Məhkəmə qərarları › İş №e-2-2(113)-3370/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3370/2023

16.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3370/2023 16.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Müəssisəsinin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 35.121,69 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2.107,2 manat, İşsizlikdən sığorta fonduna olan 84,78 manat, İcbari Tibbi Sığorta Fonduna olan 337,78 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx.xx.1961-ci il, doğulduğu yer – Cəbrayıl rayonu, Nüzgar kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA4690537) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Müəssisəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1.118,4 manat, İcbari Tibbi Sığorta Fonduna 179,87 manat, İşsizlikdən sığorta fonduna 45,23 manat, "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0 manat, dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən,) "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 988,8 manat, dövlət büdcəsinə 35.121,69 manat məbləğində (o cümlədən, vergilər üzrə 13.675,59 manat, faizlər üzrə 21.146,1 manat, maliyyə sanksiyası üzrə 300 manat), İcbari Tibbi Sığorta Fonduna 157,91 manat, İşsizlikdən sığorta fonduna 39,55 manat olmaqla, ümumilikdə 37.651,45 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********086000 nömrəli, xx.xx.2022-ci il tarixli **********087700 nömrəli, xx.xx.2022-ci il tarixli **********088400 nömrəli, xx.xx.2020ci il tarixli **********240000 nömrəli, xx.xx.2022-ci il tarixli **********773200 nömrəli, xx.xx.2022-ci il tarixli **********722500 nömrəli, xx.xx.2022-ci il tarixli **********583400 nömrəli, xx.xx.2022-ci il tarixli **********615800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında "xxxx" Müəssisəsinin borcundan xeyli miqdarda ödəniş etdiyini, bundan sonra ödəniş etməyə davam edəcəyini, “Məşəl” firması üzrə vergi borcunun isə səhv hesablandığını, bununla bağlı məhkəməyə də müraciət edildiyini əsas göstərərək ərizənin rədd edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" Müəssisəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" Müəssisəsinin Dövlət Sosial Müdafiə Fonduna olan borcu 1.277,96 manat, İşsizlikdən sığorta fonduna olan borcu 52,45 manat, İcbari Tibbi Sığorta Fonduna olan 207,03 manat təşkil edir. "xxxx" MMC-nin (VÖEN: **********)şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin İşsizlikdən sığorta fonduna olan borcu 0 manat və dövlət büdcəsinə olan borcu 0 manat təşkil edir. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcu 46.135,99 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 2.183,94 manat, İşsizlikdən sığorta fonduna olan borcu 87,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan 349,78 manat təşkil edir. Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" Müəssisəsi, "xxxx" MMC və "xxxx" MMC-yə göndərilən xx.xx.2022-ci il tarixli **********086000 nömrəli, xx.xx.2022-ci il tarixli **********087700 nömrəli, xx.xx.2022-ci il tarixli **********088400 nömrəli, xx.xx.2020-ci il tarixli **********240000 nömrəli, xx.xx.2022-ci il tarixli **********773200 nömrəli, xx.xx.2022ci il tarixli **********722500 nömrəli, xx.xx.2022-ci il tarixli **********583400 nömrəli, xx.xx.2022-ci il tarixli **********615800 nömrəli bildirişlərin surətindən görünür ki, "xxxx" Müəssisəsi, "xxxx" MMC və "xxxx" MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "xxxx" Müəssisəsi, "xxxx" MMC və "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Müəssisəsi, "xxxx" MMC vergi öhdəlikləri, eləcə də məcburi sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maraqlı şəxsin "xxxx" Müəssisəsinin borcundan qismən ödəniş etməsi barədə maraqlı şəxsin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, maraqlı şəxs "xxxx" Müəssisəsinin borcundan ödənişlər edilməsini (işsizlikdən sığorta haqları üzrə 55 manat, dövlət sosial sığorta haqları üzrə 1280 manat, icbari tibbi sığorta haqları üzrə 64 manat məbləğində ödənişləri) təsdiq edən sənədləri təqdim etsə də, həmin hüquqi şəxsin icbari tibbi sığorta haqları üzrə 143 manat məbləğində borcu, eləcə də "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 988,8 manat, dövlət büdcəsinə 35.121,69 manat , İcbari Tibbi Sığorta Fonduna 157,91 manat, İşsizlikdən sığorta fonduna 39,55 manat məbləğində borcu ödənilməmiş qalmışdır. "xxxx" MMC-nin vergi borcunun əsassız hesablanması barədə maraqlı şəxsin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən hesablanmış borcun əsaslılığı hazırkı məhkəmə mübahisəsinin predmeti deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, "xxxx" Müəssisəsinin, "xxxx" MMC-nin icra orqanının rəhbəri – xx.xx.1961-ci il tarixdə Cəbrayıl rayonu, Nüzgar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna olan borcun ödənilməsini təmin etmək üçün "xxxx" Müəssisəsinin, "xxxx" MMC-nin icra orqanının rəhbəri – xx.xx.1961-ci il tarixdə Cəbrayıl rayonu, Nüzgar kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar