Məhkəmə qərarları › İş №e-2-2(113)-3380/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3380/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3380/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdeh X1 "xxxx" ASC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X1 "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1 "xxxx" ASC-dən 662,241.49 (altı yüz altmış iki min iki yüz qırx bir manat qırx doqquz qəpik) manat borcun, 325, 397.39 (üç yüz iyirmi beş min üç yüz doxsan yeddi manat otuz doqquz qəpik) manat cərimənin, 160 (yüz altmış) manat vəkil xərcinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 987,828.88 (doqquz yüz səksən yeddi min səkkiz yüz iyirmi səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim etmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi tərəflərin razılığa gəldiyini bildirərək, barışıq sazişini bağlandığını bildirdi, qeyd olunan barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş, 07.10.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı Açıq Səhmdar Cəmiyyəti, etibarnamə əsasında səlahiyyətli nümayəndə Vəkil şəxsində (bundan sonra “İddiaçı” adlandırılacaq) və digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti, etibarnamə əsasında səlahiyyətli Nümayəndə şəxsində (bunndan sonra Cavabdeh adlandırılacaq), (bundan sonra bu Sazişdə İddiaçı və Cavabdeh birlikdə “Tərəflər”, ayrılıqda isə “Tərəf” adlandırılacaqlar): İddiaçının Cavabdehə qarşı ƏDV daxil 662.231,00 (altı yüz altmış iki min iki yüz otuz bir manat 00 qəpik) manat məbləğində əsas borcun, 01 may 2019-cu il tarixindən 09 iyun 2021-ci il tarixinədək ödənişin gecikdirildiyi hər gün üçün hesablanmış 325.397,40 (üç yüz iyirmi beş min üç yüz doxsan yeddi manat qırx qəpik) manat məbləğində cərimənin, 150 (yüz əlli) manat vəkil xərcinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır; Tərəflər öz aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu Barışıq Sazişini (bundan sonra “Saziş” adlanacaq) aşağıda qeyd olunan şərtlərlə bağladılar:

1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini Cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.

2. Cavabdeh İddiaçının pul tələbinə dair iddiası üzrə məhkəmə xərcləri (vəkil xərci və dövlət rüsumu) daxil olmaqla, 662.231,00 (altı yüz altmış iki min iki yüz otuz bir ) manat məbləğində borcunu etiraf edir.

3. İddiaçı təsdiq edir ki, Cavabdeh məhkəmə mübahisə müddətində 07.07.2021-ci il tarixdə 59 000 (əlli doqquz min) manat və 22.09.2021-ci il tarixdə 59000 manat ödəmişdir.

4. İddiaçı razılaşır və Cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndini nəzərə almaqla Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək aşağıda göstərilmiş qaydada və məbləğdə İddiaçıya ödəyəcək.

Aylar üzrə Borc məbləğləri (ƏDV daxil) Oktyabr 2021-ci il 77747,29AZN Noyabr 2021-ci il 77747,29AZN Dekabr 2021-ci il 77747,29AZN Yanvar 2022-ci il 77747,29AZN Fevral 2022-ci il 77747,29AZN Mart 2022-ci il 77747,29AZN Aprel 2022-ci il 77747,26AZN

5. İddiaçı Cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ƏDV daxil 544 231,00 (beş yüz qırx dörd min iki yüz otuz bir manat 00 qəpik) manat məbləğində olmasını təsdiq edir, Cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə Cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.

6. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Eyni zamanda, Cavabdeh tərəfindən bu Sazişin 3-cü bəndində göstərilmiş cədvəl üzrə ödənişlər gecikdirildiyi halda İddiaçı Cavabdehdən gecikdirilən borc məbləğinin 5 (beş) %-i həcmində cərimə məbləğinin ödənilməsini tələb edə bilər.

7. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

9. X3 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

10. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ASC-nin cavabdeh X1 "xxxx" ASC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini Cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.

2. Cavabdeh İddiaçının pul tələbinə dair iddiası üzrə məhkəmə xərcləri (vəkil xərci və dövlət rüsumu) daxil olmaqla, 662.231,00 (altı yüz altmış iki min iki yüz otuz bir ) manat məbləğində borcunu etiraf edir.

3. İddiaçı təsdiq edir ki, Cavabdeh məhkəmə mübahisə müddətində 07.07.2021-ci il tarixdə 59 000 (əlli doqquz min) manat və 22.09.2021-ci il tarixdə 59000 manat ödəmişdir.

4. İddiaçı razılaşır və Cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 3-cü bəndini nəzərə almaqla Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək aşağıda göstərilmiş qaydada və məbləğdə İddiaçıya ödəyəcək.

Aylar üzrə Borc məbləğləri (ƏDV daxil) Oktyabr 2021-ci il 77747,29AZN Noyabr 2021-ci il 77747,29AZN Dekabr 2021-ci il 77747,29AZN Yanvar 2022-ci il 77747,29AZN Fevral 2022-ci il 77747,29AZN Mart 2022-ci il 77747,29AZN Aprel 2022-ci il 77747,26AZN

5. İddiaçı Cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ƏDV daxil 544 231,00 (beş yüz qırx dörd min iki yüz otuz bir manat 00 qəpik) manat məbləğində olmasını təsdiq edir, Cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə Cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.

6. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Eyni zamanda, Cavabdeh tərəfindən bu Sazişin 3-cü bəndində göstərilmiş cədvəl üzrə ödənişlər gecikdirildiyi halda İddiaçı Cavabdehdən gecikdirilən borc məbləğinin 5 (beş) %-i həcmində cərimə məbləğinin ödənilməsini tələb edə bilər.

7. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

9. X3 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

10. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar