra iş adamları ilə görüşüb danışmışdır. Həmin şəxslərdən biri də çoxdan tanıdığı, yaxşı münasibətlərinin olduğu, Ukraynada yaşayan iş adamı İddiaçı olmuşdur. O, Arzumla danışaraq, yaxın dostu olan E.B.Əliyev ilə birlikdə onun oğlunun istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında yeləşən torpaq sahəsində (45 sot) yaşayış binası inşa etmək istədiklərini, lakin topaq sahəsinin özəlləşdirilməsi və binanın inşası üçün pul lazım olduğunu, pulun əvəzində isə yekunda əldə ediləcək gəlirdən müəyyən faizi verməyə hazır olduqlarını bildirmişdir. Arzum təkliflə razı olmadığını və bir qədər fikirləşəcəyini bildirmişdir. Bundan sonra o təklikdə və dostu E.B.Əliyev ilə birlikdə bir neçə dəfə də Arzumla görüşüb işin detallarını danışmışlar. Nəhayət Arzum onların təklifini qəbul etmişdir. "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi kimi onun və E.B.Əliyev ilə iddiaçı arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Arzum ümumilikdə 1.000.000 ABŞ dolları məbləğində pul vəsaiti verməyi, "xxxx" MTK-nın həm təsisçisi, həm də sədri kimi o, həmin torpaq sahəsində binanın inşası və onunla bağlı sənədləşmə işlərinin aparmağı, E.B.Əliyev isə oğlu Cavabdeh4 istifadəsində olan 45 sot torpaq sahəsini 250.000 manat dəyərləndirməklə həmin torpaq sahəsində bina inşası üçün ona təqdim etməyi öz öhdələrinə götürmüşlər. Aralarındakı razılığa əsasən əldə ediləcək gəlirlərdən ilk növbədə qoyulan pullar götürüləcək, yerdə qalan gəlirlərdən Arzum 50%, E.B.Əliyev 30 % və o isə 20 % götürməli idi. Bundan başqa aralarındakı razılığa əsasən binanın tikintisində istifadə edilməyən torpaq sahəsi üçün X13 torpağın özəlləşdirilməsinə çəkiləcək xərci öz payından Arzuma qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən o müxtəlif vaxtlarda Arzumdan ümumilikdə 1.000.000 ABŞ dollarını qəbul etmiş və işə başlamışdır. İlk növbədə torpağı Elşənin oğlunun adına özəlləşdirmişlər və bu iş ilə əlaqədar Arzumdan aldıqları puldan 180000 manat pul vəsaiti xərcləmişlər. Bundan sonra Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 19 mərtəbəli yaşayış binasının lahiyələndirilməsi və tikintisi üçün "xxxx" MTK-nın adına icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il 345 saylı sərəncamı alınmış, daha sonra isə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il 145 saylı sərəncamı ilə, "xxxx" MTK-nın adına 1 girişli 16 mərtəbəli binanın tikintisinə icazə verillmişdir. Binanın tikintisi 2019-cu ildə bitmiş və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 081 nömrəli 1 girişli 16 mərtəbəli tikinti obyektinin istismara icazə aktı ilə istismara qəbul edilmişdir. Binada ümumi sahəsi 5637,15 kv.m olan 90 mənzil və o cümlədən, zirzəmi (497,36 kv.m) və qeyri-yaşayış sahəsi (426,84 kv.m) satışa çıxarılmışdır. Binanın inşasına və satışına ümumilikdə 4.460.104 manat pul vəsaiti xərclənmişdir. 75 mənzil və qeyri-yaşayış sahəsinin, eləcə də qaraj sahəsinin satışından isə 4.843.541 manat əldə edilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi qalan 15 ədəd mənzil isə natura şəklində əvəzləşdirilmiş, yəni 1 kv.m-nin qiyməti 650 manat hesablanmaqla, 2 ədəd mənzil, ümumi sahəsi 236,38 kv.m olan ümumi dəyəri 153647 manat qəbul edilməklə ona 7 ədəd mənzil, ümumi sahəsi 517,04 kv.m olan ümumi dəyəri 336076 manat qəbul edilməklə E.B.Əliyevə təhvil verilmiş, 6 ədəd mənzil, ümumi sahəsi 709,14 kv.m olan ümumi dəyəri 460941 manat qəbul edilməklə iddiaçının adına sənədləşdirilmişdir. X6 ona təklif etmişdir ki, iddiaçıya təhvil verəcəkləri mənzilləri təmir etdirərək satsınlar. Belə ki, onda daha baha satmaq və bununla da daha çox gəlir götürmək olar. Satışdan əldə olunan gəlirdən iddiaçıya düşən payı vermələrini, qalan qazancı isə öz aralarında bölmələrini demişdir. O da onunla razılaşmışdır. Beləcə onlar həmin mənzilləri, yəni 1, 43, 55,61,67 və 85 saylı mənzilləri iddiaçının xəbəri olmadan Elşənin adına rəsmiləşdirmişlər. Belə ki, guya həmin mənzillər MTK tərəfindən E.B.Əliyevə satılmış, E.B.Əliyev isə mənzillərin dəyərini MTK-ya ödəmişdir. İddiaçının dediyi kimi, onların əlbir olub ona düşən payı mənimsəmək və ya qanunsuz yolla ələ keçirmək fikirləri olmamışdır. Çünki Arzuma mütəmadi olaraq o və mərhum E.B.Əliyev tərəfindən imzalanmış hesabatlar verilmiş və belə bir fikirləri olsaydı, bu hesabatları verməz və ya təhrif edib verərdilər. İşlər başlayandan maliyyə işlərinə E.B.Əliyev nəzarət etmiş, hesabatları öz imzası ilə təsdiqləmiş və ona təqdim etmişdir. O isə öz növbəsində hesabatları yoxladıqdan sonra MTK-nın möhürü və imzası ilə təsdiq etmişdir. Həmin hesabatlar iddiaçı Bakıya gələndə ona təqdim edilmişdir. Sadəcə olaraq iddiaçı xaricdə yaşadığından və pulu tələb etmədiyindən həmin mənzilləri daha baha satıb ona çatası payı vermək istəyirdilər. 2021-ci ilin oktyabr ayına kimi olan hesabatlara tərəflərindən baxılmış və Arzuma onun payının tezliklə verəcəklərini bildirmişlər. Belə ki, 45 sot torpaq sahəsinin təxminən yarısı binanın inşası üçün istifadə edisə də, digər yarısı E.B.Əliyevin oğlunun mülkiyyətində qalmışdır. Buna görə də torpağın özəlləşdirilməsinə çəkilmiş xərcdən 90.000 manatı iddiaçıya veriləcəyi o və E.B.Əliyev ona bildirmişlər. Həmçinin E.B.Əliyev və o Arzuma tezliklə mənzilləri satıb ona 6 ədəd mənzildən başqa, gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləği tam olaraq ödəyəcəyini bildirmişlər. Lakin qeyd etdiyi kimi E.B.Əliyevin qəfil vəfatı ilə əlaqədar yuxarıda qeyd edilənlərin icrası mümkün olmamışdır. O, E.B.Əliyevin vərəsələri ilə danışıb məsələni həll edəcəyini düşündüyündən Arzumdan bir qədər gözləməsini xahiş etmişdir. Laki E.B.Əliyevin vərəsələri ilə danışdıqları uğursuz olmuş, hər hansı razılıq əldə edilməmişdir. O və E.B.Əliyev nə vəzifə səlahiyyətlərindən istifadə etməklə, nə də digər üsullarla iddiaçının əmlakını mənimsəmək və ya talamaq fikrində olmamış, onunla şəffaf şəkildə hesabatlar hesablanmış, ona düşən və iddia ərizəsində qeyd edilən məbləğləri qəbul etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X15lə "xxxx" MTK arasında bağlanmış müqavilələri mübahisələndirmək üçün iddia müddətini ötürüb, onun tələbinə iddia müddəti tətbiq edilməlidir. Əqdlərin etibarsızlığına 1 illik iddia müddəti tətbiq edilir. Elşən Əliyevlə MTK arasında müqavilələr 2020-ci ilin fevral ayında bağlanıb. İddiaçı 1 il 3 aydan sonra 2022-ci ilin may ayında iddia qaldırıb. İddiaçı bina tikintisindən əldə ediləcək gəlirin 50 %-i, Elşən Əliyev 30%, "xxxx" MTK 20% alacağı barədə Elşən Əliyevlə razılaşmayıb. Belə bölgü uydurmadır, əgər "xxxx" MTK ilə razılaşıbsa ondan gəlirini tələb edə bilər. Ancaq bu tələb X15in və onun vərəsələrinin hüquqları hesabına əldə edilə bilməz. X15 İddiaçı qarşısında heç bir öhdəlik götürməyib. İddiaçı bina tikintisinə qoyduğu vəsait əvəzində az gəlir əldə etdiyi, daha çox gəlir əldə etməli olduğunu bildirsə də, nə üçün daha çox gəlir əldə etməli olduğunu sübut edə bilmir. İddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilələrin etibasız sayılması və pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsələri olduqları X7 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 44 saylı, 1 girişli, 19 mərtəbəli yaşayış binasında yerləşən 1, 43, 55, 61, 67 və 85 saylı mənzillərlə bağlı cavabdehlər İddiaçı və "xxxx" MTK arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqavilələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı ünvanda cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş bina tikintisi nəticəsində Cavabdeh4 məxsus torpaq sahəsinin 0,20 ha istifadə olunduğundan torpağın dəyəri olaraq 500000 manat pulun cavabdehlərdən Cavabdeh4 xeyrinə tutulmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı, 1 girişli, 19 mərtəbəli yaşayış binasında 6 ədəd hər birinin sahəsi 118,19 kv.m olan – 1, 43, 55, 61, 67 və 85 saylı mənzillər mülkiyyət hüququ əsasında X10 məxsusdur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əlivev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 1 saylı mənzilin əvəzləşdirmə yolu ilə İddiaçı verilməsinə dair cavabdehlər "xxxx" MTK-nın qanuni təmsilçisi X4 ilə İddiaçı arasında bağlanmış 23 oktybar 2019-cu il tarixli, nömrəsi olmayan müqavilənin, Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 43 saylı mənzilin əvəzləşdirmə yolu ilə İddiaçı verilməsinə dair cavabdehlər "xxxx" MTK-nm qanuni təmsilçisi X5 ilə İddiaçı arasında bağlanmış 23 oktyabar 2019-cu il tarixli, nömrəsi olmayan müqavilənin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 55 saylı mənzilin əvəzləşdirmə yolu ilə İddiaçı verilməsinə dair cavabdehlər "İnşaatçı 2002” MİK-nın qanuni təmsilçisi Əlivev Mirİsmavıl Mirəli ovdu ilə İddiaçı arasında bağlanmış 23 oktybar 2019-cu il tarixli, nömrəsi olmayan müqavilənin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 61 saylı mənzilin əvəzləşdirmə yolu ilə İddiaçı verilməsinə dair cavabdehlər "İnşaatçı 2002 MTK-nın qanuni təmsilçisi X4 ilə İddiaçı arasında bağlanmış 23 oktybar 2019-cu il tarixli, nömrəsi olmayan müqavilənin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "İnşaatçı-2002” MTKnın tikilməkdə olan binasında 67 saylı mənzilin əvəzləşdirmə yolu ilə İddiaçı verilməsinə dair cavabdehlər "xxxx" MTK-nın qanuni təmsilçisi X4 ilə İddiaçı arasında bağlanmış 23 oktvbar 2019-cu il tarixli, nömrəsi olmayan müqavilənin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 85 saylı mənzilin əvəzləşdirmə yolu ilə İddiaçı verilməsinə dair cavabdehlər "xxxx" MTK-nın qanuni təmsilçisi X5 ilə İddiaçı arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, nömrəsi olmayan müqavilənin etibarsız sayılması, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 ünvanda "xxxx" MTK tərəfindən inşa olunmuş bina tikintisi nəticəsində Cavabdeh4 məxsus torpaq sahəsinə 0,20 ha hissəsi istifadə olunduğundan torpağın dəyəri olaraq qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Məhərəm oğlundan və "xxxx" MTK-dan Cavabdeh4 xeyrinə 500.000 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Bundan başqa ünvan 2 ünvanda olan 0,045004 ha torpaq sahəsi Cavabdeh4 mülkiyyətindədir. İddiaçı və "xxxx" MTK ilə olan razılığa görə həmin torpaq sahəsinin bir hissəsində 1 girişli, 19 mərtəbəli yaşayış binasının inşa edilməli və "xxxx" MTK tərəfindən istifadə olunacaq torpaq sahəsinin dəyəri Cavabdeh4 ödənilməli idi. Cavabdeh4 məxsus torpaq sahəsində 1 girişli, 19 mərtəbəli yaşayış binası inşa edilmiş, mühafizəçi otağı, transformator otağı tikilmiş, gerenator yeri, həyətyanı sahə saxlanılmış, uşaqlar üçün oyun sahəsi və sair ərazi sakinlərin istifadəsinə verilmişdir. Həmin sahə ümumilikdə torpağın 0,20 ha hissəsini əhatə etmişdir. Lakin istifadə olunmuş qeyd olunan 0,20 ha torpaq sahəsinə görə Cavabdeh4 ödənilməli olan məbləğ bu günədək ödənilməmişdir. İstifadə olunmuş torpaq sahəsinin 1 sotunun qiyməti 25.000 manat təşkil edir, belə olan halda qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən Cavabdeh4 500000 manat məbləğində pul ödənilməlidir. Həmin məbləğ ödənilmədiyi üçün İddiaçı və "xxxx" MTK-ya mübahisənin məhkəmədən kənar həll edilməsi üçün pretenziya göndərilmiş, lakin cavabdehlər 500.000 manat pulu ödəməkdən, həmçinin müqavilələri ləğv etməkdən imtina etmişlər. Cavabdeh "xxxx" MTK qarşılıqlı iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, o, həm İddiaçıla, həm də mərhum X13 ilə yaxın münasibətlərdə olmuşdur. Baxmayaraq ki, İddiaçı haqlı olduğunu bilir, lakin hazırda, ilkin iddia üzrə digər cavabdehlər əssasız və vicdansızcasına MTK-ya qarşı 500.000 manat iddia tələbi irəli sürdüklərinə görə onların iddia ərizəsinə etiraz edir və rədd edilməsini xahiş edir. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzillərə dair mərhum X7 adına çıxarışlar olsa da, daha əvvəlki izahatlarında da qeyd etdiyi ki, həmin mənzillər ona satılmamış, alqı-satqı həyata keçirilməmiş, yalnız formal olaraq adına rəsmiləşdirilmişdir. Heç mənzillər ona təhvil də verilməmişdir. Bu formallığın səbəbini əvvəllər də məhkəməyə verdiyi izahatlarda qeyd etmişdir. Həmin mənzillər Arzum Məhhərrəmova gəlir əvəzi kimi verilmişdir. Lakin, X13 ona təklif etmişdir ki, Arzuma təhvil verəcəyi mənzilləri təmir etdirək satsınlar. Belə ki, onda daha baha satmaq və bununla da daha çox gəlir götürmək olar. Satışdan əldə olunan gəlirdən İddiaçı düşən payı verməsi, qalan qazanci isə öz aralarında bölməsi barədə razılaşmışlar. Beləcə onlar həmin mənzilləri, yəni 1; 43; 55; 61; 67 və 85 saylı mənzilləri Arzumun xəbəri olmadan Elşənin adına rəsmiləşdirmişlər. Belə ki, guya həmin mənzillər MTK tərfindən E.B.Əliyevə satılmış, E.B.Əliyev isə mənzillərin dəyərini MTK-ya ödəmişdir. Həmin mənzillərin dəyəri MTK-ya ödənilməmiş, həmin ödənişlərin MTKnın kassasına və ya bank hesabına mədaxil edilməsi barədə də heç bir sənəd olmamışdır. Çıxarış almaqda məqsəd isə mənzilləri satmaqda çətinlik çəkməmək, həm ipoteka üçün hazır olması, həm də alıcılarda etibar hissi yaratmaq olmuşdur. İlkin iddia üzrə cavabdehlərqarşılıqlı iddia üzrə iddiaçılar, İddiaçı, X13 və MTK arasında heç bir razılığın olmadığını qeyd etsələr də, mənzillərin hər hansınasa bir ödəniş sənədi olmadan, yəni MTK-nın kassasına mədaxil olmadan nəyə görə X7 adına rəsmiləşdirilməsini əsaslandırmamışdırlar. Bununla yanaşı, Elşən Əliyevin imzası ilə təsdiqlənmiş hesabatlara əsasən kassaya-2020-ci ilin fevral ayı üzrə 04 tarixində 1500 manat, 06 tarixində 1500 manat, 10-u tarixində 2500 manat, 15-i tarixində 4700 (1000+1000+1000+700) manat, 16-sı tarixində 4000 (2000+1000+1000) manat, 17-si tarixində 558 manat, 20-si tarixində Sadıqov Sahil tərəfindən alınmış 89 saylı mənzilə görə 43 130 manat, 21-i tarixində 2100 manat, 23-ü tarixində 3200 (2200+1000) manat, 24-ü tarixində 2040 manat, 25-i tarixində 1500 manat, 27-si tarixində Kazımlı Əzim tərəfindən alınmış 80 saylı mənzilə görə 66 205 manat, 28-si tarixində 800 manat və 29-u tarixində 2534 (2034+500) manat, toplam 136 267 manat mədaxil olunmuşdur. Eləcə də, Elşən Əliyevin imzası ilə təsdiqlənmiş hesabatlara əsasən kassadan - 2020-ci ilin fevral ayı üzrə 17-si tarixində 18, 89 və 80 saylı mənzillər üçün notarius xərci 107 manat, 20-i tarixində 89 saylı mənzilin satışından vergi 318 manat, 27-si tarixində 80 saylı mənzilin satışından vergi 734 manat, BTİ rüsumları 1, 7, 25, 21, 75, 86, 87 saylı mənzillərə görə 1251 manat, notarius xərci 75, 70, 21 saylı mənzillərə görə 107 manat, toplam 2517 (107+318+734+1251+107) manat məxaric olunmuşdur. Odur ki, Elşən Əliyev payçı kimi pul ödəyib mənzil alımışdırsa və həmin mənzili də digər şəxslərə satmışdırsa, hansı səbəbdən həmin mənzillərin məsrəfləri olan vergiləri, notarius və DƏDRX xərclərini MTK-nın xərclərinə aid etmişdir. 2019-cu ildə MTK-da vergi yoxlaması keçirilmiş və mənzil satışının bitdiyi təsdiqlənmişdir. Bundan sonra onlar mənzilləri natura şəklində əldə etməli olduqları gəlirlərə münasibətdə bölmüşlər. Odur ki, satış olmayan MTK-dan mənzil alınması dəlilinin bir daha əsasız olması sübut olunur. Həmçinin, qarşılıqlı iddia ərizəsində cavadeh tərəfindən torpaq verilərkən kimlərlə, hansı şərtlərlə razılaşdığı, həmçinin indiyədək, yəni kifayət qədər uzun müddət keçməsinə baxmayaraq torpağın dəyərini nəyə görə və hansı səbəbdən istəmədiyini bidlirməmişdir. Həmçinin tərəflər arasında torpağın alqı-satqısı barədə iradə ifadələrinin olmasına dair hər hansı bir fikir və ya dəlil söylənilmir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Daha sonra bildirdi ki, İddiaçı 2021-ci ilin sonlarında ona məxsus olan mənzillərin Cavabdeh2 adına rəsmiləşdirildiyindən xəbər tutmuş, buna etiraz etmiş, Cavabdeh2 və M.Əliyev ona həmin mənzillərin təmir edilib daha yüksək qiymətə satılması və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının payının artıqlaması ilə veriləcəyi niyyəti ilə bunun edildiyini ona bildirmişlər. Daha sonra Cavabdeh2 ona həmin mənzilləri qaytaracağını vəd etmiş, lakin o, 2022-ci ilin fevral ayında vəfat etmiş, daha sonra onun vərəsələri ilə mübahisə yaşandığından əvvəlcə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, ona aidiyyatı kommersiya məhkəməsinə müraciət edilməsi tövsiyə edilmiş, o, həmin qərardaddan şikayət vermiş, lakin şikayəti təmin edilməmiş, bu səbəbdən hazırkı iddia ərizəsi ilə 1 illik müddəti ötürmədən Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bundan əlavə, MTK tərəfindən iddia ərizəsinə dair verilmiş mülahizədə hadisələr olduğu kimi göstərildiyi üçün hazırda xüsusi qərardad qəbul edilməsi barədə tələblərini müdafiə etmirlər. MTK ilə Elşən Əliyev arasında bağlanmış, iddia ərizəsinə əlavə edilmiş müqavilələr (43, 55, 61, 67, 85 saylı mənzillərə dair) onlara MTK tərəfindən hazırkı mübahisə yarandıqdan sonra təqdim edilmiş, 1 saylı mənzilə dair Cavabdeh2lə olan müqavilənin iddiaçıya təqdim edilməməsinin səbəbi isə MTK-nın həmin müqavilənin mövcudluğundan, həmin mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsindən ümumiyyətlə məlumatsız olması olmuşdur. İddiaçı əksər vaxtlarda xaricdə olması səbəbindən özünə məxsus olan mənzillərin rəsmiləşdirilməsini həyata keçirməmiş, həmin mənzillərə dair çıxarışlar əldə etməmişdir. İddia ərizəsində adı üçüncü şəxs kimi göstərilmiş Etibar Qasımovun da adına MTK tərəfindən çoxsaylı mənzillər dəyəri ödənilmədən rəsmiləşdirilmiş (Elşən Əliyevlə olduğu kimi), həmin mənzillərə dair E.Qasımovun adına çıxarışlar alınmış, daha sonra yüksək qiymətə digər şəxslərə satılmış, məqsəd isə MTK-nın əldə etdiyi gəlirləri iddiaçıdan onun payını verməməklə gizlətmək olmuşdur. Bu məsələləri də sonradan, məhz Cavabdeh2 öldükdən sonra bilmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddiaya dair yazılı mülahizənin məzmununa uyğun izahat verib ilk iddianın təmin edilibedilməsini Məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Daha sonra qarşılıqlı iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun izahat verib qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, A.Əliyev ona verilmiş mənzillərin sonradan MTK tərəfindən Elşən Əliyevin adına rəsmiləşdirilməsindən məlumatsız olmuş, bundan yalnız 2021-ci ilin sonlarında xəbər tutmuşdur. İddiaçı, M.Əliyev və mərhum Cavabdeh2 arasında münasibətlər həddən artıq yaxşı olmuş, Cavabdeh2 vəfat etməsəydi, hazırkı mübahisə də olmayacaqdı. Mərhum Cavabdeh2 tərəfindən MTK-ya ümumiyyətlə hər hansı vəsait mədaxil edilməmiş, onun sağlığında MTK-ya məxsus mənzillərin sənədləşdirilməsi, müqavilələrin, maliyyə arayışlarının tərtib edilməsi mərhum Cavabdeh2 tərəfindən aparılmış, sonuncu MTK-nın işlərini qarşılıqlı inam əsasında aparmış, möhür isə MTK-nin qanuni təmsilçisində olmuş, torpaq sahəsinə görə pulun ödənilməsi onun tərəfindən heç vaxt tələb edilməmişdir. Bundan əlavə, əgər MTK tərəfindən torpaq sahəsinə görə pulun ödənilməsinə razılıq verilmişdisə, niyə görə Cavabdeh2 tərəfindən mənzillər qarşılıqlı iddiaçıların iddia etdiyi kimi dəyəri ödənilməklə əldə edilirdi. Əlavə olaraq, məhkəmənin verdiyi suallara cavabında materiallarda olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli mənzillərə dair MTK ilə mərhum Cavabdeh2 arasında olan müqavilələrdə sonuncunun imzasının olmamasının səbəbini izah edə bilməmiş, həmin müqavilələrin MTK tərəfindən imzalanıb möhürləndiyini, qarşı tərəfin isə onları təsdiq edib etməməsinin onlar üçün əhəmiyyətinin olmadığını bildirmiş, adıçəkilən müqavilələrin mərhumun sağlığında və ya onun ölümündən sonra tərtib edilməsi sualına bu barədə məlumatı olmadığı üçün cavab verə bilməyəcəyini bildirmiş, daha sonra 2020-ci ildə MTK ilə mərhum Cavabdeh2 arasında mübahisəli mənzillərə dair həqiqətən yazılı müqavilələrin tərtib edilib edilməməsinə dair suala da məlumatsız olması səbəbindən cavab verə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 ilk iddia ərizəsinə etiraz edib ilk iddianın rədd edilməsini xahiş etdi. Daha sonra qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum Cavabdeh2 sağlığında ona bildirmişdir ki, qeyd edilən bina iddiaçının investisiyası əsasında tikilir, binanın tikintisi başa çatdıqdan, bütün mənzillər satıldıqdan sonra sonda torpağın dəyəri ona ödəniləcəkdir, lakin bu günə qədər torpağın dəyəri onlara ödənilməmişdir. Mərhum Cavabdeh2 övladları üçün həmin binada dəyəri ödənilməklə 7 mənzil əldə etmişdir ki, onlar da məhz mübahisələndirilən mənzillərdir. Torpağın dəyərinin əvəzinə onlara həmin binadan pay haqqı olaraq hər hansı mənzil verilməmişdir. Mərhum Cavabdeh2 sağlığında MTK-nın sənədləşmə işlərini aparmış, MTK rəhbərinin göstərişi ilə müqavilələr tərtib etmiş, mənzilləri alıcılara göstərmiş, müqavilələri və maliyyə arayışlarını tərtib edərək imzalanıb möhürlənməsi məqsədilə MTK-nın rəhbəri olan M.Əliyevə təqdim etmişdir. Bundan əlavə, mərhum Cavabdeh2 sağlığında MTK-nın rəhbəri olan M.Əliyevin göstərişi ilə bəzi mənzillər formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilmiş, daha sonra notarial qaydada özgəninkiləşdirilmiş, o da həmin mənzillərə dair notarial qaydada müqavilələr tərtib edilərkən razılıq ərizələri vermişdir. İlk iddia ərizəsində mübahisələndirilən mənzillər isə həyat yoldaşı Elşən Əliyev tərəfindən 2020-ci ildə dəyəri ödənilməklə əldə edilmiş, bu barədə onlara mədaxil qəbzi təqdim edilməmiş (belə ki, həmin MTK tərəfindən mənzillərin dəyərinin ödənilməsi ilə bağlı yalnız maliyyə arayışı təqdim edilirdi), maliyyə arayışları təqdim edilmiş, orada həmin mənzillərin dəyərinin tam ödənildiyi göstərilmişdir. Mənzillər mərhum Cavabdeh2 sağlığında rəsmiləşdirilmiş, onlara çıxarışlar alınmışdır. Həyat yoldaşının adına həmin binada mübahisələndirilən mənzillərdən savayı da mənzillərin olmasını əvvəllər bilməmiş, bundan yalnız hazırkı mübahisə ilə bağlı bilmişdir. Həmin mənzilləri tələb etmirlər, həmin mənzillərin onlara aidiyyatı yoxdur. Həyat yoldaşının adına olan digər mübahisələndirilməyən mənzillərin dəyərinin ödənilib-ödənilməməsi barədə məlumatı yoxdur, amma 1, 43, 55, 61, 67, 85 saylı mənzillərin dəyərini ödəyəndə həyat yoldaşı ona bu barədə məlumat vermiş, həmin mənzillərə dair MTK tərəfindən təqdim edilmiş sənədləri ona təqdim etmiş, mərhumun vəfatına qədər həmin sənədlər yaşadıqları evdə olmuşdur. Məhkəmə tərəfindən həmin sənədlərin təqdim edilməsi onlara təklif edilmiş, o da həmin sənədləri (maliyyə arayışları, texniki pasportları, plan-sxemləri, ümumi yığıncağın protokollarından çıxarışları) Məhkəməyə təqdim etmişdir. Həmin sənədlərin arasında 1, 43, 55, 61, 67, 85 saylı mənzillərin müqavilələrinin olmamasına cavab olaraq bildirdi ki, ümumiyyətlə həmin mənzillərə dair yazılı müqavilələr olmamış, çıxarışlar maliyyə arayışları əsasında verilmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddia ərizəsinə etiraz edib ilk iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1, 43, 55, 61, 67, 85 saylı mənzillərə dair cavabdeh MTK ilə Cavabdeh2 arasında bağlanmış yazılı müqavilələr vardır, həmin müqavilələri görmüşdür, amma hazırda təqdim edə bilmir. Digər cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının digər cavabdehlərin və üçüncü şəxslərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: AZ-İİ 259561 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən vəfat etmişdir. "xxxx" MTK (kooperativ) ilə iddiaçı (payçı) arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 61 saylı mənzili ona çatası 50 % payına uyğun gəlir olaraq payçıya verməyi, payçı isə həmin mənzili 50% payına uyğun gəlir məbləğində əvəzləşdirməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 118,19 kv.m-dir. Müqavilənin 3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri 76824 manat miqdarında müəyyən olunur. ƏDV qiymətə daxildir. Müqavilənin 5-ci bəndinə əsasən payçı gəlirdən ona çatası 50 % payına uyğun məbləği azaldır. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 10 saylı 23 oktyabr 2019-cu il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı müəssisənin üzvü olmaqla MTK-nın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 61 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 23 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş, 12-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 61 saylı mənzilin dəyəri İddiaçı çatası 50% payına uyğun gəlir məbləği ilə əvəzləşdirilmiş və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK (kooperativ) ilə iddiaçı (payçı) arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 67 saylı mənzili ona çatası 50 % payına uyğun gəlir olaraq payçıya verməyi, payçı isə həmin mənzili 50% payına uyğun gəlir məbləğində əvəzləşdirməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 118,19 kv.m-dir. Müqavilənin 3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri 76824 manat miqdarında müəyyən olunur. ƏDV qiymətə daxildir. Müqavilənin 5-ci bəndinə əsasən payçı gəlirdən ona çatası 50 % payına uyğun məbləği azaldır. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 10 saylı 23 oktyabr 2019-cu il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı müəssisənin üzvü olmaqla MTK-nın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 67 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 23 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 13-cü mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 67 saylı mənzilin dəyəri İddiaçı çatası 50% payına uyğun gəlir məbləği ilə əvəzləşdirilmiş və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK (kooperativ) ilə iddiaçı (payçı) arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri. H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 43 saylı mənzili ona çatası 50 % payına uyğun gəlir olaraq payçıya verməyi, payçıya isə həmin mənzili 50% payına uyğun gəlir məbləğində əvəzləşdirməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 118,19 kv.m-dir. Müqavilənin 3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri 76824 manat miqdarında müəyyən olunur. ƏDV qiymətə daxildir. Müqavilənin 5-ci bəndinə əsasən payçı gəlirdən ona çatası 50 % payına uyğun məbləği azaldır. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 10 saylı 23 oktyabr 2019-cu il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı müəssisənin üzvü olmaqla MTK-nın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 43 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 23 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 13-cü mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 43 saylı mənzilin dəyəri İddiaçı çatası 50% payına uyğun gəlir məbləği ilə əvəzləşdirilmiş və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK (kooperativ) ilə iddiaçı (payçı) arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri. H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 85 saylı mənzili ona çatası 50 % payına uyğun gəlir olaraq payçıya verməyi, payçıya isə həmin mənzili 50% payına uyğun gəlir məbləğində əvəzləşdirməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 118,19 kv.m-dir. Müqavilənin 3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri 76824 manat miqdarında müəyyən olunur. ƏDV qiymətə daxildir. Müqavilənin 5-ci bəndinə əsasən payçı gəlirdən ona çatası 50 % payına uyğun məbləği azaldır. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 10 saylı 23 oktyabr 2019-cu il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı müəssisənin üzvü olmaqla MTK-nın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 85 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 23 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 13-cü mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 85 saylı mənzilin dəyəri İddiaçı çatası 50% payına uyğun gəlir məbləği ilə əvəzləşdirilmiş və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK (kooperativ) ilə iddiaçı (payçı) arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri. H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 55 saylı mənzili ona çatası 50 % payına uyğun gəlir olaraq payçıya verməyi, payçıya isə həmin mənzili 50% payına uyğun gəlir məbləğində əvəzləşdirməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 118,19 kv.m-dir. Müqavilənin 3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri 76824 manat miqdarında müəyyən olunur. ƏDV qiymətə daxildir. Müqavilənin 5-ci bəndinə əsasən payçı gəlirdən ona çatası 50 % payına uyğun məbləği azaldır. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 10 saylı 23 oktyabr 2019-cu il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı müəssisənin üzvü olmaqla MTK-nın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 55 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 23 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 11-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 55 saylı mənzilin dəyəri İddiaçı çatası 50% payına uyğun gəlir məbləği ilə əvəzləşdirilmiş və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK (kooperativ) ilə iddiaçı (payçı) arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri. H.Əliyev prospektində "xxxx" MTK-nın tikilməkdə olan binasında 1 saylı mənzili ona çatası 50 % payına uyğun gəlir olaraq payçıya verməyi, payçıya isə həmin mənzili 50% payına uyğun gəlir məbləğində əvəzləşdirməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 118,19 kv.m-dir. Müqavilənin 3-cü bəndinə əsasən göstərilən mənzilin ümumi dəyəri 76824 manat miqdarında müəyyən olunur. ƏDV qiymətə daxildir. Müqavilənin 5-ci bəndinə əsasən payçı gəlirdən ona çatası 50 % payına uyğun məbləği azaldır. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 10 saylı 23 oktyabr 2019-cu il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı müəssisənin üzvü olmaqla MTK-nın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 1 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 23 fevral 2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 2-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 1 saylı mənzilin dəyəri İddiaçı çatası 50% payına uyğun gəlir məbləği ilə əvəzləşdirilmiş və "xxxx" MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 5 ünvanında olan qeyri-yaşayış binası (yaşayış məntəqələrinin torpaqları) Cavabdeh4 adına xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 345 saylı sərəncamdan görünür ki, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı çıxarış Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 19 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 145 saylı sərəncamdan görünür ki, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seiyalı ******* saylı çıxarış ilə Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilsin kimi oxunması qərara alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş tikinti işlərinin başlanması üçün əsas olan 04 dekabr 2014-cü il tarixli 036 nömrəli xüsusi nişandan görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospektində 1 girişli 19 mərtəbəli binanın tikintisinə "xxxx" MTK-ya icazə verilmişdir. Cavabdeh6 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən o, xx.xx.2022-ci ildə ölmüş atası Elşən Əliyevdən miras qalmış əmlakın ona məxsus hissəsindən anası Cavabdeh1 xeyrinə imtina etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə ilk öncə ilk iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, ilk iddia ərizəsi aşağıdakı tələblərdən ibarətdir:

1. Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi; həmin mənzillərin, yəni xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 43 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 55 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 61 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 67 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 85 saylı və xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 1 saylı mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması;

2. "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X4 və X13 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehlər "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X2 və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 üzərinə qoyulması;

3. İddiaçıya dəymiş 90.000 manat maddi zərərin cavabdehlər X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi;

4. Gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğin tam olaraq cavabdehlər "xxxx" MTK və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsi. Məhkəmə ilk iddia tələbini birinci hissədə əsaslı hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir. Materiallarda olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X7 adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 16-cı mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 85 saylı mənzilin dəyəri X13 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X7 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 85 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil X7 adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 13-cü mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 67 saylı mənzilin dəyəri X13 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X7 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 67 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil X7 adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 12-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 61 saylı mənzilin dəyəri X13 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X7 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 61 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən mənzil X7 adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 11-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 55 saylı mənzilin dəyəri X13 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X7 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 55 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən mənzil X7 adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 9-cu mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 43 saylı mənzilin dəyəri X13 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 05 saylı 24 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X7 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,7 m2 olan 2 otaqlı 43 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən mənzil X7 adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 24 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 1 girişli 16 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 1-ci giriş. 2-ci mərtəbə, ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,8 m2 olan 2 otaqlı 1 saylı mənzilin dəyəri X13 tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın üzvülərinin ümumi iclasının 04 saylı 15 fevral 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, vətəndaş X7 müəssisənin üzvü qəbul olunmaqla MTKnın Abşeron rayonu Xırdalan şəhəri, B.Səfəroğlu 44 ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 118,19 m2, yaşayış sahəsi 30,8 m2 olan 2 otaqlı 1 saylı mənzilin payçısı təsdiq edilmiş, sənədlər Abşeron rayonu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Belə ki, iddiaçı Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqısatqı müqavilələrinin əhəmiyyətsiz əqd olduğunu iddia edir. Cavabdeh "xxxx" MTK ilk iddiaya dair mülahizəsində həmin müqavilələrin yalnız görüntü məqsədi ilə bağlandığını, X15 tərəfindən onların dəyərinin ödənilmədiyini, həmin mənzillərin formal olaraq Elşən Əliyevin adına rəsmiləşdirildiyini, həmin mənzillərin Elşən Əliyevə ümumiyyətlə MTK tərəfindən təhvil verilmədiyini göstərmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaya etiraz edərək həmin müqavilələrin etibarlı olduğunu, mənzillərin dəyəri ödənilməklə alındığını bildirirlər. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələri əlavə edilmiş, həmin müqavilələrin MTK-nın qanuni təmsilçisi tərəfindən imzalanıb möhürləndiyi, lakin həmin müqavilələrdə alıcı kimi adı qeyd edilmiş Elşən Əliyevin imzalarının olmadığı müəyyən edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin müqavilələrin ona MTK tərəfindən hazırkı mübahisə yarandıqdan sonra təqdim edildiyini bildirmişdir. Qeyd edilən müqavilələrin, habelə iddiaçı tərəfindən təqdim edilməmiş əlavə olaraq 1 saylı mənzilə dair müqavilənin, habelə həmin mənzillərin dəyərinin ödənilməsi ilə bağlı zəruri sübutların Məhkəməyə təqdim edilməsi qarşılıqlı iddiaçılara bir neçə dəfə təklif edilmiş, Cavabdeh1 həmin müqavilələrin yalnız MTK tərəfindən təsdiq edilmiş surətlərini Məhkəməyə təqdim edə biləcəyini bildirmiş, müqavilələrin əsillərinin həmin mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edildiyini bildirmiş, 1, 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələri və digər sənədlərin (maliyyə arayışları və sairə) əsillərinin Məhkəməyə təqdim edilməsi barədə Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərin əsillərinin arasında həmin müqavilələr aşkar edilməmişdir. Cavabdeh1 daha sonra ümumiyyətlə 1, 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında yazılı alqı-satqı müqavilələri bağlanmadığını, çıxarışların məhz maliyyə arayışları və ümumi yığıncağın protokolundan çıxarışlar əsasında verildiyini bildirmiş, həmin mənzillərin dəyərinin ödənilməsi ilə bağlı zəruri sübutların Məhkəməyə təqdim edilməsinin mümkün olmadığını (belə bir sübutun ümumiyyətlə mğvcud olmadığını), bu halı yalnız MTK tərəfindən verilmiş maliyyə arayışlarının təsdiq etdiyini göstərmişdir. Cavabdeh "xxxx" MTK onunla X13 arasında mübahisəli mənzillərlə bağlı alqı-satqı müqavilələrinin bağlanmasını, X7 adına rəsmiləşdirilmiş mənzillərinin dəyərinin ödənilməsini, habelə mənzillərin X10 təhvil verilməsini qəbul etmədiyindən ilk növbədə tərəflər arasında alqı-satqı müqavilələrinin bağlanıb-bağlanmamasının müəyyənləşdirilməsi zəruridir. MM-in 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 389.1-i maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi-müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır (MM, m. “405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.”). Beləliklə, şərh edilənlərə əsasən Məhkəmə bu qənaətə gəlir ki, tərəflər (Elşən Əliyev və "xxxx" MTK alqı-satqı müqaviləsinin mühüm şərtlərindən biri (müqavilənin obyekti) barəsində razılığa gəlmədiklərindən alqı-satqı müqavilələri bağlanmamış hesab olunmalıdır. Başqa sözlə, alqı-satqı müqaviləsi tərəflərin hüquq və öhdəliklərinin yaranma mənbəyi kimi çıxış edə biləcək hüquqi fakt kimi mövcud deyildir. Bu baxımdan qarşılıqlı iddiaçıların iddia və etirazlarının əsası kimi həmin alqı-satqı müqavilələrinin müvafiq bəndlərinə istinad etməsi yuxarıda sadalanan maddi hüquq normaları ilə yanaşı həm də MM-in 14.2.1 (“Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır”) və 386.1-ci (“Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”) maddələrinin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından "xxxx" MTK ilə X13 arasında alqı-satqı müqavilələrinin bağlanıldığının sübut etmək yükü qarşılıqlı iddiaçıların üzərinə düşür. Lakin qarşılıqlı iddiaçılar tərəfindən alqısatqı müqavilələrinin bağlanması ilə bağlı hər hansı sübut (alqı-satqı müqavilələri, mübahisəli mənzillərin dəyərinin MTK-ya ödənilməsini təsdiq edən ödəniş sənədləri, mənzillərin onlara təhvil verildiyini təsdiq edən sübutlar və s.) məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, qarşılıqlı iddiaçılar "xxxx" MTK ilə X13 arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını, mübahisəli 6 mənzilin qanun üzrə vərəsələri olduğu X10 mülkiyyət hüququ ilə məxsus olmasının əsası kimi istinad etdiyi alqı-satqı müqavilələrinin bağlanmasını sübut edə bilməmişlər. Halbuki MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə araşdırması zamanı Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 44 saylı, 1 girişli yaşayış binasında yerləşən 1, 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında etibarlı alqı-satqı müqavilə(lər)inin olmadığı, həmin mənzillərin dəyərinin X13 tərəfindən MTK-ya ödənilmədiyi, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia həmin hissədə təmin edilməli, ünvan 2 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələri, maliyyə arayışları və "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının qərarları etibarsız hesab edilməli, ünvan 2 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərin dövlət reyestrində X7 adına aparılmış qeydiyyat nömrələri və verilmiş çıxarışlar ləğv edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyənedilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanlan tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarlan, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar,...bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddia tələblərinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddia tələblərinin ikinci hissəsi "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X4 və X13 tərəfindən qeyd olunan mənzillərin özgəninkiləşdirilməsi zamanı aparılan bütün hərəkətlərin və əməliyyatların, eləcə də tapşırıq müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və öhdəliklərin tam yerinə yetirilməsi vəzifəsinin cavabdehlər "xxxx" MTK-nın həm təsisçisi, həm də qanuni təmsilçisi X2 və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 üzərinə qoyulması xahiş edilmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq həmin tələbin əslində 1, 3 və 4-cü tələblərlə eyni olduğunu bildirmişdir. Məhkəmə iddia tələblərinin üçüncü hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, həmin hissədə iddiaçı ona dəymiş 90000 manat maddi zərərin cavabdehlər X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində inşa olunacaq binanın isifadəsinə verilmiş torpaq sahəsinin 250000 manat dəyərləndirildiyini, həmin torpaq sahəsinin istifadə olunmayacaq hissəsinə çəkilən xərcin (məsrəfin) İddiaçı qaytarmaq şərti ilə Elşən Əliyevə verildiyini, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 44 ünvanında 0,45004 ha torpaq sahəsinin X8 oğlu-Cavabdeh4 adına özəlləşdirildiyini, həmin işə 180000 manat pul vəsaiti xərcləndiyini, qalan 90000 manat pulun X13 tərəfindən ona qaytarılmadığını bildirir. Bununla yanaşı, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi halları (iddiaçı tərəfindən X15ə 250000 manat pulun verildiyini, torpaq sahəsinin sənədləşdirilməsinə 180000 manat pul vəsaiti xərcləndiyini, həmin vəsaitin iddiaçıya məxsus olmasını və sairə) təsdiq edən mötəbər və təkzibedilməz sübutlar Məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələblərinin dördüncü hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, həmin hissədə iddiaçı gəlir faizi olaraq payına düşməli olan 41697 manat məbləğin tam olaraq cavabdehlər "xxxx" MTK və X7 vərəsələri olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh6 müştərək qaydada tutulmaqla ona ödənilməsini xahiş etmiş, bununla əlaqədar olaraq göstərmişdir ki, MTK tərəfindən ******* manat gəlir (mənfəət) əldə edilmişdir, o cümlədən 383437 (4843***-*******) manat nağd qaydada kassaya daxil olmuş; X7 şəxsi imzaları ilə təsdiq olunmuş və "xxxx" MTK-nın həm təsisçısı, həm də qanuni təmsilçisi X3 təqdim etdiyi və X2 da imzası ilə, eləcə də MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə hesabatlarına əsasən-X13 nağd pul şəklində ümumilikdə- 378 807 manat vəsait götürmüş (250 000 manat-torpağın haqqı (həmin məbləğdən 90 000 manat ona qaytarmalıdır), 128807 manat isə gəlir faizi olaraq); X3 nağd pul şəklində gəlir faizi olaraq 50 000 manat və iddiaçıya isə, tərəfindən ödənilmiş ******* (bir milyon) ABŞ dollarının həmin dövrdə manata olan məzənnəsi əsas tutulmaqla 749 441 manat pul qaytarılmış və gəlir faizi olaraq 164412 manat verilmişdir. Beləliklə, inşa olunmuş 1 girişli 16 mərtəbəli binanın yararlı sahələrin satışından əldə olunmuş ******* manat gəlirin (mənfəətin) 50%-i 667050 manat iddiaçının, 30%-i 400231 manat X7 və 20%-i 266820 manat isə X2 payına aid olunmalıdır. Gəlir faizi olaraq iddiaçıya naturada və nağd şəkildə ümumilikdə 625353 (460941 + 164412) manat pay ayrılsa da, payına düşməli olan məbləğ əsassız olaraq 41697 (667050-625353) manat azaldılmışdır. Belə ki, Mülki Məcəllənin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2-ci maddəsinə əsasən kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. 111.3.4-cü maddəsinə əsasən kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. İddiaçı cavabdeh "xxxx" MTK-nın fəaliyyəti nəticəsində əldə edilmiş gəlirdən payına düşməli olan 41697 manat pulun tutulması tələbini irəli sürsə də, Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh "xxxx" MTK istehlak kooperativi olmaqla, əsas məqsədi binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsindən ibarətdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun payına düşməli olan məbləğ MTK-nın qanuni təmsilçisi və möhürü ilə təsdiq edilmiş hesabatda öz əksini tapmışdır. Lakin məhkəmə qeyd edir ki, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələdir, məhkəmə araşdırması zamanı isə cavabdeh "xxxx" MTK-nın fəaliyyəti nəticəsində əldə edilmiş gəlirdən iddiaçının payına düşməli olan 41697 manat pulun ödənilməsi ilə bağlı MTK üzvlərinin ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilməsi halı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin tələbini də əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi; həmin mənzillərin, yəni xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 43 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 55 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 61 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 67 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 85 saylı və xx.xx.2020ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 1 saylı mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, materiallardan görünür ki, qarşılıqlı iddia ərizəsi iki hissədən ibarətdir:

1. Cavabdeh "xxxx" MTK ilə Arzum Əliyev arasında 1, 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi;

2. Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı ünvanda cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş bina tikintisi nəticəsində Cavabdeh4 məxsus torpaq sahəsinin 0,20 ha istifadə olunduğundan torpağın dəyəri olaraq 500000 manat pulun cavabdehlərdən qarşılıqlı iddiaçı Cavabdeh4 xeyrinə tutulması. Məhkəmə qarşılıqlı iddia ərizəsinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Qarşılıqlı iddia ərizəsində cavabdeh "xxxx" MTK ilə Arzum Əliyev arasında 1, 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi xahiş edilmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçılar hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, qarşılıqlı iddiaçılar mübahisələndirdikləri alqı-satqı müqavilələrinin tərəfi deyil, müqavilələr üçüncü şəxs kimi onların xeyrinə bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Bununla yanaşı, məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ərizəsində mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçılar həmin müqavilələrin keçmiş tarixə imzalandığını, müqavilələrin nömrəsi olmadığını, yalnız tarixin qeyd edildiyini göstərmişlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məhkəmə qeyd edir ki, müqavilədə onun nömrəsinin qeyd edilməməsi müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Bundan əlavə, qarşılıqlı iddiaçılar müqavilənin sonradan, Elşən Əliyev vəfat etdikdən sonra İddiaçı və Mirismayıl Əliyev tərəfindən saxta yolla tərtib edildiyini göstərsələr də, bu halı təsdiq edən hər hansı bir sübutu Məhkəməyə təqdim etməmişlər. Məhkəmə qarşılıqlı iddia ərizəsinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı və "xxxx" MTK arasında olan razılığa əsasən qarşılıqlı iddiaçı Cavabdeh4 məxsus torpaq sahəsində yaşayış binası inşa edilməli, istifadə ediləcək torpaq sahəsinin dəyəri Cavabdeh4 ödənilməli idi. Materiallarda olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 5 ünvanında olan torpaq sahəsi Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 345 saylı sərəncamdan görünür ki, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı çıxarış Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində 1 girişli 19 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,45004 ha torpaq sahəsində yaşayış binasının tikintisinə dair verilmiş sərəncamların hazırda da qüvvədə olduğu müəyyən edilmiş, həmin sərəncamlar qarşılıqlı iddiaçılar tərəfindən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Belə olan halda tərəflər arasında (torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh4lə cavabdehlər arasında) qarşılıqlı iddiaçıların qeyd etdiyi kimi torpaq sahəsinin istifadəyə verilməsinə dair müqavilə bağlandığını, cavabdehlərin buna dair iradə ifadəsinin olmasını sübut etmə yükü qarşılıqlı iddiaçıların üzərinə düşür. Qarşılıqlı iddiaçılar tərəflər arasında torpaq sahəsinin əvəzli istifadəyə verilməsinə dair müqavilə bağlandığını sübut edə bilməmişlər. Halbuki mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin bağlandığının müəyyənləşdirilməsi üçün ən azı oferta və akseptin mövcudluğu sübut edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Nəticə: Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, ilk iddia qismən, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi 44 saylı 1 girişli 19 mərtəbəli yaşayış binasında, 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və MTK-nın üzvlərinin ümumi iclasının qərarlarının etibarsız hesab edilməsi; həmin mənzillərin, yəni xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 43 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 55 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 61 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 67 saylı; xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 85 saylı və xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan 1 saylı mənzillərin dövlət reyestrində aparılmış qeydiyyat nömrələrinin və verilmiş çıxarışların ləğv olunması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. ünvan 2 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərlə bağlı "xxxx" MTK ilə X13 arasında bağlanmış alqı-satqı müqavilələri, maliyyə arayışları və "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının qərarları etibarsız hesab edilsin. ünvan 2 1 girişli 19 mərtəbəli yaşayış binasında 6 ədəd, hər birinin sahəsi 118,19 kv.m., ümumi sahəsi 709,14 kv.m. olan - 1; 43; 55; 61; 67 və 85 saylı mənzillərin dövlət reyestrində X7 adına aparılmış qeydiyyat nömrələri və verilmiş çıxarışlar ləğv edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçılar Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pul” tələbi barədə qarşılıqlı iddiaları təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar