Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3375/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbi, iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair birləşdirilmiş işlər (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi, iddiaçı Cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair birləşdirilmiş işlər üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 04 iyul 2024-cü il tarixli, 4/7/24 saylı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən iddiaçı “X10 Məhsulları” MMC-dən aldığı diri danaların - malların dəyəri olan 125526,50 manat (yüz iyirmi beş min beş yüz iyirmi altı manat əlli qəpik) məbləğində pul vəsaiti və 416 (dörd yüz on altı) manat məhkəmə rüsumunun “X10 Məhsulları” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X10 Məhsulları” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2024-cü il tarixli, 4/7/24 saylı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən satıcı “X10 Məhsulları” MMC, alıcı El-Fermer” MMC-yə 1 (bir) kq-ə 5,50 manat (beş manat əlli qəpik) hesablanmaqla diri dana satmağı, alıcı isə müqavilənin 3.1-ci maddəsinə əsasən malın dəyərinin 100% miqdarı öncədən avans qaydasında ödənəcək şərti qoyulsa da, QRP-nin 3-cü maddəsinə əsasən alıcı malın satışına dair elektron qaimə alındıqdan sonra 10 (on) gün içində aldığı malın dəyərini ödəyəcəyi şərtini bildirmişdir. Satıcı “X10 Məhsulları” MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəliklərə əməl edərək, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qapı çıxış sənədinə əsasən Cavabdeh MMC-nin nümayəndəsi Ö.Məmmədov “X10 Məhsulları” MMC-dən 1) **-CR-*** nömrəli nəqliyyat vasitəsi ilə daşınmaqla - 22 baş; 2) **-BT-*** nömrəli nəqliyyat vasitəsi ilə daşınmaqla - 23 baş; 3) **-BL-*** nömrəli nəqliyyat vasitəsi ilə daşınmaqla - 22 baş 4) **-EY-*** nömrəli nəqliyyat vasitəsi ilə daşınmaqla - 20 baş olmaqla, cəmi: 87 baş, yəni 22823 kq (iyirmi iki min səkkiz yüz iyirmi üç) çəkidə diri dana almaqla, toplam 125526,50 manat (yüz iyirmi beş min beş yüz iyirmi altı manat əlli qəpik) dəyərində malı - diri dananı alıcının ünvanına aparmaq üçün çıxarmışdır. Cavabdeh MMC-nin əməkdaşları: baytar və alış üzrə səlahiyyətli nümayəndələri mal alarkən fermanı gəzərək şəxsən özlərinin digər heyvanlar arasından bəyəndikləri və seçdikləri danaları gətirdikləri nəqliyyat vasitəsinə yükləyərək və satıcının tərəzisində çəkdikdən sonra qapı çıxış sənədinə əsasən təhvil alaraq aparmışlar. Bunu fermanın daxilindəki video yazılarla sübut edilə bilər. Lakin alıcı Cavabdeh MMC malı aldıqdan sonra satıcı tərəfindən ona göndərilmiş e-qaimələri təsdiq etməmiş və hər dəfəsində müxtəlif bəhanələr gətirməklə almış olduğu malların dəyəri olan toplam 125526,50 manat (yüz iyirmi beş min beş yüz iyirmi altı manat əlli qəpik) dəyərində borcu bu günədək ödəməmişdir. Alıcı Cavabdeh MMC-nin rəhbərliyinə bununla bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, alıcı şirkətin rəhbərliyi heç bir təsdiqedici sənəd, AQTA-nın və Dövlət Baytarlıq xidmətinin təqdim etmiş olduğu heç bir arayış təqdim etmədən almış olduğu heyvanların bir qisminin guya xəstəlik səbəbi ilə tələf olduğunu bildirmiş, lakin bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən təsdiqləyici sənədləri təqdim etmədən satıcını günahlandıraraq, 125526,50 manat (yüz iyirmi beş min beş yüz iyirmi altı manat əlli qəpik) dəyərində borcu bu günədək ödəməmişdir. Borcun ödənilməsi tələbi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə alıcının elektron vergi sisteminə işlənməklə pretenziya göndərilmiş və alqı-satqı müqaviləsinə dair müqavilə öhdəliyi üzrə alıcı Cavabdeh MMC “X10 Məhsulları” MMC-nin satdığı malların dəyəri olan 125526,50 manat (yüz iyirmi beş min beş yüz iyirmi altı manat əlli qəpik) məbləğində borcun 7 (yeddi) gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh iddiaçının pretenziya məktubuna cavab verməmişdir. Bununla da, Cavabdeh MMC AR Mülki Məcəlləsinin 385.1, 425.1,442 və 443-cü maddələrinin tələblərini pozmuşdur.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 04 iyul 2024-cü il tarixli, 4/7/24 saylı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən satılan malların dəyəri olan 125526,50 manat (yüz iyirmi beş min beş yüz iyirmi altı manat əlli qəpik) məbləğində pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 416 (dörd yüz on altı) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 443.2, 443.3-cü maddələrinə istinad olunmuşdur.
5. Eyni zamanda Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X10 Məhsulları” MMC-dən Cavabdeh MMC-nin xeyrinə 126068,40 manat (yüz iyirmi altı min altmış səkkiz manat əlli qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pulun tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “X10 Məhsulları” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 36 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh MMC bu müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan kənd təsərrüfatı məhsullarını bəsləməli dana və iri buynuzlu dana əti və quzu əti və bəsləməli XBH alıcı “X10 Məhsulları” MMC-yə satmağı, alıcı “X10 Məhsulları” MMC isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə hesablaşma malın sifariş verilmiş partiyasının dəyərinin alıcı tərəfindən malın satışına dair elektron qaimə alındıqdan sonra 10 gün ərzində satıcının hesabına 100% ödəməklə nağdsız qaydada köçürmə yolu ilə aparılır. Müqavilənin 3.2-ci maddəsinə əsasən malın adı, miqdarı, çeşidi və qiyməti satıcı tərəfindən alıcıya təqdim ediləcək sənədlərdə göstərilir. Cavabdeh MMC tərəfindən 16 iyul 2024-cü il tarixli, MT2407 seriyalı, 117554 nömrəli elektron qaimə ilə miqdarı 4096,5 kq, ümumi məbləği (qiyməti) 52025,55 manat təşkil edən dana ətini və miqdarı 1280 kq, ümumi məbləği (qiyməti) 217600 manat təşkil edən quzu ətini, 17 iyul 2024-cü il tarixli, MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimə ilə miqdarı 5205,5 kq, ümumi məbləği (qiyməti) 66109,85 manat təşkil edən dana ətini və miqdarı 315,5 kq, ümumi məbləği (qiyməti) 5363,50 manat təşkil edən quzu ətini alıcı “X10 Məhsulları” MMC-nin satış mağazasına təhvil verilmişdir. 16 iyul 2024-cü il tarixli, MT2407 seriyalı, 11057554 nömrəli elektron qaimə ilə təhvil verilmiş dana ətinin, 17 iyul 2024-cü il tarixli, MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimə ilə dana ətinin və quzu ətinin dəyəri bu günədək məlum olmayan səbəblərdən ödənilməmişdir. 17 iyul 2024cü il tarixli, MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimə ilə təhvil verilmiş dəyəri 66109,85 manat təşkil edən dana ətinin qiymətindən 14 avqust 2024-cü il tarixində 19190,50 manat ödənilmiş, həmin hesabdan bu günə 46919,35 manat ödənilməmiş qalmışdır. Hazırda cavabdeh “X10 Məhsulları” MMC-nin 126068,40 manat məbləğində borcu qalmışdır. Bu müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə və görüşmələrə baxmayaraq, cavabdeh “X10 Məhsulları” MMC-nin rəhbərliyi yaranmış borcu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırır. Cavabdeh “X10 Məhsulları” MMC ilə həmin məbləğdə borcun qalması haqqında üzləşmə aktı bağlanmış və cavabdeh borcunu etiraf etmişdir. Cavabdeh “X10 Məhsulları” MMC-yə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, müqavilə üzrə borcunu birtərəfli qaydada ödəməkdən imtina etdiyi üçün mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh “X10 Məhsulları” MMC müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirməkdən boyun qaçırır, bu hərəkətləri ilə ziyan vurur, cavabdehin bu hərəkətləri qanunsuzdur, ona görə də cavabdehdən satılmış dana və quzu ətinin ödənilməmiş dəyərinin məcburi qaydada tutulması barədə qətnamə çıxarılması xahiş olunur.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.9, 13, 14.1, 14.2.1, 385.1, 386.1, 389.1, 442, 560.1, 560.2, 567-ci maddələrinə istinad olunmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-3788/2025 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “X10 Məhsulları” MMC-yə qarşı pul tələbinə dair işin onunla əlaqəli olan iddiaçı “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
9. Cavabdeh MMC tərəfindən iddiaçı “X10 Məhsulları” MMC-nin iddiasına qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, həqiqətən də “X10 Məhsulları” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4/7/24 saylı alqısatqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixində “X10 Məhsulları” MMC-nin Biləsuvar rayonunda yerləşən mal-qara kökəltmə məntəqəsindən ümumi çəkisi 22823 kq, dəyəri 125526,50 manat olan 87 baş diri dana alınmış, danaların 22 başı **-CR-*** dövlət qeydiyyatlı avtomaşına, 23 başı ** BT *** dövlət qeydiyyatlı avtomaşına, 22 başı **-BL-*** dövlət qeydiyyatlı avtomaşına, 20 başı **-EY-*** dövlət qeydiyyatlı avtomaşına yüklənərək, Cavabdeh MMC-nin anbarına gətirilmişdir. Satıcı alqı-satqı müqaviləsinə uyğun gələn keyfiyyətli məhsul verməyə borclu olduğu halda, satılmış danaların qüsurlarının (xəstəliklərinin) yoxlanılması və qüsurların olmaması barədə sübutlar təqdim etməmişdir. Yeyinti məhsulları əldə etmək üçün alınan danalar satılarkən “pasteurella multocida” xəstəliyinə doğuşdan tutulmuşlar. Satılmış danaların başlıca qüsurları danalar satılanadək mövcud olduğu üçün heç bir məsuliyyət daşımırlar. Başlıca qüsurları olan danaların satıcısı olan iddiaçı bu qüsurlar qarantiya müddətləri ərzində aşkara çıxdığı üçün məsuliyyət daşıyır. Satılmış diri danaların qüsurlarının verilməzdən əvvəl yaranan səbəblərdən əmələ gəldiyi sübuta yetirildiyi üçün həmin başlıca qüsurlar üçün satıcı cavabdehlik daşıyır. İddiaçı tərəfindən satılmış diri danaların ətinin yeyinti məhsulları əldə etmək üçün keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğu üçün alqı-satqı müqaviləsinin icrasından imtina edilmişdir. İddiaçı hüquqdan yalnız ziyan vurmaq məqsədi ilə istifadə edir. Öhdəliyin icrasından birtərəfli qaydada imtina ediməmişdir. Satılmış keyfiyyətsiz mal üçün əvəz ödəməyə borclu deyillər. İddiaçının satdığı qüsurlu danaların satılarkən qazanılmış xəstəlik səbəbindən tələf olmaları nəticəsində ziyan dəymişdir (baytarlıq xidmətinə pul ödənilmişdir, xəstə malların leşini çalalar qazaraq basdırmışıq və s.). Qeyd edilənlərə əsasən “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
10. “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-nin etiraz ərizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin iddia ərizəsi üzrə tələblərin rədd edilməsinə dair etirazının əsasında aşağıdakı əsas dəlil dayanmışdır: İddiaçının satdığı heyvanların hamısında “pasteurella multocida” infeksiyası aşkar edilmişdir. Bu fakt AQTA tərəfindən tərtib edilmiş sınaq protokolu ilə öz təsdiqini tapır. Bu da onu göstərir ki, danalar doğuşdan xəstə olmuşlar və iddiaçı tərəfindən cavabdehə qəsdən bilə-bilə qüsurlu (xəstə) heyvanlar satılmışdır. Buna görə də cavabdehin hüququ var ki, o, alqı-satqı müqaviləsinin icrasından imtina edərək, satılan heyvanların dəyərini ödəməkdən imtina etsin. Buna görə də iddia tam rədd edilməlidir. Cavabdeh yazılı etirazında həmçinin qeyd edir ki, heyvanları seçərək və bəyənərək almamışlar, alqı-satqı vaxtı baytar həkim onlar tərəfindən iştirak etməmişdir. İddiaçının nümayəndələrinin göstərdikləri heyvanları almağa məcbur olmuşlar. İddiaçı alqı-satqı zamanı heyvanların sağlam olması barədə cavabdeh tərəfə müayinə aktı təqdim etməmişdir. Heyvanlar intensiv yemlənilməyə başlanılsa da, 4 (dörd) gündən sonra danalar tələf olmağa başlamışdır. Bu barədə iddiaçıya sms və zənglə məlumat verilsə də, iddiaçının nümayəndələri müayinədə iştirak etməmişlər. Belə ki, iddiaçı tərəfindən cavabdehə satılan heyvanlar normalarla müəyyən edilmiş və razılaşdırılmış keyfiyyətdə, miqdarda və çeşiddə olmuş, heyvanlar cavabdehin nümayəndələri tərəfindən iddiaçının fermasında şəxsən yoxlanılmış, öz sərbəst seçimlərinə əsasən müəyyənləşdirilmiş və özlərinə aid maşınlara yüklənilərək təhvil alınmışdır. Məhkəmənin diqqətinə çatdırılmalıdır ki, həmin tarixdə iddiaçı tərəfindən həmçinin digər alıcıya da həmin fermadan heyvanlar satılmış, satılarkən heyvanlardan nümunələr götürülərək, sınaq analizləri həyata keçirilmişdir. Həmin analizlərin nəticəsinə əsasən heyvanların başlıca qüsurlardan azad, lazımi keyfiyyətli heyvanlar olduğu görünür. Əgər iddiaçıya məxsus fermada yetişdirilən heyvanlarda hər hansı ölümə səbəb olacaq xəstəlik mövcud olmuşdursa, həmin nəticələrdə bu görünə bilərdi. Cavabdehin qeyd etdiyi “iddiaçının nümayəndələrinin göstərdikləri heyvanları almağa məcbur olmuşuq” ifadəsi tamamilə yalandır. Əgər belə bir məcburiyyət olmuşdursa, bu məcburiyyət hansı zəruriyyətdən yaranmışdır? Kim - hansı şəxs və ya şəxslər və hansı səbəbə cavabdehin nümayəndələrini 87 baş heyvanı almağa məcbur etmişdir? Bu məcburetmə faktı iş materialları ilə sübut olunurmu? Əlbəttə ki, yox. Belə olduğu təqdirdə iddiaçının cavabdehi heyvan almağa məcbur etməsi sadəcə cəfəngiyyatdır. Cavabdeh daha sonra qeyd edir ki, iddiaçı tərəf onlara müayinə aktı təqdim etməmişdir. Lakin müayinə aktı təqdim edilməsi üçün tərəflər alqı-satqı müqaviləsində heyvanların satıcı tərəfindən sınaq və yoxlamalardan keçirilərək təhvil verilməsi barədə razılığa gəlməli idilər. Lakin tərəflər arasında belə bir razılaşma mövcud olmadığı üçün satıcı tərəfindən, təbii ki, hər hansı sınaq, analiz və yoxlama da olmamış, buna dair bir müayinə aktı vermək öhdəliyi də mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən tərəflər arasında könüllü olaraq razılaşdırılmış və müəyyənləşdirilmiş normalara uyğun keyfiyyətdə heyvanlar cavabdehin nümayəndələri tərəfindən iddiaçının fermasında təhvil alınmışdır. Hazırkı işdə də aydınlaşdırmalıdır ki, iddiaçı tərəfindən cavabdehə satılan heyvanlarda başlıca qüsur (yəni vərəm xəstəliyi) aşkarlanmışdırmı, əgər aşkarlanmışdırsa, bu qarantiya müddəti ərzindəmi aşkarlanmışdır? Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş AQTA-nın xx.xx.2024-cü il tarixli sınaq protokolunun nəticələrinə əsasən müəyyən olunur ki, heyvanlarda vərəm xəstəliyinin törədicisinin DNT-si təyin edilməmişdir. Bu da onu deməyə əsas verir ki, satılan heyvanlarda vərəm xəstəliyi olmamış, qısacası, heyvanlarda satıcının məsuliyyət daşıyacağı başlıca qüsur aşkarlanmamışdır. Belə olduğu təqdirdə cavabdehin etirazı hüquqi cəhətdən qanunsuz və əsassız hesab edilməli və cavabdeh müqavilə öhdəliklərinin icrasına cəlb edilməlidir. Digər bir yandan AQTA-nın sözügedən sınaq protokolunda iddiaçı tərəfindən satılan heyvanlarda “Pasteuralla multocida” adlı bakteriyaların aşkarlandığı qeyd olunur. Cavabdeh əslində bu adda bakteriyaların olmasına istinad edərək, heyvanların tələf olduğunu qeyd edir, buna görə də müqavilə öhdəliklərini icra etməkdən imtina edir. İkincisi, cavabdeh etirazında qeyd edir ki, satılan heyvanlar “pasteuralla multocida” adlı xəstəliyə doğuşdan tutulmuş və bu xəstəlikdən tələf olmuşlar. Halbuki, iş materiallarında iddiaçı tərəfindən satılan heyvanların doğuşdan bu xəstəliyə tutulmaları və bu xəstəlikdən tələf olmalarını təsdiq edən hər hansı sübut mövcud deyildir. AQTA-nın qeyd olunan sınaq protokolunda da “pasteuralla multocida” xəstəliyinin heyvanlara nə vaxtdan bulaşdığı və heyvanların bu səbəbdən tələf olub-olmamasıyla bağlı bir məlumat yoxdur. Əksinə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş yazılı sənədlərlə sübut olunur ki, “pasteuralla multocida” heyvanlarda ağciyər pnevmaniyasına səbəb olan bir bakteriyadır. Bu bakteriya heyvanların düzgün qidalanmaması, stress, düzgün daşınmama və yerdəyişmə, antisanitar şəraitdə saxlama və s. durumlarda ortaya çıxır. Əlamətləri yüksək hərarət, burun axıntısı, nəmli öskürək, tənginəfəs nəfəs alma, bronxlarda xırıldama və s. əlamətlədir (bax: X13 Hastalıkları - Pasteurella). Göründüyü kimi, bu bakteriya heyvanlarda doğuşdan ola bilməz, yalnız sonradan qazanılan bir virusdur və aydındır ki, cavabdeh heyvanları iddiaçıdan təhvil alarkən bu heyvanlarda “pasteuralla multocida” bakteriyaları mövcud olmamışdır. Çünki, həmin bakteriyaların əlamətlərindən görünür ki, bütün əlamətlər zahirən görülə və fərqinə varıla bilən əlamətlərdir. Belə olduqda inandırıcı deyildir ki, cavabdehin nümayəndələri bu cür bakteriyalı heyvanların fərqinə varmamışlar. Aydındır ki, heyvanlar cavabdeh tərəfindən düzgün qaydada daşınmamış, düzgün qidalandırılmamış, təmiz və gigiyenik şəraitdə saxlanılmamış, bu da heyvanların “pasteuralla multocida” virusuna yoluxmasıyla nəticələnmişdir ki, buna görə də iddiaçı hər hansı maddi məsuliyyət daşıya bilməz. Üçüncüsü, Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair Sanitariya Normaları və Qaydaları”nda qida məhsulunun təhlükəsizlik göstəricisi kimi müxtəlif infeksiya, virus və bakteriyaların adı göstərilsə də, “pasteuralla multocida” adlı bakteriyalar bu siyahıda qeyd olunmamışdır. Bu da iddiaçı tərəfindən cavabdehə satılan heyvanların müəyyənləşdirilmiş norma və standartlara uyğun keyfiyyətdə olduğunu deməyə əsas verir. Dördüncüsü, heyvanların “pasteuralla multocida” adlı bakteriyalara yoluxması cavabdehin təqsiri ucbatından olmasa belə, bu heyvanların təsadüfən məhv olması və ya zədələnməsi kimi qiymətləndirilməlidir ki, buna görə də riski və məsuliyyəti tərəflər arasında imzalanmış müqavilənin 8.2-ci bəndinə görə iddiaçı yox, cavabdeh daşıyır. Yekun olaraq, AQTA-nın tərtib etdiyi sınaq protokoluna əsasən heyvanlarda “pasteuralla multocida” adlı bakteriyaların aşkarlanması cavabdehi müqavilə üzrə öhdəliklərini icra etməkdən azad etmir. Əgər satılan heyvanlarda başlıca qüsur və ya digər qüsur mövcud olsa belə, cavabdeh rəsmi bildiriş göndərərək, müqaviləni ləğv etməli və satın aldığı heyvanları iddiaçıya geri təhvil verməli idi. Lakin cavabdeh müqavilənin ləğv edilməsinə dair iddiaçıya rəsmi bildiriş göndərməmiş, heyvanları iddiaçıya geri təhvil verməmiş və məhkəməyə təqdim edilən video-görüntülərdən də göründüyü kimi, təhvil aldığı heyvanların demək olar ki, hamısını kəsmişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, AR Mülki Məcəlləsinin 29cu fəslinin 2-ci paraqrafının müddəalarına əsasən heyvanların, quşların və balıqların alqısatqısına dair müqavilələrdə əgər heyvan, quş və ya balıqda başlıca qüsur aşkarlanarsa, alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər. Lakin alıcı olan cavabdeh bugünə qədər – hətta məhkəmənin davam etdiyi müddət ərzində də müqavilənin ləğv edilməsini tələb etməmişdir. Əgər müqavilə alıcı tərəfindən ləğv edilməmişdirsə, o necə müqavilə öhdəliklərinin icrasından azad edilə bilər?! Müqavilə ləğv edilməyibsə, öhdəliklər də tam olaraq icra olunmalıdır. Bundan başqa, məhkəmə nəzərə almalıdır ki, əgər heyvan, quş və ya balıqda başlıca qüsur aşkarlanarsa və alıcı müqavilənin ləğv edilməsini tələb edirsə, aldığı heyvanları satıcıya geri qaytarmalıdır. Lakin hazırkı vəziyyətdə də alıcı cavabdeh heyvanların geri qaytarılması ilə bağlı iddiaçıya hər hansı bir bildiriş göndərməmiş, heyvanları iddiaçıya geri qaytarmamış, əksinə heyvanları video-görüntülərdən də göründüyü kimi, nümayəndələri vasitəsilə kəsmişdir. AR Mülki Məcəlləsinin 612.1.1-ci maddəsinə görə heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Hesab edilir ki, bu hissədə qanunvericiliyin də tələbi dəqiq və birmənalıdır.
11. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş mülahizə ilə qeyd edilmişdir ki, Cavabdeh MMC ilə “X10 Məhsulları” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 36 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh MMC bu müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan kənd təsərrüfatı məhsullarını bəsləməli dana və iri buynuzlu dana əti və quzu əti və bəsləməli XBH (bundan sonra “Mal”) alıcı “X10 Məhsulları” MMC-yə satmağı, alıcı “X10 Məhsulları” MMC isə həmin şərtlər daxilində malı qəbul edib, dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda “X10 Məhsulları” MMC-nin 126068,40 manat məbləğində borcu qalmışdır. Bu müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə və görüşmələrə baxmayaraq, cavabdeh tərəfindən yaranmış borc birtərəfli qaydada ödəməkdən imtina edilir. Tələb qanuni və əsaslıdır. Cavabdeh MMC ilə “X10 Məhsulları” MMC arasında bağlanmış müqavilənin tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin müqavilənin etibarsızlığı mübahisələndirilməmişdir. Tərəflər arasında mülki hüquqlar və vəzifələr həmin müqavilədən əmələ gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 18 saylı Qərarı ilə təsdiqlənmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü maddəsinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Həmin Qaydaların 7.7-ci bəndinə əsasən pul vəsaitlərinin, material qiymətlilərinin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin uçot sənədləri əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşdirmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surəti ilə təmin etmək mühasibat uçotu subyektində bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür. Cavabdeh MMC ilə “X10 Məhsulları” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 36 saylı alqı-satqı müqaviləsinin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə hesablaşma, malın sifariş verilmiş partiyasının dəyərinin alıcı tərəfindən malın satışına dair elektron qaimə alındıqdan sonra 10 gün ərzində satıcının hesabına 100% ödəməklə nağdsız qaydada köçürmə yolu ilə aparılır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən malın adı, miqdarı, çeşidi və qiyməti satıcı tərəfindən alıcıya təqdim ediləcək sənədlərdə göstərilir. Cavabdeh MMC tərəfindən 16 iyul 2024-cü il tarixində MT2407 seriyalı, 11057554 nömrəli elektron qaimə ilə miqdarı 4096,5 kq, ümumi məbləği (qiyməti) 52025,55 manat təşkil edən dana əti və miqdarı 1280 kq, ümumi məbləği (qiyməti) 217600 manat təşkil edən quzu əti, 17 iyul 2024-cü il tarixində MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimə ilə miqdarı 5205,5 kq, ümumi məbləği (qiyməti) 66109,85 manat təşkil edən dana əti və miqdarı 315,5 kq, ümumi məbləği (qiyməti) 5363,50 manat təşkil edən quzu əti alıcı “X10 Məhsulları” MMC-nin satış mağazasına təhvil verilmişdir. 16 iyul 2024-cü il tarixində MT2407 seriyalı, 11057554 nömrəli elektron qaimə ilə təhvil verilmiş dana ətinin, 17 iyul 2024-cü il tarixində MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimə ilə dana ətinin və quzu ətinin dəyəri bu günədək məlum olmayan səbəblərdən ödənilməmişdir. 17 iyul 2024-cü il tarixində MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimə ilə təhvil verilmiş dəyəri 66109,85 manat təşkil edən dana ətinin qiymətindən 14 avqust 2024-cü il tarixində 19190,50 manat ödənilmiş, həmin hesabdan bu günə 46919,35 manat ödənilməmiş qalmışdır. Əlavə edilən dəlillər qanunvericiliyin tələblərinə uyğundur, özündə obyektiv həqiqəti əks etdirir. Cavabdeh MMC ilə “X10 Məhsulları” MMC-nin arasındakı münasibətlər ciddi hesabat sənədlərində əks olunmuş məlumatlarla təsdiq olunur. İlkin iddiaçının nümayəndəsi elektron qaiməfakturaları, bank köçürmələrini nəzərə almadan rəy bildirmişdir. Şərh edilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsi, onların iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
Tədqiq olunan sübutlar:
12. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsi və etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, İddiaçı MMC-nin iddia tələbinin təmin, Cavabdeh MMC-nin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ola bilər ki, heyvanlar xəstələnsin, buna etiraz yoxdur. Heyvanlar xəstələnəndən sonra qarşı tərəf nə malları geri qaytarıb, nə də məlumat veribdir. Heyvanlar alınandan sonra 45 gün sonra xəstəlik aşkarlanıbdır. Bu müddətdən sonra hər hansı xəstəliyin olmasına cavabdeh deyillər. Videogörüntüdən görünür ki, heyvanlar basdırılmayıbdır. Həmin heyvanlar kəsilib və satılıbdır. Bütün ət məhsullarının üzərində qida təhlükəsizliyinin möhürü olmasa, həmin məhsullar satışa çıxarılmır. Malların qəbul edilməsi barədə sənədlər əlavə edilmişdir. Yalnız 14 gün ərzində vərəm xəstəliyi aşkarlansa idi, onda məsuliyyət daşınacaqdı. Ola bilər ki, mallar xəstələnsin, lakin “X10 Məhsulları” MMC buna cavabdeh deyildır və hesab edilir ki, qarşı tərəf özü cavabdehdir. 45 gün müddət keçiməsinə baxmayaraq, hər hansı məlumat verilməyibdir. Qanuna əsasən 14 gün müddətinə mallarla bağlı məlumat verilməli idi. Bütün şəhadətnamələr təqdim edilmişdir. Şahidin verdiyi ifadə şahid kimi yox, daha çox həkim kimi ifadə verməsi xarakteri daşıyır. Şahid heç həmin yerlərdə olmayıbdır. Videogörüntüdən görünür ki, şahid heç həmin yerdə olmayıbdır. Müqavilə olub, mallar təhvil verilib və qarşı tərəf qəbul edibdir. Malların daşınması və s. kimi səbəblərdən heyvanlar xəstələnə bilər, lakin bu şirkətin təqsirindən asılı deyildir. Cavabdeh MMC-nin iddia tələbinə münasibətdə bildirilir ki, 71473,35 manat məbləğ dəyərində olan qaimə ümumiyyətlə qəbul edilmir. Həmin qaimə üzrə mal qəbul edilməmişdir. 73785,55 manat məbləğ olan qaimə üzrə qəbul edilən malların dəyəri ödənilmişdir. 19190 məbləğlə bağlı təhvil-təslim sənədi yoxdur. Bu məbləğdə mal verilib və dəyəri ödənilibdir. Tərəflər mütəmadi olaraq mal alqı-satqısı ilə məşğul olurlar. Mübahisəsiz hallarla bağlı təhvil-təslim sənədi yoxdur. Ola bilər ki, 19190 məbləğlə bağlı təhvil-təslim sənədi mövcuddur. Şirkət təhvil sənədləri olmadan mal götürmür. Bir qaimə üzrə ümumiyyətlə mallar verilməyibdir. Qaimə-fakturalar verilməyibdir. Hesab edilir ki, 19190 manatlıq mal alınmışdır və dəyəri ödənilmişdir.
13. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsi və etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, Cavabdeh MMC-nin iddia tələbinin təmin, “X10 Məhsulları” MMC-nin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 73785,55 manat məbləğ bir qaimə, 71473,35 manat məbləğ digər qaimə üzrədir. 19190 manat məbləğ ümumi ödəniş olubdur. 71473,35 manat məbləğ dəyərində olan qaimə üzrə dana əti verilibdir. Bu məbləğlə bağlı elektron qaimə mövcuddur. 73785,55 manat məbləğ ola qaimə üzrə qaimə-faktura mövcuddur və bu qaimədən 19190 məbləğ ümumi ödəniş olubdur. 73785,55 manat məbləğ olan qaimə üzrə həm dana əti, həm quzu əti verilibdir. Təhvil-təslim sənədləri yoxdur. Qarşı tərəfə təqdim edilmiş, lakin qarşı tərəf qəbul etməyibdir. Qaimələr mövcuddur, mallar verilibdir, lakin dəyəri ödənilməyibdir. Qarşı tərəfin mülahizəsi ilə razı deyillər. Malları satanda elektron qaimə verilir və pul köçürülür. Qarşı tərəf şahidin heyvanlar xəstələnən zaman orda olmadığını bildirir, lakin videogörüntüdən görünür ki, həmin yerdə dərman vasitələri var və heyvanların ağzından köpük gəldiyi görünür. Hər hansı müayinə aktı təqdim olunmayıbdır. Malların xəstələnməsi ilə bağlı qarşı tərəfə məlumat verilmişdir. Qida təhlükəsizliyi orqanından nümunələr gec götürülməyibdir, rəy gec verilibdir. Qarşı tərəfin iddiasının rədd edilməsini xahiş edilir.
14. Şahid qismində dindirilən X8 məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, hal-hazırda baytarlıq preparatları idxal edən şirkətdə işləyir və əvvəllər baytar işləmişdir. Təsdiq edir ki, El-Fermer" Məhdud Məsuliyyətli Cəmiyyətinə heyvanların xəstəliyi ilə əlaqədar dəvət edilmiş, müəyyən olunmuşdur ki, heyvanlarda xəstəlik var. “Pasteurella multocida”nın müalicəsi mümkündür, lakin eyni zamanda digər viruslar da dövriyyəyə girə bilir. Digər viruslar da dövriyyəyə girdiyi üçün müalicə daha da çətinləşir. Heyvanlar müainəyə götürüldü, lakin peraparatlar təsir göstərmədi və heyvanlar öldü. Heyvanların yarılması zamanı ağciyərlərdə xəstəliklər, qabırğaya yaxın hissələrdə irinləmər və digər oynaq xəstəlikləri aşkar olundu. Yarılmada iştirak etmişdir. Ölümlə həyat arasındakı proses zamanı heyvanlar yararlı ola bilər, digər hallarda yararlı deyildir. Cavabdehndə hansı tarixdə olmağını dəqiq xatırlamır, bu, təxminən yaz ayları olardı. Şirkətdən Mübariz müəllim zəng vurmuşdu. Heyvanlara baxış keçirildi və heyvanlarda nəfəs darlığı var idi. Mübariz müəllim dedi ki, heyvanlar xəstədir və baxmaq lazımdır. Ağır vəziyyətlərdə də Mübariz müəllim zəng vurmuşdu. Zəng vurulandan sonra getmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə yoxdur və xidmət göstərmək üçün getmişdir. Deyildi ki, heyvanlar təxmini 15-20 gün olar ki, gətirilibdir. İlkin olaraq ilkin səs dinləyicilər ilə baxış keçirildi və müayinə edildi. Heyvanların burnundan irinli axıntılar var idi. Xəstəliyə uyğun olaraq dərmanlar yazıldı. Heyvanların burnunun axıntısından “pasteurella multocida” xəstəliyini görmək olur. “Pasteurella multocida” xəstəliyi yayılan xəstəlikdir. Müalicə 5 gün davam etdi. Qərara alındı ki, heyvanların bu vəziyyətdə olmasından kəsilməsi daha yaxşıdır. Orda olduğum müddətdə malları satan şirkətin nümayəndələrini görməmişdir. Nümunələrin götürülməsini görmüş, lakin tarixləri dəqiq bilmir. Birinci dəfə təxmini yaz qabağı getmişdir, qış artıq keçmişdi, yay deyildi.
15. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı “X10 Məhsulları” MMC ilə satıcı qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 36 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan kənd təsərrüfatı məhsullarını bəsləməli dana və iri buynuzlu dana əti və quzu əti və bəsləməli XBH” alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürür; 2.2.1-ci bəndinə əsasən alıcı müqavilənin 2.1.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malı qəbul edib dəyərini müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməlidir; 3.1-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma malın sifariş verilmiş partiyasının dəyərinin alıcı tərəfindən malın satışına dair elektron qaimə alındıqdan sonra 10 gün ərzində satıcının hesabına 100% ödəməklə nağdsız qaydada köçürmə yolu ilə aparılır; 6.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. xx.xx.2024-cü il tarixli, 36 nömrəli müqaviləsinə 01 nömrəli əlavə olan qiymət razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, dana dirinin vahidinin çəkisi 7 manat təşkil edir. Qeyd edilmişdir ki, bu protokol hər iki tərəfin qarşılıqlı hesablaşmaları üçün əsas sayılır.
17. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, N-4/7/24 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan bəsləməli diri dana və bəsləməli dana əti məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyəini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən alıcı müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malı qəbul edib dəyərini müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməlidir; 3.1-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma, malın sifariş verilmiş partiyasının dəyərinin alıcı tərəfindən avans qaydasında satıcının hesabına 100% öncədən ödənməklə nağdsız qaydada köçürmə yolu ilə aparılır; 4.1-ci bəndinə əsasən malın alıcıya çatdırılması tərəflərin razılığı ilə alıcı tərəfindən həyata keçirilir və malın satıcının anbarında təhvil verilməklə həyata keçirilir; 6.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. xx.xx.2023-cü il tarixli, 4/7/24 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixli, 01 saylı qiymət razılaşma protokolunun 2-ci bəndinə əsasən diri dananın 1 kq 5,50 manat təşkil edir. Həmin protokolun 3-cü bəndinə əsasən alıcı təhvil aldığı malların dəyəri malın satıldığına dair elektron qaiməni aldıqdan sonra ən gec 10 iş günü ərzində satıcının bank hesabına ödəyir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
19. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11205144 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 125526,5 manat təşkil edir. Qaimənin əsası kimi 87 baş erkək dana satışı qeyd edilmişdir.
20. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11057554 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X10 Məhsulları” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 73785,55 manat təşkil edir.
21. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən “X10 Məhsulları” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 71473,35 manat təşkil edir.
22. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11057554 nömrəli elektron qaimə üzrə 4096,5 kq, ümumi məbləği 52025,55 manat təşkil edən dana əti və miqdarı 1280 kq, ümumi məbləği 21760 manat təşkil edən quzu əti Cavabdeh MMC tərəfindən “X10 Məhsulları” MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimə üzrə 5205,5 kq, ümumi məbləği 66109,85 manat təşkil edən dana əti və miqdarı 315,5 kq, ümumi məbləği 5363,5 manat təşkil edən quzu əti Cavabdeh MMC tərəfindən “X10 Məhsulları” MMC-yə təhvil verilmişdir. Həmin qaimələrin cəmi məbləği 145258,9 manat edir. Həmin qaimələr üzrə “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə 19190,5 manat ödənilmiş, 126068,4 manat isə ödənilməmişdir.
23. Azərbaycan Respublikasının Qida X2-X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-19010797/2N-05240023 nömrəli baytarlıq şəhadətnaməsinin məzmunundan müəyyən olunur ki, şəhadətnamədə qeyd edilən heyvanlarda yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan aşkar olunmamış və “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmışdır. Şəhadətnamənin Azərbaycan Respublikası X3 müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan diri heyvan və quşlara yalnız ölkə ərazisində daşınması üçün verildiyi qeyd edilmişdir.
24. Azərbaycan Respublikasının Qida X2-X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-19010797/2N-05240024 nömrəli baytarlıq şəhadətnaməsinin məzmunundan müəyyən olunur ki, şəhadətnamədə qeyd edilən heyvanlarda yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan aşkar olunmamış və “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmışdır. Şəhadətnamənin Azərbaycan Respublikası X3 müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan diri heyvan və quşlara yalnız ölkə ərazisində daşınması üçün verildiyi qeyd edilmişdir.
25. Azərbaycan Respublikasının Qida X2-X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-19010797/2N-05240025 nömrəli baytarlıq şəhadətnaməsinin məzmunundan müəyyən olunur ki, şəhadətnamədə qeyd edilən heyvanlarda yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan aşkar olunmamış və “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmışdır. Şəhadətnamənin Azərbaycan Respublikası X3 müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan diri heyvan və quşlara yalnız ölkə ərazisində daşınması üçün verildiyi qeyd edilmişdir.
26. Azərbaycan Respublikasının Qida X2-X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-19010797/2N-05240027 nömrəli baytarlıq şəhadətnaməsinin məzmunundan müəyyən olunur ki, şəhadətnamədə qeyd edilən heyvanlarda yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan aşkar olunmamış və “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmışdır. Şəhadətnamənin Azərbaycan Respublikası X3 müfəttişləri tərəfindən dövlət baytarlıq nəzarətində olan diri heyvan və quşlara yalnız ölkə ərazisində daşınması üçün verildiyi qeyd edilmişdir.
27. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Aqrokompleksinin Laboratoriya Sektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0940 nömrəli sınaq protokoluna uyğun tərtib edilmiş sınaqların nəticələrinin məzmunundan müəyyən olunur ki, götürülmüş qan nümunələri əsasında Brucella Abortus, Melitensis və suis neqativ çıxmışdır.
28. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Aqrokompleksinin Laboratoriya Sektoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 0962 nömrəli sınaq protokoluna uyğun tərtib edilmiş sınaqların nəticələrinin məzmunundan müəyyən olunur ki, götürülmüş qan nümunələri əsasında Brucella Abortus, Melitensis və suis neqativ çıxmışdır.
29. Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sınaq nəticələrinin məzmunundan müəyyən olunur ki, “X10 Məhsulları” MMC-nin sifarişi əsasında aparılan sınaq nəticəsində heyvanlarda vərəm, şmallenberq, leptospiroz xəstəliklərinin törədicisi aşkar olunmamış, infeksiya törədicisi müsbət olaraq qeyd edilmişdir.
30. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli elektron qəbzin məzmunundan müəyyən olunur ki, “X7 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə 19190,5 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11057554 nömrəli elektron qaimə qeyd edilmişdir.
31. İddiaçı tərəfindən iş materiallarına göndərilən elektron qaimələrin siyahısı əlavə edilmişdir. Həmin siyahıdan müəyyən olunur ki, qaimələr üzrə ödənilməyən məbləğ 126068,4 manat təşkil edir.
32. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, 125526,5 manat məbləğində pul vəsaitinin 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
33. Biləsuvar rayon X6 Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, pasteurella multocida iri buynuzlu heyvanlarda da (məsələn, inəklərdə, öküzlərdə) rast gəlinən bakterial infeksiyalara səbəb olan, Gram-mənfi (Gram negative), kokkobasil (qısa çubuqvari) quruluşlu bir bakteriyadır. Bu bakteriya xüsusilə tənəffüs yolları infeksiyalarma və septisemiyaya (qan infeksiyası) səbəb olur. Əsas xüsusiyyətlərindən biri saprofit olmasıdır, yəni normal halda bəzi heyvanların tənəffüs yollarında (xüsusilə burun boşluğunda) saprofit (yəni xəstəlik törətməyən) kimi yaşaya bilər. Lakin immun sistem zəiflədikdə, stress, pis saxlanma şəraiti və ya virus infeksiyası ilə birlikdə patogen (xəstəlik törədici) hala keçə bilər. Pasterelyoz anadangəlmə xəstəliklərdən deyil. Xəstəlik bakteriyalarla törəyən infeksiyadır və orqanizmə ətraf mühitdən daxil olur. Heyvanın burun-boğaz florasında təbii olaraq az miqdarda ola bilər. Xəstəliyi stress, viral infeksiya və ya pis şərait səbəbilə artıq xəstəlik yarana bilər. Pastereyloz tənəffüs yollarının iltihabı, Septisemiya (xüsusilə buzovlarda), Mastit və ya oynaq iltihabı halları da nadir hallarda müşahidə olunur. Pasteurella multocida bakteriyasının zədələdiyi orqanlar: iribuynuzlu heyvanlarda orqanizmə düşdükdən sonra müxtəlif orqan və toxumaları zədələyə bilər, əsasən də tənəffüs sistemini. Zədələdiyi orqan və sistemlər aşağıdakılardır: Tənəffüs sistemi (ən əsas hədəf orqanlardır). Ən çox rast gəlinən forması pnevmoniya (ağciyər iltihabı) və bronxopnevmoniyadır; Burun boşluğu və traxeya: burun axıntısı, səsin dəyişməsi, öskürək; Ağciyərlər: kəskin və ya xroniki iltihab (pnevmoniya), ağciyərlərdə irinli və ya nekrotik sahələr, torakal ağrı və nəfəs darlığı yaradır; Qan dövranı sistemi (septisemiya hallarında) - qan vasitəsilə yayılırsa, septik şok və multiorqan zədələnməsi baş verə bilər. Qaraciyər, dalaq, böyrəklərdə nekroz və funksional pozulmalar müşahidə edilə bilər; Əzələ-oynaq sistemi (bəzən) - artrit (oynaqlarda iltihab), xüsusilə buzovlarda oynaqların şişkinliyi, ağrı və axsaqlığa səbəb ola bilər; Sinir sistemi (çox nadir hallarda) - pasteurella multocida bəzi hallarda meningit (beyin qişalarının iltihabı) törədə bilər. Bu daha çox septisemik forma zamanı və ya immuniteti zəif heyvanlarda baş verir. Pasteurella multocida bakteriyasının heyvana yoluxma səbəbləri isə aşağıdakı kimidir: bu bakteriya cox zaman normal mikrofloranm bir hissəsi olaraq, tənəffüs yollarında və ya digər orqanlarda mövcud olur. Lakin müəyyən şərtlər altında o, patogenə çevrilə və xəstəliklərə səbəb bilər. Səbəbləri aşağıdakılardır: immunitet zəifliyi stress faktorların (düzgün olmayan yemləmə, havalandırmanın pis olması, sıx şəraitdə saxlama, daşınma, yeni ətraf mühidə uyğunlaşma, yüksək temperatur və ya rütubət) heyvanın immun sistemini zəiflədir və bakteriya orqanizmin immun sistemindən asanlıqla keçərək xəstəlik yaradır. Digər xəstəliklər: virus infeksiyaları (məsələn, bovine herpesvirus (BHV-1), bovine viral diarrhea virus (BVDV) və s.) bakteriyanın daha asan yayılmasına və ağırlaşmalara səbəb ola bilər. Qoşa infeksiyalar və bakteriya daşıyıcılığı, qeyri sağlam təsərrüfatlarda vaksinasiyanın düzgün təşkil olunmaması. Pasteruella multocida vərəm növü sayıla bilməz.Tamamilə fərqli bakterioloji və patofizioloji xüsusiyyətləri var. Pasteurella multocida bakteriyası ölümə səbəb ola bilər, ölüm, bakteriyanın yaratdığı infeksiyanın ağırlaşması və ya həyati orqanların zədələnməsi nəticəsində baş verir. Bu bakteriyanın ölümə səbəb olma müddəti və necə öldürməsi bir neçə faktordan asılıdır. Septisemiya (qan infeksiyası): Pasteurella multocida, qan dövranına daxil olub septisemiya (qan vergisi) törədə bilər. Septisemiya zamanı bakteriyalar qan vasitəsilə yayılır və müxtəlif orqanlarda (qaraciyər, böyrəklər, dalaq) nekroz və ya iltihab yaradır. Bu, orqan funksiyasının itirilməsinə və şok vəziyyətinə gətirib çıxara bilər. Ağciyər infeksiyaları (pnevmoniya): Pasteurella multocida, pnevmoniya (ağciyər iltihabı) və bronxopnevmoniya kimi infeksiyalar yaradır. Bu infeksiyalar ağırlaşarsa, ağciyərlərdə iltihabi və nekrotik dəyişikliklər baş verir ki, bu da nəfəs çatışmazlığına və nəticədə ölümə səbəb ola bilər. Ölümə səbəb olma müddəti: Ağır septisemiya və ya çoxsaylı orqan çatışmazlığı halında, ölüm 24-48 saat ərzində baş verə bilər. Bu, bakteriyanın çox sürətlə yayılması və sistemik zərər verməsi ilə əlaqədardır. Pnevmoniya hallarında, əgər müalicə edilməzsə və ya gecikərsə, 3-5 gün ərzində ölüm baş verə bilər. Ağır pnevmoniya ilə bağlı tənəffüs çatışmazlığı və orqanların dağılması, həyati orqanların işini dayandırır. Septisemiya baş verdikdə xəstəliyi müalicə etmək çox vaxt mümkün olmur. Pasteurella multocida bakteriyasının müalicəsi antibiotiklər ilə həyata keçirilir. Bu bakteriya müxtəlif antibiotiklərə qarşı həssasdır, lakin bəzi hallarda dərman müqaviməti də yarana bilər. Müalicə prosesi aşağıdakıları əhatə edə bilər: 1. Antibiotiklər: Penisillin G: Pasteurella multocida-nın ən çox həssas olduğu antibiotiklərdən biridir. Adətən intramüsküler və ya damar içi şəkildə tətbiq edilir. Amoxicillin: Bəzən qısa müalicə kursları üçün istifadə edilə bilər. Tetrasiklinlər: Doksisiklin və ya Tetrasiklin antibiotikləri də istifadə edilə bilər. Cephalosporin (1-ci və 3-cü nəsil): Bəzi növlər üçün əla nəticələr verə bilər. Enrofloxacin və ya Ciprofloxacin: Əgər bakteriya penisilinə qarşı müqavimət göstərirsə, bu qrup antibiotiklər istifadə oluna bilər. 2. Antiinflamatuar dərmanlar: Nonsteroid antiinflamatuar dərmanlar (NSAlDs), məsələn, fluniksin meglumin, iltihab və ağrıları azaltmağa kömək edə bilər. Kortikosteroidlər (daha ağır infeksiyalarda): Bəzi hallarda, xüsusilə toxuma şişməsi və iltihab varsa istifadə edilə bilər. 3. Simptomatik müalicə: Əgər infeksiya tənəffüs sistemini təsir edirsə (bronxit, pnevmoniya və s.), heyvana oksigen terapiyası və ya nebülizasiya (burunla dərman tətbiqi) tətbiq edilə bilər. Qarın və ya sinə boşluğunda maye toplanması varsa, drenaj və ya cərrahi müdaxilə tələb oluna bilər. 4. Tədbirlər və Profilaktika: Heyvanların sanitariyasına diqqət yetirmək: Heyvanların təmizliyi və sağlam qidalanması infeksiyaların qarşısını alır. Stress faktorların azaldılması da infeksiyaların qarşısını alır. Peyvəndləmə. İribuynuzlu heyvanlarda Pasteurella infeksiyasmın müalicəsi, infeksiyamn ciddiyyətinə və heyvanın sağlamlıq vəziyyətinə bağlı olaraq dəyişə bilər. Yüngül infeksiyalar: 5-7 gün arasında antibiotik müalicəsi ilə nəticə əldə edilə bilər. Ağır infeksiyalar: Tənəffüs yolu infeksiyaları və ya qan zəhərlənməsi (sepsis) kimi hallarda, müalicə müddəti 2-3 həftə və ya daha uzun ola bilər. Bəzi hallarda, müalicə daha uzun müddət tələb edə bilər və heyvanın vəziyyətinə görə, təkrarlanan antibiotik müalicəsi lazım ola bilər. Bununla yanaşı, infeksiyanın iribuynuzlu heyvanın sağlamlığına daha geniş təsir etməsi vəziyyətində, antibiotiklərdən əlavə intensiv müalicə tələb oluna bilər. Pasteurella multocida bakteriyası iribuynuzlu heyvanlarda çox ciddi patologiyalara (septisemiya, pnevmoniyavə s.) səbəb ola bilər, buna görə də vaxtında müalicə və profilaktika tədbirləri önəmlidir. İnfeksiyaların qarşısını almaq üçün düzgün qidalanma, sanitariya tədbirləri, stress faktorların azaldılması, vaksinasiya və erkən müalicə mühüm rol oynayır.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətləri (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. 612.1-ci bəndinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
36. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Alıcı “X10 Məhsulları” MMC ilə satıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 36 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan kənd təsərrüfatı məhsullarını bəsləməli dana və iri buynuzlu dana əti və quzu əti və bəsləməli XBH” alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, N-4/7/24 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan bəsləməli diri dana və bəsləməli dana əti məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürmüdür.
37. İş üzrə hər iki tərəf bir-birinə qarşı iddia tələbləri irəli sürmüşlər.
38. “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbini Cavabdeh MMC-dən 04 iyul 2024-cü il tarixli, 4/7/24 saylı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən satılan malların dəyəri olan 125526,50 manat məbləğində pul vəsaitinin tutulması təşkil edir.
39. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunmalıdır.
40. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, müqavilə üzrə razılaşdırılmış malların Cavabdeh MMC-yə təhvil verilməsi, təhvil verilmiş malların dəyərinin 125526,50 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə malların təhvil verilməsindən müəyyən müddət sonra pasteurella multocida virusuna yoluxması ilə tələf olması nəticəsində Cavabdeh MMC-yə ziyan vurulmasını iddia etməsidir. “X10 Məhsulları” MMC tərəfindən etiraz qəbul edilməmiş və malların təhvil verilməsi zamanı mallarda xəstəliyin olmadığı iddia edilmişdir.
41. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə heyvanlar göndərilməmişdən qabaq heyvanlarda yoluxucu xəstəliklərə görə xəstə və ya xəstəliyə şübhəli heyvan olmamış və “X10 Məhsulları” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmışdır. Alıcı 87 baş heyvanı qəbul etmiş və onlarda qüsurun olması barədə heç bir irad bildirilməmişdir.
42. Həmin iddia ilə bağlı cavabdehin etirazı əsaslı sayıla bilməz, iddiaçının mövqeyi əsaslı sayılmalıdır. Belə ki, MM-nin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətləri (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır.
43. Təqdim olunmuş şahid ifadəsi (vaxtla bağlı dedikləri cavabdehin nümayəndəsinin etiraznda qeyd etdiyi müddətlə üst-üstə düşmür və s.), video-görüntülər hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz.
44. Bundan əlavə, Cavabdeh MMC tərəfindən müqavilə üzrə təhvil verilmiş heyvanlarda hansı virusun aşkar edildiyi, həmin heyvanların hansı tarixdə, hansı səbəbdən tələf olmalarını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmiş və həmin faktlar əsaslı olaraq öz təsdiqini tapmamışdır.
45. Bundan əlavə, MM-nin 612.1-ci bəndinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Alıcı tərəfindən satıcıdan müqavilənin ləğvini tələb etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “X10 Məhsulları” MMC-nin Cavabdeh MMC-yə qarşı olan iddiası əsaslı olduğundan tam təmin edilməli və Cavabdehndən 04 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 125526,50 manat (yüz iyirmi altı min beş yüz iyirmi altı manat əlli qəpik) məbləğində borc tutularaq “X10 Məhsulları” MMC-yə ödənilməlidir.
47. Eləcə də, iddiaçı hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 416 (dörd yüz on altı) manat pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir.
48. Məhkəmə hesab edir ki, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 (dörd yüz on altı) manat məbləğində pul vəsaiti “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır.
49. İddiaçı Cavabdeh “X10 Məhsulları” MMC-yə qaşı iddia tələbini 126068,40 manat məbləğində borcun tutulması təşkil edir.
50. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətindən 126068,40 manat (yüz iyirmi altı min altmış səkkiz manat qırx qəpik) manat məbləğində borc tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.
51. Belə ki, 20. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11057554 nömrəli elektron qaimə üzrə ümumilikdə 73785,55 manat, xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11175634 nömrəli elektron qaimə üzrə 71473,35 manat məbləğində mallar təhvil verilmiş, xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11057554 nömrəli elektron qaimə üzrə 19190,5 manat ödəniş edilmiş, 126068,40 manat qalıq məbləğ qalmışdır (71473,35+71473,35- 19190,5=126068,40).
52. “X10 Məhsulları” MMC-nin nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, mallar təhvil alınmamışdır. Həmin mallar üzrə təhvil-təslim sənədləri də yoxdur. Lakin müəyyən edilmişdir ki, ödənişi edilən qaimələr, eləcə də mübahisə ilə bağlı olan, qismən ödənilən elektron qaimə üzrə də təhvil-təslim aktları mövcud olmamışdır. Ona görə də cavabdeh həmin hala istinad etməkdə haqlı sayıla bilməz. göndərilən elektron qaimələrin siyahısından müəyyən olunur ki, “X10 tərəflər arasında formalaşmış münasibətlərə görə satıcı tərəfindən elektron qaimə göndərilmiş, alıcı tərəfindən müvafiq ödəniş həyata keçirilmişdir. Bir çox digər qaimələr üzrə ödənişlər tam ödənilmişdir. Həmin elektron qaimələrdə qeyd edilən malların təhvil verilməsini təsdiq edən təhvil-təslim sənədlərinin olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təhviltəslim sənədlərinin olmaması “X10 Məhsulları” MMC tərəfindən ödənişlərin edilməsindən imtina edilməsinə əsas kimi qəbul edilə bilməz.
53. Həmçinin, Cavabdeh MMC ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
54. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416,07 manat (dörd yüz on altı manat yeddi qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdehndən 04 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 125526,50 manat (yüz iyirmi altı min beş yüz iyirmi altı manat əlli qəpik), 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416 (dörd yüz on altı) manat olmaqla, cəmi 126442,5 manat (yüz iyirmi altı min dörd yüz qırx iki manat əlli qəpik) məbləğində pul vəsaiti “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Cavabdeh “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilsin. “X10 Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətindən 126068,40 manat (yüz iyirmi altı min altmış səkkiz manat qırx qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 416,07 manat (dörd yüz on altı manat yeddi qəpik) olmaqla, cəmi 126484,47 manat (yüz iyirmi altı min dörd yüz səkəsn dörd manat qırx yeddi qəpik) məbləğində pul vəsaiti Cavabdeh xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova