Məhkəmə qərarları › İş №e-2-2(113)-3378/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3378/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3378/2023 07.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakim Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “barter və alqı-satqı müqavilələri üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 MMC və "xxxx" MMC-dən 522804 manat pulun, 800 manat dövlət rüsumunun, cəmi 523604 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, işdə olan iddia ərizəsindən görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iki fərqli hüquqi şəxsə Cavabdeh1 MMC (VÖEN-**********-qanuni təmsilçi X1) və "xxxx" MMC (VÖEN-**********-qanuni təmsilçi X2) və onların tərəf olduqları iki fərqli mübahisə predmeti olan iki müqavilələr üzrə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddia ərizəsinin məzmunundan və iddianın “xahiş edirəm” hissəsindən hər cavabdehdən ayrı-ayrılıqda nə gədər pulun tələb edilməsi və yaxud müştərək qaydada tələb edildiyi halda buna dair hüquqi əsasın nədən ibarət olmasına dair açıqlama və sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Hazırkı tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azrbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi iddiaçının iddia tələbini yönəltdiyi cavabdehlər ilə iki fərqli müqavilələr yəni bir müqavilə - barter, digəri isə alqı-satqı müqaviləsidir və iddiaçı həmin müqavilə tələblərinin bir-biri ilə əlaqədar olmasına dair sübutları iddia ərizəsinə əlavə etməmişdir. Sadəcə hər iki hüquqi şəxsin direktorunun eyni olmasını iddia ərizəsində bildirmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarını yoxlayaraq hər iki cavabdehlərin qanuni təmsilçiləri (adları yuxarıda qeyd olunub) fərqli fiziki şəxslər olması müəyyən etmişdir. Digər tərəfdən, hətta cavabdehlər qismində göstərilən MMC-lərin direktorlarının bir fiziki şəxs olduğu təqdirdə, iki fərqli MMC-ə və iki fərqli müqavilə üzrə tələblərin bir iddia ərizəsində birləşdirilməsi üçün əsas vermir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən hər iki cavabdehlər üzrə ayrı-ayrılıqlda ilkin mediasiya sessiyası keçirilmişdir və iddia ərizəsi də hər cavabdehə qarşı ayrı-ayrılıqda verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı “barter və alqı-satqı müqavilələri üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 415 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar