Məhkəmə qərarları › İş №e-2-2(113)-3381/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3381/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3381/2023 27.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 34598,72 manat, 10000 manat penya, habelə ödənilmiş mediasiya xərcinə görə 200 manat məbləğində vəsaitin, ümumilikdə 44799, 72 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan İddiaçı MMC ilə (bundan sonra satıcı adlanacaq) Azərbaycan Respublikası vətəndaşı Cavabdeh (bundan sonra alıcı adlanacaq) arasında 09 sentyabr 2022-ci il tarixli, İZT-33\22 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Satıcı bu müqavilənin X1 göstərilən malları (50 mm dam panelləri) alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcıya ödəməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən mallar satılmış və mallar müqavilə şərtlərinə əsasən Satıcıya çatdırılmışdır. Malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. 10 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 581422 nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 36702,72 manat təşkil edən 864 ədəd PUR 13.5m2 50mm dam sendviç paneli satılmışdır. Satılmış malların dəyərindən 2104 manat vəsait ödənilmişdir. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən Alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməsinə dair 01 may 2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. Tərəflər arasında təsdiqlənmiş 25 may 2023-cü il tarixli Üzləşmə aktından görünür ki, Cavabdeh 09 sentyabr 2022-ci il tarixli müqavilə üzrə borclu olduğu 34598,72 manat məbləği təsdiqləmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli İZT-33/22 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı əlavələrdə qeyd edilən malları alıcıya sataraq təhvil verir, alıcı isə həmin malları qəbul edib əvəzində razılaşdırılmış qiyməti satıcıya ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı yola salınmış mallara görə müqavilənin 3.2-ci maddəsinə əsasən ödəməni tam olaraq həyata keçirməzsə satıcı gecikdirilmiş hər bir təqvim günü üçün gecikdirilmiş məbləğin 0,2% həcmində əlavə olaraq dəbbə pulu hesablamaq hüququ var. xx.xx.2022-ci il tarixli ST2022/81 saylı təhvil təslim aktından görünür ki, İzotrade MMC Cavabdeh toplam 31104 manat, ƏDV 5598,72 manat, cəmi (ƏDV ilə) 36702,72 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBCD seriyalı 581422 nömrəli elektron qaimədən görünür ki, İzotrade MMC Cavabdeh cəmi 31104 manat, ƏDV 5598,72 manat, yekun 36702,72 manat məbləğində məhsul təhvil vermişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Məmmədov X2 MMC-yə 1104 manat ödəmişdir. xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Məmmədov X2 MMC-yə 1000 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Məmmədov X2 MMC-yə əsas məbləğ 29320,95 manat, ƏDV 5277,77 manat, cəmi 34598,72 manat borcu var. xx.xx.2023-cü il tarixli MŞB/18-00641 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İzotrade MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı 34598,72 manat məbləğində alınan malların dəyərini ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. ƏDV daxil 34598,72 manat məbləğində borcun mövcudluğu müqavilə, həmçinin üzləşmə aktı, elektron qaimə, təhvil-təslim aktı, kassa mədaxil orderi ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə iddia tələbinin penya (dəbbə pulu) hissəsi ilə bağlı isə qeyd edir ki, penya (dəbbə pulu) məbləği tənasübsüz surətdə yüksək hesablandığına görə azaldılaraq 1401,28 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh ƏDV daxil əsas borc 34598,72 manat və 1401,28 manat penya (dəbbə pulu) cəmi 36000 manat, habelə ödənilmiş mediasiya xərcinə görə 200 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ƏDV daxil əsas borc 34598,72 manat və 1401,28 manat penya (dəbbə pulu) cəmi 36000 manat, habelə ödənilmiş mediasiya xərcinə görə 200 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar