Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3370/2022 22.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 1,797.85 manat borcun, 1,981.02 manat cərimənin, 160 manat vəkil xərcinin, cəmi 3.938,87 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 1,797.85 manat borcun, 1,981.02 manat cərimənin, 160 manat vəkil xərcinin, cəmi 3.938,87 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı məhkəməyə ərizəylə müraciət edərək, iddia ərizəsinin MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3370/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3370/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver